oriJİnal məqaləLƏR



Yüklə 52,57 Kb.
Pdf görüntüsü
tarix11.06.2018
ölçüsü52,57 Kb.
#48059


19

2017/2 (24)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7-007.681:615.3

Qasımov E.M., İbadova N.T.*

BİRİNCİLİ AÇIQBUCAQLI QLAUKOMANIN MÜALİCƏSİNDƏ 

PROSTAQLANDİN F2α YENİ ANALOQUNUN KLİNİK EFFEKTİVLİYİ

Akademik Z.Əliyeva adına Milli Oftalmologiya mərkəzi, Bakı, Azərbaycan

Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Bakı, Azərbaycan*

Açar sözlər: gözdaxili təzyiq, qlaukoma, prostaqlandinlər, tafluprost

Avropa Qlaukoma Cəmiyyətinin tövsiyələrinə görə, prostaqlandinlər/ prostamidlər hazırda qlaukomanın dərman 

müalicəsində birinci seçim preparatı sayılır [1]. Belə hesab edilir ki, F2α prostaqlandini siliar əzələnin ekstrasellülyar 

matriksinin strukturunu dəyişməklə (əzələ hüceyrələrinin formasının dəyişməsi, kollagenin səviyyəsinin azalması, 

metalloproteinazaların artması), onun relaksasiyasını törətməklə və bununla da uveoskleral axını yaxşılaşdırmaqla 

siliar əzələdə yerləşən prostaqlandin reseptorlarına təsir göstərir [2-4]. Hazırda prostaqlandinlərin konservantsız 

işlədilməsi təklif edilmiş, həmçinin tərkibində prostaqlandinlər hopdurulmuş implant-sistemlər və biodeqradasiya 

edən nano-lövhələr olan göz prostaqlandinləri hazırlanmışdır [5-13].

Oftalmohipertenziya və qlaukomanın müalicəsində istifadə edilməyə başlayan latanoprost F2α prostaqlandinin ilk 

sintetik analoqu sayılır. Hesab edilir ki, latanoprost daha yaxşı qəbul edilir, nəinki bimatoprost və travoprost [14]. Lakin 

tədqiqat işlərində latanoprost ilə müqayisədə travoprostun yüksək klinik effektivliyə malik olması göstərilmişdir [14-

17]. Son illər Taflotan® (tafluprost 0,0015%, Santen, Finlandiya) preparatı konservantsız tətbiq edilməyə başlanmışdır 

ki, o, klinik effektivliyinə görə latanoprostdan heç də geri qalmır, ondan dözümlülüyə görə qat-qat üstündür [9,10,17].

Uveoskleral  axının  vəziyyəti  qlaukomanın  formasından  asılıdır  və  müvafiq  olaraq  onun  intensivliyinə 

farmakoloji təsir imkanları dəyişir. Belə ki, Johnson T.V. və həmk. göstərmişdir ki, psevdoeksfoliasiyalı gözlərdə 

uveoskleral  axın  psevdoeksfoliasiyalar  olmayan  gözlərlə  müqayisədə  bir  qədər  azalmışdır  [18].  Açıqbucaqlı 

qlaukomanın müxtəlif formalarının müalicəsində tafluprostun effektivliyinin və dözümlülüyün öyrənilməsi üzrə 

aparılan klinik müayinələr davam etdirilir.



Məqsəd – birincili açıqbucaqlı qlaukomanın (BABQ) müalicəsində Taflotan® (tafluprost 0,0015%) preparatının 

klinik effektivliyinin və ona dözümlülüyün qiymətləndirilməsi.



Material və metodlar 

Hazırkı prospektiv müayinəyə birincili aşkar olunmuş BABQ, 40 mm.c.süt.-a qədər gözdaxili təzyiqi (GDT) 

olan  və  makulyar  zonada  patologiyası  olmayan  31  pasiyent  (59  göz)  daxil  edilmişdir  ki,  onlara  konservantsız 

Taflotan®  preparatının  bir  dəfə  damızdırılması  şəklində  prostaqlandin  terapiyası  təyin  edilmişdir.  Xəstələrin 

hamısına  ümumi  qəbul  edilmiş  oftalmoloji  müayinə  kompleksi  (vizometriya,  perimetriya,  biomikroskopiya, 

qonioskopiya, tonometriya, paximetriya, oftalmoskopiya, heydelberq retinotomoqrafiyası) aparılmışdır. GDT-nin 

ölçülməsi Maklakov üsulu ilə aplanasion tonometriyanın tətbiqi ilə aparılmışdır. Pasiyentlərin hər birində GDT-

nin 3 ölçüsünün orta qiyməti hesablanmışdır. Perimetriya Humphrey Visual Field Analyzer I (Carl Zeiss Meditec, 

Dublin, Calif.) aparatında aparılmışdır. Bu zaman qlaukoma prosesi görmə sahəsinin daralması dərəcəsinə görə orta 

xəta indeksinin (mean deviation, MD) əsasında Hodapp–Parrish–Anderson təsnifatına görə belə təyin edilmişdir: 

başlanğıc mərhələ MD ≤ − 6 dB, inkişaf etmiş mərhələ - − 6 dB < MD ≤ − 12 dB, gecikmiş mərhələ - > − 12 dB [19].

Pasiyentlərin müayinəsi 2-ci həftədə, ilk 3 ay - hər ay, sonra 1 il ərzində hər 3 aydan bir aparılmışdır. Müşahidə 

müddəti  ərzində  bir  çox  parametrlər,  məsələn,  GDT,  mərkəzi  və  periferik  görmə,  görmə  sinirinin  diskinin 

stereometrik parametrləri, əlavə olaraq antiqlaukomatoz preparatların təyin edilməsi zərurəti, həmçinin preparatın 

əlavə təsirlərinin tezliyi öyrənilmişdir. 

Orta qiymətlərin hesablanması (M ± m, burada M - orta qiymət, m – standart xəta) Microsoft Excel proqramından 

istifadə etməklə aparılmışdır.

Nəticələr və onların müzakirəsi

Xəstələrin orta yaşı 57,6±1,9 yaş təşkil etmişdir, onlardan 17-i (54,8%) kişi və 14-ü (45,2%) qadındır. Bu zaman 

28 (90,3%) pasiyentdə ikitərəfli qlaukoma prosesi müşahidə edilmişdir. Buynuz qişanın mərkəzi orta qalınlığı 556 

µm təşkil etmişdir. Pasiyentlərin ümumi xarakteristikası cədvəl 1-də təqdim edilmişdir.

Taflotan  təyin  edildikdən  sonra  1  ay  müşahidə  müddətində  GDT-nin  ilkin  səviyyədən  orta  azalması  33,8% 

təşkil etmişdir. Bu zaman sonuncu müayinə zamanı orta GDT 19 mm.c.süt. təşkil etmişdir (diaqram 1). Digər 

müəlliflərin məlumatlarına görə, 4 həftədən 12 həftəyə qədər müşahidə müddətində tafluprostun təyini fonunda 

həqiqi GDT-nin 15,7-17,6 mm c.süt. qədər azalması müşahidə olunmuşdur [20].




20

2017/2 (24)

ORİJİNAL MƏQALƏLƏR

Cədvəl 1


Tədqiqata daxil edilən pasiyentlərin ümumi xarakteristikası

Göstəricilər

BABQ

Pasiyentlərin ( gözlərin) sayı



31 (59)

Orta yaş, il

57,6 ± 1,9

(38-78)


Cins

kişilər


qadınlar

17 (54,8%)

14 (45,2%)

Başlanğıc GDT-nin orta səviyyəsi, mm.c.süt.

31,7 ± 0,6

(26-40)


Orta görmə itiliyi

0,328 ± 0,045

MD-nin orta xətası, dB

9 ± 0,6


Qlaukoma prosesinin mərhələsi (gözlər): 

başlanğıc

inkişaf etmiş

ifrat inkişaf etmiş

10 (16,9%)

24 (40,7%)

25 (42,4%)

Orta ekskavasiya/disk nisbəti (ED)

0,795 ± 0,027

Neyroretinal kəmərin (NRP) sahəsinin orta göstəriciləri, mm2

0,963 ± 0,069

NRP həcminin orta göstəriciləri, mm3

0,175 ± 0,024

BABQ  ilə  olan  20,3%  gözlərdə  bütün  müşahidə  müddətində  əlavə  antiqlaukomatoz  preparatların  təyin 

edilməsinə ehtiyac vardır, bu zaman müşahidənin ilk 6 ayı ərzində əlavə hipotenziv damcılar 5 (41,7%) gözdə 

təyin  edilmişdir.  1  il  ərzində  aparılan  müşahidə  müddətində  6,8%  hallarda  BABQ  zamanı  antiqlaukomatoz 

əməliyyatının aparılmasına göstəriş yaranmışdır.

Mərkəzi görmə bütün pasiyentlərdə əhəmiyyətli dəyişikliklər olmadan qorunub saxlanmışdır. Təhlil göstərdiyi 

kimi,  pasiyentlərin  heç  birində  bütün  müşahidə  müddətində  görmə  sahəsində  olan  qlaukomatoz  dəyişiklərinin 

nəzərə çarpacaq dərəcədə şiddətlənməsi qeyd olunmamışdır. Müşahidə müddətinin sonuna doğru həmçinin ED-

nin, NRP-nin sahəsi və həcminin ilkin göstəricilərdən statistik əhəmiyyətli dəyişiklikləri qeydə alınmamışdır.

Yerli  antiqlaukomatoz  preparatların  tərkibinə  daxil  olan  müxtəlif  konservantların  gözün  səthinə  toksik  təsir 

etməsi hamıya məlum faktdır. Uzun müddət aparılan hipotenziv terapiyanın nəticəsində yaranan diskomfort və 

əlavə  təsir  qlaukomalı  pasiyentlərin  həyat  keyfiyyətini  aşağı  salır  ki,  bu  da  preparatların  konservantsız  tətbiq 

edilməsi  zərurətini  yaradır.  Bizim  tədqiqat  işində  konyunktival  inyeksiyalar,  gözün  quruması,  göynəməsi  və 

göz yaşının axması şəklində əlavə təsirlər bütün müşahidə müddətində yalnız tafluprost istifadə edən 5 (16,1%) 

pasiyentdə qeydə alınmışdır (cədvəl 2).

Diaqram 1. Tafluprost ilə aparılan monoterapiya zamanı müalicə təyin etdikdən sonra müxtəlif müddətlərdə 

gözlərdə GDT-nin orta səviyyəsi

 

Gözün torlu qişasının damarlarının mikrosirkulyasiyasının dəyişməsi ehtimalı, yəni prostaqlandinlərin təsiri 



altında  onların  daralması  haqqında  bir-birinə  zidd  fikirlər  vardır  ki,  bu  da  qlaukoma  prosesinin  sabitləşməsi 

baxımından olduqca arzuedilməzdir [21]. Biz yalnız tafluprost qəbul edən pasiyentlərdə bütün müşahidə müddəti 




21

2017/2 (24)

ORİJİNAL MƏQALƏLƏR

ərzində  qlaukoma  prosesinin  şiddətlənməsinin  heç  bir  əlamətlərini  müşahidə  etməmişik.  Halbuki  ədəbiyyatda 

prostaqlandinlərin  tətbiqi  zamanı  bəzi  əlavə  təsirlər,  məsələn,  periorbitopatiya  (dermatoxalyazis,  blefaroptoz, 

yuxarı palpebral büküşün dərinləşməsi) haqqında məlumatlar [22, 23] verilmişdir, bizim tədqiqatda isə tafluprost 

ilə aparılan monoterapiya fonunda buna bənzər ağırlaşmalar müşahidə edilməmişdir.

Cədvəl 2


Tafluprostun əsas yerli əlavə təsirlərinin xarakteristikası 

Tafluprostun əsas yerli əlavə təsirləri

BABQ olan pasiyentlərin sayı, %

Konyunktival inyeksiya

2 (6,5)

Gözlərin quruması



1 (3,2)

Göynəmə


1 (3,2)

Göz yaşının axması

1 (3,2)

Yekun

Tafluprost BABQ zamanı 12 aylıq müşahidə müddətində yüksək klinik effektivliyə malikdir. Bu prostaqlandinin 

tətbiq edilməsi yerli əlavə təsirlərin minimal tezliyi ilə müşayiət olunur. 

ƏDƏBİYYAT:

1. 

European Glaucoma Society, Terminology and Guidelines for Glaucoma, 4th edition, 2014, Chapter 3, 



p. 122-143.

2. 


Nilsson  S.F.E.,  Drecoll  E.,  Lu¨  tjen-Drecoll  E.,  et  al. The  prostanoid  EP2  receptor  agonist  butaprost 

increases uveoscleral outflow in the cynomolgus monkey // Invest. Ophthalmol. Vis. Sci., 2006, v.47, p. 

4042–4049.

3. 


Sakurai M., Higashide T., Ohkubo S., Takeda H., Sugiyama K. Association between genetic polymorphisms 

of the prostaglandin F2α receptor gene, and response to latanoprost in patients with glaucoma and ocular 

hypertension // Br J Ophthalmol., 2014 v.98(4), p.469-73. 

4. 


Ocklind A. Effect of latanoprost on the extracellular matrix of the ciliary muscle: a study on cultured 

cells and tissue sections // Exp. Eye Res., 1998, v.67, p.179–191.

5. 

Qasımov  E.M.,  Ibadova  N.T.  Birincili  açıq  bucaqlı  qlaukomanın  müxtəlif  formalarının  müalicəsində 



uveoskleral axının artırılmasının rolu (ədəbiyyat icmalı) // Oftalmologiya, Bakı, 2014, №2(15), s.91-97.

6. 


Demirel  S.,  Doganay  S.,  Gurses  I.  et  al. Toxic-inflammatory  effects  of  prostaglandin  analogs  on  the 

ocular surface // Ocul. Immunol. Inflamm., 2013, v.21(1), p. 13-8. 

7. 

Doucette  LP,  Walter  MA.  Prostaglandins  in  the  eye:  Function,  expression,  and  roles  in  glaucoma  // 



Ophthalmic Genet., 2017, v. 38(2), p. 108-116. 

8. 


Franca JR, Foureaux G, Fuscaldi LL, Ribeiro TG, Rodrigues LB, Bravo R, et al. Bimatoprost-loaded 

ocular inserts as sustained release drug delivery systems for glaucoma treatment: in vitro and in vivo 

evaluation // PLoS One, 2014, v. 9(4):e95461. 

9. 


Kim E.J., Kim Y.H., Kang S.H. et. al. In vitro effects of preservative-free and preserved prostaglandin 

analogs on primary cultured human conjunctival fibroblast cells // Korean J Ophthalmol., 2013, v. 27(6), 

p.446-53. 

10. 


Petrov SIu. Tafluprost - a novel prostaglandin F2alpha analogue // Vestn Oftalmol. 2014, v.130(5), p.85-95.

11. 


Swymer  C1,  Neville  MW.  Tafluprost:  the  first  preservative-free  prostaglandin  to  treat  open-angle 

glaucoma and ocular hypertension // Ann Pharmacother., 2012, v. 46(11), p. 1506-10. 

12.  Jessen  B.A.,  Shiue  M.H.,  Kaur  H.  et.  al.  Safety  assessment  of  subconjunctivally  implanted  devices 

containing latanoprost in Dutch-belted rabbits // J. Ocul. Pharmacol. Ther., 2013, v.29(6), p.574-85. 

13.  Kashiwagi K., Ito K., Haniuda H. et al. Development of latanoprost-loaded biodegradable nanosheet as 

a new drug delivery system for glaucoma // Invest. Ophthalmol. Vis. Sci., 2013, v.19; 54(8), p.5629-37.

14.  Mishra  D.,  Sinha  B.P.,  Kumar  M.S.  Comparing  the  efficacy  of  latanoprost  (0.005%),  bimatoprost 

(0.03%), travoprost (0.004%), and timolol (0.5%) in the treatment of primary open angle glaucoma // 

Korean. J. Ophthalmol., 2014, v. 28(5), p. 399-407. 

15.  Konstas A.G., Quaranta L., Katsanos A. et al. Twenty-four hour efficacy with preservative free tafluprost 

compared with latanoprost in patients with primary open angle glaucoma or ocular hypertension // Br. J. 

Ophthalmol., 2013, v. 97(12), p.1510-5. 




22

2017/2 (24)

ORİJİNAL MƏQALƏLƏR

16.  Uusitalo H., Egorov E., Kaarniranta K. et al. Benefits of switching from latanoprost to preservative-free 

tafluprost eye drops: a meta-analysis of two Phase IIIb clinical // Clin Ophthalmol., 2016, v.10, p. 445-

54.


17.  Li  J.,  Lin  X., Yu  M.  Meta-analysis  of  randomized  controlled  trials  comparing  latanoprost  with  other 

glaucoma medications in chronic angle-closure glaucoma // Eur. J. Ophthalmol., 2015, v. 25(1), p.18-26. 

18.  Johnson T.V.,  Fan  S.,  Camras  C.B.  et  al. Aqueous  humor  dynamics  in  exfoliation  syndrome  // Arch. 

Ophthalmol., 2008, v.126, p.914–920.

19.  Hodapp E., Parrish RK I.I., Anderson D.R. Clinical Decisions in Glaucoma. St Louis: Mosby; 1993, p. 

53–61.


20.  Hommer  A.,  Mohammed  Ramez  O.,  Burchert  M.  et  al.  IOP-lowering  efficacy  and  tolerability  of 

preservative-free tafluprost 0.0015% among patients with ocular hypertension or glaucoma // Curr Med 

Res Opin., 2010, v. 26(8), p. 1905-13.

21.  Kremmer S., Iliadou M., Anastassiou G. et al. Influence of latanoprost on retinal microcirculation in 

glaucoma // Open Ophthalmol J., 2014, v. 8, p. 60-6. 

22.  Maruyama K., Tsuchisaka A., Sakamoto J. et al. Incidence of deepening of upper eyelid sulcus after 

topical use of tafluprost ophthalmic solution in Japanese patients // Clin Ophthalmol., 2013, v.7, p.1441-

6. 


23.  Tan J., Berke S. Latanoprost-induced prostaglandin-associated periorbitopathy // Optom. Vis. Sci., 2013, 

v.90(9), p.e245-7; discussion 1029. 

Касимов Э.М., Ибадова Н. Т.*

КЛИНИЧЕСКАЯ ЭФФЕКТИВНОСТЬ НОВОГО АНАЛОГА 

ПРОСТАГЛАНДИНА F2α В ЛЕЧЕНИИ ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ 

ГЛАУКОМЫ


Национальный центр Офтальмологии имени академика З. Алиевой, Баку, Азербайджан

Республиканская Клиническая Больница им. Миркасимова, Баку, Азербайджан*

Ключевые слова: внутриглазное давление, глаукома, простагландины, тафлупрост

РЕЗЮМЕ


Цель  -  оценка  клинической  эффективности  и  переносимости  препарата  Тафлотан®  (тафлупрост 

0,0015%) в лечении первичной открытоугольной глаукомы (ПОУГ).



Материалы и методы 

В данное проспективное исследование были включены 31 пациент (59 глаз) с ПОУГ, с внутриглазным 

давлением (ВГД) до 40 мм рт. ст. и с отсутствием патологии макулярной зоны, которым была назначена 

простагландиновая терапия в форме однократного закапывания препарата Тафлотан® без консерванта.



Результаты

Средний срок наблюдения составил 12 месяцев. Средний уровень исходного ВГД у пациентов с ПОУГ 

составлял 31,7 ± 0,6 мм рт. ст. В глазах с ПОУГ среднее ВГД на последнем контроле составило 19 мм рт.ст. 

В 20,3% глаз с ПОУГ потребовалось назначение дополнительных антиглаукоматозных препаратов на про-

тяжении всего срока наблюдения. Необходимость в проведении антиглаукоматозной операции при ПОУГ 

при сроке наблюдения 1 год возникла в 6,8% случаев. У 5 (16,1%) пациентов, использующих исключитель-

но тафлупрост на протяжении всего срока наблюдения отмечались местные побочные реакции.

Заключение

Тафлупрост  обладает  выраженной  клинической  эффективностью  при  ПОУГ  в  сроки  наблюдения  12 

месяцев. Применение данного простагландина сопровождается минимальной частотой местных побочных 

эффектов.




23

2017/2 (24)

ORİJİNAL MƏQALƏLƏR

Kasimov E.M., Ibadova N.T.*

CLINICAL EFFICACY OF THE NEW ANALOG OF PROSTAGLANDIN F2α IN 

THE TREATMENT OF PRIMARY OPEN ANGLE GLAUCOMA



National Centre of Ophthalmology named after academician Zarifa Aliyeva, Baku, Azerbaijan

Republic Clinical Hospital named after Mirkasimov, Baku, Azerbaijan*

Key words: glaucoma, intraocular pressure, prostaglandins, tafluprost 

SUMMURY


Aim of this study was to assess clinical efficacy and tolerability of Taflotan (tafluprost 0,0015%) in the treatment 

of primary open angle glaucoma (POAG).



Materials and methods

31 patients (59 eyes) with primary diagnosed POAG, intraocular pressure (IOP) up to 40 mmHg and macular 

zone without pathology who were prescribed preservative-free Taflotan once daily were included in this prospective 

study.


Results 

The mean follow-up period was 12 months. Mean baseline IOP in POAG patients was 31,7 ± 0,6 mmHg. In 

eyes with POAG mean IOP was 19 mmHg at final follow-up. In 20,3% eyes with POAG prescription of additional 

antiglaucomatous  drops  was  needed  during  follow-up.  In  6,8%  eyes  with  POAG  IOP  could  not  be  controlled 

medicamentously and antiglaucomatous surgery was required. Local adverse effects of tafluprost were recorded 

in 5 (16,1%) patients. 



Conclusion 

Tafluprost  is  clinically  effective  in  the  treatment  of  POAG  with  12  months  follow-up.  Use  of  this  type  of 

prostaglandin is accompanied by low rate of local adverse effects. 

Для корресподенции:



Касимов Эльмар Мустафа оглы, доктор медицинских наук, профессор, директор Национального Цен-

тра Офтальмологии имени академика Зарифы Алиевой

Ибадова Наида Тельман кызы, врач-офтальмолог Отделения Офтальмологии

Республиканской Клинической Больницы им. Миркасимова 

Тел.: (99412) 569-91-36, (99412) 569-91-37 

Адрес: AZ1114, г.Баку, ул. Джавадхана, 32/15

Email: administrator@eye.az

Yüklə 52,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə