Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə4/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   2   3   4   5   6   7   8   9   ...   110

12

həm də müxtəlif məlumat mənbələrinə  əsaslandığını göstərir

21

. D.Ross


habelə göstərirdi ki, ”Tarix-i Şah İsmayıl-i Səfəvi”də “Həbib əs-siyər”

əsərində olmayan çoxlu bioqrafik və coğrafi təfsilat vardır. D.Ross I Şah

İsmayılın tarixinə dair bu iki çox mühüm ilkin mənbəni  müqayisə  edərək

bu xronikaya üstünlük verirdi.  Güman  etmək  olar ki,  Xondəmir hicri 930-

cu ilədək (“Həbib əs-siyər”in yazıldığı dövr) Xorasanda yaşamışdır  və onun

dövlətin başqa ərazisində, o cümlədən də Azərbaycanda olub-olmaması

sualına daha çox mənfi cavab verilməlidir. Ehtimal  etmək olar ki,

Xondəmir I Şah İsmayıl və onun istilaları haqqında məlumatı Xorasana

gələn şah sarayı məmurlarından, yaxud bizə məlum olmayan digər

mənbələrdən alırdı. Güman etmək olar ki, bizim müəllif Səfəvilərə yaxın

olmuşdur və öz əsəri üçün Xondəmirin kitabını  əsas kimi götürmüş, onu

Azərbaycanda, burada baş verən hadisələrlə bilavasitə,  şəxsən tanış olduğu

materialla zənginləşdirmişdir

22

. Onun hətta İsmayılın ilk yürüşlərinin



iştirakçısı olduğunu da ehtimal etmək olar. Nəzərdən keçirilən əsərin

müəllifinin şəxsiyyəti barədə müxtəlif fikirlər söylənilmişdir (X.Bexeviç,

V.Minorski, V.Hins və b.). Əsər müəllifinin adı bizə tam məlum olmasa da,

onun “Bicən” sözü ilə başladığı barədə  əsərin London nüsxəsinin 82a

vərəqinin haşiyəsində işarə vardır. Q.Sərvərin fikrincə, həmin əlyazmanı

müəllifin  özü nəzərdən keçirmiş və öz əli ilə orada düzəlişlər etmişdir (çünki

bu və bir sıra digər haşiyə yazılarında yazan adamın özünü bildirən “miskin

qul” (bəndeyi-kəmtərin) ifadəsi işlədilir

23

.  Bəlkə də Q.Sərvər öz ehtimalında



haqlıdır,  lakin bununla əsərin müəllifliyi məsələsinin həll olunduğunu iddia

etmək mümkün deyildir.

  Tarix elmi I Şah İsmayıl hakimiyyəti tarixinə dair  üç ilk mənbəyə –

“Fütuhat-i şahi”,  “Həbib əs-siyər” və bəhs etdiyimiz səlnaməyə malikdir.

Biz bu əsərləri tutuşduraraq belə bir nəticəyə gəldik ki, nəzərdən keçirilən

əsər I Şah İsmayılın hakimiyyəti, XVI əsrin I rübündə Azərbaycanda və

həmhüdüd ölkələrdə  Səfəvilər dövlətinin yaranması tarixi haqqında daha

tam, dəqiq və müfəssəl  hekayədir.

24

“Tarix-i Şah İsmayıl-i Səfəvi” İsmayılın, ənənəvi olaraq, yeddinci



imam Musa əl-Kazıma gedib  çıxan şəcərəsinin şərhi ilə başlanır.  Səfəvilərin


13

əcdadları haqqında yarıəfsanəvi səciyyəli oçerk qismən Təvəkkül ibn

Bəzzazın “Səfvət əs-səfa”  adlı agioqrafik əsərindən götürülmüşdür

25

.



Bu giriş hissəsindən sonra salnaməçi öz hekayəsinin başlıca

mövzusunun şərhinə başlayır.  Tarixi hadisələr hicri 930 (1524)-cu ilə qədər

şərh edilir. Biz naməlum müəllifin və Xondəmirin əsərlərinin mətnlərinin

uyğunluğunu qəbul etməklə, burada onların arasındakı ayrı-ayrı yerlərdə çox

əhəmiyyətli görünən fərqləri qeyd etmək istərdik.  Anonim müəllifin əsərinin

bir sıra  üstünlükləri vardır.  Əsər,  Xondəmirin hekayəsini ayrı-ayrı təfsilat

və təfərrüatlarla tamamlaması faktı ilə deyil, konkret tarixi materialla zəngin

olan,  əhəmiyyətli,  bütöv  yeni  başlıqların  mövcudluğu  ilə  qiymətlidir

26

.

Orta əsr salnaməçilərinin əksəriyyətinin əsərlərində olduğu kimi,



naməlum müəllif üçün də Azərbaycan müstəqil maraq obyekti deyildir.

Azərbaycan barəsində o, qızılbaşların ora yürüşləri, qiyamlar, şahın ov

səhnələri və digər hadisələrlə  əlaqədar yazırdı. Buna baxmayaraq, onun

verdiyi məlumatlar çox maraqlıdır.

Naməlum salnaməçi Azərbaycanda və  İranın Xəzərsahili

vilayətlərində qızılbaş hərəkatının ilk mərhələləri haqqında orijinal və çox

qiymətli material verir

27

. 1501-ci ildə bakılıların güclü müqaviməti və I Şah



İsmayılın Bakını tutmasına  həsr olunmuş səhifələr Azərbaycan tədqiqatçıları

üçün  böyük  maraq  kəsb  edir

28

.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  Həsən  bəy



Rumlunun “Əhsən ət-təvarix”indəki gerçəkliyə uyğun olan hekayə

naməlum müəllifdən götürülmüşdür, həm də bu zaman mühüm təfsilat

nəzərə alınmamışdır. Azərbaycanda və  İranda siyasi vəziyyətin səciyyəsi,

feodal pərakəndəliyi və XVI əsrin əvvəlində öz müstəqilliyini qoruyaraq

Səfəvilərlə mübarizə aparan yerli hökmdarlar barəsində də eyni sözləri

demək olar

29

. Hicri 911 (1506)-ci il və 915 (1509)-ci ildə qızılbaşların



Şirvana yürüşləri haqqında hekayə çox məzmunludur

30

.



Müəllif hakim sinfin nöqteyi-nəzərindən, şiəliyin müdafiəsi,

Səfəvilərin ifrat dərəcədə təriflənməsi mövqeyindən çıxış edir. O, habelə

saray tarixşünaslığının tipik üsullarından istifadə edir. Döyüşlərdən, şah

ovlarından, ziyafətlərdən və s. bəhs edərkən onun dili təmtəraqlı və az

məzmunlu olur. Qalan hallarda təhkiyənin lakonikliyi, hadisələrin əlaqəli



14

şəkildə  şərh olunması, onların tarixinin dəqiq göstərilməsi ilə fərqlənir ki,

bütün bunlar həmin salnaməni bu dövrün tədqiqi üçün əvəzsiz edir.

Salnaməçi Sah İsmayılın şərti adından, onu “Xaqan-i Süleymanişan-i

sahibqiran”

31

, yəni “Ulduzlar cədvəlinin xoşbəxt sahibi olan Süleymana



layiq”

32

  hökmdar ifadəsi ilə əvəz etməklə istifadə edir.



Bütövlükdə müəllifin bitərəfliliyinə baxmayaraq, o müəyyən

mənada obyektivliyi saxlamağa nail olur.  Onun rəvayətində  XV əsrin sonu-

XVI əsrin əvvəlində Azərbaycanın və  İranın sosial-iqtisadi vəziyyəti

barəsində özünə yer tapmış ayrı-ayrı təfərrüatlara təsadüf edilir

33

. Adı çəkilən



“Səffat əs-səfa“ və “Həbib əs-siyər”dən başqa, müəllifin həmçinin İbrahim

Əmininin “Fütuhat-i Şah-i”əsərindən də istifadə etdiyini güman etmək olar.

Bu, belə bir cəhətdə xüsusilə özünü göstərir ki,  hər iki mənbədə İsmayılın

Kaşana daxil olması və  şəhərlilərin onu qarşılaması, həmçinin şəhərdəki

təntənələr haqqındakı hekayələr eynidir

34

.



Təzkirey-i Şah Təhmasib” (“Şah Təhmasibin təzkirəsi”) əsərinin

kimə aid olması məsələsi indiyə kimi tədqiqatçılar arasında mübahisə və

ixtilaflara səbəb olmuşdur. Onların əksəriyyəti (F.Töyfel, P.Horn, D.Fillot,

X.Bexeviç, E.Broun, V.Hins) “Təzkirənin müəllifliyini I Şah Təhmasibin

adına çıxırlar. ”Təzkirə” mətninin P.Horn tərəfindən nəşrinə

35

 dair özünün



tənqidi rəyində rus iranşünası V.A.Jukovski bu baxışın əleyhinə çıxış

etmişdir


36

. V.A.Jukovski həmin əsərin Sankt-Peterburq əlyazmasına

əsaslanaraq

37

  sübut  etməyə  çalışırdı  ki,  bu  əsər  I  Şah  Təhmasibin



“gündəliyi”, yaxud “memuarları” deyildir və  şahın Osmanlı səfiri ilə

müsahibəsinin protokoludur

38

. İ.P.Petruşevski



39

 və K.Q.Tabatadze

40

  də  bu


nöqteyi-nəzəri müdafiə edirlər.

Tarix elminə bu əsərin iki variantı məlumdur. Birinci variant yalnız iki

nüsxədə (Sankt-Peterburq və Tiflis) saxlanılır. “Şah Təhmasibin Rum

səfirləri ilə söhbəti” başlığı ilə verilmişdir. ”Şah Təhmasibin təzkirəsi”

adlanan digər nüsxələr təxminən eynidir və I Şah Təhmasibin

hakimiyyətindən bəhs edən tarixi müqəddimənin ön söz kimi verildiyi,

yuxarıda adı çəkilən ”Söhbətin”  bir qədər dəyişilmiş variantıdır. Bu

hekayədə hicri 930-938 (1524-1532)-ci illərin hadisələri şərh edilir və mənbə




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə