Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   2   3   4   5   6   7   8   9   ...   34

 

4

biri anadangəlmə inkişaf pozğunluqları ilə müşahidə olunan sindromların bir əlaməti kimi təsvir 



olunurlar. 

Hipotrofiya – (yunanca hypo- “az”, trephein - “qidalanma”) bədən çəkisinin azalması  və 

proporsional inkişafının pozulması ilə  nəticələnən xroniki qidalanma pozğunluğu olmaqla 2 qrupa 

bölünür: anadangəlmə  və qazanılmış. Anadangəlmə hipotrofiyaların inkişafına səbəb olan faktorlar 

içərisində  əsasən ananın xəstə olmasının, döldə oksigen azlığının (hipoksiyanın) və müxtəlif genetik 

mutasiyaların  əsas rol oynadıqları qeyd olunur. Qazanılmış hipotrofiyalar ana südünün az olması, süni 

qidalanma rejiminin pozulması, mədə-bağırsaq sistemində olan inkişaf pozğunluqları və xroniki iltihabı 

proseslər, mərkəzi sinir sistemi xəstəlikləri, irsi olaraq maddələr mübadiləsinin pozulması və s. səbəblər 

nəticəsində meydana çıxırlar.  



İnvolyusiya – (latınca,  involutio - “kicilmək, yığılmaq”) orqanların təşkilində  iştirak edən 

hüceyrələrin ölçülərinin kiçilməsini və ya ilkin ölçülərinə qayıtmasını göstərmək üçün işlədilir. Məs.: 

doğuşdan sonra uşaqlığın, südəmər dövr başa çatdıqdan sonra süd vəzilərinin, cinsi yetişgənlik dövründən 

başlayaraq timusun ölçülərinin kiçilməsi. 



Metaplaziya – (yunanca metaplasis – “formanın dəyişməsi”) müəyyən toxumanın tərkibinə daxil 

olan yetkin huceyrə tipinin həmin toxuma üçün xas olmayan digər hüceyrə tipinə çevrilməsini göstərmək 

üçün işlədilir. Metaplaziya zamanı qeyri-adekvat qıcıqların təsirinə davam gətirə bilməyən hüceyrə tipləri 

həmin təsirlərə davamlı hüceyrələrlə  əvəz olunurlar. Məs.: siqaret çəkən insanlarda tənəffüs yollarını 

örtən təkqatlı kiprikli epitelin yastı epitellə, turşuluğu yüksək olan mədə  şirəsinin təsirindən yemək 

borusunun aşağı 1/3 hissəsində çoxqatlı yastı epitelin təkqatlı silindirəbənzər epitellə  əvəz olunması. 

Qeyd etmək lazımdır ki, metaplaziyaya səbəb olan təsirlər aradan qaldırılarsa hüceyrələr özlərinin ilkin 

normal vəziyyətinə qayıda bilirlər. Əksinə, patogen təsirlər davamlı olduqda isə metaplaziyaya uğramış 

nahiyyələrdə bəd xassəli şişlər inkişaf edə bilir. 

 

TOXUMALAR HAQQINDA TƏLİM. ÜMUMİ MƏLUMAT 

 

Mürəkkəb orqanizmlərdə hüceyrə  və qeyri-hüceyrəvi toxuma strukturları toxuma adlanan xüsusi 

sistemlərin tərkibinə daxildir. Toxumalar bütün orqanların quruluş  əsasını  təşkil edir. Toxuma tarixi 

inkişaf prosesində meydana çıxmış eyni quruluş planına, vəzifəyə və mənşəyə malikdir. Hər bir toxuma 

müəyyən funksiyanın icrası üçün ixtisaslaşmışdır, belə ki, canlı orqanizmdə müəyyən funksiyanın icra 

olunması ayrı-ayrı hüceyrələrdən deyil, ümumi quruluşa malik və vəhdət təşkil edən xüsusi sistemlərdən 

– toxumalardan asılıdır. Deməli, toxuma orqanizmin inteqrativ sistemidir, onun vəhdətini təmin edir. 

Toxumalar canlılar aləmində filogenetik inkişafın müəyyən mərhələsində meydana çıxmış, tədricən 

diferensiasiya edərək təkmilləşmiş  və tam orqanizmlərdə müəyyən funksiyaların icra olunmasına 

uyğunlaşmışdır. Orqanizmlərin tarixi inkişafının divergent (getdikcə  fərqlənən) istiqamətdə getməsi 

nəticəsində çox miqdarda yeni heyvan növlərinin, cinslərinin, ailələrinin və s. meydana çıxmasını nəzərə 

alsaq, toxumalar bu külli miqdar müxtəlif heyvanların orqanizmində hər hansı bir vəzifənin icrası üçün öz 

quruluş planlarını müəyyən qədər saxlaya bilmiş  və  nəticədə növlərinin miqdarı  məhdud olmuşdur. 

Beləliklə, toxuma təkamülü tam orqanizmlərin filogenezinin xüsusi təzahürüdür. Diferensiasiya dedikdə 

embriogenezdə toxumaların inkişafı zamanı ilk, eynicinsli quruluşa malik hüceyrələrin ixtisaslaşması ilə 

əlaqədar olaraq onlarda proqressiv mübadilə  və struktur dəyişikliklərinin baş verməsi düşünülür. 

Mübadilə prosesindəki dəyişikliklərlə əlaqədar olaraq, morfoloji strukturların kimyəvi tərkibi də dəyişilir. 

Diferensasiya dörd əsas dövrü: ootipik, blastomer, rüşeym və toxuma diferensiasiyası ayırd edilir.  



Ootipik diferensasiya orqanizmin inkişafında  ən ilk mərhələdir. Gələcək rüşeym mayasının 

maddəsi döllənmiş yumurta-hüceyrə sitoplazmasının müəyyən nahiyələrində yerləşir. Belə nahiyələr 

prezumptiv, yəni ehtimali və ya müvəqqəti nahiyələrdir. Məs.: amfibinin gələcək xorda-mezodermasının 

maddəsi boz orağın sitoplazmasında yerləşir. 



Blastomer diferensiasiyası blastomerlərin tədricən spesifik xüsusiyyətlər əldə etməsidir. Döllənmiş 

yumurtahüceyrənin bölünməsi nəticəsində meydana çıxan blastomerlər gələcək toxumaların mayasını 

təşkil edir. Ayrı-ayrı nahiyələrin blastomerləri arasında fərqə, artıq blastula mərhələsində təsadüf olunur. 

Rüşeym, yaxud maya diferensiasiyası zamanı rüşeym vərəqələrinin eynicinsli hüceyrə 

materialının ayrı-ayrı nahiyələrində, gələcək ox orqanlarının inkişafı ilə  əlaqədar olaraq, struktur 




 

5

dəyişikliklər baş verir. Məs.: ektodermanın arxa səthində sinir borusunun əmələ  gəlməsi, və ya 



mezodermanın dorzal hissəsinin seqmentlərə bölünməsi və s. 

Toxuma diferensiasiyası rüşeymin inkişafı zamanı ilk toxuma mayalarından xüsusi toxumaların 

əmələ  gəlməsi, və ya ilk toxuma mayasının definitiv toxumaya çevrilməsi prosesinə deyilir. Bu zaman 

toxuma mayasının hüceyrəvi və qeyri-hüceyrəvi törəmələri müxtəlif istiqamətlərdə ixtisaslaşaraq hər bir 

toxuma üçün səciyyəvi olan struktur elementlərinə diferensiasiya edir və habelə müvafiq fizioloji və 

kimyəvi xüsusiyyətlər kəsb edir. Toxuma diferensiasiyasının əsasında kimyəvi diferensiasiya durur ki, bu 

da inkişafda olan toxumada maddələr mübadiləsi prosesindəki müxtəliflikdən asılıdır. Bunun nəticəsində 

həm morfoloji, həm də fizioloji dəyişikliklər baş verir. Diferensiasiya prosesi getdikcə toxuma 

determinasiya edir, yəni spesifiklik əldə edir. Belə toxuma adətən başqa toxumaya çevrilə bilmir. 



Toxuma determinasiyası (latınca  determinare – “müəyyənləşdirmə”) rüşeymin toxuma 

strukturalrının yalnız müəyyən istiqamətdə inkişaf etmək xüsusiyyətidir. Nəticədə toxuma quruluşlarının 

spesifikliyi meydana çıxır. Determinasiya irsi və xarici mühit amillərinin qarşılıqlı  təsiri  əsasında baş 

verir. Lakin bununla yanaşı xarici və daxili amillərin təsiri altında (məs.: eksperimental şəraitdə) 

rüşeymin yeni xüsusiyyətlər əldə etməsi də mümkündür. 

İnteqrasiya (latınca integer – “tam”, integratio – “bərpa”) orqanizmin bütün hissələrinin birləşərək 

onun tamlığını təmin etməsinə deyilir. Tarixi inkişaf prosesində toxumaların meydana çıxması mürəkkəb 

orqanizmlərin inteqrasiyasını daha da möhkəmləndirir. Sinir toxumasının meydana çıxması orqanizmin 

yüksək inteqrasiyasına imkan yaratmışdır. Tam orqanizm inteqrasiyası  əsasında onun strukturlarının 

inteqrasiyası baş verir: məs.: hüceyrələrin inteqrasiyası, yəni onların tam bir sistemdə birləşməsi

aralarında qarşılıqlı rabitənin yaranması. Belə xüsusiyyətlər tam orqanizmin vəhdətinə müvafiq olaraq 

inkişaf prosesində meydana çıxır. 

Beləliklə, toxumalar istər filogenetik inkişaf prosesində  və istərsə  də embriogenez prosesində 

müəyyənləşmiş  və tam orqanizmə uyğunlaşmışdır. Bütün bu proseslər tam orqanizmin onu əhatə edən 

ətraf mühitlə qarşılıqlı rabitəsi şəraitində baş vermişdir. Deməli, toxumaların inkişafı (histogenez) prosesi 

orqanizmlərin tarixi (təkamülü) inkişafı ilə əlaqədardır. 

Deyilənlərə yekun vuraraq toxumaya belə  tərif vermək olar: toxuma tarixi inkişaf prosesində 

(filogenetik olaraq) meydana çıxmış ümumi quruluşa malik hüceyrəvi və qeyri-hüceyrəvi strukturlardan 

ibarət sistem olub, müəyyən funksiyaları icra etmək üçün ixtisaslaşmışdır. 

 

TOXUMALARIN TƏSNİFATI 

 

Orqanizmin  əsas funksiyalarına müvafiq olaraq, habelə quruluş  və inkişaf xüsusiyyətlərinə görə 

aşağıdakı toxuma tipləri ayırd edilir: epitel toxumaları, qan və limfa, birləşdirici toxumalar, əzələ 

toxumaları və sinir toxuması. 



Epitel toxumasında hüceyrələr bir-birinə  sıx yerləşərək laylar təşkil edir. Epitel toxuması 

orqanizmlə xarici mühit arasında mübadilə prosesində iştirak edir. O habelə, mühafizə, sorulma, sekresiya 

və ekskresiya vəzifələrini yerinə yetirir. Epitel toxuması  hər üç rüşeym vərəqələrindən (entoderma, 

mezoderma və ektodermadan) inkişaf edir. 



Qan və limfa. Birləşdirici toxumaların bütün növləri saya əzələ toxuması kimi mezenximdən 

inkişaf edir. Bunu və bir sıra ümumi morfoloji və fizioloji xüsusiyyətləri nəzərə alaraq qan, limfa və 

bütün birləşdirici toxumaları  bəzən mezenxim toxumaları da adlandırırlar. Qan və limfa maye 

toxumalarıdır, belə ki, onların hüceyrəarası maddəsi maye şəklində olub, içərisində hüceyrə elementləri 

üzür. Qan və limfa orqanizmin normal tənzim fəaliyyətinin  əsasını  təşkil edir. Bu toxumalar başlıca 

olaraq trofik funksiya daşıyır, qida maddələrini və oksigeni bütün orqanlara aparır.  



Birləşdirici toxumalar hüceyrəarası maddənin güclü inkişaf etməsi ilə xarakterizə olunur. Buraya 

əsil birləşdirici toxumalar, qığırdaq və sümük toxumaları aiddir. Bunlar trofik, plastik, mühafizə  və 

istinad vəzifələrini yerinə yetirir. Bəzən qan, limfa və birləşdirici toxumaları mezenxim toxumaları 

adlandırmaqla yanaşı, onlara daşıdıqları vəzifələrə görə istinad – trofik toxumalar da deyilir. 



Əzələ toxumaları  yığılmaq qabiliyyətinə malik olub iki növdür: saya və eninəzolaqlı  əzələ 

toxumaları. Saya əzələ toxuması iyşəkilli hüceyrələrdən təşkil olunmuşdur, yığılmaları qeyri-iradidir. 

Eninəzolaqlı  əzələ toxuması simplast xarakterli əzələ liflərindən  əmələ  gəlmiş, yığılması (ürək 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə