Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə18/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

Arabaçı bu sözləri deyib karet   ayaq yerini qaldırdı. 
Ejen etinasızlıqla cavab verdi: 
– Bilirəm. 
Şlyapasını qabaqdakı yerin üstünə ataraq, öz-özünə: 
– Bu gün hamı mənə istehza edir! – deyirdi. – Bu əyləncə mənə çox baha oturacaq. Bununla belə, mən, 
heç olmasa, bu kuzinama əsl kübar görüşü təşkil elə  rəm. Qəddar qoca Qorio ata artıq mənə on franka 
başa gəlmişdir. Namusuma and olsun, mən bu sərgüzəşti madam de Boseana nəql edəcəyəm, bəlkə, heç 
olmasa, onu güldürməyə müvəffəq ola bildim. O, əlbəttə, bu quyruğu kəsik siçovulun gözəl qrafinya ilə 
cinayətkar əlaqələrinin sirrinə bələddir. Bu əxlaqsız qadına başımı vurub yarmaqdansa, kuzinama xoş 
gəlmək daha münasibdir. Həm də, göründüyü kimi, onun qiyməti çox bahadır. Gözəl vikontessanın yalnız 
adı bu qədər böyük qüdrətə malikdirsə, gör onun özünün əhəmiyyəti nə qədərdir. Yüksək təbəqələrə 
müraciət edək. Göylərdə birisinə hücum etdiyin zaman Allahın özünü hədəf götürmək lazımdır! 
Rastinyakın öz-özü ilə etdiyi bu söhbət, içərisində çırpındığı min bir fikrin xülasəsindən başqa bir şey 
deyildi. Yağan yağışı seyr edərək bir az sakit oldu, özünə inamı artdı. O, öz-özünə, olan-qalan pulundan 
yüz suluq pullarını xərcləmiş olsa da, qazancsız qalmadığını, hər halda, ayaqqabılarını, paltarını və 
şlyapasını mühafizə etdiyini söyləyirdi. Arabaçının “zəhmət olmasa, darvazanı açın” deməsi onun 
qəlbində xoş bir hiss oyatmışdı. Qızıl baftalı, qırmızı paltarlı qapıçı darvazanı açdı, qapı ilgə ləri cırıldadı, 
bir az sonra karet həyətə girərək bütün həyəti dolandı və alaqapının qabağındakı artırmanın qarşısında 
dayandı. Rastinyak xoşhallıqla karet   bu səyahətini seyr edirdi. Qırmızı       , göyrəngli kobud        geymiş 
sürücü karet  ayaq yerini endirmək üçün aşağı düşdü. Ejen karet    düşərkən mülkün sütunları arxasından 
boğuq gülüş səsləri eşitdi. Üç-dörd lakey bir yerə toplaşıb meşşan toy ekipajına rişxənd edirdi. Tələbə 
mindiyi arabanı Parisin ən qəşəng ikiyerli karet     ilə müqayisə etdiyi zaman bu qəhqəhənin mənasını 
başa düşmüşdü: bu karet  bir cüt qızğın at qoşulmuşdu, qulaqlarına qızılgül taxılmış atlar qantarğaları 
gəmirirdi. Pudralı, əla qalstuklu sürücü, atlar bu saat yerindən tərpənib qa acaqlarmış kimi, cilovları 
əlində möhkəm tutmuşdu. Şosse d’Anten küçəsində, qrafinya de Restonun həyətində iyirmi altı yaşlı bir 
gəncin zərif kabrioleti dayanmışdı. Sen-Jermen məhəlləsində isə adlı-sanlı kübar bir adamın ehtişamlı 
karet  durmuşdu: bu karet  otuz min franka belə almaq mümkün deyildi. 
Parisdə, əlbəttə, birisinə məşuqə olmayan az qadın tapıldığını və bu kraliçalardan birinə sahib olmaq 
üçün yalnız qan tökmək kifayət etməyəcəyini bir az gec başa düşmüş Ejen fikirləşirdi: “Görəsən, bu, kim 
ola bilər? Lənət şeytana! Görünür, mənim kuzinamın da özünə məxsus Maksimi var!” 
Ejen yuxarı qalxdı: ürəyi döyünürdü. O görünər-görünməz, şüşəbənd qapını açdılar. O, qaşovlanarkən 
rahat dayanan ağıllı eşşəklərə bənzəyən lakeyləri gördü. De Bosean mülkünün aşağı mərtəbəsindəki 
geniş qəbul salonlarında rəsmi bal verilirdi. Bala dəvətlə bal arasındakı fasilədə hələ kuzinasına vizit 
verməyə müvəffəq olmamış Ejen, vikontessa de Boseanın şəxsi otaqlarını görməmişdi: bu otaqlarda ilk 
dəfə o, vikontessanın şəxsi zərifliyinin xariqələrini, kübar bir qadının mənəviyyat və məişət nümunəsini 
görə biləcəkdi. Ejen üçün bu tanışlıq bu cəhətdən də maraqlı idi: qrafinya de Restonun salonu ona 
müqayisə üçün imkan yaradırdı.  ikontessa qonaqlarını saat beşin yarısından qəbul etməyə başlardı. 


Kuzeni beş dəqiqə qabaq gəlmiş olsaydı   , onu qəbul etməyəcəkdi. Müxtəlif Paris etiketlərindən qətiyyən 
başı çıxmayan Ejeni ağ rəng çəkilmiş, üzərinə çiçəklər düzülmüş, qızıllanmış sürah l  geniş pilləkənlə 
madam de Boseanın yanına apardılar. Ejen onun Paris salonlarında hər axşam bir-birinin qulağına 
söylənilən və daim dəyişən hekayətlərdən olan şifahi bioqrafiyasından xəbərsizdi. 
Üç ildən çox idi ki, vikontessa Portuqaliyanın ən məşhur və zəngin kübarlarından markiz d’A uda-Pinto ilə 
əlaqədə idi. Səmimi hisslərdən doğan bu əlaqə hər iki aşiqə o qədər cazibədar görünürdü ki, onlar 
üçüncü bir adamın araya qarışmasına dözə bilməzdilər. Vikont de Bosean istər-istəməz bu morqanatik 
ittifaqa razılıq verməklə başqaları üçün də bir nümunə ola bilərdi. Bu dostluğun birinci dövründə; 
təqribən gündüz saat ikidə vikontessa ilə görüşməyə gələnlər, burada markiz d’A uda-Pintonu görə 
bilərdilər. Madam de Bosean evinin qapılarını qonaqlar üçün, əlbəttə, bağlaya blməzdi: bu,  dəbsizlik 
sayıla bilərdi; lakin o, öz qonaqlarını o qədər soyuq qəbul edir və tavanı o qədər diqqətlə seyr edərdi ki, 
qonaqlar ona mane olduqlarını dərhal başa düşərdilər. Paris madam de Boseanın saat ikidən saat dördə 
qədər gələn qonaqlardan darıxdığını öyrəndiyi zaman, artıq onu tamamilə yalqız buraxdı. O, cənab de 
Bosean və markiz d’A uda-Pinto ilə  peraya gedər, yaxud Bufonları ziyarət edərdi, lakin cənab de Bosean 
özünü idarə edə bildiyindən, arvadını və portuqaliyalını əyləşdirdikdən sonra onları yalqız buraxıb 
gedərdi. İndi markiz d’A uda-Pinto madmazel de Roşfid adlı bir qızla evlənmək niyyətində idi. Bütün 
yüksək cəmiyyətdə hazırlığı aparılan bu izdivacdan yeganə bixəbər şəxs vardısa, o da ancaq madam de 
Boseanın özü idi. Bəzi rəfiqələri ona işarələr etsə də, o yalnız gülər və paxıllıqdan onun səadətini pozmaq 
istədiklərini zənn edərdi. Halbuki yaxın zamanlarda nikah artıq elan edilməli idi. Portuqaliyalı qəşəng 
markiz vikontessanın yanına gəlməklə bu izdivacı ona xəbər vermək fikrində idi, lakin xəyanət sözlərini 
söyləməyə cəsarət edə bilmirdi. Nə üçün? Qadına belə bir zərbə vurmaqdan da çətin şey ola bilərmi? 
Bəzi kişilər üçün duel meydanında onun ürəyinə şpaqasını sancmağa hazır olan bir düşmən qarşısında 
dayanmaq, iki saat göz yaşları ilə dolu şikayətdən sonra can verdiyini söyləyən və naşatır tələb edən bir 
qadın qarşısında dayanmaqdan daha asandır. Ejen gəldiyi zaman markiz d’A uda-Pinto ağır vəziyyətdən 
çıxmaq üçün getməyə hazırlaşırdı. O, bu nəticəyə gəlmişdi ki, madam de Bosean onsuz da bu xəbəri 
eşidəcək, bunu ona söyləməkdənsə, yazmaq daha yaxşıdır. Eşqin qətlini şəxsi söhbətdə müzakirə 
etməkdənsə, məktubda yazmaq daha münasib görünürdü. Lakey vikontessaya de Rastinyakın gəldiyini 
xəbər verərkən, markiz d’A uda-Pinto sevincindən asudə nəfəs aldı. Bunu da qeyd etmək lazımdır ki, 
sevən bir qadın eşq əyləncələrinə hər zaman yeni rəng verməkdənsə, şübhə üçün bəhanə icad etməklə 
daha mahir olur. Ayrılıq təhlükəsi baş verdikdə isə o, məhəbbət nəşəsinin iyini hələ uzaqdan duyan Ver ili 
atından daha tez hər bir hərəkətin mənasını başa düşə bilir. Siz əmin ola bilərsiniz ki, madam de Bosean 
öz səmimiyyəti ilə dəhşətli görünən biixtiyar, xəfif bir titrəməni duymuşdu. Ejen Parisin bir 
xüsusiyyətindən xəbərsiz idi: siz kimə təqdim edilirsinizsə, hər halda, ər, arvad, hətta uşaqların həyatı 
haqqında ailə dostlarından məlumat toplamalısınız ki, pis vəziyyətə düşməyəsiniz, yaxud polyakların 
məcazi bir şəkildə söylədikləri kimi, düşdüyünüz bataqlıqdan sizi çıxarmaq üçün arabaya beş kəl qoşmağa 
məcbur olmayasınız. Əgər Fransada yersiz söhbətlərin xüsusi bir adı yoxdursa, buna səbəb yalnız hər 
dedi-qodunun geniş yayıldığı bir ölkədə bu cür söhbətlərin qeyri-mümkün sayılmasıdır. Yalnız Ejen kimi, 
artıq bir dəfə qrafinya de Restonun evində bataqlığa düşmüş və “arabaya beş kəl qoşmağa” imkan belə 
tapmayan bir gənc, madam de Boseana təqdim olunmaq üçün gələrək, yenidən arabaya kəl qoşmaqla 
məşğul ola bilər. Lakin birinci dəfə o, cənab de Trayla qrafinya de Restonu çox təngə gətirdiyi halda, bu 
dəfə markiz d’A uda-Pintonu çətin vəziyyətdən xilas etmiş olurdu. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə