Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə6/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   2   3   4   5   6   7   8   9   ...   110

18

cü il cüməd əl-əvvəlin sonunda (24 avqust 1576-cı il), yəni II Şah İsmayıl

taxta çıxdıqdan üç gün sonra tamamlanmışdı (hadisələrin şərhi də həmin

dövrə qədər çatdırılmışdır).

B.Dorn və  İ.Petruşevski bu əlyazma barədə son dərəcə ümumi

məlumat vermişlər

53

. Bu əsərə xüsusi məqalə həsr etmiş P.İ.Petrov qeyd



edirdi ki, əlyazma “yaxşı,  sadə dildə yazılmışdır,  lakin təcrübəsiz adamın

onu oxuması çətindir,  çünki diakritik işarələrin təxminən yarısı yoxdur.  İran

tədqiqatçılarının ona inadla məhəl qoymamasını da bununla izah etmək

olar”


54

.

Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda



məmur  vəzifəsindəki  fəaliyyətini  qısaca  və  aydın  təsvir  etmişdir

55

.



O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında

olarkən


56

  şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq

Qəzvini  pulların saxlandığı  dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən

maaşla işə  götürüldü.  Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu

gələn xəzinə başçısı (müstövfi-əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına

işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı

fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan

ötrü məlumat dəftərxanası yaradıldı və Budaq  səkkiz tümənlik əmək haqqı

ilə ora işə keçirildi. Onun qardaşı Hacı  İzzəddin dəftərxananın rəisi idi.

Budaqın dayısı  Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu

Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin

edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i

divan)  vəzifəsinə  işə  götürdü.  Üç   ildən  sonra  Məhəmməd xan  qoşun

kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı  və  onun

əmək haqqı 20 tüməndən 30 tümənədək artdı. Budaqın özünün etiraf

etdiyinə görə,  o,  ”vəzir  rütbəsinə  doğru  gedirdi”.

Lakin tezliklə onun uğurlu xidmət yüksəlişi dayandı. Qoşun

kargüzarlığını  başqasına  verdiyi  üçün  Məhəmməd xandan inciyən Budaq,

Kirmanda xidmətdən qaçdı. Budaqın həyatının iztirablı və məhrumiyyətlərlə

zəngin olan dövrü başlandı. O, bir neçə il işsiz və ac qaldı. Ehtiyacın təqib

etdiyi Budaq tez-tez yaşayış yerini dəyişirdi. Nəhayət, Qəzvində  şahın



19

qardaşı Bəhram Mirzə onu öz yanına katib götürdü və Budaqın 4 il orada

qulluq etməsini ehtimal edə bilərik. Lakin fitnəyə  cəlb edildiyinə görə

Budaq, əmlakı müsadirə olunmaq şərtilə, həbs  edildi. O, altı il işsiz qaldı,

sonra isə Soucbulakın və başqa şəhərlərin kələntərliyi ona bəxşiş edildi.

Budaq uzun illər ərzində Xorasanda müxtəlif vəzifələrdə xidmət göstərdi.

Təqribən 1565-ci ildə o, Qəzvinə qayıtdı, xəbərçilik nəticəsində yenidən həbs

edildi və cərimə olundu. Beş il işsiz qaldıqdan sonra Damğan, Bistan və

digər şəhərlərə vəzir təyin olundu, lakin yenidən işdən çıxarıldı. Daha beş il

keçdikdən sonra o, şah tərəfindən yenidən işə qəbul edildi. Ona Qəzvin

şəhərinin on il üçün mədaxil və məxaricinin hesabatını tərtib etməyi

tapşırdılar. Budaqın tərcümeyi-halı belə bir şikayətlə bitir ki, o, artıq 68

yaşına yetməsinə baxmayaraq, yenə də, ”müsibətlər məngənəsindəən yaxa

qurtarmamış və məqsədinə çatmamışdır, işsiz və fəaliyyətsiz” qalmaqdadır.

“Cəvahir əl-əxbar” ümumtarix əsəridir və islamdan əvvəlki

hökmdarlardan başlayaraq II İsmayılın taxta çıxmasına qədər olan dövrü

əhatə edir. Əsər dörd bölmədən ibarətdir ki, bunlardan da sonuncusu

Qaraqoyunlu və Ağqoyunlu padşahlarına və Səfəvilərin ilk iki

nümayəndəsinə - I İsmayıla və I Təhmasibə həsr olunmuşdur.  Müəllif bir

çox hallarda təsvir olunan hadisələrin şahidi və iştirakçısı olduğuna görə

onun əsəri I Şah Təhmasibin hökmdarlığı dövrünü öyrənmək üçün birinci

dərəcəli mənbədir. Hakim dairələrlə yaxından tanış olan Budaq çox vaxt elə

təfsilatlardan bəhs edir ki, bunlara onun müasirləri olan salnaməçilərin

əsərlərində rast gəlmək olmur. Məsələn, Ağqoyunlu və Səfəvilərin

hakimiyyəti zamanı  əhalinin orta təbəqəsinin ümumi iqtisadi vəziyyəti

haqqında verilən maraqlı məlumatlar onların vəziyyətinin xeyli

yaxşılaşdığını göstərir

58

.



I Təhmasibin hakimiyyətinin təsviri onun müsbət şəxsi

keyfiyyətlərinin sadalanması ilə başlanır. Həmin hissənin ümumən

mədhiyyə xarakteri daşımasına baxmayaraq, burada I Təhmasibin şəxsiyyəti

və   onun  daxili  siyasəti  haqqında  qiymətli  məlumatlar  vardır

59

. Onun


hökmdarlıq  tarixi ciddi  xronoloji  qaydada  şərh olunur.  Hadisələrin təsviri

ümumən yığcam və müxtəsər olsa da, onlardan müəllifin şahidi olduğu




20

hadisələr daha canlı,  aydın dildə təsvir olunur və digər narrativ mənbələrdə

deyilənləri maraqlı təfərrüatlarla tamamlayır. Bu, hicri 941 (1534-1535)-ci

ildə Sultan Süleymanın Azərbaycana yürüşlərinə, o cümlədən Məhəmməd

xan Təkəlinin Bağdadı müdafiəsinə də aiddir. Bu yürüşdə iştirak etmiş

Budaq Bağdaddan geri çəkilmə səhnələrini ətraflı təsvir etmişdir.

Budaq məmur kimi bürokratik sistemlə yaxşı tanış olduğu üçün

Səfəvilərin inzibati aparatı haqqında əsərdə hekayə  boyu səpələnmiş,

maraqlı məlumatlar vardır. O, özünün əhatə olunduğu mühitdə yeni

təyinatlar və vəzifədən çıxarmalar barədə məlumatlar verir. Budaq şiəliyin və

Səfəvilərin qatı tərəfdarı kimi çıxış edir, mühüm hadisələrin təsviri zamanı

rəsmi məlumatları əsas götürür. Xidmət sahəsinə görə (maliyyə sisiteminə

yaxşı bələd olduğu üçün) bəzən onun qeyd etdiyi rəqəmlər böyük maraq

doğurur.


“Cəvahir əl-əxbar” hakimiyyətdə olan II Şah İsmayıla həsr

olunmuşdur; əsərin sonuncu səhifələrində  I Təhmasibin vəfatından sonra

baş vermiş iğtişaşların aydın təsviri verilir  və  yeni şahın ünvanına xeyir-dua

verilir.


“Əhsən ət-təvarix” - Azərbaycan salnaməçisiHəsən bəy Rumlunun

çoxcildlik

60

 əsəridir.  Əsərin sonuncu cildi hicri 900-985 (1494-1578)-ci illər



dövrünü əhatə edir.  Hadisələrin şərhi Şah Məhəmməd Xudabəndənin taxta

çıxmasına qədər verilir

61

.  Hər il üçün ən mühüm hadisələr şərh edilir,



habelə həmin ildə vəfat etmiş feodal hakimləri, din xadimləri, alimlər və

şairlər barəsində tərcümeyi-hal məlumatları verilir.

I Təhmasibin yarıməsrlik  hakimiyyəti  dövründəki  hadisələr  heç

bir  başqa  mənbədə  Həsən  bəy  Rumlunun  əsərində  olduğu kimi  təfsilatı

ilə şərh  edilmir.  Əgər  anonim  tarixçinin əsəri I Şah İsmayılın tarixinə dair

ən tam mənbədirsə,  I Şah Təhmasibin dövrü üçün də “Əhsən ət-təvarix”

belə  əvəzedilməz   mənbə  olaraq  qalır.

Həsən bəy Rumlu üçün Azərbaycan tarixi böyük maraq kəsb edir.

Azərbaycandakı hadisələrə onun əsərində kifayət qədər bölmələr həsr

edilmişdir. Onun əsərinin bir çox səhifələri gənc şah I Təhmasibin

hakimiyyətinin ilk illərində qızılbaş əyanlarının dövlət aparatında yüksək və



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə