Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə11/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

– Bu nə deməkdir, Silviya? Saat ona on beş dəqiqə qalıb, siz isə məni hələ oyatmamısınız, siçan kimi 
yuxuya getmişəm. Ömrümdə hələ bu qədər yatdığım olmamışdır. 
– Hamısı dumandandır. Elə qalın dumandır ki, lap bıçaqla kəsə bilərsən. 
– Bəs səhər yeməyi? 
– Əşi, siz nə danışırsınız! Sizin kirayənişinlər lap cin tayfasıdır, səhər    qaranlıqdan durub gediblər. 
– Silviya, düz danış, – madam Voke söyləndi. – Qaraqaranlıqdan yox, alaqaranlıqdan deyərlər. 
– Yaxşı, qoy siz deyən olsun. Səhər yeməyini saat onda yeyə bilərsiniz. Mişonetka da, Puare də hələ 
oyanmayıblar. Evdə qalan elə onlardır, hələ kötük kimi yatırlar. Lap kötükdür    ki, kötük. 
– Amma Silviya, sən onları birləşdirirsən, sanki... 
Silviya axmaq bir qəhqəhə ilə gülərək: 
– Nə sanki? – dedi. – İkisindən bir cüt çıxar. 
– Qəribə şeydir, Silviya. Necə oldu ki, cənab Votren bu gecə Kristof qapının rəzəsini bağlayandan sonra 
içəri daxil oldu? 
– Lap tərsinə olub, xanım. Kristof cənab Votrenin səsini eşidib aşağı enmiş, qapını özü açmışdı. Amma siz 
elə bilirsiniz ki... 
– Koftanı bəri ver, tez səhər yeməyini hazırla. Kartoflu qoyun ətindən artıq qalanı gətir, biri iki liarlıq 
bişmiş armudu süfrəyə qoy. 
Bir neçə dəqiqədən sonra Voke aşağı endi. Bu halda pişik süd kasasının üzərindəki boşqabı yerindən 
tərpədib, tələsə-tələsə süd içməkdə idi. Voke bağırdı: 
– Piştə! 
Pişik dərhal qaçdı, lakin az sonra yenə qayıdaraq, Vokenin ayaqlarına sürtünməyə başladı. Sahibə ona: 
– Hə, hə, sürtün, qoca məlun, yaltaqlıq elə! Silviya! Silviya! 
– Nə var, ay xanım, yenə nə olub? 
– Bir baxsana, pişik südü içib qurtardı! 
– Günah bu murdar Kristofdadır, mən ona demişdim ki, süfrəni salsın. Bəs hara çıxıb gedibdir? Narahat 
olmayın, xanım, bu süd Qorio atanın qəhvəsi üçün hazırlanmışdır. Bir az su tökərəm, heç xəbəri olmaz. O, 
nə yediyini belə başa düşmür. 
Madam Voke boşqabları düzə-düzə: 
– Bu təlxək, görəsən, hara getmişdir? 


– Kim bilir, hansı cəhənnəmdədir. 
– Deyəsən, çox yatmışam. 
– Amma lap qızılgül kimi təravətlisiniz. 
Bu       zəng çalındı, Votren yoğun səslə oxuya-oxuya yemək otağına daxil oldu: 
 
Vaxta ki dolaşdım bütün dünyanı, 
Hamı agah oldu bu sirli işdən... 
 
Votren madam Vokeni gördü: 
– Xo! Xo! Xoş gördük, Voke cici. 
O, bu sözləri deyib oynaq bir hərəkətlə sahibəni bağrına basdı. 
– Yaxşı, buraxınız... 
– Mənə “sırtıq” deyin, hə, deyin! Axı siz bunu demək istəyirsiniz!.. Yaxşı, eybi yoxdur, süfrəni düzəltmək 
üçün sizə kömək edərəm. Mən sizin xoşunuza gəlmirəmmi? 
 
Məni məftun edir hər zaman, hər an... 
...Sarışın gözəllər... 
 
Mən bu saat qəribə bir şey görmüşəm... 
 
...qara saçlılar... 
Dul arvad soruşdu: 
– Nə görübsünüz? 
– Qorio ata saat doqquzun yarısında Dofina küçəsində zərgər yanında idi. Həmin zərgər, adətən, köhnə 
gümüş qablar və güləbətin alıb satar. Qorio ona xeyli pula qızıllanmış gümüş qab-qacaq satırdı. Qab-
qacağı ürəyin istədiyi kimi əzib yumrulamışdı. Görünür, bu işdə təcrübəsi var. 
– Eləmi, doğrudanmı? 


– Bəli, bəli. Dostlarımdan biri Fransanı həmişəlik tərk edərək, “Poçt yolları” kompaniyası xətti ilə yola 
düşürdü. Mən onu ötürməyə getmişdim. Qorio atanı görüb nə edəcəyinə baxmaq üçün gözləməyə qərar 
verdim. Elə-belə, məsxərə üçün. O, bizim məhəllədəki de-Qre küçəsinə gəldi. Qobsek adlı məşhur 
sələmçinin evinə girdi. Qobsek kimi hiyləgər adam az-az tapılar. O, atasının sümüyündən domino daşı         
bilər. O, yəhudidir, ərəbdir, yunandır, qaraçıdır, onun evini qarət etmək çətin məsələdir. Həmişə öz 
pullarını bankda saxlayır. 
– Bəs Qorio ata nə ilə məşğuldur? 
– İflas olması ilə məşğuldur, – Votren cavab verdi. – Bu sarsaq adam o qədər əbləhdir ki, pullarını qızlara 
xərcləyir, qızlar isə... 
Silviya bu     : 
– Qorio ata gəlir! – dedi. 
Qorio ata: 
– Kristof, – deyə bağırdı, – mənim yanıma qalxarsan! 
Kristof cənab Qorionun      ınca yuxarı mərtəbəyə qalxdı. Bir az sonra yenə aşağı endi. 
Madam Voke xidmətçidən soruşdu: 
– Sən hara? 
– Cənab Qorio tapşırıq vermişdir. 
Votren Kristofun əlindən məktubu alaraq: 
– Bəs bu nədir? – dedi. Məktubun üstündə Qrafinya Anastazi de Restonun adı yazılmışdı. Votren 
məktubu yenə Kristofa qaytararaq: 
– Hara gedirsən? – deyə soruşdu. 
– Elder küçəsinə. Mənə tapşırılmışdır ki, bu məktubu şəxsən qrafinyanın özünə verim. 
Votren məktubu işığa tutub: 
– Bəs bunun içindəki nədir? – dedi. – Bank vərəqəsi?.. Yox, ayrı şeydir! – Zərfi bir qədər açaraq: – 
Ödənilmiş veksel! – deyə bağırdı. – Çox qəribə! Bu qoca sarsaq çox nəzakətli imiş. 
Votren Kristofun başını fırfıra kimi tərpədərək: 
– Get, qoçağım, get, – dedi. – Sənə yaxşı araqpulu verərlər. 
Süfrə salınmışdı. Silviya südü qaynadırdı. Madam Voke sobada odu alışdırırdı. Votren oxuya-oxuya 
sahibəyə kömək edirdi. 


 
Vaxta ki dolaşdım bütün dünyanı, 
Hamı agah oldu bu sirli işdən... 
 
Hər şey hazır olanda madam Kutürlə madmazel Tayfer göründü. 
Madam Voke madam Kutürdən soruşdu: 
– Mənim əzizim, səhər tezdən haradan belə gəlirsiniz? 
– Biz müqəddəs Etyen dü-Mon kilsəsində ibadət edirdik. Axı bu gün biz cənab Tayferin yanına getmək 
fikrindəyik. Zavallı qızcığaz yarpaq kimi titrəyir. 
Madam Kutür bu sözləri deyib sobanıın qarşısında əyləşdi və üzərindən buxar qalxan çəkməli ayaqlarını 
oda tərəf uzatdı. 
Madam Voke: 
– Viktorina, siz də qızının, – deyə təklif etdi. 
Votren stulu yetim qıza təklif edərək: 
– Atanızın qəlbində mərhəmət hissi oyatmaq üçün Allaha yalvarmaq yaxşı işdir, – dedi. – Lakin bu azdır. 
Sizin bu köpəkbalığına, söylənildiyinə görə, üç milyona sahib olan və sizə cehiz belə verməyən bu vəhşiyə 
bütün həqiqəti söyləyəcək bir dostunuz olmalıdır. İndiki zamana görə gözəl qızların da cehizi olmalıdır. 
– Zavallı uşaq, – deyə Voke ona acıdı. – Mənə qulaq asın, göyərçin, sizin dəhşətli atanız öz başına çox 
bəlalar açacaqdır. 
Bu sözləri eşitdikdə Viktorinanın gözləri yaşardı, dul arvad isə madam Kutürün işarəsini duyaraq sözünü 
kəsdi. 
Kriqs-komissarın dul arvadı yenidən sözə başlayıb dedi: 
– Heç olmasa, bir dəfə onu görə bilsəydik, heç olmasa, mən onunla danışa bilsəydim və arvadının son 
məktubunun məzmununu ona yetirə bilsəydim, yaxşı olardı. Mən məktubu poçtla göndərməyə cəsarət 
etmədim. O, mənim xəttimi tanıyır. 
Votren madam Vokenin sözünü yarımçıq qoyaraq: 
– Ah, ey məsum, bədbəxt səfil qadınlar, – dedi, – siz nə hala qaldınız! Bir neçə gündən sonra mən sizin 
işlərinizlə məşğul olacağam; hər şey düzələr. 
Viktorina yaşarmış və hərarətli gözlərini ona doğru çevirərək: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə