Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə7/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   2   3   4   5   6   7   8   9   10   ...   110

21

gəlirli vəzifələrini tutmaq uğrunda mübarizəsini, Azərbaycanın cənub

vilayətlərinin hakimi Üləma bəyin qiyamını, Şirvan bəylərbəyi Əlqas

Mirzənin xəyanətini, Sultan Süleymanın Azərbaycana dörd yürüşünü və s.

əks etdirir.

Əsərdə Azərbaycandakı  xalq  üsyanları, o cümlədən 1571-1573-cü

illərdə Təbrizdə sənətkarların və  şəhər yoxsullarının baş vermiş üsyanı

haqqında qiymətli material vardır

63

.

Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında indiyədək



elmdə, demək olar ki, tədqiq edilməmiş Qazi Əhməd İbrahim Quminin

“Xülasət ət-təvarix” (“Tarixlərin xülasəsi”) əsəri qeyd olunmalıdır.  Bu əsərin

əlyazmaları olduqca nadirdir. Keçmiş SSRİ-də qədim əlyazmaların

saxlandığı obyektlərdə bu nüsxələr yoxdur.  Həmin əsər haqqında ilk dəfə

1935-ci ildə Valter Hins məlumat vermişdir.  Müharibədən əvvəl Berlindəki

Prussiya dövlət  kitabxanasında  saxlanılan  əsərin  əlyazmasının qısa  təsviri

də  ona  məxsusdur

64

.



“Xülasət ət-təvarix” Qazi Əhmədin yeganə əsəri deyildir. ”Məcmə

əş - şüəra” ədəbi antologiyası

65

 və B.N.Zaxoderin rus dilinə tərcümədə nəşr



etdirdiyi “Gülüstan-i hünər”

66

 əsəri də onun qələminin məhsuludur.



Bizə 

qədər gəlib çatmış “Xülasət  ət-təvarix”in  hissəsi,  Qazi

Əhmədin öz sözlərindən aydın olduğu kimi, hicri 999 (1590-1591)-cu ilə

qədər Səfəvilərin tarixini əhatə edən tarixi xronikanın yalnız sonuncu-

beşinci cildini təşkil edir. Birinci dörd cild bizə qədər gəlib çatmamışdır;

ehtimal etmək olar ki, onlar ümumiyyətlə yazılmamışdır. Qazi Əhməd əsərin

altıncı cildini yazmaq niyyətini nə dərəcədə həyata keçirdiyini də iddia edə

bilmərik.

Qazi Əhməd əsərlərindən istifadə etdiyi aşağıdakı Səfəvi

salnaməçilərinin adlarını çəkir: Əmir Sultan İbrahimi Əmini Hərəvi

(“Fütuhat-i Şah-i”nin müəllifi), Mir Mahmud ibn Xondəmir, Mövlana

Həyati Təbrizi (?), Qazi  Əhməd  Qəffari  (“Tarix-i Cahan-ara”nın müəllifi),

Həsən bəy Rumlu (“Əhsən ət- təvarix”in müəllifi)

67

.



Müəllif göstərir ki, o, beş cildin hamısına ömrünün on iki ilini sərf

etmişdir


68

.Buradan da onun salnaməni təqribən 1578-ci ildə tərtib etməyə




22

başladığı  aydın  olur.

Əsər  I Təhmasibin hakimiyyətinin son on ili, II İsmayıl,

Məhəmməd Xudabəndənin hakimiyyət illəri və I Şah Abbasın

hakimiyyətinin  başlanğıcı  üçün  mühüm  ilkin  mənbədir. Hətta  əsərin

səthi nəzərdən keçirilməsi göstərdi ki,  bunda da söhbət Həsən bəy Rumlu və

İsgəndər bəy Münşinin əsərləri  arasındakı  boşluğu doldurmaq üçün

mühüm mənbənin səhihliyindən  gedir.  Əgər I İsmayıla qədərki dövr də

daxil edilməklə həmin dövr üçün materialın verilməsi ən mühüm hadisələr

üzərində qurulursa,  I Təhmasibin hökmdarlığı zamanından başlayaraq bölgü

illər  üzrə   aparılır, yeni  fəsillər  yeni  ildən - Novruz bayramından başlanır.

Xronika tam halda nəşr olunmamışdır.  Əsərin yalnız başlanğıc hacri

909 (1503-1504)

69

-cu ilədək və son



70

 (I Şah Abbas hakimiyyətinin ilk illəri)

hissələri dərc olunmuşdur

71

.



Mövzunun tədqiqi üçün ilk dəfə olaraq Mahmud ibn Hidayətulla

Nətənzinin “Nəqavət əl-əsar fi zikr əl-əxyar (yaxud əxbar)” (“Dindar

adamlar haqqında hekayələrdəki əsərlərdən ən yaxşısı”)

72

 əsərindən  istifadə



edilmişdir. Müəllif  barədə məlumatlar  çox  cüzidir və yalnız əsərin

daxilində  olanlardan  ibarətdir. O,  ruhani  ailəsində  doğulmuşdur. Onun

atası  Şah I Təhmasibin qardaşı, Heratın Səfəvi hakimi olmuş Bəhram

Mirzənin  himayəçiliyindən  istifadə  etmişdir. Müəllifin  göstərdiyinə  görə,

o, gənc yaşlarından tarix və ilahiyyata dair kitablar oxumağa həvəs

göstərmişdir.  Mahmud  Nətənzi  hicri 938 (1531-1532)-ci ildə anadan

olmuş,  998 (1590)-ci ilin yazında, yəni artıq 60 yaşına çatanda əsəri

yazmağa başlamışdı. Nətənzinin əsəri iki ciddən ibarətdir. Birinci cilddə I

Şah Təhmasibin ölümündən (1576) I Şah Abbasın hakimiyyətə

gəlməsinədək  (1587)  olan  dövrdə  baş  vermiş  ən  mühüm    hadisələr    şərh

edilir.  Birinci  cildə  nisbətən  daha  müfəssəl  olan  ikinci  cild  I  Şah  Abbasın

hakimiyyətinin hicri 1007 (1598-1599)-ci ilədək ilk on bir ilini əks etdirir.

Deməli,  əsər  başa  çatan  zamanda  müəllifin  69  yaşı  olmuşdur

73

.



Nətənzinin  təsvir etdiyi, I Şah Abbas dövrünə qədərki bir çox

hadisələr başqa salnaməçilər tərəfindən ya tamamilə qeyd olunmur, ya da




23

çox yığcam şərh edilir. Belə hadisələrə I Şah Təhmasibin dəfn olunmasını,  II

İsmayılın vəfatından sonra fırıldaqçıların meydana çıxmasını, onun pul

islahatları haqqında məlumatları və s. misal göstərmək olar. Əsərdə 70-80-ci

illərin axırlarında baş vermiş  müharibələr, I Abbasın taxta çıxması

ərəfəsində Səfəvilər dövlətinin daxili siyasi vəziyyəti haqqında mühüm

təfsilatlar vardır.

Mahmud Nətənzi istifadə etdiyi mənbələrin adını çəkmir. Lakin

izahından aydın olur ki, onun qələmə aldığı məlumatların əsas hissəsi şəxsi

müşahidələrə və rəsmi sənədlərə,  habelə şahidlərin söylədiklərinə əsaslanır.

Material hissələrə, yaxud fəsillərə bölünmədən, xronoloji ardıcıllıqla

düzülmüşdür. Müəllif yalnız hadisələri deyil,  həm də onlarin səbəblərini

şərh  etməyə  cəhd  göstərir

74

.



Şərəfxan Bidlisinin “Şərəfnamə” əsəri I Şah Təhmasibin

hakimiyyətinin son illərində və II İsmayılın dövründə Səfəvilər dövləti

haqqında  bir  çox  maraqlı  məlumatlar  verir.

Y.İ.Vasilyevanın yazdığı kimi, ”Şərəfxan öz salnaməsində  İranda

daxili siyasi hadisələrin, xüsusilə də, 1576-cı ildə I Şah Təhmasibin

vəfatından sonrakı ictimai dövrünün düzgün qiymətini verir”

76

. Müəllif,



Səfəvilərin feodal “nərdivanında” yüksək mövqe  tutan Bidlis şəhərinin irsi

hakimlər  nəslindən  idi  .    Şərəfxan  təsvir  etdiyi  bir  çox    hadisələrin    canlı

şahidi və iştirakçısı olmuşdur. Məsələn, o, II Şah İsmayılın tapşırığı ilə

“mərhum şahın” (I Təhmasibin - O.Ə.) var-dövlətini, dövlət xəzinəsini və

qalan əmlakını” mühafizə etmiş və bunun ətraflı təsvirini vermişdi

77

. 1578-ci



ildə Osmanlı hücumuna qədər Azərbaycanın daxili həyatı,  əhalinin

vəziyyəti və vergi sistemi haqqında onun verdiyi məlumatlar  xüsusilə

maraqlıdır.

Müharibənin əvvəlində Səfəvilərin uğursuzluqları və özünün xudbin

mənafeyi ucbatından Şərəfxan Səfəvilərdən üz döndərərək Osmanlı sultanı

III Muradın tərəfinə keçmiş,  onun Azərbaycana yürüşlərində iştirak etmişdir.

Əsərin sonuncu hissələrində Osmanlı informasiya mənbələrinin güclü təsiri

hiss olunur və buna görə də 80 - 90-cı illərə dair məlumatlar tam deyildir və

birtərəfli səciyyə daşıyır. Müəllif rəsmi Osmanlı təmayülünın tərəfdarı



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə