oriJİnal məqaləLƏR



Yüklə 85,66 Kb.

tarix17.01.2018
ölçüsü85,66 Kb.


30

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7:314.44

Rüstəmova N.M.

ƏHALİNİN ƏLİLLƏŞMƏSİNDƏ GÖZ XƏSTƏLİKLƏRİNİN ROLUNUN 

MÜQAYİSƏSİ

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: əlillik,əlilliyin səbəbləri, göz xəstəlikləri

Göz xəstəlikləri əhalinin əlilləşmə səbəbləri arasında mühüm yer tutur [1-6]. Bu xəstəliklərin ayrı-ayrı nozoloji 

formalarının yayılması və əlillik riskinin formalaşmasında rolu fərqlidir. Göz xəstəliklərinin tibbi sosial ağırlığı 

barədə elmi əsaslandırılmış müddəalar ilk növbədə müqayisə üçün istifadə olunan meyarlardan asılıdır. 

“Xəstəliklərin ağırlığı” termini əhali və inkişaf probleminin öyrənilməsi ilə məşğul olan Harvard mərkəzinin 

beynəlxalq  səhiyyənin  iqtisadiyyatı  bölməsinin  professoru  C.J.L.  Murray  tərəfindən  əsaslandırılmış  və  onun 

istifadəsinin metodoloji məsələləri 1994-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində verilmişdir [7-8]. 

Müəllif hesab edir ki, xəstəlik və zədə insanın sağlamlığının pozulmasına səbəb olursa, onlar həmin insan üçün və 

onun yaşadığı cəmiyyət üçün ağır yükə çevrilir. Bu yükün ağırlığını qiymətləndirmək üçün təklif olunan indikator 

“DALY” (disability-adjusted life years – əlilliklə assosiasiya olunan həyatın müddəti) aşağıdakıları əhatə edir:

− 

əlilliyin və ya vaxtsız ölümün baş verdiyi yaş;



− 

əlilliklə assosiyasiya olunan ömrün müddəti;

− 

vaxtsız ölümlə bağlı itirilmiş həyatın müddəti.



Bu indekatorların yeni variantları əvvəlki tədqiqatlarımızda əsaslandırılmışdır [1-6]. 

Məqsəd - göz xəstəliklərinin ayrı-ayrı klinik-statistik formalarının əlilliyin tibbi-sosial ağırlığınının meyarlarına 

görə müqayisəsi.



Material və metodlar

Tədqiqatda  16303  şəxsin  ilkin  şəhadətləndirilməsi  anında  yaşı  əsas  götürülərək  aşağıdakı  göstəricilər 

hesablanmışdır:

– 

əlilliyin təsdiq olunduğu minimal və maksimal yaşlar;



– 

əlilliyin təsdiq olunduğu yaşın modası (yəni yaş intervallarına görə bölgüdə əlillərin sayı ən çox olan 

yaş); 

– 

əlilliyin təsdiq olunduğu yaşın medianası (əlillərin yaş intervalına görə cərgəsini ortadan bölən yaş);



– 

orta yaş (hesabi orta) və onun orta xətası (M±m).

İlkin  əlilliyin  təsdiq  olunduğu  yaşla  (Y

i

)  doğulanda  ömrün  gözlənilən  uzunluğu  (Ö



i

)  arasında  fərq  (Ö



i

-Y



i

pasiyentin əlilliklə assosiasiya olunacaq ömrünün müddətini əks etdirir. Bunları nəzərə alsaq əlilliklə assosiasiya 



olunan ömrün gözlənilən orta müddəti (ƏAOÖÇOM) aşağıdakı formula ilə hesablana bilər: 

ƏAOÖÇOM = 

 , burada

Ə  - i yaşda ilk dəfə əlilliyi təsdiq edilmiş şəxslərin sayı;

Ə

s

 - bütün əlillərin (ilk dəfə əlilliyi təsdiq olunan) sayı;

Ö

i

 - doğulanda ömrün gözlənilən uzunluğu;

Y

i

 - ilkin əlilliyin təsdiq olunduğu yaş.

Yuxarıda  qeyd  olunan  əlilliyin  tibbi  sosial  ağırlığının  komponentləri  əsasında  inteqral  (kompleks)  meyar 

əsaslandırılmış və müvafiq qaydada hesablanmışdır. Bu meyarın kompleksliyi ondadır ki, onun hesablanmasında 

əlilliyin tibbi-sosial ağırlığının ən mühüm 3 komponenti istifadə olunmuşdur:

– 

əlillərin orta sayı;



– 

əlilliklə assosiasiya olunan ömrün orta müddəti;

– 

əlilliyin ağırlıq dərəcəsi. 



Alınmış göstəricilərin informasiya tutumunu gücləndirmək məqsədi ilə müşahidə apardığımız 8 illik müddətdə 

hər nozoloji səbəblə bağlı ilk dəfə əlil hesab edilmiş şəxslərin məlumatları istifadə olunmuşdur.

Əlillərin orta sayı aşağıdakı formula ilə hesablanmışdır. 



31

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Ə

s



=

müşahidə müddətində ilk dəfə əlil hesab olunanların sayı

müşahidə illərinin sayı

Ə

s



- əlillərin orta mütləq sayı.

Əlilliyin  ağırlıq  dərəcəsi  keyfiyyət  göstəricisi  olduğuna  görə  onu  inteqral  qiymətləndirmək  üçün  bilavasitə 

istifadə etmək olmur. Ona görə də onları kəmiyyətcə ifadə etmək üçün əlillik dərəcələrinə bal qiymətləri verilmişdir:

I qrup əlil – 3 bal;

II qrup əlil – 2 bal;

III qrup əlil – 1 bal.

Əlilliyin tibbi-sosial ağırlığının kompleks meyarı (ƏTSAKM) aşağıdakı formula ilə hesablanmışdır:

ƏTSAKM = 

, burada

Ə

s



 - əlillərin orta sayı;

Ə

ö



- əlilliklə assosiasiya olunan ömrün orta müddəti;

D

I



 - 100 əlil arasında olan I qrup əlillərin balları (əlillərin sayı×3);

D

II



 - 100 əlil arasında olan II qrup əlillərin balları (əlillərin sayı×2);

D

III



 - 100 əlil arasında olan III qrup əlillərin balları (əlillərin sayı×1).

Toplanmış  materialların  statistik  işlənməsində  keyfiyyət  əlamətlərinin  statistikasında  istifadə  olunan  bütün 

parametrik və qeyri-parametrik metodlar tətbiq edilmişdir [9].

Nəticələr və onların müzakirəsi

14 ən çox müşahidə olunan əlillik səbəblərinin ayrı-ayrı göstəricilərə görə reytinqi 1-ci cəd-vəldə verilmişdir. 

Göründüyü kimi, xəstəliklərin səbəb olduğu əlillik hadisələrinin tezliyinə görə birinci beş yerdə (aşağıdan) uveitlər, 

göz  almasının  atrofiyası,  diabetik  retinopatiya,  hipermetropiya  və  anoftalm  (nisbətən  az  yayılmış  hadisələr), 

axırıncı beş yerdə büllurun, torlu qişanın bəzi xəstəlikləri, miopiya, travmaların nəticələri və qlaukoma (yüksək 

səviyyədə  yayılmış  hadisələr)  durur.  İlkin  şəhadətləndirmə  zamanı  etiraf  olunmuş  I  qrup  əlillərin  sayına  görə 

birinci beş yerdə (nisbətən aşağı səviyyə) anoftalm, hipermetropiya, göz almasının atrofiyası, makulodistrofiya və 

miopiya, axırıncı beş yerdə (yüksək səviyyə) büllurun və torlu qişanın patologiyaları, görmə sinirinin atrofiyası, 

diabetik retinopatiya və buynuz qişanın xəstəlikləri durur.

Cədvəl 1 



Göz xəstəliklərinin əlilləşmədə rolunu səciyyələndirən xüsusi göstəricilərinin reytinqi

Göz xəstəlikləri-

nin kliniko-statistik 

formaları

XBT üzrə 

kodlar

İlkin əlil-liyin 

po-pulyasiya-

da səviy-yəsi

I qrup əlillərin 

populya-siyada 

səviyyəsi

II qrup əlillərin 

populya-siyada 

səviyyəsi

III qrup əlillərin 

populya-siyada 

səviyyəsi

Orta 

yaş

Əlillik 

ömrü

Buynuz qişanın 

xəstəlikləri

H-16-H 18

8

10

6



11

8

7



Uveitlər 

H 20


1

6

3



2

12

3



Büllurun patologiyaları

H25-H 28


14

14

11



12

9

6



Torlu qişanın bəzi 

xəstəlikləri

H33-H34

13

13



14

8

11



4

Makulodistrofiya 

H 353

6

4



9

3

10



5

Diabetik retinopatiya

H 36

3

11



5

1

14



1

Göz almasının atrofiyası

H 44

2

3



1

5

5



10

Qlaukoma 

H 40-H 42

10

9



7

13

13



2

Görmə sinirinin atrofiyası

H 47,2

9

12



12

4

7



9

Miopiya 


H 52,1

12

5



13

10

2



13

Hipermetropiya 

H 52,0

4

2



4

6

3



12

Digər refraksiya və 

akkomodasiya pozulmaları

7

7



8

9

1



14

Travmaların nəticələri 

11

8

10



14

6

8



Anoftalm 

5

1



2

7

4



11

Ranq korrelya-siya əmsalı P

0,60< 0,05



0,86< 0,01

0,74< 0,01

0,03 

>0,01


0,03> 

0,05



32

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Göründüyü  kimi  bir  sıra  xəstəliklərin  əhalinin  əlilləşməsinin  ümumi  səviyyəsinə  və  I  qrup  əlillərin  sayına 

görə reytinqi üst-üstə düşmür. Ən böyük fərq uveitlər (1, 6-cı yerlər), diabetik retinopatiya (3, 11-ci yerlər) və 

anoftalma (5 və 1-ci yerlər) görə müşahidə olunur. Buna baxmayaraq xəstəliklərin ilkin əlilliyin populyasiya və 

I qrup əlilliyin populyasiyadakı səviyyəsinə görə reytinqi arasında statistik dürüst ranq korrelyasiyası müşahidə 

olunur (ρ=0,60; P<0,05). Bu onunla bağlıdır ki, əksər xəstəliklərin hər iki meyara görə reytinqləri ya üst-üstə düşür 

(büllur patologiyaları-14, torlu qişanın xəstəlikləri-13, digər refraksiya və akkomodasiya pozulmaları-7), ya da 

çox az fərqlənir (buynuz qişanın xəstəlikləri-8; 10, qlaukoma-10; 9, hipermetropiya-4; 2).

Reytinqlərin daha çox yaxınlığı ilkin əlilliyin səviyyəsi və II qrup əlillərin sayına görə müşahidə olunur. Bu 

göstəricilərin səviyyəsinə görə reytinqlərin yaxınlığı əksər xəstəliklər üçün səciyyəvi ol-muşdur: buynuz qişanın 

(8;6), torlu qişanın (13; 14) xəstəlikləri, travmaların nəticələri (11; 10), miopiya (12; 13), hipermetropiya (4; 4) və 

digər refraksiya və akkomodasiya pozulmaları (7; 8), göz almasının atrofiyası (2; 1). Qeyd olunan meyarlara görə 

də xəstəliklərin reytinqləri bir-biri ilə yüksək dərəcədə korrelyasiya olunur (ρ=0,86; P<0,01). Oxşar nəticə ilkin 

əlillik səviyyəsinə və III qrup əlillərinin sayına görə xəstəlilərinin reytinqlərinin müqayisəsində də izlənilir. Bu iki 

meyara görə də xəstəliklərin reytinqləri bir biri ilə güclü korrelyasiya əlaqəsinə malikdir (ρ=0,74;P<0,01).

Beləliklə, göz xəstəliklərinin əhalinin əlilləşməsində rolunu və bununla əlaqədar olan tibbi-sosial prioritetini 

aşağıdakı meyarlara görə təyin edəndə oxşar nəticələrə gəlmək olur və ciddi xətaya yol verilmir:

Xəstəliklə bağlı əlilliyin populyasiyada səviyyəsi;



Xəstəliklə bağlı I, II və III qrup əlilliyin populyasiyada səviyyəsi.

Ayrı-ayrı  xəstəliklərlə  bağlı  ilkin  əlillik  səviyyəsi  və  həmin  əlillərin  ilkin  şəhadətləndirilməsi  zamanı  orta 

yaşının reytinqləri bir-birindən əksər hallarda kəskin fərqlənir.

Belə ki, uveitlər, diabetik retinopatiya ilə bağlı ilkin əlilliyin səviyyələrinin reytinqləri çox aşağıdır (bu əlillərin 

bütün əlillər arasında payı kiçikdir) və bu əlillərin şəhadətləndirmə anında yaşı yüksəkdir. Bu xəstəliklərin müvafiq 

reytinqləri 1 və 12; 3 və 14 təşkil edir. Uyğunluq miopiya (12 və 2), digər refraksiya və akkomodasiya pozulmaları 

(7 və 1), travmaların nəticələri (11 və 6) kimi əlillik səbəblərinin reytinqində də izləninlir. Nəticədə xəstəliklərin 

ilkin əlillik səbəbləri arasında reytinqi (əlilləşmə səviyyəsi) əlillərin şəhadətləndirmə anında orta yaşının reytinqi ilə 

korrelyasiya olunmur (ρ=0,03; P>0,05). Oxşar nəticəni xəstəliklərin ilkin əlillik səbəbləri arasında reytinqini onların 

assosasiya edildiyi əlillik ömrünün orta müddətinin reytinqi ilə müqayisədə də izləmək olur (ρ=0,03; P>0,05).

Beləliklə,  əlilliyin  sosial  səciyyəsini  əks  etdirən  müxtəlif  göstəricilər  (əlilliyin  və  onun  dərəcələrinə  görə 

növlərinin  əhali  arasında  yayılması,  əlillərin  şəhadətləndirmə  anında  orta  yaşı  və  əlilliklə  assosiasiya  olunan 

ömrün gözlənilən müddəti arasında onların prioriteti barədə müxtəlif, bir-birini inkar edən nəticələr formalaşır. 

Ona görə də əlilliklə bağlı tibbi-sosial ağırlığın və prioritetin müəyyənləşdirilməsində elə ümumiləşdirici (inteqral) 

meyarlara  ehtiyac  var  ki,  onlar  əlilliyin  bütün  ağırlıq  meyarlarını  əhatə  edib  vahid  kəmiyyətlə  ifadə  etsin.  Bu 

barədə aldığımız nəticələr 2-ci cədvəldə verilmişdir.

Cədvəl 2


Göz xəstəliklərinin tibbi-sosial ağırlığının yaş və inteqral əmsalları 

(mötərizədə əmsalların ranqları verilmişdir)

Yaş

Xəstəliklər

15-19

20-24

25-29

30-34

35-39

40-44

45-49

50-54

55-59

60 və 

çox

Cəmi

İnteq-ral 

əmsal

Buynuz qişa-nın xəstəlikləri

1,57


0,23

0,30


0,43

0,80


0,46

0,30


0,06

0,28


4,43

4860 (6)


Uveitlər 

0,09



0,29

0,06


0,70

0,12


0,96

0,48


0,16

0,33


3,19

680 (13)


Büllurun pato-logiyaları

1,09


0,59

0,46


0,50

0,48


0,44

0,26


0,28

0,13


0,31

4,26


9487 (3)

Torlu qişanın bəzi 

xəstəlikləri

0,01



0,75

0,42


0,55

0,30


0,73

0,36


0,21

0,27


3,60

7747 (4)


Makulodistro-fiya 

0,54



0,48

0,55


0,47

0,30


0,78

0,47


0,20

0,21


4,30

1875 (11)

Diabetik re-tikulopatiya





0,29

0,23


0,34

0,23


0,65

1,75


644 (14)

Göz almasının atrofiyası

3,28


0,26

0,84


0,72

0,30


0,24

0,36


0,12

0,06


6,18

1749 (12)

Qlaukoma 

0,45


0,41

0,21


0,04

0,19


0,20

0,08


0,27

0,12


0,64

2,61


3453 (8)

Görmə sinirinin atrofiyası

1,27

1,01


0,66

0,47


0,98

0,82


0,27

0,27


0,06

0,09


5,90

6750 (5)


Miopiya 

1,34


1,30

0,86


1,10

0,91


0,73

0,36


0,06

0,01


0,04

6,71


12769 (1)

Hipermetropiya 

1,95

0,98


1,06

0,30


0,26

0,98


0,53

0,33


0,05

0,02


6,46

2552 (10)

Digər refraksiya və 

akkomodasiya pozulmaları

3,0

1,58


0,88

0,75


0,29

0,50


0,10

0,30


4,70



4540 (7)

Travmaların nəticələri 

1,50


1,18

0,39


0,89

1,49


0,22

0,11


0,07

0,05


5,70

10032 (2)

Anoftalm 

2,30



1,19

0,60


0,64

0,75


0,34

0,26


0,04

0,07


6,19

2482 (9)



33

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

Göründüyü kimi yaş əmsallarının cəmi (yaşın ballarla qiyməti və həmin yaşda əlilliyin ehtimalının hasili) 1,75-

6,71 intervalında dəyişir. Bu göstəriciyə görə ayırd etdiyimiz xəstəliklərin tibbi-sosial ağırlığının reytinqi belədir: 

14 – diabetik retinopatiya (1,75), 13 – qlaukoma (2,61), 12 – uveitlər (3,19), 11 – torlu qişanın xəstəlikləri (3,60), 

10 – büllurun xəstəlikləri (4,26), 9 – makulodistrofiya (4,30), 8 – buynuz qişanın xəstəlikləri (4,43), 7–refraksiya 

və akkomodasiya pozğunluqlarının digər formaları (4,70), 6 – travmaların nəticələri (5,70), 5 – görmə sinirinin 

atrofiyası (5,90), 4 – göz almasının atrofiyası (6,18), 3 – anoftalm (6,19), 2 – hipermetropiya və 1 – miopiya.

Əlilləşmənin inteqral göstəricisinə görə xəstəliklərin reytinqi dəyişir və onların əlilləşmə şkalasında əsil yerini 

müəyyənləşdirmək olur: 14 – diabetik retinopatiya, 13 – uveitlər, 12 – göz almasının atrofiyası, 11 – makulodistrofiya, 

10 – hipermetropiya, 9 – anoftalm, 8 – qlaukoma, 7 – refraksiya və akkomodasiya pozğunluqlarının digər formaları, 

6 – buynuz qişanın xəstəlikləri, 5 – görmə sinirinin atrofiyası, 4 – torlu qişanın xəstəlikləri, 3 – büllurun xəstəlikləri, 

2 – görmə orqanının travmalarının nəticələri və 1 – miopiya.



Yekun

1. 


Əlillik səbəblərinin əhalinin əlilləşməsində rolu istifadə olunan meyarlardan asılı fərqlənir.

2. 


Göz xəstəliklərinin əhalinin əlilləşməsində rolunu qiymətləndirmək üçün tibbi-sosial ağırlıq meyarlarının 

inteqrasiyası zəruridir.

ƏDƏBİYYAT:

1. 


Рустамова  Н.М.  Комплексная  оценка  медико-социального  груза  инвалидности  вследствии  оф-

тальмопатологии // Офтальмология в Беларусии, Международный научно-практический журнал, 

Минск, №3(10), 2011, с.55-59.

2. 


Касимов Э.М., Рустамова Н.М. Гендерные особенности медико-социального груза инвалидности 

вследствие офтальмопатологии // Офтальмология, Москва, 2011,т.8, №1, с.49-51.

3. 

Рустамова Н.М. Сравнительная оценка возраста лиц, впервые признанных инвалидами по различ-



ным заболеваниям глаз // Офтальмология, Москва, т.9, №1, 2012, с.80-82. 

4. 


Рустамова  Н.М.  Возрастной  риск  первичной  инвалидности  вследстие  глазных  заболеваний  в 

Азербайджане // Российский Офтальмологический журнал, т.5, №1, Москва, 2012 стр.65-68.

5. 

Qasımov  E.M.,  Rüstəmova  N.M.  Oftalmologiyada  əlilliyin  birincili  və  ikincili  pro-filaktikasının  əsas 



istiqamətləri / Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın 

materialları toplusu, Bakı, 2013, s.56-57.

6. 

Rüstəmova  N.M.  Продолжительность  предстоящей  жизни,  ассоциированной  инвалидностью 



вследствие офтальмопатологии // Офтальмология, Москва, 2013, №3, с.51-53 

7. 


Murray C.J.L. Количественная оценка «груза болезней». Концептуальная основа метода расчета 

скорректированных на инвалидность лет жизни // Бюллетень ВОЗ. Женева, 1994, №3, с.72-87

8. 

Murray C.J.L., Lopez A.D. Количественная оценка инвалидности: данные, методы, результаты // 



Бюллетень ВОЗ. Женева, 1994, №3, с.133-146.

9. 


Стентон Г. Медико-биологическая статистика. Москва: Практика,1999, 459 с.

Рустамова Н.М.

СРАВНИТЕЛЬНАЯ ОЦЕНКА РОЛИ БОЛЕЗНЕЙ ГЛАЗ В ИНВАЛИДИЗАЦИИ 

НАСЕЛЕНИЯ



Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан

Ключевые слова: инвалидность, причины инвалидности, глазные болезни 

РЕЗЮМЕ


Цель - cравнительная оценка различных клинико-статистических групп глазных болезней по критери-

ям медико-социального груза.



Материал и методы

Исследовано 16303 случаев первичного освидетельствования при медико-социальных экспертных ко-

миссиях. Основным критерием для сравнения являлся возраст пациентов на момент освидетельствования. 

Получена полная характеристика описательной статистики возраста: минимальная, максимальная и сред-

няя величина, мода, медиана, центильное распределение.



34

2016/1 (20)

ORİJİNAL MƏQALƏLƏR

При статистической обработке были использованы параметрические и непараметрические методы ана-

лиза качественных признаков.

Результаты 

По частоте инвалидности за последние пять лет занимали увеиты, атрофия глазного яблока, диабетиче-

ская ретинопатия, гиперметропия и анофтальм (относительно низкий уровень инвалидности). На первых 

пяти  местах  находились  соответственно  патологии  хрусталика,  болезни  сетчатки,  миопия,  последствие 

травм и глаукома (относительно высокий риск инвалидизации). Среди причин инвалидности первой груп-

пы ведущие места занимают патологии хрусталика и сетчатки, атрофия зрительного нерва, диабетическая 

ретинопатия и болезни роговицы. Анофтальм, гиперметропия, болезни глазного яблоко, макулодистрофия 

и миопия относительно реже стали причинами инвалидности первой группы.



Заключение

Роль и место болезней глаз в инвалидизации населения изменяется в зависимости от оценочных крите-

риев. Считается, что для оценки роли глазных болезней в инвалидизации населения целесообразно исполь-

зовать критерии медико-социального груза. 

Rustamova N.M.

COMPARATIVE ASSESSMENT OF THE ROLE OF EYE DISEASES AMONG 

THE REASONS OF DISABLING OF POPULATION

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку, Азербайджан 

National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

 

Key words: invalidity, causes of invalidity, eye diseases

SUMMARY

Aim- comparative evaluation of various clinical-statistical groups of eye diseases according to the criteria of 

medical and social lood.



Material and methods

16303 cases of primary examination in the medical and social expert commissions were investigated. Main 

criteria for comparison was the age of patients at the moment of the survey. A complete the characteristics of the 

descriptive age statistics: minimal, maximal, average value, tendency, median, centile distribution was obtained.

Parametric and non-parametric methods for the analysis of qualitative characteristics have been used in the 

statistical processing. 



Results

Uveitis, eyeball atrophy, diabetic retinopathy, hypermtropia and anophtalmus (less spreaded cases) takes the 

last  five  places  and  some  lens  and  lens  pathology,  retinal  disease,  myopia,  and  glaucoma  (more  spread  cases) 

are  the  five  most  popular  reasons  of  disability. According  to  the  number  of  persons  with  disabilities  of  the  I 

group it was determined that the most popular disease causing the disability are hypermetropia, eyeball atrophy, 

maculodystrophiya and myopia and the least prevalent diseases are lens and retina disorders, optic nerve atrophy, 

diabetic retinopathy diseases of the cornea. Anophthalmus, hypermetropia, eyeball diseases, macular degeneration, 

and myopia are relatively rearly become the first cause of disability. 



Conclusion

The role and the place of eye diseases among the population from the point of view of disabling are variable 

depending on the evaluation of criteria. For assessment of the role of eye diseases on spreading of disabilities 

among the population it is advantageous to use the criteria of medicosocial loading.



Korrespondensiya üçün:

Rüstəmova Nazilə Məmməd qızı, tibb elmləri namizədi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya 

Mərkəzinin elmi katibi

Тел.: (99412) 569-09-07, (99412) 569-09-47 

Ünvan: AZ1000, Bakı şəh., Cavadxan küç., məhəllə 32/15. 

Email: administrator@eye.az : www.eye.az 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə