Oqtay əFƏNDİyev



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə9/110
tarix15.03.2018
ölçüsü2,17 Mb.
#32247
1   ...   5   6   7   8   9   10   11   12   ...   110

27

Tədqiqatçılar üçün daha böyük əhəmiyyət kəsb edən ikinci fəsildə

Minadoi islam dini, iki təriqətin - sünniliyin və  şiəliyin mənşəyi, Şah

İsmayılın sələfləri - Səfəvi şeyxləri, Səfəvilər dövlətinin meydana gəlməsi

haqqında olduqca geniş məlumatlar verir. Daha sonra vilayət və şəhərlərin

adları bir-bir sadalanmaqla Səfəvilər dövlətinin coğrafi mövqeyi  təsvir edilir.

Fəsildə Gürcüstan çarlığının siyasi vəziyyətinin səciyyəsi,  habelə Şirvan və

onun şəhərləri barədə məlumatlar vardır

88

.  Minadoi bəzən bu və ya digər



məsələ üzrə rəqəmlər verməklə Səfəvilər dövlətinin dövlət quruculuğu və

hərbi təşkilat məsələlərinə də toxunur. Onun dövlət xəzinəsinin gəlirləri

haqqında  verdiyi  məlumatlar  olduqca  mühümdür.

Bir sözlə, fəsildə XVI əsrin ikinci yarısında Səfəvilər dövlətinin

ümumi vəziyyəti haqqında Alessandrinin yaratdığı mənzərəni xeyli

tamamlayan  materiallar  vardır.

Digər fəsillərdə (yeddincidən başqa) I Şah Təhmasibin

hakimiyyətinin son illərində Səfəvilər dövlətinin daxili vəziyyəti, ölkəni

fəlakət həddinə gətirib çıxarmış saray çəkişmələri, qızılbaş feodal güruhları

arasındakı mübarizə  ətraflı təsvir edilir. 1586-cı ilin sonunda Həmzə

Mirzənin vəfatına qədər  

Osmanlı  -  Səfəvi  müharibələrindən  müəllifin

müfəssəl danışması böyük elmi maraq doğurur

89

.  Minadoinin məlumatının



əsas mənbələri təsvir olunan hadisələrin iştirakçıları və şahidləri ilə görüşlər

və söhbətlər idi. Bu işdə ona kömək etmiş şəxslər arasında o, ”Suriyadakı

Venetsiya senatının çox hörmətli səfirlərinin” adlarını minnətdarlıqla çəkir.

Həkimlik praktikası ona yüksək vəzifəli Osmanlı  əyanlarının  evlərinə

getməyə və lazımi məlumatlar əldə etməyə imkan verirdi .  Minadoi alınan

materialı sadəcə olaraq qeyd etmir, hadisələrin müxtəlif variantlarını

tutuşdurmaqla, daha ağlabatan variant üzərində dayanırdı. Minadoinin əsas

məlumatçısının Səfəvilərə xəyanət etmiş və Osmanlı sultanı tərəfindən

Hələb hakimi təyin edilmiş qızılbaş səfiri Maqsud xan Zülqədər olduğu

ehtimal edilə bilər

90

.

Minadonin əsəri onun müasirlərinə yaxşı məlum idi, orada verilmiş



materiallardan tarix əsərlərində geniş istifadə olunurdu. Məsələn, Oruc bəy

Bayatın ( iranlı Don Juan) əsərinin ikinci kitabı əsasən Minadonin əsərinin




28

ixtisarla qələmə alınmış variantıdır

91

.

Bizə məlumdur ki, Minadoinin əsəri indiyə kimi vətən



tarixşünaslarının diqqətini cəlb etməmişdir. V.V.Bartoldun “Avropada və

Rusiyada Şərqin öyrənilməsi tarixi” adlı kitabında da Minadonin adı çəkilmir.

Əlbəttə,  xristian aləminin  nümayəndəsi  kimi Minadonin

nəzərində həm türklər, həm də iranlılar (qızılbaşlar) “dinsizlər” və

“barbarlar” idilər. Lakin hər halda o, bitərəf mövqedə də qalmamışdı və bu,

onun əsəri ilə tanışlıq zamanı  hiss olunur. Bunu da nəzərə almamaq olmaz

ki, bəhs  etdiyimiz  dövrdə Osmanlı təhlükəsi ilə mübarizə aparan Səfəvilər

dövləti  Avropa  dövlətlərinin  təbii  müttəfiqi  idi.

Səfəvilər dövlətinin tarixinə dair mənbələr arasında iranlı Don

Xuanın

92

(Don Juanın) əsəri xüsusi yer tutur. Qızılbaş Bayat tayfasından

olan azərbaycanlı Oruc bəy bu ad altında Avropada tanınmışdı. Oruc bəyin

atası Sultanəli bəy Bayat tayfasının əyanlarından və  Şah Məhəmməd

Xudabəndənin sarayında görkəmli simalardan biri idi. Sultanəli bəy özünün

feodal qoşun dəstəsi ilə qızılbaşların Təbrizdəki Osmanlı hərbi hissəsi ilə

mübarizəsində iştirak etmiş və toqquşmaların birində həlak olmuşdu.

Qoşuna  başçılıq  etmək şahzadə Həmzə Mirzəyə sədaqətlə xidmət edən

Oruc  bəyin  əlinə  keçmişdi

93

.



Oruc bəyin  yazdığına görə,  I Şah Abbas taxta çıxdıqdan sonra

yeddi il yarım ərzində 50-dən artıq hərbi əməliyyat  həyata  keçirmişdi.  Oruc

bəy onların  yarısında  şəxsən  iştirak  etmişdi

94

.



Osmanlı Türkiyəsinə düşmən olan Avropa dövlətləri  ilə  hərbi-

siyasi ittifaq yaratmaq məqsədilə I Şah Abbas Hüseynəli bəyin səfirliyini

(tərkibinə katiblərdən biri kimi Oruc bəy Bayat da daxil edilmişdi) Avropaya

göndərmişdi. Oruc bəy Bayat 1599-1601-ci illərdə Rusiya, Almaniya,

Çexiya, İtaliya, Fransa, İspaniya və Portuqaliyaya səyahət etmişdi. O,

İspaniyada xristianlığı və Don Juan adını qəbul edərək ömürlük burada

qalmışdır.

Don Xuanın – Oruc bəyin  əsəri ilk dəfə olaraq müəllifin sağlığında

(1604-cü  il)  ispan    dilində    nəşr    olunmuşdur.  Oruc  bəyin  əsəri  (Q.Le-

Strencin nəşrində) üç  kitaba  bölünmüşdür. Birinci  kitabın  giriş  hissəsində




29

müəllif  özünün etdiyi və  onun fikrincə yalnız Marko Polonun və

Magellenın səyahətləri  ilə  müqayisə edilə bilən səyahətindən iftixarla

danışır. Sonra o, Səfəvilər dövlətinə daxil olan vilayətlərin təsvirini verir. I

Şah Abbasın hakimiyyəti zamanı dövlət quruluşu haqqında məlumatlar

maraqlıdır. Əyanları birinci dərəcəli, hakim mövqe tutan 32 qızılbaş tayfa və

boylarının adı çəkilir. Oruc  bəy qeyd edir ki, bütün ən mühüm vəzifələr,

hərbi komandanlıq və dövlət hakimiyyətinin digər başlıca sahələri bu

tayfaların yuxarı təbəqələrinə məxsus idi

95

.



Sonra    müəllif    İran    tarixinin    şərhinə  keçir.    Ölkənin  ən  qədim

tarixinə qısa ekskursdan sonra Sasani şahlarının tarixi,  XVI əsrin əvvəlinə

qədərki dövrdə  İranın müsəlman hökmdarlarının hakimiyyəti dövrləri

haqqında söhbət açılır.

Ikinci kitab Səfəvilər dövlətinin yarandığı vaxtdan Oruc bəyin öz

vətənini həmişəlik tərk etdiyi XVI əsrin sonunadək (1599-cu il) siyasi

tarixinə həsr olunmuşdur. Bu hissəni bütövlükdə, Minadoinin əsərinin

müəllifin öz atasından öyrəndiyi  və hadisələrə şəxsi təəssüratından doğan

məlumatlarla bir qədər zənginləşdirmiş olduğu müxtəsər variantı hesab

etmək olar.

I Şah İsmayılın müharibələrinin işıqlandırılmasına bir qədər yer

ayıran Oruc bəy demək olar ki, I Təhmasibin yarıməsrlik hakimiyyəti

dövrünü sərf-nəzər edərək onun oğlanları arasında, taxt üstündə gedən daxili

mübarizənin təsvirinə keçir. Sonuncu bölmələr Gürcüstanın və

Azərbaycanın sultan orduları tərəfindən işğalını başa çatdıran, 70 və 80-ci

illərin sonundakı  hərbi-siyasi hadisələrin  müfəssəl təsvirinə həsr

olunmuşdur.

1585-ci ildən sonrakı hadisələrin təsviri onların şahidi və fəal

iştirakçısı olan Oruc bəyin özünün şəxsi xatirələrinə əsaslandığı üçün orijinal

səciyyə daşıyır. Üçüncü  kitabın mzmunu onun üzv olduğu Səfəvi

səfirliyinin təsvirindən ibarətdir

96

.



Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin

ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə