Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

 

28

ibarətdir. Proeritroblastlar güclü bölünmək qabiliyyətinə malikdir. Onlar bölündükcə ölçüləri kiçilir və 



nisbətən xırda formalı, yeni hüceyrə  nəsli  əmələ  gəlir. Bu hüceyrələrin sitoplazmasında tədricən 

hemoqlobin meydana çıxır, buna görə onların bazofilliyi zəifləyir. İndi həmin hüceyrələr həm əsas, həm 

də turş boyaqlar ilə  rənglənməyə başlayır. Bunu nəzərə alaraq meydana çıxan yeni eritroblastlara 

polixromatofil eritroblastlar deyilir. Onların diametri 8-10 mikrona yaxındır. Nüvələri interfaza 

mərhələsində müəyyən dəyişikliyə uğrayır, nüvəciklər adətən itir, xromatin böyük qaymacıqlar şəklində 

diffuz olaraq yayılır. Polixromatofil eritroblastlar bölündükcə onların sitoplazmasında oksifillik güclənir 

və  dəfələrlə bölündükdən sonra nəhayət tam oksifil boyanan yeni formalar meydana çıxır. Bunlara 



oksixromatofil eritroblastlar deyilir.  

Oksixromatofil eritroblastlar gələcəkdə iki istiqamətdə diferensasiya edir; onların bir qismi 

bölünərək artır və nəticədə daha kiçik hüceyrə forması əmələ gəlir ki, bunlara da normoblastlar deyilir. 

Sonuncular ölçüləri cəhətdən definitiv eritrositlərdən bir o qədər fərqlənmir. Oksifil eritroblastların digər 

qismi isə bölünmür, ehtiyat halında sümük iliyinin retikulyar toxumasında qalır və müvafiq şəraitə 

düşdükdə yeni normoblastlar əmələ gətirir.  

Normoblastlar ölçüləri cəhətdən eritrositlərə  bənzəyirsə  də, bir sıra xüsusiyyətləri ilə onlardan 

fərqlənir. Əvvəla bunların hələ nüvələri vardır və onlar eksentrik yerləşir. Normoblastlar əvvəllər mitoz 

üsulu ilə bölünə bilir, lakin tezliklə bu xüsusiyyətlərini itirir və daha bölünmür, çünki nüvələri getdikcə 

degenerasiyaya uğrayır. Sitoplazmalarında tək-tək mitoxondrilərə təsadüf olunur, bunlar adətən reduksiya 

mərhələsində olur.  

Normoblastlarda nüvələr dağılmağa başladıqda, onların xromatinləri nüvə zarına yaxınlaşır və iti 

ucları ilə mərkəzə yönəlir. Nəticədə nüvə mili çarxa bənzəyir. Sonra nüvə sıxlaşır onun forması dəyişir və 

tədricən parçalanaraq kiçik hissəciklər  şəklini alır. Daha sonra bu hissəciklər  əriyir, bəzən isə 

sitoplazmadan kənar edilir. Nəhayət normoblast nüvəsini itirərək retikulositə çevrilir. Retikulosit adi 

eritrositdən fərqlənir, onun sitoplazmasında dənəli-saplı maddə olur, hemoqlobinin miqdarı isə çatışmır. 

Dənəli-saplı maddə sitoplazmanın ribosomlu torunun, mitoxondrilərin və nüvənin qalığıdır. Retikulositlər 

qeyd olunan qalıqlarını tamamilə itirdikdən sonra yetişmiş eritrositlərə çevrilir. Onlarda hemoqlobinin 

miqdarı daha çox olur.  

Normal halda eritrositlər və qismən retikulositlər (cavan eritrositlər) sümük iliyindən qana keçir. Bu 

prosesdə sümük iliyinin genişlənmiş kapillyarları (sinusoidləri)  əhəmiyyətli rol oynayır. Burada 

eritrositlər sinusoid kapillyarların endotel hüceyrələri ilə təmasa gələrək, onların arasından kapillyarların 

içərisinə keçir. Prosesi asanlaşdırmaq üçün eritrositlər psevdopodilər buraxır. 

Qeyd etmək lazımdır ki, yaşlı adamda sümük iliyində eritrositlərin  əmələ  gəlməsi adətən ehtiyat 

halında olan polixromatofil eritroblastlardan başlayır. Buna homoplastik eritropoez deyilir. Əgər 

orqanizmin eritrositlərə olan ehtiyacı artarsa (məs.: qan itirdikdə) eritropoezə  təlabat artır və bu işə 

hemositoblastlar da qoşulur. Sonuncular isə sütun hüceyrələrinin bölünməsi nəticəsində meydana çıxır. 

Eritrositlərin  əmələ  gəlməsində göstərilən hüceyrələrin də  iştirak etməsi prosesinə homoplastik 

eritropoezdən fərqli olaraq, heteroplastik eritropoez deyilir. 

Bəzi xəstəliklər zamanı qırmızı sümük iliyində qanyaranma prosesi güclənir, hemositoblastların və 

proeritroblastların mitoz bölünməsi sürətlənir, nəticədə nisbətən böyük ölçülü eritrositlər  əmələ  gəlir. 

Əgər sümük iliyi vəzifəsinin öhdəsindən gəlmirsə, qana keçən yetişmiş eritrositlərin miqdarı kifayət 

deyilsə, qana tamamilə cavan formalar, hətta iri yetişməmiş eritroblastlar (meqaloblastlar) keçə bilər. 

Qranulositopoez, və ya dənəli leykositlərin inkişafı sümük iliyində gedir. Bunların da başlanğıc 

formalarını hemositoblastlar təşkil edir. Lakin hemositoblastlardan dənəli leykositlərə qədər bir sıra keçid 

mərhələlər müşahidə edilir: 

 

hemositoblast→promielosit→mielosit→metamielosit→yetişmiş qranulosit 

 

Hemositoblastlar mitoz yolu ilə bölünərək üç müxtəlif istiqamətdə diferensasiya edir və üç növ 



mielosit – neytrofil, asidofil (eozinofil) və bazofil mielosit hasil edir. Bu mielositlərin hər biri gələcəkdə 

müvafiq leykositi yaradır. Yetişmiş leykosit əmələ  gəldikcə hüceyrənin ölçüləri kiçilir, sitoplazmada 

spesifik dənələr meydana çıxır. 

Bu və ya digər növ mielosit yaranmadan əvvəl promielosit meydana çıxır. Beləliklə, promielosit 

qranulopoez zamanı hemositoblastlardan sonra əmələ gələn birinci hüceyrə generasiyasıdır. Bunlar adətən 



 

29

hemositoblastlardan böyük olur. Promielositlərin sitoplazması azca bazofil xassəyə malikdir, burada 



yetişmiş dənəli leykositlərə xas olan spesifik dənələr hələ çox zəif nəzərə çarpır və ya heç olmur. Nüvələri 

çox vaxt girdə ya oval şəklində olur, açıq rəngli görünür, içərisində isə bir neçə nüvəcik olur. Nüvənin 

yanında sentrosom yerləşir.  

Promielositlər mitoz üsulu ilə bölünür və onların sitoplazmasında spesifik dənələr meydana çıxır, 

nəhayət mielositlər əmələ gəlir. Bunlar üç növ olur: neytrofil, asidofil və bazofil mielositlər. Beləliklə, bu 

mərhələdən başlayaraq ayrı-ayrı dənəli leykositlərin (neytrofillərin, asidofillərin və bazofillərin) spesifik 

inkişaf yolu müəyyənləşir.  

Neytrofil mielositlər yetişmiş neytrofilə nisbətən böyük hüceyrələrdir, onların diametri 12-18 

mikrona çatır. Sitoplazma asidofil xüsusiyyət kəsb edir və içərisində spesifik neytrofil dənələr meydana 

çıxır və onların miqdarı getdikcə artaraq sitoplazmanın demək olar ki, hər yerini tutur, əvvəllər açıq rəngli 

olan girdə və ya oval şəkilli nüvələri bölünmə davam etdikcə tünd boyanmağa başlayır və nüvəciyi itir. 

Elektron mikroskopu vasitəsilə bu hüceyrələrin sitoplazmasında hər cür orqanel olduğu müəyyən 

edilmişdir (lakin mitoxondrilərin miqdarı azdır). Endoplazmatik tor qovuqcuqlar şəklindədir, onların 

ətrafında ribosomlar olur, bunlardan əlavə  sərbəst ribosomlar da müşahidə edilir. Spesifik dənələrin 

ətrafında incə zar müəyyənləşdirilmişdir, dənələr özləri isə elektron-sıxdır, buna görə tünd görünür. 

Mielositlər mitoz üsulu ilə dəfələrlə bölünük, yaranan hüceyrələrin nüvəsi formasını dəyişərək nal şəklini 

alır. Bunlar metamielositlər adlanır və artıq bölünmür. Metamielositlərdə yetişmə prosesi getdikcə daha 

da dəyişilir, nüvələri əyilmiş çöp şəklini alır və bunlar cavan neytrofilləri (çöpnüvəli neytrofilləri) əmələ 

gətirir. Daha sonra nüvələr bir qədər dəyişilir və  nəhayət  seqmentnüvəli  neytrofillər meydana çıxır. 

Asidofil və bazofil mielositlərin diferensasiyası da analoji yolla gedir. Asidofil mielositlərin diametri 

təxminən 14-16 mikrona bərabərdir. Elektron mikroskopu vasitəsilə sitoplazmanın spesifik dənələrinin 

xarakter lövhəli silindr quruluşuna malik olduğunu aşkar edilmişdir. Mielositlərdə bölünmə davam 

etdikcə nüvələrin forması dəyişir, onlar nal şəklini alır və asidofil metamielositlər meydana çıxır. Daha 

sonra nüvə yenə  də  dəyişir, iki (nadir hallarda üç) paycıqlı  şəkil alır və bu qayda ilə yetişmiş asidofil 

leykositlər  əmələ  gəlir. Bazofil mielositlər böyüklərinə görə  əvvəlki mielositlərdən bir o qədər də 

fərqlənmir. Bunların sitoplazmasında müxtəlif ölçüdə spesifik, bazofil və metaxromatik dənələrə təsadüf 

olunur. Dənələr suda asanlıqla  əriyir. Mielositlərin digər növlərindən fərqli olaraq bazofil mielositlərin 

nüvələri nisbətən kövşək olur, onların incə strukturları aydın görünmür və nüvəciklər olmur. Bunlar da 

bölünərək nəhayət bazofil metamielositlərə  və sonuncular getdikcə yetişərək definitiv bazofillərə 

diferensasiya edir. Beləliklə, dənəli leykositlərin hər üç forması  qırmızı sümük iliyində inkişaf edir və 

sinusoidşəkilli kapillyarların divarından qana keçir. Qeyd etmək lazımdır ki, sümük iliyində normal 

orqanizmdə ehtiyat halda çoxlu miqdarda hazır mielositlər olur. Bunların hesabına dənəli leykositlər 

əmələ gəlir və orqanizmin ehtiyacını ödəyir. Belə qranulopoez homoplastik qranulopoez adlanır. Lakin 

bəzi xəstəliklərdə orqanizmin dənəli leykositlərə  tələbatı artdıqda mielositlər bunun öhdəsindən gələ 

bilmir və prosesə hemositoblastlar və hətta sütun hüceyrələri qoşulur. Belə qranulopoezə heteroplastik 

qranulopoez deyilir.  

Trombositopoez. Qan lövhəcikləri də  qırmızı sümük iliyində inkişaf edir. Bunların da başlanğıc 

formasını hemositoblast təşkil edir və inkişaf aşağıdakı mərhələlərlə gedir:  

 

hemositoblast→meqakarioblast→meqakariosit→hemolamella (trombosit) 

 

Meqakarioblastlar da hemositoblastlardan bölünmə yolu ilə əmələ gəlir, lakin bunlar onları yaradan 

hemositoblastlara nisbətən böyük olur. Nüvələri xarakter tor quruluşa malikdir, xarici səthində girinti və 

çıxıntılara təsadüf olunur. Sitoplazması bazofildir. Meqakarioblastlar diferensiasiya edərək 

meqakariositlərə çevrilir, bu zaman onların nüvəsi böyüyür və seqmentləşir. Sitoplazma bölünmədiyindən 

miqdarı get-gedə artır. Nəticədə meqakariositlər nəhəng ölçüyə (40 mikrona qədər) çatır. Sitoplazmada 

çoxlu sentriollar və digər orqanellər olur. Burada həmçinin bazofil xassəli, habelə polixromatofil kiçik 

dənələr vardır. Sitoplazma əvvəl psevdopodilər buraxır, sonra yalançı ayaqlar qopub müstəqilləşərək qan 

lövhəciklərini əmələ gətirir. 

Limfositopoez (və ya limfoid qanyaranma, başqa sözlə  limfositlərin inkişafı) limfopoetik 

orqanlarda – limfa düyünlərində, dalaqda, badamcıqlarda və s. gedir. Bu orqanların limfoid toxumasında 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə