Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə3/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   2   3   4   5   6   7   8   9   ...   110

9

“İbrahim Əmini hicri 927 (1521)-ci ilədək Heratda yaşadı. Xorasanda özbək

basqınları təhlükəsi və  şiə-sünni düşmənçiliyinin güclənməsi üzündən

sakitlik pozulduğu zaman bir çox elm və mədəniyyət xadimləri, o cümlədən

də  İbrahim Əmini Heratı tərk etməyə və Səfəvilər dövlətinin paytaxtına

köçməyə  məcbur oldu. Burada o, saray tarixşünası təyin olundu və I Şah

İsmayıl ona “Şahın qələbələri” tarixini yazmağı tapşırdı

10

. ”Fütuhat-i



şahi”nin Duşənbə əlyazması (A.M.Mirzoyevin yazdığına görə) iki cilddən

(dəftərdən) ibarətdir və ümumi həcmi 265 vərəqdir. Əmini birinci cildi

“Fəth” (qələbə) adını daşıyan beş fəslə bölmüşdür. Birinci fəsildə dünyanın

və insanın yaranmasından, islam dininin banisi Məhəmməd Peyğəmbərin

mənşəyindən bəhs edilir. İkinci fəsil Peyğəmbərin həyat və fəaliyyətinin

müfəssəl şərhini verir. Üçüncü fəsil xəlifə Əliyə və şiələrin imamlarına həsr

edilmişdir. Dördüncü fəsildə şəcərəsi iyirmi altıncı nəsildə imam Musa əl-

Kazıma gedib çıxan “ədalətin pənahgahı” - Şah İsmayılın əcdadından söhbət

açılır. Beşinci fəsildə İsmayılın uşaqlıq dövründən (onun həyatının birinci on

iki ilində baş vermiş hadisələrdən) danışılır. ”Fütuhati Şahi”nin birinci cildi

Şah İsmayılın yürüşləri ilə bilavasitə bağlı deyildir və o başqa məqsədə -

Səfəvilərin yeddinci şiə imamı, onun vasitəsilə isə Məhəmməd Peyğəmbərin

özü ilə qohumluq iddialarını  əsaslandırmağa xidmət edir. Buna görə də

müəllif öz əsərinin bu cildini “Fütuhati Şahi”nin sonrakı cildlərinə

münasibətdə “müqəddimə”adlandırır.

Əsərin ikinci cildi (dəftəri) birincidə  olduğu  kimi  böyük  fəsillərə

bölünmür.  Ayrı-ayrı,  qarşılıqlı  əlaqəsi  olan  başlıqlar  altında  Şah

İsmayılın  Übeydulla  xanın  və Teymur  Sultanın  hicri  919 (1513-1514)-cu

ildə  Herata  basqını  ilə  əlaqədar Xorasana  təkrar  yürüşünə  qədər  bütün

hərbi  əməliyyatlar  haqqında  danışılır. Beləliklə,  ikinci  cild  də  həmçinin,

təxminən  on  iki  ili  əhatə  edir

11

.



Əmininin dili olduqca ibarəli,  üslubu  mübaliğəli  və az

məzmunludur. Hekayəyə  Qurandan xeyli miqdarda iqtibaslar, hədislər,

həmçinin şeir parçaları  daxil edilmişdir. A.M.Mirzoyevin göstərdiyi kimi,

əgər xüsusi variantlar nəzərə alınmazsa, ””Fütuhat-i Şahi”nin və




10

“Şahənşahnamə”nin ikinci cildinin mətnləri oxşardır. Mətnlərin eyniliyi

buna şəhadət verir ki, ”Şahənşahnamə” müstəqil  əsər  deyildir  və “Fütuhati-

Şahi”nin ikinci cildinin (ikinci dəftərinin) nüsxəsidir. A.M.Mirzoyev

“Şahənşahnamə” ni “Fütuhati- Şahi”nin ikinci cildinin yeni redaksiyası

hesab  edir

12

.

Biz “Şahənşahnamə” adı ilə məlum olan ikinci cildin Sankt-Peterburq



nüsxəsindən istifadə etdik. Qeyd etmək lazımdır ki, bu nüsxədən

tarixşünaslıqda əməli surətdə istifadə edilməmişdi

13

.

Sankt-Peterburq əlyazması 235 vərəqdə, iri və aydın nəstəliq xətti ilə



yazılmışdır. Bu nüsxədə döyüş, şahın ova çıxması, oyunlar və s. səhnələri

təsvir edən səkkiz gözəl miniatür də vardır.

İbrahim Əmininin əsəri müasirlərinə yaxşı məlum idi və feodal

tarixşünasları tərəfindən I Şah İsmayılın hərbi yürüşlər tarixinə dair əsas

mənbə hesab edilirdi. Xronoloji nöqsanlara baxmayaraq, hadisələr, o

cümlədən İsmayılın Şirvanda Fərrux Yasara qarşı hərbi əməliyyatları, onun

Ağqoyunlu Əlvəndlə, həmçinin də  İranın feodal hakimləri ilə döyüşləri

zəngin faktiki materiallar əsasında şərh edilmişdir. Müəllif bu hadisələrin

şahidi olmasa da, onların təsvir  üsulu  bu yürüşlərin şahidi və iştirakçılarının,

Şah İsmayılın yaxın silahdaşlarının - qızılbaş sərkərdələrinin söylədiklərinə

əsaslandığı üçün böyük maraq doğurur. Bütün bu dövr ərzində Əmininin

yaşadığı Xorasanla bağlı hadisələr isə  ətraflı, canlı, təfsilatı ilə

işıqlandırılmışdır. Təbiidir ki, Əminidən obyektivlik, bitərəflilik gözləmək

olmazdı. Çünki müəllif  İsmayılın yürüşlərinin, istilalarının rəsmi tarixini

sinfi mövqedən yazmışdır. Onun vəzifəsi bundan ibarət idi ki, öz

hökmdarının əməllərini şöhrətləndirsin. Buna görə də Əmini bu yürüşlərin

mədhiyyəçisi, şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir. Xalqın

vəziyyəti  Əminini qətiyyən maraqlandırmırdı. O, siyasi əhəmiyyəti olan

hadisələr haqqında danışır,  onların tarixinə,  qarşılıqlı səbəb və əlaqəsinə isə

məhəl qoymurdu. Əsərdə Cənubi Qafqazın və  İranın siyasi tarixinə dair

çoxlu maraqlı məlumat vardır (sosial-iqtisadi səciyyəli məlumatlar isə yox

dərəcəsindədir).




11

I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən

ədəbiyyatda şərti olaraq ”Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl

Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın  həyatının salnaməsi

yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla

başlanır, onun gəncliyində baş verən hadisələri  işıqlandırır,  Səfəvilər

dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə  edir  və  onun oğlu  I Şah

Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər  tam  nəşr

olunmamışdır.  Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid

olan parçalar  keçən  yüzilliyin  sonunda Denison  Ross  tərəfindən  ingilis

dilinə  tərcümədə  dərc  olunmuşdur

14

.

Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda -



Britaniya  muzeyində

15

,  digəri  isə Kembric  universitetinin kitabxanasında



16

saxlanılır. Anonimin bizim  istifadə etdiyimiz

17

 London əlyazması 21



miniatürlə bəzədilmiş, 307 vərəqlə (614 səhifə), gözəl nəstəliq xətti ilə

yazılmışdır.  Nüsxənin  yazılma tarixi  (Ç.Riyöyə görə) XVI əsrdir.

“Tarix-i Şah İsmayıl-i Səfəvi” (Ç.Riyö və D.Rossun haqlı olaraq

göstərdikləri kimi) özünün xeyli hissəsi ilə Xondəmirin ilk Səfəvi şahının

həyat  və  fəaliyyətinə həsr olunmuş “Həbib əs-siyər” əsərinin üçüncü

cildinin dördüncü hissəsinə tam şəkildə uyğun gəlir. Məlumdur ki,

Xondəmir öz əsərini hicri 930 (1524)-cu ildə,  I İsmayılın ölümündən bir ay

əvvəl  başa çatdırmışdır, halbuki bəhs etdiyimiz əsər I Şah Təhmasibin

hökmdarlığı dövründə yazılmışdır. Tədqiqatçılar onun yazılma tarixini bir

qədər dəqiqləşdirməyə cəhd göstərmişlər. Mətnin özündə göstərilən

Teymuri  Məhəmməd   Zaman  Mirzənin

18

  vəfat  etdiyi  hicri  947 (1540)-ci



il  tarixinə  əsasən  belə  bir  fikir  söylənilmişdir  ki,  əsər 1540-cı ildən sonra

tamamlanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, bu salnamə

Xondəmirin oğlu Mahmudun hicri 955 (1548)-ci ildə yazmağa başladığı

tarixi xronikasında istifadə olunmuşdur

19

. Bu mülahizələrdən çıxış edərək



belə bir nəticəyə gəlmək olar ki, göstərilən əsər 1540 və 1548-ci illər

arasındakı

20

dövrdə yazılmışdır.  Ç.Riyo qeyd edir ki, anonim müəllifin



Xondəmirin mətnlərinin eyniliyi birincinin ikincinin əsərini köçürdüyünü

bildirsə də, naməlum müəllifin əsərində əlavə təfərrüatların olması onların




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə