oriJİnal məqaləLƏR



Yüklə 65,35 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü65,35 Kb.
#20915


27

2017/1 (23)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.7:616-06

Rüstəmova N.M.

GÖRMƏ FUNKSİYASININ POZULMASI İLƏ BAĞLI PATOLOGİYALARIN 

MULTİMORBİDLİYİ

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı, Azərbaycan

Açar sözlər: multimorbidlik, patologiya, görmə funksiyasının pozğunluğu

Göz xəstəlikləri ilə bağlı əlillik ağır sosial problem kimi bütün ölkələrdə, o cümlədən Azərbaycanda diqqətlə 

araşdırılır [1-5]. Müəyyən olunmuşdur ki, Almaniyada 18 yaşa qədər uşaqların korluğuna səbəb olan əsas xəstəliklərə 

torlu qişanın mərkəzi degenerasiyası (15,4%), qlaukoma (14,3%), torlu qişanın piqment degenerasiyası (10,3%), 

miopiya  (11,5%),  görmə  sinirinin  atrofiyası  (8%),  diabetik  retinopatiya  (7,1%)  aid  edilmişdir.  Çində  korluğun 

nozoloji səbəblərinin xüsusi çəkisi fərqlidir: 41% katarakta, 15,2% buynuz qişanın patologiyaları, 10,8% traxoma, 

8,8% qlaukoma. Zəif görmənin əsas səbəbləri arasında katarakta 49,8%, refraksiya pozğunluqları 14,8%, traxoma 

9,5%, buynuz qişanın patologiyası 8,4%, xorioretinit 6,2% paya malik olmuşdur. Şotlandiyada korluğun səbəbləri 

arasında əsas yeri makulodistrofiya (58,8%) tutur, qlaukoma (12,8%) və diabetik retinopatiya (4,9%) nisbətən az 

paya malikdir. Zəif görmənin səbəbləri arasında patologiyaların payı fərqlidir: 57,1% makulodistrofiya, 18,8% 

qlaukoma,  4,7%  anadangəlmə  qüsurlar.  Hindistanda  15  min  uşaq  korlar  üçün  xüsusi  məktəblərdə  təhsil  alır. 

Nigeriyada iki gözdən korluğun xüsusi çəkisi 43% təşkil etmiş və əsas nozoloji səbəblərinə aid olmuşdur: 11% 

refraksiya pozğunluqları, 11% qlaukoma və 6% katarakta. Efiopiyada uşaqların korluğuna səbəb olan patologiyalar 

arasında çiçək infeksiyasının fəsadlaşmaları 15% təşkil etmişdir. İtaliya və İsveçrədə görmə pozğunluqları (müvafiq 

olaraq  4,5  və  8,1%)  daha  çox  yayılmışdır.  İrlandiyada  uşaqlarda  korluğun  səbəbləri  barədə  fərqli  məlumatlar 

alınmışdır:  56%  perinatal  amillər,  40%  genetik  amillər. Alyaskada  yaşayan  eskimoslarda  görmə  funksiyasının 

pozulması 83,7% hallarda refraksiya pozğunluqları (o cümlədən 44,7% miopiya, 10,4% hipermetropiya) ilə bağlı 

olmuşdur və Amerika Birləşmiş Ştatlarının ümumi səciyyəsindən fərqlənmişdir [6, 7].

Bizim  müşahidələrimiz  göstərir  ki,  göz  xəstəlikləri  ilə  əlillik  əksər  hallarda  bir  neçə  patologiyanın  nəticəsi 

olan görmə funksiyasının ağır pozulması ilə bağlı olur [3]. Ona görə də əlilliyin səbəbləri təhlil olunanda əsas və 

yanaşı diaqnozların rolu qiymətləndirilməlidir. Əlilliyə səbəb olan əsas və yanaşı xəstəliklərin xüsusi çəkilərinə 

görə  reytinqləri  əksər  hallarda  fərqlidir,  katarakta  (I  yer)  və  qlaukomanın  (V  yer)  reytinqləri  üst-üstə  düşdüyü 

halda buynuz qişanın (VII və II yerlər), göz almasının (XIV və VIII yerlər), görmə sinirinin (VI və XVII yerlər) 

xəstəliklərinin,  travmaların  nəticələrinin  (IV  və  XVI  yerlər),  miopiyanın  (III  və  XII  yerlər)  reytinqləri  kəskin 

fərqlənir.

Azərbaycanda göz xəstəlikləri ilə bağlı şəxsi əlil hesab etmək üçün aşağıdakı meyarlar təsdiq edilmişdir: 

– 

Hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözlə görmə itiliyinin korreksiyası ilə 0,05-dən az 



olması  və  ya  görmə  sahəsinin  10  dərəcəyədək  konsentrik  daralması).  Bu  müddətsiz  təyin  olunmuş  I 

dərəcə əlilliyin meyarıdır;

– 

Hər iki gözdə görmə itiliyinin korreksiyası ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək 



konsentrik daralması (II dərəcə əlilliyin meyarları);

– 

Bir  gözün  olmaması  və  ya  tam  korluğu  (görmə  itiliyinin  korreksiyası  ilə  0,04-dən  az  olması,  yaxud 



görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması). Bu müddətsiz təyin olun-muş III dərəcə əlilliyin 

meyarıdır.

Hal-hazırda bu patologiyaların multimorbidliyi tam öyrənilməmişdir.

Məqsəd  -  görmə  funksiyasının  pozulması  ilə  bağlı  əlillərdə  göz  patologiyalarının  multimorbidliyini 

qiymətləndirmək.



Material və metodlar

Tədqiqat üçün müşahidə vahidi kimi, Tibbi Sosial Ekspert Komissiyalarında təsbit olunmuş ilkin əlillik hadisəsi 

seçilmişdir. Nəticələrin reprezentativliyini təmin etmək və seçimlə bağlı elmi işlərdə yol verilən alfa (Type 1-ci 

error) və beta (Type 2-ci error) səhvlərə yol verməmək üçün ucdantutma metodla irihəcmli toplum (2001-2008-ci 

illərdə qeydə alınmış bütün 16303 hadisə) tədqiqatın obyekti kimi istifadə olunmuşdur.

Bu  sənədlərin  fərdi  təhlili  əsasında  əlilliyi  təsbit  olunmuş  hər  xəstə  üçün  aşağıdakı  mütləq  informasiya 

müşahidəmizin proqramına daxil edilmişdir: 



28

2017/1 (23)

ORİJİNAL MƏQALƏLƏR

– 

Zona tibbi-sosial ekspert komissiyalarının sıra sayları;



– 

Əlilin adı, atasının adı və soyadı;

– 

Əlilin təvəllüdü;



– 

Əlilin təhsili və peşəsi;

– 

Əlilin ünvanı;



– 

Əlilliyin dərəcəsi, səbəbi və müddəti;

– 

Respublika tibbi-sosial ekspert komissiyasının qərarı;



– 

Əlilin oftomoloji durumu (görmə itiliyi; diaqnozları).

Əlilliyin  nozoloji  səbəbini  müəyyənləşdirəndə  yuxarıda  qeyd  olunan  durumu  formalaşdıran  xəstəliklərin 

təsnifatı istifadə olunmuşdur. İlkin sənədlərdə əgər bir xəstəlik əks olunursa həmin xəstəlik əlilliyin həm bilavasitə, 

həm də birinci səbəbi hesab edilmişdir.

Sənədlərdə iki və daha çox diaqnoz yazıldıqda onlar arasında biri əlilliyin bilavasitə, qalanları isə birincili, 

ikincili və sair səbəbi kimi kodlaşdırılmışdır:

– 

Travmatik katarakta (bilavasitə səbəb – katarakta, birincili səbəb – görmə orqanının travması);



– 

Mürəkkəb miopik astiqmatizm (astiqmatizm – bilavasitə səbəb, miopiya – birincili səbəb);

– 

Anadangəlmə  yüksək  dərəcəli  miopiya,  miopik  retinopatiya  (retinopatiya-bilavasitə  səbəb,  miopiya 



ikincili səbəb, anadangəlmə inkişaf qüsuru-birincili səbəb);

– 

Miopik  astiqmatizm,  miopik  xorioretinit,  görmə  sinirinin  atrofiyası  (bilavasitə  səbəb-görmə  sinirinin 



atrofiyası, ikincili səbəb xorioretinit və astiqmatizm, birincili səbəb miopiya);

– 

Mürəkkəb  hipermetropik  astiqmatizm,  refraksion  ambliopiya  (bilavasitə  səbəb  –  astiqmatizm  və 



ambliopiya, birincili səbəb hipermetropiya);

– 

Travmadan sonra göz almasının atrofiyası, anoftalm (bilavasitə səbəb – anoftalm, ikincili səbəb – göz 



almasının atrofiyası, birincili səbəb – görmə orqanının travması).

Sənədlərdə səbəb-nəticə ardıcıllığı tam bəlli olmayan bir neçə xəstəliyin diaqnozu qeyd olunanda, onlardan 

nisbətən ağırı bilavasitə səbəb, digəri isə yanaşı xəstəliklər kimi kodlaşdırılmışdır. Toplanmış materiallar keyfiyyət 

əlamətlərinin  statistikası  metodları  ilə  fərdi  kompyuterdə  Excel  proqramında  “məlumatların  təhlili”  paketi  ilə 

işlənmişdir [8].

Nəticələr və onların müzakirəsi

Aldığımız məlumatlar cədvəldə verilmişdir.

Göründüyü  kimi,  görmə  funksiyasının  pozulması  ilə  bağlı  əlillik  hadisələrinin  ilkin  əsas  səbəbləri  arasında 

birinci 5 yeri müvafiq olaraq büllurun, torlu qişanın xəstəlikləri, miopiya, gözün travmaları və qlaukoma tutur. 

İkinci 5 yerdə ardıcıl olaraq görmə sinirinin atrofiyası, buynuz qişanın xəstəlikləri, akkomodasiya və refraksiya 

pozuntularının digər (miopiya və hipermetropiya nəzərə alınmayan) formaları, skleranın, qüzehli qişanın və siliar 

cismin digər xəstəlikləri, hipermetropiya yerləşir.

Əlilliyin ilkin səbəblərini XBT 10 - da nəzərdə tutulmuş bloklar üzrə qruplaşdırdıqda onların ranqları aşağıdakı 

kimi olmuşdur: 1 - torlu və damar qişasının xəstəlikləri (H30-H36), 2 - göz əzələləri xəstəlikləri, gözlərin müştərək 

hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları (H49-H52), 3 - büllurun xəstəlikləri (H25-H28), 4 - 

skleranın, buynuz və qüzehli qişanın, siliar cismin patologiyaları (H15-H22), 5 - göz və göz yuvası travmaları 

(S.05), 6 - görmə sinirinin və yollarının xəstəlikləri (H46-H48), 7 - qlaukoma (H40-H42), 8 - gözün anadangəlmə 

anomaliyaları (Q10-Q15) və 9-gözün şişləri (C69). XBT-10-da nəzərdə tutulan siniflərinə görə əlillik səbəblərinin 

bölgüsündə  birinci  yeri  göz  və  onun  əlavə  aparatının  xəstəlikləri  (H00-H59),  sonrakı  yerləri  isə  ardıcıllıqla 

travmalar, anadangəlmə anomaliyalar və yenitörəmələr sinifləri tuturlar. 

Göz və onun əlavə aparatının xəstəlikləri əlilliyin səbəbləri kimi əksər hallarda müştərək müşahidə olunur. Bu 

həmin xəstəliklərin bir-biri ilə ümumi etio-patogenezinin olması, həm də müştərək assosiasiyası ilə əlaqədardır. 

Belə nümunələrə aid etmək olar:

– 

sağ gözün yetişmiş fəsadlı kataraktası + sol gözün əməliyyatla bağlı afakiyası + makulodistrofiya;



– 

miopiya + astiqmatizm + xorioretinit;

– 

travmatik qlaukoma + buynuz qişanın leykoması + sol gözün enukleasiyası;



– 

sağ gözün yüksək təzyiqli qlaukoması + buynuz qişanın çapığı + travmatik katarakta + sol gözün yüksək 

təzyiqli qlaukoması;

– 

artifakiya + yüksək dərəcəli miopiya + xorioretinit + şüşəvari cismin bulanması və sair.



Bunları nəzərə alaraq əlilliyin ilkin əsas səbəbləri ilə yanaşı qeydə alınmış xəstəliklərin də rastgəlmə tezliyi 

öyrənilmişdir. Yanaşı  xəstəliklər  arasında  əsas  yerləri  müvafiq  olaraq:  büllurun  patologiyaları,  buynuz  qişanın 

xəstəlikləri,  torlu  qişanın  xəstəlikləri  tuturlar.  Yanaşı  xəstəlikləri  bloklar  üzrə  qruplaşdıranda  birinci  üç  yeri 



29

2017/1 (23)

ORİJİNAL MƏQALƏLƏR

müvafiq olaraq tutur: akkomodasiya və refraksiya pozğunluqları, skleranın, buynuz və qüzehli qişanın və siliar 

cismin xəstəlikləri, büllürün patologiyaları. Orta hesabla 100 əlildə 127,69 göz və onun əlavə aparatının xəstəliyi 

qeydə alınmışdır. Əlillərdə aşkar olunan göz patologiyalarının tezliyinə görə birinci beş yeri torlu və damar qişanın 

xəstəlikləri,  akkomodasiya  və  refraksiya  pozğunluqları,  büllürün  patologiyaları,  skleranın,  buynuz  və  qüzehli 

qişanın, siliar cismin xəstəlikləri və göz travmalarının nəticələri tutur. 

Cədvəl

Görmə funksiyasının pozulması ilə bağlı əlillərdə göz və onun əlavə aparatının xəstəliklərinin tezliyi 

(mötərizədə ranqlar verilmişdir)

Siniflər (XBT-

10)

Bloklar və kodlar (XBT-10)



Patologiyalar (rubrika və alt rubrikalar)

S A Y I


100 əlilə 

görə


əsas diaqnoz yanaşı diaqnoz Cəmi

VII. Göz və onun 

əlavə aparatı 

xəstəlikləri 

(H00-H59) 

Sklera, buynuz və 

qüzehli qişa, siliar cismin 

xəstəlikləri (H15-H22) 

Buynuz qişa xəstəlikləri (H16-H18) 

Uveit (H20) Digər xəstəliklər 

(H20-H22)

1097 (7)


213 (16)

764 (9)


624 (2)

131 (10)


201 (9)

1721


344

965


10,56

2,11


5,92

Büllurun xəstəlikləri 

(H25-H28)

Büllurun xəstəlikləri (H25-H28)

2227 (1)

814 (1)


3041

18,65


Torlu və damar qişa 

xəstəlikləri (H30-H36)

Torlu qişanın xəstəlikləri (H33-H34) 

Makulodistrofiya (H35.3) Digər 

xəstəliklər 

2152 (2)


436 (11)

130 (18)


564 (3)

22 (19)


228 (7)

2716


458

358


16,66

2,81


2,19

Göz alması və şüşəvari 

cismin xəstəlikləri 

(H43-H45)

Göz almasının xəstəlikləri (H44) 

Şüşəvari cismin xəstəlikləri (H45)

283 (14)

269 (15)


212 (8)

114 (11)


495

383


3,04

2,35


Qlaukoma (H40-42)

Qlaukoma (H40-H42)

1323 (5)

424 (5)


1747

10,72


Görmə siniri və yollarının 

xəstəlikləri (H46-H48)

Görmə sinirinin atrofiyası (H47.2) 

Digər xəstəliklər

1144 (6)

212 (17)


32 (17)

112 (13)


1176

324


7,21

1,99


Göz əzələləri xəs-təlikləri, 

gözlərin müştərək hərəkəti, 

akkomodasiya və refreksiya 

pozğunluqları (H49-52) 

Miopiya (H52.1)

Hipermetropiya (52.0)

Digər xəstəliklər

1903 (3)


395 (10)

966 (8)


114 (12)

72 (16)


428 (4)

2017


467

1394


12,37

2,86


8,55

XIX Travmalar 

Göz və göz yuvasının 

travmaları (S.05)

Travmatik mənşəli bütün göz 

xəstəlikləri (T90.5)

1760 (4)

292 (16)


2052

12,58


II Yenitörəmələr

Gözün şişləri (C69)

Gözün şişləri (C69)

24 (22)


49 (15)

73

0,45



XVII 

Anadangəlmə 

anomaliyalar

Gözün anadangəlmə 

anomaliyaları (Q10-15)

Anoftalm, mikro və makroftalm (Q11) 

Katarakta (Q12) Qlaukoma (Q15)

401 (12)


129 (19)

48 (21)


4 (22)

5 (21)


11 (20)

405


134

59

2,48



0,82

0,36


IV

Şəkərli diabet (E10-14)

Diabetik retinopatiya (H36) Diabetik 

katarakta (H28)

368 (13)

59 (20)


38 (16)

24 (18)


406

83

2,49



0,51

CƏMİ


16303

4515


20818

127,69


Aldığımız nəticələr göstərir ki, oftalmologiyada uzun illər boyu əlilliyin səbəbləri barədə formalaşmış unitar 

yanaşma  (yəni,  yalnız  bilavasitə  səbəbə  görə  təsnifatlandırma)  göz  xəstəliklərinin  tibbi-sosial  ağırlığını  tam 

əks  etdirmir.  Tətbiq  etdiyimiz  alternativ  yanaşma  qoyulmuş  məqsəddən  asılı  oftalmologiyanın  prioritetlərinin 

dəyişdiyini  göstərir. Aldığımız  ümumi  nəticə  odur  ki,  göz  xəstəlikləri  ilə  bağlı  əlilliyin  bilavasitə  səbəbi  olan 

patologiyaların prioritetinə əsaslanan profilaktika və müalicə proqramı əlilliyin azalmasına zəmanət verə bilməz. 

Bu məqsədə çatmaq üçün yeganə etibarlı yol göz xəstəliklərinin kompleks müalicə-profilaktikası yoludur.



Yekun

Beləliklə, görmə funksiyalarının pozulması ilə bağlı əlillik polipatologiyalarıdır. Bu patologiyaların əlilliyin 

formalaşmasında rolu və yeri (reytinqi) onların əsas və yanaşı xəstəlik kimi təzahüründən asılı olaraq dəyişir. Göz 

xəstəliklərinin geniş yayılması da onların müştərək tazahürünü şətrləndirir və oftalmoloji yardımın kompleksliyini 

tələb edir.

Göz xəstəlikləri ilə bağlı əlillik əksər hallarda polimorbidlik fonunda inkişaf edir.

Göz xəstəliklərinin polimorbidliyi pasiyentlərin müalicə və reabilitasiyasında kompleks yanaşmanın zəruriliyini 

göstərir.




30

2017/1 (23)

ORİJİNAL MƏQALƏLƏR

ƏDƏBIYYAT:

1. 

Rüstəmova N.M., Qasımov E.M. Göz patologiyalarının əhalinin xəstələnmə və əlilləşməsinin səbəbləri 



arasında yeri // Azərbaycan Tibb Jurnalı, Bakı, 2010, №3, s.125-128. 

2. 


Rüstəmova  N.M.,  Qasımov  E.M.  Вüllurun  patologiyalarının  səbəb  olduğu  ilkin  əlilliyin  tibbi-sosial 

yükünün ağırlığı // Oftalmologiya, elmi-praktik jurnal, Bakı, 2010, №4, s.21-24 

3. 

Rüstəmova N.M. Göz xəstəlikləri ilə bağlı ilkin əlillik riskinin regional xüsusiyyətləri // Sağlamlıq, Bakı, 



2010, №4, s.115-118 

4. 


Стентон Г. Медико-биологическая статистика. М.: Практика. 1999, 459 с. 

5. 


Castagno V. D., Fassa A.G., Carret M. V. et al. Hyperopia: a meta-analysis of prevalence and a review of 

associated factors among school-aged children // BMC Ophthalmology, 2014, v.14, p.163 

6. 

Рустамова Н.М. Сравнительная оценка возраста лиц, впервые признанных инвалидами по различ-



ным заболеваниям глаз // Офтальмология, М., 2012, т.9, №1, с.80-82.

7. 


Рустамова  Н.М.  Возрастной  риск  первичной  инвалидности  вследстие  глазных  заболеваний  в 

Азербайджане // Российский Офтальмологический журнал, М., 2012, т.5, №1, с.65-68.

8. 

Kyari  F.,  Entekume  G.,  Rabiu  M.  et  al.  A  Population-based  survey  of  the  prevalence  and  types  of 



glaucoma in Nigeria: results from the Nigeria National Blindness and Visual Impairment Survey // BMC 

Ophthalmology, 2015, v.15, p.176.

Рустамова Н.М.

МУЛЬТИМОРБИДНОСТЬ ПАТОЛОГИЙ, СВЯЗАННЫХ С НАРУШЕНИЕМ 

ЗРИТЕЛЬНОЙ ФУНКЦИИ

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан

Ключевые слова: мультиморбидность, патология, нарушение, зрительная функция

РЕЗЮМЕ


Цель - Оценить степень мультиморбидности глазных патологий формирующих нарушение зрительной 

функции. 



Материалы и методы

Единицей наблюдения был пациент с нарушением зрительной функции инвалидом. Сплошным мето-

дом охвачены первичные документы пациентов во время освидетельствования. Скопированы сведения обо 

всех патологиях органов зрения. 

Выделены первоначальные и непосредственные причины инвалидности. В каждой группе учтены со-

путствующие глазные болезни, влияющие на тяжесть потер трудоспособности. Кодировка причин инвалид-

ности проведена в соответствие с четырехзначными рубриками Международной Классификации Болезней 

10-го просмотра. Основными показаниями для расчета были: количество сопутствующих патологий на 100 

инвалидов; доля случаев нарушения зрительной функции в связи с основным диагнозом.

Статистическая обработка проводилась методами анализа качественных признаков. 



Результаты

Установлено, что на 100 инвалидов приходится 127,69 патологий органа зрения, среди которых преоб-

ладают болезни хрусталика (18,65), сетчатки (16,66), глаукома (10,72), миопия (12,32) и последствия травм 

(12,58).


Заключение

Мультиморбидность причин нарушения функции зрения обусловливает необходимость комплексного 

подхода к лечению и реабилитации инвалидов с офтальмопатологией.



31

2017/1 (23)

ORİJİNAL MƏQALƏLƏR

Rustamova N.M.

MULTIMORBIDITY OF PATHOLOGIES FORMING VIOLATION OF VISUAL 

FUNCTIONS



National Centre of Opthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan.

Key words: multimorbidity, pathology, violence, visual function

SUMMARY


Aim - Assess the multimorbidity degree of ocular pathologies forming violation of visual function. 

Materials and methods

Statistic  observation  unit  was  a  patient  with  infringement  of  visual  function.  All  information  about  the 

pathologies of organs of vision has been copied.

The primary and direct causes of invalidity are distinguished. The coucomitant ocular diseases influencing on 

the severity of disability are taken into account in each group. The coding of the invalidity causes was conducted in 

accordance with the quadrivalent headings of the International Classification of Diseases of the 10th examinations. 

The main indications for calculation were as follows: the number of accompanying pathologies on 100 invalids; 

the number of cases of visual function violation in connection with the main diagnosis. 

Statistical processing was performed by methods of analysis of qualitative features.

Results

It was determined that among 1000 disabled persons there were 127,69 pathologies of organs of vision, among 

which the lens diseases (18,65), diseases of the retina (16,66), glaucoma (10.72), myopia (12.32) and the results of 

traumas (12,58) were predominated.



Conclusions

Multimorbidity of causes of visual functions violation necessitates a comprehensive approach to treatment and 

rehabilitation of disabled people with ophthalmological pathology.

Korrespondensiya üçün:



Rüstəmova  Nazilə  Məmməd  qızı,  tibb  üzrə  elmlər  doktoru,  akad.  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya 

Mərkəzinin elmi katibi

Tel.: (+99412) 569-09-07, (+99412) 569-09-47 

Ünvan: AZ1114, Bakı ş, Cavadxanküç, 32/15 

Email: samirahuseynli@yahoo.com; administrator@eye.az: www.eye.az

Yüklə 65,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə