Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə5/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   2   3   4   5   6   7   8   9   ...   110

15

Səfəvi - Osmanlı münasibətləri ilə əlaqədar deyildir.

Əsərin Sankt-Peterburq əlyazması beş “hekayədən” (Üləma bəy

Təkəli


41

, Qazi xan Təkəli

42

, Əlqas Mirzə



43

, İsgəndər paşa

43

 və Sultan



Bayazid

45

 haqqında) ibarətdir.



“Təzkirə” yaddaş  qeydləri,  memuar  səciyyəsi daşıyır. Buna görə

də xronoloji ardıcıllıq tez-tez pozulur,  real hadisələr şahın röyaları və şəxsi

mülahizələri ilə qarışıq şəkildə rəvayət edilir. Hekayə hər yerdə birinci

şəxsin, I Şah Təhmasibin dilindən söylənilir. Şahın baxışlarının əks etdirən

təsvirlər obyektivliyi ilə fərqlənmir. Buna baxmayaraq, I Təhmasibin əsəri

Həsən bəy Rumlunun və digər salnaməçilərin məlumatlarını tamamlayan

qiymətli ilkin mənbədir. ”Təzkirə”nin I Şah İsmayılın vəfatından sonra

qızılbaş tayfalarının üsyanı, XVI əsrin birinci yarında Səfəvi - Osmanlı

müharibələri, 1538-ci ildə Şirvan ərazisinin Səfəvi dövlətinə birləşdirilməsi

və s. haqqında məlumatları xüsusilə maraqlıdır.  Əsərdə Səfəvilərin inzibati

idarə sistemi,  vilayət hakimlərinin təyin olunması,  bağışlanmış mülklər və s.

barəsində material vardır.



Əli Zeynalabdinin (Əbdibəy təxəllüslü şair) “Təkmilət əl-əxbar

(Xəbərlərin təkmili”) əsəri tarixi - xronikal səciyyə daşıyır, ümumtarix

əsəridir və dörd fəslə (baba) bölünmüşdür. Müsəlman sülalələrinə həsr

olnmuş dördüncü  fəslin  sonuncu  hissəsində ilk Səfəvilərin - I İsmayılın və I

Təhmasibin hakimiyyət illəri şərh edilir. Əsərin istifadə etdiyimiz, keçmiş

SSRİ-də yeganə nüsxəsi natamamdır, hicri 968 (1560-1561)-ci ilin

hadisələrinin  şərhində  kəsilir

46

.



I Şah Təhmasibin hakimiyyət dövrü hadisələrinin təsviri faktik

material və elə təfərrüatlarla zəngindir ki, bunlara digər, sinxron

salnamələrdə təsadüf edilmir. Məsələn, dövlət banisinin vəfatından sonra

qızılbaş feodal əyanlarının torpaq və yüksək vəzifələr uğrunda dramatik

mübarizəsinin gözlənilmədən dəyişkənliyə uğraması faktları  şahidin canlı

hekayəsində verilmişdir. Əsərdə Səfəvilər dövlətinə birləşdirildikdən sonra

Şirvanın vəziyyəti,  Əlqas Mirzənin qiyamı, Abdulla xan Ustaclının Şirvanda

Bürhan Mirzənin,  Mehrabın və Qasım Mirzənin separatçı çıxışlarına qarşı

mübarizəsi haqqında mühüm məlumatlar vardır.



16

Əli Zeynalabdin miqyaslı siyasi hadisələrdən bəhs edərkən şiəliyin

və Səfəvilərin tərəfdarı kimi  çıxış edir,  rəsmi əhval-ruhiyyəyə əməl edir. O,

kiçik məmur işlədiyinə görə bürokratik aparata yaxşı bələd idi və buna görə

də saray mühitində mümkün olan hər cür təyinatlar və yerdəyişmələr barədə

onun məlumatları diqqətəlayiqdir. Xronikanın dili lakonikliyi ilə fərqlənir və

dəbdəbəli ibarələrdən məhrumdur.

Hürşad ibn Qubad əl- Hüseyninin, uzun müddət Hindistanda

yaşamış  İraqi-Əcəm əhli olduğu  ehtimal edilir. Orada o,  Əhmədnaqar

hakimlərindən, Nizamşahlar sülaləsindən olan Sultan Bürhanın yanında

qulluğa  girmişdi. Hürşah  Bürhan (1508-1553) səfir kimi I Şah Təhmasibin

sarayına göndərilmiş və  hicri 952-ci ilin  rəcəb ayında (1545-ci ilin

sentyabrı)  Reyə  Gəlmişdi.  Bir  ay  keçdikdən  sonra  o,  şahın  qəbuluna

düşməyə nail olmuş və öz hökmdarının min tümən dəyərində olan

hədiyyələrini I Təhmasibə təqdim etmişdi

47

,  Hurşahın məlumatına görə o,  il



yarım Səfəvi şahının sarayında qalmış və onun Gürcüstana və  Şirvana

yürüşlərində də iştirak etmişdi (1546-1547)

48

. Hurşahın sonrakı həyatı



haqqında məlumat azdır. Hicri 971 (1563-1564)-ci ilədək,  yəni 19 il ərzində

o, Səfəvi sarayında yaşamış və saray dairələrinə yaxın olmuşdur. Burada o,

özünün “Tarix-i elçi-yi Nizamşah” (“Nizamşahlar elçisinin tarixi”)

adlandırılmış tarixi xronikasının birinci variantını başa çatdırmışdır. Müəllifin

məlumatına  görə,  I Təhmasib onun əsərinə böyük  maraq  göstərmiş, işlə

tanış olduqdan sonra istifadə etmək üçün öz əsərinin surətini ona vermişdi;

bu əsərində o,  ”xilafətin pənahı əlahəzrət şahın Rum müharibəsindən indiyə

kimi başına gəlmiş bəzi hadisələri bir yerə toplamış və onları bir neçə fəslə

bölərək xoşagələn hekayələr yazmışdı...” (Söhbət “I Şah Təhmasibin

təzkirəsi”ndən gedir - O.Ə.)

49

. Gördüyümüz kimi, Hurşah Səfəvi şahının



memuarının  bəzi  yerlərini  demək  olar  ki, köçürmüşdür.

Bundan bir qədər sonra Hurşah Hindistana qayıtmış və 1656-ci ilin

iyununda  Holkonda  vəfat  etmişdir.

“Tarix-i elçi-yi Nizamşah” yeddi fəsildən (məqalədən) ibarət olan,

hər biri öz növbəsində “söhbətlərə” (“göftar”) bölünən ümumtarix əsəridir.



17

Altıncı fəsil Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarına, Səfəvilərin ilk iki

şahına, Xəzərsahili vilayətlərin hakimlərinə və Osmanlı sultanlarına həsr

olunmuşdur. Hürşahın əsərinin bir neçə əlyazma nüsxəsi məlumdur. Lakin

onlardan heç birinin mətni tam şəkildə, yəni əsərin bütün hissələrini əhatə

etmir


50

. Keçmiş SSRİ-də bu əsərlər yox idi (yaxud da hələ aşkar

edilməmişdi). Onun kiçik bir hissəsi - Şirvanın və digər Xəzəryanı

vilayətlərin tarixinə aid parçası Ç.Şefer tərəfindən nəşr olunmuşdur

51

. Bu


hissə məzmunca zəngindir. 1537-1538-ci illərdə Qələndərin (dərvişin) xalq

üsyanı haqqında məlumatlarından başqa, burada sonuncu Şirvanşahlar və

onların oğlanları barəsində, bu sülalənin nəsil şəcərəsindəki boşluğu

doldurmağa imkan verən bəzi məlumatlar vardır.

Biz Britaniya muzeyinin, hələ mənbə müəllifinin sağlığında üzü

köçürülmüş nadir nüsxəsindən istifadə etmişik. Bu əlyazması daha erkən

yazılmışdır və səhihdir. I Şah İsmayıla və I Şah Təhmasibə həsr olunmuş,

bizim üçün çox mühüm olan hissəsini  (VI məqalədən 3-cü göftar) özündə

əks etdirir. I Təhmasibin hakimiyyəti haqqında çox ətraflı hekayə  şahın

qardaşı Sam Mirzə hicri 969 (1561-1562)-cu ildə Qəhqəhə qalasında

zindana salınanadək olan dövrü əhatə edir və hakimiyyətdə olan monarxın

mədh olunması ilə bitir. Səfəvilər tarixinin işıqlandırılmasında bu hissədən

indiyə kimi istifadə olunmamışdır.

Hürşah Səfəvilər dövlətinin bir çox vilayətlərində - Şirvanda və

Azərbaycanın digər hissələrində, Gilanda,Mazandaranda olmuşdur və bu

vilayətlərin tarixinə dair onun məlumatlarının dolğunluğu, müfəssəlliyi də

elə  bununla  izah  edilə  bilər.  Hindistan  Nizamşahlar  dövlətinin  səfiri  və

təbəəsi  olan  Hurşah  Səfəvilərin və  şiəliyin tərəfdarı kimi  çıxış  etsə də,

onu fanatizm səviyyəsinə gətirib çıxarmır, öz təmkinli üslubunu və

obyektivliyini  saxlayır.

Mövzumuzun mühüm mənbələrindən biri Budaq Qəzvininin

“Cəvahir əl-əxbar” (“Xəbərlərin inciləri”) əsəridir. Bu əsərin dünyada yeganə,

avtoqraf sayılan nüsxəsi M.Y.Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət

Kütləvi Kitabxanasının Əlyazmaları Fondunda saxlanılır

52

 və 678 səhifədən



ibarətdir. Əlyazmada olan kolofona görə iqrar etmək olar ki, əsər hicri 984-


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə