Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə73/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   69   70   71   72   73   74   75   76   77

xəstəxanasında ağlını itirmiş bir qoca var, onda qan onurğa sütununa vurmuşdur. Çox dəhşətli ağrılar 
keçirir, ancaq yaşayır. 
Qorio ata Ejeni tanıyaraq: 
– Onlar yaxşı şənləndilərmi? – deyə soruşdu. 
Byanşon dedi: 
– O yalnız qızlarını düşünür. Bu gecə o, yüz dəfə təkrar etmişdir: “Onlar rəqs edirlər! O, təzə paltar 
geymişdir!” Adbaad qızlarını çağırırdı. Vallah, o, öz nalələri ilə məni ağlatdı. “Delfina, mənim balaca 
Delfinam, Nazi!” deməkdən yorulmurdu. And içirəm, onun fəryadları ürək parçalayırdı. 
Qoca zəif səslə: 
– Delfina buradadır, deyilmi? – dedi. – Mən buna əmin idim. 
Qocanın gözləri qeyri-təbii bir canlılıqla qapıya və divarlara tərəf dolanırdı. 
Byanşon tələsik dedi: 
– Mən bu saat aşağı düşüb Silviyaya xardal yaxması hazırlamasını tapşıracağam. Lap münasib vaxtdır. 
Rastinyak qoca ilə yalqız qaldı. O, qocanın ayaq tərəfində oturub, gözlərini xəstənin üzünə dikmişdi: bu 
üz həm qorxunc, həm də kədərli görünürdü. 
Rastinyak düşünürdü: “Vikontessa de Bosean qaçdı, bu isə can verir. İncəqəlbli insanlar bu dünyada uzun 
müddət yaşaya bilməzlər. Namuslu, böyük hisslər bu xırdaçı, məhdud, alçaq cəmiyyətlə uyuşa bilərmi?” 
Rastinyak iştirak etdiyi kübar balının səhnələrini yada saldı. Bu səhnələr ölüm yatağı ilə kəskin təzad 
təşkil edirdi. 
Birdən-birə Byanşon qayıtdı: 
– Ejen, qulaq as, bu saat mən bizim baş həkimlə görüşdüm. Birnəfəsə buraya qaçdım. Xəstədə şüur 
əlamətləri görünərsə, o danışmağa başlarsa, bütün bədəninə xardal yaxması qoyarsan, elə edərsən ki, 
yaxma boynundan başlamış belinə qədər olsun. Bundan sonra bizi çağırarsan. 
Ejen: 
– Bütün bunlar nəyə lazımdır, əzizim Byanşon? 
Byanşon elm fədaisinin coşqunluğu ilə cavab verərək: 
– Bəsdir! Bu, elmi məsələdir, – dedi. 
Rastinyak soruşdu: 
– Demək, zavallı qocaya ancaq mən məhəbbətlə xidmət edirəm? 


Byanşon Ejenin bu sözlərindən incimədi: 
– Sən məni bu səhər görsəydin, bu sözü deməzdin. Təcrübəli həkimlər yalnız xəstəliyi görər, mən isə 
dostum, hələ xəstəni də görürəm. 
Byanşon böhranın yaxınlaşdığını duyurdu. Ejeni qoca ilə yalqız qoyub getdi. Bir az sonra böhran 
həqiqətən başladı. 
Qorio ata Ejeni tanıyaraq: 
– Aha! – dedi. – Sizsiniz  , oğlum! 
Rastinyak onun əlindən tutaraq: 
– Necəsiniz? Yaxşısınızmı? – deyə soruşdu. 
– Bəli, yaxşıyam, elə bil başımı məngənə ilə sıxmışdılar, indi isə bir qədər az ağrıyır. Mənim qızlarımı 
gördünüzmü? Onlar bu saat buraya gələcəklər, mənim xəstələndiyimi eşidən kimi dərhal yanıma 
yüyürəcəklər. Jüsyen küçəsində mənə necə qulluq elədikləri yadımdadır. Pərvərdigara! Mən onlar 
gəlincəyə qədər otağın təmizlənməsini istərdim. Burada bir cavan oğlan mənim torfumun hamısını 
qalamışdır. 
– Pilləkəndən Kristofun səsi gəlir, o, odun gətirir. Bu odunu sizə həmin cavan oğlan göndərmişdir. 
– Bu, yaxşı işdir, ancaq odun pulunu necə verək? Oğlum, mənim heç pulum qalmamışdır. Mən hamısını 
verdim, hamısını verdim. Artıq mən dilənçiyəm. Bəs o qızıl tikməli libas qəşəngmi görünürdü? (Ah, başım 
nə yaman ağrıyır!) Sağ ol, Kristof, Allah bunun əvəzini verər, mənim isə heç bir şeyim qalmamışdır. 
Ejen Kristofun qulağına pıçıldadı: 
– Mən sənin də, Silviyanın da haqqını verəcəyəm, qorxma. 
– Kristof, qızlarım gələcəklərini sənə söylədilərmi? Get, yenə onları xəbərdar et, mən sənə yüz su 
verərəm. Onlara de ki, mən özümü pis hiss edirəm, ölüm ayağında onları qucaqlamaq, heç olmasa, son 
dəfə onlarla görüşmək istəyirəm. Bunu onlara de, ancaq ürəklərinə çox qorxu salma. 
Rastinyak Kristofa işarə etdi, Kristof otaqdan çıxdı. 
Qoca yenə dilə gələrək: 
– Onlar gələcəklər, – dedi. – Mən onları yaxşı tanıyıram. Ah, mənim mehriban Fifinam, mənim ölümüm 
onun üçün böyük dərd olacaq. Nazi də onun kimi. Mən ölmək istəmirəm, mən onların ağlamasını 
istəmirəm. Mehriban oğlum, axı ölmək onları bir daha görməmək deməkdir. Hamının səfər etdiyi 
yerlərdə mən qızlarımın həsrətini çəkəcəyəm. Ata üçün uşaqlarından ayrılmaq cəhənnəm oduna yanmaq 
deməkdir. Mən bu zülmə onları ərə verdiyim gündən hazırlaşıram. Ah, Jüsyen küçəsi, o, mənim üçün 
behişt idi. Görəsən, mən behiştə düşəndən sonra ruh olub yenə yer üzünə qayıda bilərəmmi, qızlarımla 
görüşə bilərəmmi? Mən belə söhbətləri çox eşitmişəm. Bu, gerçəkdir  ? Bax bu saat onları Jüsyen 


küçəsində olduğu kimi görürəm. Səhərlər qızlarım aşağı enirdilər. Onlar: “Atacan, sabahın xeyir” 
deyirdilər. Mən onları dizimin üstün ə        , onlarla zarafat edir, əylənirdim. Onlar mənimlə o qədər 
mehriban idilər ki... Biz hər dəfə bir yerdə səhər yeməyini yeyirdik, bir yerdə nahar edirdik, bir sözlə, mən 
ata idim, uşaqlarımın yaxınlığından zövq alırdım. Biz Jüsyen küçəsində yaşadığımız zaman onlar 
mühakimə yürütməz, həyatda heç bir şey anlamazdılar; məni çox sevirdilər. Pərvərdigara! Nə üçün onlar 
balaca qalmadılar? Ah, nə yaman da ağrıyır, başım lap çatlayır! Vay, vay, məni bağışlayın, balalarım, 
başım bərk ağrıyır, demək, doğrudan da, ağrılar bərkdir, yoxsa siz məni hər bir ağrıya dözməyi 
öyrətmişdiniz! Pərvərdigara! Onların əllərini əllərimdə tutsaydım, heç bir ağrı hiss etməzdim. Siz nə 
fikirdəsiniz, onlar gələcəklərmi? Kristof elə səfehdir ki! Gərək mən özüm gedəydim. Kristof onları 
görəcək. Bəli! Siz dünən bala getmişdiniz. Onlardan mənə söhbət edin, necə oldu, nə edirdilər! Əlbəttə, 
onlar mənim xəstə olduğumu bilmirdilər, elə deyilmi? Yazıq qızlarım bunu bilsəydilər, əlbəttə, rəqs 
etməzdilər! Mən artıq xəstə olmaq istəmirəm. Onların mənə hələ ehtiyacı var. Sərvətləri təhlükə 
altındadır. Ərləri nə yaman adamlarmış! Məni sağaldın! Mən sağalmaq istəyirəm! Ah, nə yaman ağrıyır! 
Vay, vay, vay! Siz özünüz görürsünüz ki, məni sağaltmamaq olmaz: onlara pul lazımdır, mən bilirəm hara 
getmək, bu pulu harada qazanmaq lazımdır! Mən təmiz kraxmal üçün Odessaya gedəcəyəm. Mən mahir 
adamam, mən milyonlar qazanacağam. Ah, nə dəhşətli ağrılardır! 
Qorio bir müddət sükut etdi: bütün gücü ilə ağrılara üstün gəlmək istədiyi görünürdü. 
– Onlar burada olsaydılar, mən şikayət etməzdim, – dedi. – Şikayət etməyə heç bir səbəb olmazdı. 
Qorio mürgülədi və huşa getdi. Kristof geri qayıtdı. Rastinyak Qorionun yatdığını zənn edərək, sifarişi 
necə yerinə yetirdiyini ucadan danışmağa başlayan Kristofa mane olmadı. 
– Mən əvvəlcə qrafinyanın yanına getdim, ancaq onunla danışmaq qətiyyən mümkün olmadı: əri ilə 
aralarında bərk toqquşma olmuşdur. Mən yenə də öz dediyimdə durdum, onda qrafın özü gəldi və mənə 
dedi ki: “Cənab Qorio ölür? Nə olsun ki! Elə yaxşı eləyir ki ölür. Mənim qrafinya ilə mühüm işlərim var, o, 
işlərini qurtarandan sonra gələcək”. Çox acıqlı görünürdü. Elə mən yenicə yola düşmək istəyirdim ki, 
birdən qrafinya daxil oldu: hansı qapıdan gəldiyini belə görmədim. Qrafinya dedi ki: “Kristof, atama 
deyərsiniz ki, ərimlə mübahisəm var, mən bu saat gələ bilmərəm: uşaqlarımın ölüm-dirim məsələsi həll 
olunur. Mübahisəmiz qurtarandan sonra gələcəyəm”. Baronessanın məsələsi isə bambaşqa idi. Mən onu 
heç görə bilmədim, odur ki danışmaq belə mümkün olmadı, ancaq qulluqçusu mənə dedi ki: “Ah, 
baronessa baldan saat altıya işləyəndə qayıtsmışdır, bu saat yatır. Onu saat on ikidən tez oyatsam, mənə 
acıqlanar. Mən onun zəngini gözləyirəm, məni yanına çağıranda atasının halı    pis olduğunu söylərəm. 
Bəd xəbəri söyləməyə tələsməyin mənası yoxdur”. Mən çox əlləşdim, ancaq bir şey çıxmadı. Baronla 
danışmağı xahiş etdim, ancaq o, evdə deyildi. 
Rastinyak təəccüblə: 
– Doğrudanmı qızların heç biri gəlməyəcək? – dedi. – Bu saat mən ikisinə də məktub yazaram. 
Qoca yatağından qalxaraq: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə