Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   2   3   4   5   6   7   8   9   ...   34

 

6

əzələsindən başqa) iradidir. Saya əzələlər mezenximdən, eninəzolaqlı əzələlər isə mezodermadan inkişaf 



etmişdir. 

Sinir toxuması oyanmaq və oyanmanın nəql etmək qabiliyyətinə malikdir; bunların  əsas morfo-

funksional eıementləri sinir hüceyrələri (neyronlar), habelə onlarla sıx surətdə bağlı qliya (neyroqliya) 

adlanan ara maddədir. Qliya trofik, mexaniki və mühafizə  vəzifələrini yerinə yetirir. Sinir toxuması 

ektodermadan inkişaf edir. 

 

TAM ORQANİZMDƏ TOXUMALARIN QARŞILIQLI RABİTƏSİ 

 

Adətən orqanizmi təşkil edən orqanların tərkibində bir deyil, bir neçə növ toxuma olur, məs.: 

ağciyərlər, bağırsaqlar, böyrəklər və s. tərkibində epitel, birləşdirici, əzələ və sinir toxumaları vardır. Hər 

bir orqanın fəaliyyəti neyrohumoral təsirlərlə yanaşı onların təşkilində iştirak edən toxumaların qarşılıqlı 

əlaqələri vasitəsi ilə tənzim olunur. 

Ayrı-ayrı orqanların tərkibinə müxtəlif toxuma növlərinin daxil olmasına baxmayaraq, adətən, bu 

toxumalardan biri üstünlük təşkil edir və həmin orqanların həm morfoloji, həm də fizioloji mahiyyətini, 

yəni spesifikliyini müəyyənləşdirir. Orqanın spesifikliyini xarakterizə edən toxuma onun parenximasını 

əmələ  gətirir. Digər toxumalar həmin orqanın spesifikliyinə uyğunlaşaraq yardımçı  fəaliyyət daşıyır. 

Bunlarla yanaşı hər bir orqanda onun parenximası üçün istinad vəzifəsi görən birləşdirici toxuma həmin 

orqanın stromasını təşkil edir. 

 

TOXUMALARIN REGENERASİYASI 



 

Regenerasiya (latınca  regeneratio – “dirçəlmə, yenidən  əmələ  gəlmə”) bu və ya digər səbəbdən 

aradan çıxmış toxuma quruluşlarının bərpa olunması prosesinə deyilir. Fizioloji və reperativ regenerasiya 

ayırd edilir. Orqanizmin bütün ömrü boyu toxumalarda hüceyrəvi elementlər köhnəlib aradan çıxdıqda 

(fizioloji degenerasiya) yeniləri ilə  əvəz olunur ki, buna da fizioloji regenerasiya deyilir. Ayrı-ayrı 

toxumalarda bu proses eyni deyildir. Məs.: məhv olmuş qan hüceyrələrinin yeniləri ilə əvəz olunması və 

ya dərinin çoxqatlı epitelinin (epidermisin), habelə bağırsaq epitelinin və s. yeniləşməsi prosesi 

müxtəlifdir. 

Tərkibində az diferensiasiya etmiş hüceyrələr olan toxumaların fizioloji regenerasiya qabiliyyəti 

yüksək olur. Belə hüceyrələri A.A.Zavarzin kambial hüceyrələr adlandırır (latınca  cambium  - “əvəz ya 

mübadilə”). Bu hüceyrələr mitozla bölünüb artaraq diferensiasiyaya uğrayır və ixtisaslaşmış hüceyrələrə 

çevrilə bilir. Epitel və birləşdirici toxumalar kambial hüceyrələrə malik olduğundan onlarda regenerasiya 

prosesi güclü olur. Əksinə eninəzolaqlı əzələ və sinir toxumasında kambial hüceyrələr adətən olmur, onlar 

yüksək diferensiasiya etmiş toxumalar hesab edilir, ona görə fizioloji regenerasiya prosesini zahirən 

müəyyən etmək olmur. 

Zədələnmiş toxuma hissələrinin bərpa olunması prosesinə isə reparativ regenerasiya deyilir. Belə 

regenerasiya qabiliyyəti bütün toxumalara xasdır. Lakin burada da epitel, birləşdirici və saya əzələ 

toxuması regenerasiyanın sürəti və keyfiyyəti cəhətdən digər toxumalardan öz üstünlüyü ilə  fərqlənir. 

Yüksək inkişaf etmiş onurğalılarda eninəzolaqlı əzələ toxuması yalnız xüsusi şəraitdə regenerasiya etmək 

qabiliyyətinə malikdir; sinir toxumasında isə sinir lifləri öz tamlıqlarını  bərpa edə bilir. Neyron 

bütövlükdə zədələndikdə isə yenidən bərpa olmur. 

 

EPİTEL TOXUMASI (TEXTUS EPİTHELİALİS

Epitel toxuması  və ya epitel, əsas toxuma növlərindən biridir. Bu toxuma orqanizmin daxili və 

xarici mühiti arasında hüdud təşkil etdiyindən  hüdudi toxuma da adlanır. Belə ki, epitel toxuması 

orqanizmin xarici səthini, seroz boşluqların, habelə bütün boşluqlu orqanların daxili səthini örtür. Epitelin 

bu növü çox vaxt örtük epiteli də adlanır. Bunlardan əlavə epitel toxuması vəzilərin quruluş əsasını təşkil 

edir. Həmin epitelə isə vəzi epiteli də deyilir. 

Epitel toxuması epitel hüceyrələrindən təşkil olunmuş və aşağıdakı morfoloji xüsusiyyətləri ilə digər 

toxumalardan fərqlənir: 1) epitel hüceyrələri bir-birinə çox sıx yerləşərək lay əmələ  gətirir; 2) epitel 

hüceyrələri  əsas zar və ya bazal zar üzərində yerləşir; 3) epitel hüceyrələri polyarlıq (qütblük) 

xüsusiyyətinə malikdir, belə ki, bu hüceyrələrin əsas zara təmas edən proksimal (bazal) hissəsi onun digər 

distal (apikal) hissəsindən quruluşca fərqlənir; buna görə  də onların  əmələ  gətirdiyi laylar da polyarlıq 



 

7

qabiliyyətinə malik olur; 4) epitel toxumasında qan damarları yoxdur və qidalanması əsas zarın altındakı 



kövşək birləşdirici toxuma hesabına olur; 5) epitel toxuması daima mexaniki və kimyəvi təsirlərə məruz 

qaldığından yüksək regenerasiya qabiliyyətinə malikdir. 

Epitel vasitəsi ilə orqanizmlə mühit arasında mübadilə prosesləri gedir. Bu toxuma mühafizə, 

sorulma, sekresiya və ekskresiya vəzifələrini də görür. Mühafizə  və sorulma vəzifələrini örtük epiteli, 

sekresiya vəzifəsini isə vəzi epiteli icra edir. 

Mənşə cəhətdən ektodermal, entodermal və mezodermal epitel, morfo-funksional cəhətdən isə dəri, 

bağırsaq və böyrək epiteli, selomik və ependimoqlial epitel ayırd edilir. Epitelin qeyd olunan hər növü 

özünəməxsus quruluş xüsusiyyətinə malik olur. Belə ki, o daşıdığı spesifik funksiyaya uyğunlaşmışdır. 

Məsələn, dəri epiteli mühafizə vəzifəsi daşıdığından çoxqatlı quruluşa malikdir, əksinə sorulma prosesinə 

uyğunlaşan bağırsaq epiteli birqatlıdır. Epitel toxumasının müasir təsnifatı başlıca olaraq onun quruluş 

xüsusiyyətlərinə əsaslanır. Bu cəhətdən birqatlı və çoxqatlı epitel, habelə sonuncunun bir növü olan keçid 

epiteli ayırd edilir. Birqatlı  və çoxqatlı epiteli bir-birindən ayıran başlıca xüsusiyyət onların 

hüceyrələrinin əsas zara topoqrafik münasibətidir. Əgər epitelin bütün hüceyrələri əsas zara təmas edirsə, 

ona  birqatlı epitel deyilir [1, s. 87, şək. 11.1]. Çoxqatlı epiteldə hüceyrələrin yalnız bir aşağı qatı 

bilavasitə əsas zar üzərində yerləşir. Qalan hüceyrə qatları əsas zardan altdakı qatın hüceyrələri vasitəsi 

ilə ayrılır. Bundan əlavə, epitel toxuması hüceyrələrinin formalarına görə də müxtəlif qruplara bölünür. 

Epitel hüceyrələri başlıca olaraq yastı, kubabənzər və silindrik formada ola bilər. Sonunculara bəzən 

prizmatik hüceyrələr də deyilir. Birqatlı epiteldə hüceyrələrin forması çox vaxt eyni olur, məsələn, 

birqatlı yastı epiteldə bütün hüceyrələr yastı olur, birqatlı silindrik epiteldə isə hüceyrələrin hamısı silindr 

şəklində olur. Lakin birqatlı epiteldə hüceyrələr müxtəlif formada da ola bilər. Belə halda onların nüvələri 

eyni səviyyədə yerləşmir və nəticədə nüvələr bir neçə sıra əmələ gətirir. Bu növ epitelin bütün hüceyrələri 

əsas zara təmas etdiyindən birqatlı adlansa da, nüvələrin  əmələ  gətirdiyi sıralara görə çoxsıralı adlanır. 

Buna görə birqatlı epitel birsıralı və çoxsıralı qruplara bölünür. Birqatlı birsıralı epiteldə bütün hüceyrələr 

eyni formada və nüvələri eyni səviyyədə olduğundan onlar izomorf  epitel  də adlanır (yunanca isos  – 

“eyni”). Birqatlı çoxsıralı epitelə isə  anizomorf epitel  də deyilir (burada an - inkar mənasındadır). 

Çoxqatlı epiteldə isə hüceyrələr eyni formada olmur, adətən aşağı qatın hüceyrələri silindr və ya 

kubabənzər formada olur, yuxarı qatlara doğru hüceyrələrin hündürlüyü azalır və səthi qat hüceyrələri çox 

vaxt yastı olur. Belə halda çoxqatlı epitel formaca təsnif olunarkən səthi qatın hüceyrələri əsas götürülür. 

Məs.: çoxqatlı epitelin səthi qatı yastı hüceyrələrdən təşkil olunduğundan ona çoxqatlı yastı epitel 

deyilir. Bədənin müxtəlif yerlərində çoxqatlı epitelin səthi qat hüceyrələri keyfiyyətcə bir-birindən 

fərqlənir. Bəzi yerlərdə  həmin qatın hüceyrələri buynuzlaşamaya uğrayır, hüceyrə  şəklini itirərək yastı 

pulcuqlara çevrilir. Belə epitelə  çoxqatlı yastı buynuzlaşan epitel deyilir. Səthi qatın hüceyrələri 

buynuzlaşmaya uğramayan epitelə isə  çoxqatlı buynuzlaşmayan epitel deyilir. Özünün quruluş 

xüsusiyyətinə görə digər çoxqatlı epiteldən fərqlənən, müxtəlif  şəraitdə öz zahiri görnüşünü dəyişərək, 

gah yastılaşıb, gah da hündürləşən çoxqatlı epitelin digər forması keçid epiteli adlanır . Keçid epiteli öz 

həcmini dəyişən orqanlarda (məs.: sidiklikdə) təsadüf olunur, çünki belə orqanın divarı onun üzərinə 

düşən təzyiqdən asılı olaraq müxtəlif dərəcədə dartılır, nəticədə epitel qatın forması dəyişir. Formasından 

asılı olmayaraq epitel toxumasının əsas struktur elementi onun hüceyrələridir. Bu toxumada hüceyrələrin 

arasında demək olar ki, ara maddə olmur. Bunu nəzərə alaraq epitel toxumasının təsvirinə onun 

hüceyrələrini öyrənməklə başlayırıq. 

 

EPİTEL HÜCEYRƏLƏRİ (EPİTHELİOCYTİ

 

Epitel hüceyrələri hər bir adi hüceyrə kimi sitoplazmadan və nüvədən ibarətdir. Bu hüceyrələrdə 

adətən bir nüvə olur, lakin epitel toxumasının bəzi növlərində (məs.: seroz qişaları örtən epiteldə, 

qaraciyərdə və s.) iki və daha artıq nüvəyə malik hüceyrələrə təsadüf olunur. Nüvənin forması müxtəlif 

olur: girdə, oval, diskşəkilli və s. Çox vaxt bu formalar hüceyrənin öz formasından asılı olur. Belə ki, 

girdə nüvələrə kubabənzər, oval formalı nüvələrə silindrik və diskşəkilli nüvələrə isə yastı epitel 

hüceyrələrində  təsadüf olunur. Qeyd etmək lazımdır ki, nüvənin böyük ölçüsü, bir qayda olaraq, 

hüceyrənin öz böyük ölçüsünə müvafiq gəlir. Məs.: silindrik hüceyrələrdə oval nüvələr hüceyrənin boyu 

istiqamətində yerləşir. Nüvələr yerləşmələrinə görə  fərqlənir. Kubabənzər hüceyrələrdə onlar 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə