Optika və molekulyar fiZİka kafedrasi



Yüklə 14,56 Kb.
tarix05.02.2018
ölçüsü14,56 Kb.

BAKI DÖVLƏT UNİVERSİTETİ, EKOLOGİYA FAKÜLTƏSİ

FİZİKA FƏNNİ ÜZRƏ

PROQRAM

Fizikanın predmeti. Mexaniki hərəkət. Hesablama sistemi. Maddi nöqtə. Maddi nöqtənin kinematikası. Əyrixətli hərəkət. Hərəkətin əsas xarakteristikaları. Maddi nöqtənin düzxətli hərəkəti. Maddi nöqtənin çevrə boyunca hərəkəti. Nyuton qanunları. Kütlə və qüvvə. Hərəkət miqdarı (impuls) və qüvvə impulsu. Hərəkət miqdarının saxlama qanunu. Ümumdünya cazibə qanunu. Müxtəlif növ qüvvələr.

İş və güc. Enerji. Kinetik və potensial enerji. Enerjinin saxlanma qanunu. Fırlanma hərəkəti. Fırlanma dinamikasının əsas qanunu. Qüvvə momenti və ətalət momenti. Müxtəlif cisimlərin ətalət momenti.

Mayenin lominar və turblent axını. Axının kəsilməzlik qanunu. Bernulli tənliyi. Bernulli tənliyinin tətbiqləri.Harmonik rəqslər və onun xarakteristikaları. Rəqsi hərəkətin dinamikası. Rəqqaslar. Sönən və məcburi rəqslər. Dalğalar. Eninə və uzununa dalğalar. Dalğa tənliyi.

Molekulyar kinetik nəzəriyyənin əsas müddəaları. Təcrübi qaz qanunları. Universal qaz sabiti. İdeal qazın kinetik nəzəriyyəsinin əsas tənliyi. İdeal qaz molekullarının irəliləmə hərəkətinin orta kinetik enerjisi. Qazların xüsusi və molyar istilik tutumları.

Qaz molekullarının irəliləmə hərəkətinin orta sürəti. Maksvel paylanması. Qazlarda köçürmə hadisələri. Köçürmə tənliyi. Diffuziya. İstilikkeçirmə. Daxili sürtünmə. Diffuziya, istilikkeçirmə və daxili sürtünmə əmsalları arasında əlaqə.

Maye və bərk cisimin quruluşu. Maye və bərk cisimlərin istidən geniçlənməsi. Maye və bərk cisimlərin istilik tutumu. Diffuziya. İstilik keçirmə. Osmos. Mayelərin özlülüyü. Puazeyl qanunu. Mayelərin səthi gərilmə qüvvəsi. Laplas düsturu. Stoks düsturu. Kapilyarlıq hadisəsi.

Real qaz. Van-der-Vaals tənliyi və izotermləri. Buxarlanma və kondensasiya. Qaynama.Termodinamikanın birinci qanunu.

Adiobatik proses. Termodinamikanın ikinci qanunu.

Cismin elektriklənməsi. Elektrik yükü. Kulon qanunu. Elektrik sahəsi və onun intensivliyi. Elektrik dipolu. Elektrik sahəsində yükün yerdəyişmə zamanı görülən iş. Potensial. Naqillər elektrik sahəsində. Elektrik tutumu. Dielektriklər elektrik sahəsində. Dielektrik nüfuzluğu. Kondensator. Elektrik sahəsini enerjisi.

Elektrik cərəyanı. Cərəyan şiddəti. Elektrik hərəkət qüvvəsi. Metal naqillərdə cərəyan. Dövrə hissəsi və tam dövrə üçün Om qanunu. Cərəyanın işi və gücü. Coul-Lens qanunu. Termoelektron emissiyası. Vakuum diodu. Yarımkeçiricilərdə elektrik cərəyanı.. Yarımkeçirici diod. Mayelərdə elektrik cərəyanı. Elektroliz. Faradey qanunları. Qazlarda elektrik cərəyanı.

Sabit maqnit və dairəvi cərəyan. Maqnitin və cərəyanın maqnit sahəsi. Cərəyanlı naqillərin maqnit qarşılıqlı təsiri. Amper qanunu. Maqnit sahəsinin intensivliyi. Amper düsturu. Bio-Savar-Laplas qanunu. Diamaqnit, paramaqnit və ferromaqnit maddələr. Maqnit nüfuzluğu.

Elektromaqnit induksiyası. Faradey qanunu. Lens qaydası. Qarşılıqlı induksiya və öz-özünə induksiya. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsində fırlanan kontur. Sinusiodal dəyişən cərəyan. Dəyişən cərəyanın işi və gücü. Tutum və induktiv müqavimətlər. Rəqs konturu. Elektrik rəqsləri və elektromaqnit dalğaları.

İşığın qayıtma və sınma qanunları. Tam daxili qayıtma. İşığın dispersiyası. Spektrlər. Nazik linzalar. Nazik linza düsturu. Göz optik sistemi. Fotometrik kəmiyyətlər və onlarin vahidləri. İşığın fizioloji təsiri. İşığın udulması. Buger qanunu.

İşığın dalğa təbiəti. İşığın interferensiyası. İşığın difraksiyası. Difraksiya spektrləri. Difraksiya qəfəsi. İşığın polyarlaşması. Təbii və polyarlaşmış işıq. Turmalin kristalında işığın polyarlaşması. Malyus qanunu. Qoşa şüasinma.

İstilik şüalanması. İşıq şüalandırma şuaudma qabiliyyəti. Mütləq qara cisim. İstilik şüalanması qanunları. Şüalanmanın kvant xarakteri. Plank düsturu. Fotoeffekt. Fotoeffekt qanunları. Daxili və xarici fotoeffekt. Fotoelementlər.



Atomun quruluşu (nüvə modeli). Atomun enerji halının diskretliyi. Bor postulatları. Hidrogen atomunun quruluşunun kvant nəzəriyyəsi. Atom nüvəsi. Təbii radioaktivlik. Nüvə reaksiyası. Süni radioaktivlik.
ƏSAS ƏDƏBİYYAT

  1. Əhmədov F.Ə. “Qeyri-fizika fakültələri üçün Ümumi fizika kursu”, 2004.

  2. Qocayev N.M.Ümumi fizika kursu, Mexanika, Bakı 2011, 540s.

  3. Qocayev N.M. Ümumi fizika kursu, Molekulyar fizika, Bakı 2008, 432s.

  4. Qocayev N.M. Ümumi fizika kursu, Optika, IV c., «Çaşıoğlu», Bakı, 2009, 624 s.

  5. Kalaşnikov S.Q. Elektrik bəhsi, Bakı, 2015, 650s.

ƏLAVƏ ƏDƏBİYYAT

  1. Friş S.E., Timoreva A.V. Mexanikanın fiziki əsasları, molekulyar fizika, rəqslər və dalğalar.”, 1964, 516 s.

  2. Friş S.E., Timoreva A.V. Elektrik və elektromaqnit hadisələri. 1954, 651 s.

  3. Friş S.E., Timoreva A.V. Optika. Atom fizikası., 1960, 814 s.

  4. Məmmədov R.Q. Mayelərdə səthi gərilmə və daxili sürtünmə hadisələri.Bakı,2007, 71 s. 


Тяртиб едян: f.r.e.d prof. Мяммядов Р.Г


: w10 -> Shekil -> Kafedralar -> Optika -> Programs
Programs -> Optika və molekulyar fizika” kafedrası “Fizika müəllimliyi ixtisası-050104” bakalavr hazırlığı üzrə “Mexanika” fənninin proqramı
Programs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti
Programs -> Biologiya fakültəsində tədris olunan“Ümumi fizika ”
Programs -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti
Programs -> Optika və molekulyar fizika” kafedrası “Fizika” ixtisası-050503” bakalavr hazırlığı üzrə “Mexanika” fənninin proqramı
Programs -> Азярбайъан республикасы тящсил назирлийи
Programs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti
Programs -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti
Programs -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti
Programs -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə