Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə1/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
  1   2   3   4   5   6   7   8   9   ...   110


1

                      OQTAY

           ƏFƏNDİYEV

              AZƏRBAYCAN

 SƏFƏVİLƏR DÖVLƏTİ

ŞƏRQ-QƏRB

BAKI 2007



2

ISBN 978-9952-34-101-0

947.5405-dc22

1.Azərbaycan-Tarix.2.Səfəvilər dövləti.



Oqtay Əfəndiyev.Azərbaycan Səfəvilər dövləti.

Bakı,”Şərq-Qərb”,2007,344 səh.+8 səh.(illüst.)




3

Azərbaycan xalq şairi

Rəsul Rzanın əziz xatirəsinə

həsr edirəm



Müəllif

                                  GİRİŞ

         XVI  əsr ümumdünya tarixinin yeni mərhələsinin başlanması ilə

əlamətdardır. Bu feodal cəmiyyətinin daxilində kapitalist istehsal üsulunun

yaranması, feodal münasibətlərinin dağılması  və  Avropanın  bir  sıra

inkişaf etmiş ölkələrində kapitalist istehsalının meydana gəlməsi, milli və

çoxmillətli  dövlətlərin təşəkkül  tapması dövrü idi. Bu  dövrdə Qərbi

Avropa  ölkələrinin əksəriyyətindəmilli ərazilərin siyasi cəhətdən birləşməsi

və mərkəzləşdirilmiş dövlətlərin təşəkkülü prosesi artıq başa çatmışdı.

Feodalizm şəraitində siyasi mərkəzləşdirmənin mükəmməl forması mütləq

monarxiya idi.

  Lakin Asiya ölkələrində dövlətin bir qədər spesifik tipi formalaşdı.

Bu dövlətlər müəyyən dərəcədə feodal pərakəndəliyini aradan qaldırsalar da,

Avropanın feodal-mütləqiyyətçi dövlətlərindən əhəmiyyətli surətdə

fərqlənirdilər. Sonunculardan fərqli olaraq Asiya ölkələrində siyasi birləşmə

prosesi məhsuldar qüvvələrin  nisbətən  zəif  inkişafı, feodal münasibətlərinin

durğunluğu, natural təsərrüfatın hökmranlığı və vilayətlər arasında iqtisadi

əlaqələrin zəifliyi şəraitində  baş verirdi. Bir sıra səbəblər üzündən Asiyanın

feodal dövlətləri (onlardan  bəziləri  hətta  güclü  hakimiyyətə malik olsalar

da) optimal  daxili  sabitlikdən  məhrum idilər,  onların  ərazi  bütövlüyünü

sarsıdan mərkəzdənqaçma  proseslərini  tamamilə  zərərsizləşdirə

bilmirdilər.Asiya ölkələrində siyasi qurumların  səciyyəvi xüsusiyyətlərindən

biri   ondan  ibarət  idi  ki, xarici  istilalar   nəticəsində  onlar sürətlə bir ölkə

çərçivəsindən  kənara çıxır, geniş regionları öz sərhədləri hüdudunda

birləşdirirdilər.

 Belə dövlətlərdən biri XVI əsrin əvvəllərində yaranmış, Osmanlı

imperiyası və Böyük Moğollar dövləti ilə yanaşı, o dövrün ən iri Asiya

dövlətlərindən olan Səfəvilər dövləti idi.

Səfəvilər dövləti onun tərkibinə daxil olmuş Cənubi Qafqaz, İran və




4

digər ölkələrin xalqlarının tarixi taleyində  əhəmiyyətli rol oynamışdı. Bu

dövlət sosial - iqtisadi inkişafın müxtəlif  pillələrində olan, dil, mədəniyyət və

din baxımından fərqlənən bir çox xalqları və  tayfaları vahid dövlət

hakimiyyətində birləşdirmiş, tabeliyindəki ölkələrdə feodallaşma prosesini

daha da sürətləndirmişdi.

Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi, onun sonrakı

etnik konsodilasiyası  ilə qırılmaz surətdə bağlıdır.  Azərbaycanın  cənub  və

şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş

hüdudları daxilində birləşdirilməsi, bu vilayətlərin keçmişə nisbətən daha sıx

siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaranmışdı. Onilliklər

boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə

yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət

sahəsində müəyyən tərəqqiyə nail olmuşdu. Səfəvilər dövlətinin yaranması

Azərbaycan ərazisində və həmhüdud ölkələrdə feodalizm cəmiyyətinin

təkamülündə mühüm mərhələ oldu. Səfəvilər dövləti ilk növbədə

Azərbaycan tayfa əyanları - əmirlər tərəfindən onların sinfi mənafelərinə

xidmət etmək üçün yaradılmışdı. Başlıca vəzifəsi öz həmtayfaları və tabe

etdikləri vilayətlərin əhalisi üzərində hakimiyyəti möhkəmləndirmək və

genişləndirməkdən ibarət olan yeni yaranmış dövlətdə qızılbaş  əmirləri

hakim qüvvə olmuşdular. XVI əsrdə Azərbaycan və onun ən böyük ticarət-

sənətkarlıq mərkəzi olan Təbriz yalnız siyasi baxımdan deyil,  həm də

iqtisadi cəhətdən  Səfəvilər  dövlətinin  əsasını  təşkil  etmişdir.

Göstərilən cəhətləri inkar edən Qərb şərqşünasları XVI əsr Səfəvi

dövlətinə  əsassız olaraq İran dövləti kimi baxmışlar və baxmaqda davam

edirlər. Azərbaycan xalqının tarixi yaradıcılığının, milli ləyaqətinin və

özünəməxsus mədəniyyətinin, müstəqil yaşamaq və inkişaf etmək

hüququnun şovinist tarixşünaslığa xas olan şəkildə tamamilə inkar edilməsi

ənənəsi bu münasibətdə özünün təzahürünü tapır. Başqa xalqlara həqarətli,

təkəbbürlü münasibət bəslənməsi, onların tarixi rolunu,  bəşəriyyət tarixinə

və mədəniyyətinə töhfəsini nəzərə almamaq tarixi gerçəkliyə ziddir. Təsadüfi

deyildir ki, məhz Azərbaycan tarixçiləri ən qədim dövrlərdən etibarən

Azərbaycan ərazisində baş vermiş tarixi proseslərin axarını təhlil etmiş,



5

Azərbaycan dövlət quruculuğunun və mədəniyyətinin müxtəlif inkişaf

mərhələlərində xalqın rolunu səciyyələndirmiş, habelə XVI əsr Səfəvilər

dövlətinin yaranmasında və inkişafında Azərbaycan xalqının rolunu aşkara

çıxarmışlar. Bu kitab XVI əsr Səfəvilər dövlətinə dair Şərq və Avropa

mənbələrinin hərtərəfli tədqiqi, sistemli şəkildə  şərh olunması və

ümumiləşdirilməsi,  göstərilən dövrdə Azərbaycanın siyasi və sosial - iqtisadi

həyatının işıqlandırılması istiqamətində ilk cəhddir. Onun mühüm

məqsədlərindən biri Səfəvilər  dövlətinin  meydana  gəlməsi və  inkişafında

Azərbaycan etnik  ünsürünün rolunu elmi surətdə  əsaslandırmaqdan

ibarətdir. Kitab  müxtəlif  dillərdə  olan irihəcmli  mənbələrin,  o cümlədən

ilk dəfə elmi dövriyyəyə daxil edilən  nadir əlyazma əsərlərinin tənqidi

surətdə öyrənilməsi və təhlili əsasında yazılmışdır. Müəllif iş prosesində

görkəmli tarixçi şərqşünaslardan V.V.Bartoldun, A.Y.Krımskinin,

V.A.Qordlevskinin, İ.P.Petruşevskinin, Ə.Ə.Əlizadənin, B.N.Zaxoderin və

başqalarının əsərlərindəki nəticələrə ümumiləşdirmələrə xeyli dərəcədə

istinad etmişdir. Bu kitaba müəllifin 1961-ci ildə Bakıda rus dilində nəşr

olunmuş ”XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması”

əsərində başlanğıcı qoyulmuş mətləblərin davamı və həlli faktı kimi

yanaşılmalıdır. Buna görə də bu kitabda I Şah İsmayılın dövlətinin

yaranmasına və onun hakimiyyəti dövrünə yalnız əvvəlki monoqrafiyanın

materillarına əlavələr və dəqiqləşdirmələrlə  əlaqədar zəruri ölçüdə

toxunulmuşdur. Bu, keçmişdə bizim üçün əlçatmaz olan bəzi salnamələr və

tədqiqatlar, xarici alimlərin keçən dövr ərzində meydana çıxmış  əsərləri

sayəsində mümkün olmuşdur. Müəllif imkan daxilində nəzərə alınmış qeyd

və arzularına görə Azərbaycan Respublikası Elmlər Akademiyası Tarix

İnstitunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin əməkdaşlarına

minnətdarlığını bildirir. Müəllif iş prosesində ortaya çıxan problemlərin

aradan qaldırılmasına görə görkəmli tarixçi - şərqşünas, mərhum professor

İlya Pavloviç Petruşevskini və əsərin hazırlanması dövründə öz yardımını

əsirgəməmiş Respublika Elmlər Akademiyasının müxbir üzvü, mərhum

professor Əlövsət Nəcəfqulu oğlu Quliyevi minnətdarlıqla yad edir.




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə