Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

 

16

fibrilləri vardır. Bu hüceyrələrin yığılma qabiliyyətini nəzərə alaraq onlara mioepitelial (yunanca myos-



“əzələ”) adı verilmişdir, çünki yığılma qabiliyyəti  əzələ hüceyrələri üçün xasdır. Bunlardan əlavə  bəzi 

vəzilərin sekretor şöbəsində  əsas vəzi hüceyrələri ilə yanaşı  əlavə  vəzi hüceyrələrinə  (əlavə 

qlandulositlərə) təsadüf olunur. Bu hüceyrələr morfofunksional xüsusiyyətlərinə görə həmin vəzinin digər 

funksional hüceyrələrindən fərqlənir. 

 

SEKRETOR HÜCEYRƏLƏR VƏ SEKRESİYA PROSESİ 

 

Sekretor və ya vəzi hüceyrələri müxtəlif formada olur: silindrik, girdə, konusabənzər, armudabənzər 

və  s.  Bu  hüceyrələr sekresiya prosesi ərzində öz formalarını  dəyişərək, bir formadan digərinə keçir. 

Məsələn, qədəhəbənzər hüceyrələr sekretlə dolu olduqda armuda, boşaldıqda isə silindrə  bənzəyir. 

Sekretor hüceyrələrdə nüvə böyük olur, çox vaxt nüvə qişası üzərində girinti və  çıxıntılar olduğundan 

onun forması müəyyən şəkildə olmur. Nüvənin nüvəciyi də böyük olur. Sekresiya fazasından asılı olaraq 

nüvə proksimal şöbəyə doğru öz yerini dəyişir. Sitoplazmanın quruluşu vəzinin funksiyasından, yəni 

hansı növ sekret (zülal, selik) ifraz etməsindən asılı olaraq ayrı-ayrı  vəzi hüceyrələrində eyni olmur. 

Məsələn, zülal ifraz edən vəzi hüceyrələrində, dənəli sitoplazmatik tor yaxşı  nəzərə çarpır, RNT-nin 

miqdarı artıq olur və s. Selikli vəzi hüceyrələrində isə  dənəli sitoplazmatik tor, əksinə  zəif, dənəsiz 

sitoplazmatik tor isə güclü inkişaf etmiş olur. Bunlardan əlavə, zülal ifraz etməyən digər sekretor 

hüceyrələrdə sitoplazmada lipidlər və steroidlər sintez olunur. Digər orqanellərdən vəzi hüceyrələri üçün 

xarakter olan mitoxondrilərin çoxluğudur. Onlar, adətən, sekretin hasil olduğu yerdə toplanır. Sekresiya 

prosesilə bilavasitə rabitəsi olan Holci kompleksi də  vəzi hüceyrələrində yaxşı inkişaf edir. Sekretor 

hüceyrələrdə  bəzən məhsulun daşınması üçün xüsusi incə  şaxəli borular sistemi olur, bunlara 

hüceyrədaxili sekretor kapillyarlar deyilir. Hüceyrədaxili sekretor kapillyarlara mədənin xüsusi 

vəzilərinin bürüyücü hüceyrələrində  təsadüf olunur. Bu borucuqlar sitoplazmatik zarla əhatə olunaraq 

xaricdə hüceyrəarası sekretor kapillyarlara açılır. Hüceyrədaxili sekretor kapilyarlar hüceyrənin 

hazırladığı sekretin bayıra çıxarılmasında xüsusi rol oynayır. 

Vəzi hüceyrələrinin sitoplazmasında həmişə zülal dənələri, yağ damlaları, qlikogen qaymaqcıqları 

və s. kimi əlavələrə təsadüf olunur. Onların miqdarı sekresiya fazalarından asılıdır. 

Vəzi hüceyrələri də bir-birinə  təmas edir, lakin onların arasında incə hüceyrəarası yarıqlar qalır. 

Hüceyrələrin bir-birinə təmas edən yan səthlərində hər iki hüceyrənin sitolemması arasında desmosomlara 

və qapayıcı lövhələrə (uc atmalar) təsadüf olunur. Qapayıcı lövhələr hüceyrənin apikal hissəsini  əhatə 

edərək, hüceyrəarası yarıqları bədənin boşluğundan ayırır. 

Bəzi vəzilərin sekretor hüceyrələri arasında (məs.: ağız suyu vəzilərinin zülal ifraz edən hüceyrələri 

və ya mədənin xüsusi vəzilərinin sekretor hüceyrələri arasında) xüsusi kanalcıqlar müşahidə olunur, 

bunlara  hüceyrəarası sekretor kapillyarlar deyilir. Bu kapillyar bir tərəfdən hüceyrədaxili 

kapillyarlarla, digər tərəfdən isə sekretor şöbənin öz boşluğu ilə rabitədə olur. Hüceyrəarası sekretor 

kapillyar yanlardan sitolemma (plazmatik zarla) əhatə olunur. Bunlar sekretin axması üçündür. Vəzi 

hüceyrələrinin  əsas səthində  bəzən sitolemma çoxlu miqdar büküşlər  əmələ  gətirir (məs.: ağız suyu 

vəzilərində); apikal səthdə isə adətən submikroskopik xovlar müşahidə olunur. Qeyd olunan strukturlar bu 

hüceyrələrin polyarlığını müəyyən edir və sekresiya istiqamətinə müvafiq gəlir. 

Kimyəvi tərkibcə sekret dörd cür olur: zülal, selik, zülal-selik (qarışıq) və piy. Bunlara müvafiq 

olaraq ekzokrin vəzilər də aşağıdakı kimi təsnif olunur: zülal vəzilər, selikli vəzilər, qarışıq vəzilər və piy 

vəziləri. Bunların içərisində qarışıq vəzilər xüsusi yer tutur. Belə ki, həmin vəzilərdə iki növ sekretor 

hüceyrələr olur – zülal və selik ifraz edən hüceyrələr. Selik ifraz edən hüceyrələr mukosit, zülal sekret 

hasil edən hüceyrələr serositlər adlanırlar.  

Sekresiya mürəkkəb proses olub dörd əsas mərhələdən ibarətdir. Birinci mərhələdə sekretor hüceyrə 

sekret hazırlamaq üçün lazım gələn maddələri, o cümlədən suyu, qeyri-üzvi duzları, amin turşuları, 

monosaxaridləri və s. qandan və limfadan alır. Bu maddələr hüceyrənin  əsas səthindən onun 

sitoplazmasına keçir. 

Sekresiyanın ikinci mərhələsində sekret sintez olunur və sitoplazmada toplanır. Sekretin əmələ 

gəlməsi üçün yaradılan ilk mürəkkəb üzvi maddələr,  əvvəlcə sitoplazmatik torda sintez olunur, sonra 

bunlardan  əmələ  gələn sekret dənələri Holci kompleksində toplanır və daha sonra onlar öz yerlərindən 

qoparaq sekret qovuqcuqlarına çevrilir. Üçüncü mərhələdə sonuncular, vəzin apikal hissəsindən sekretor 



 

17

şöbənin boşluğuna ifraz olunur. Dördüncü mərhələdə sekret ifraz edən hüceyrələr öz tamlığını yenidən 



bərpa edir və yeni sekresiyaya hazırlaşır. 

Üçüncü mərhələdə baş verən sekretin ifrazı mexanizminə görə üç tip sekresiya ayırd edilir: 

merokrin, apokrin və holokrin sekresiyalar [1, s. 101, şək. 11.19]. 

Merokrin tipli sekresiya məməlilər üçün daha səciyyəvi sekresiya tipidir. Belə sekresiya zamanı 

apokrin və holokrin tipli sekresiyalardan fərqli olaraq sekretor hüceyrə dağılmır. Sekret hüceyrənin 

daxilində sintez olunaraq, dənələr və ya damlalar şəklində qovuqcuqlarda toplanır və sonra sitoplazmadan 

xaricə  çıxarılır. Sekret hüceyrədən iki yolla çıxarılır; birinci halda içərisi sekretlə dolu olan qovuqcuq 

sitolemmaya yaxınlaşır, onunla bitişir, sonra onların bitişən yeri dəlinir və sekret bayıra çıxır. İkinci halda 

sekret hüceyrənin qişasını dağıtmır və diffuz yolu ilə ondan keçir. 

İnsan orqanizmində  vəzilərin çoxu, o cümlədən ağız suyu vəziləri, qədəhəbənzər hüceyrələr, 

mədəaltı  vəzi, qaraciyər və s. hamısı merokrin tipli vəzilərdir. Apokrin tipli sekresiya zamanı sekretor 

hüceyrələrin apikal (zirvə) hissələri dağılır və sitoplazmanın bu hissəsi ayrılaraq  əmələ  gələn sekretin 

tərkibinə daxil olur. Sonra hüceyrənin apikal hissəsi yenidən bərpa olunur. Beləliklə, apokrin tipli 

sekresiya, hüceyrələrin qismən dağılması ilə  səciyyəvidir. Belə sekresiya süd və  bəzi tər vəziləri üçün 

(apokrin) xasdır. Bu tip sekresiya makroapokrin sekresiya adlanır. Bundan əlavə  mikroapokrin 

sekresiya da ayırd edilir. Bu zaman hüceyrənin apikal hissəsi tamamilə deyil, qismən, yəni 

submikroskopik xovların zirvələri dağılır. 

Holokrin tipli sekresiya zamanı sekretor hüceyrələr özləri məhv olur. Sekret dağılmış hüceyrələr və 

orada sintez olunmuş maddələr hesabına  əmələ  gəlir. Hüceyrələrin dağılması prosesi müəyyən 

mərhələlərlə gedir. Sekretor hüceyrələr diferensasiya edib sekret topladıqca onların  sitoplazması 

degenerasiya edir, nüvə büzülərək dağılır və  nəhayət sonuncu mərhələdə hüceyrə tamam dağılır. Qeyd 

etmək lazımdır ki, bu vəzilərdə olan az diferensiasiya etmiş hüceyrələrin mitotik aktivliyi nəticəsində yeni 

hüceyrələr yaranır və  vəzin tamlığı saxlanılır.  İnsanda yalnız dərinin piy vəziləri holokrin tipli 

sekresiyaya malikdir. 

Ekzokrin vəzilərin ikinci mühüm quruluş hissəsi onların  axacaq hissəsidir. Sekretor şöbədən fərqli 

axacaq hissə əksər hallarda sekretin əmələ gəlməsində iştirak etmir. Lakin bəzi vəzilərin axacaqlarında da 

sekret ifraz oluna bilər. Ağız suyu və tər vəziləri belə vəzilərdəndir. Adətən entodermal mənşəli vəzilərin 

axacaq hissəsinin divarı bir qat epitel hüceyrələri ilə örtülü olur. Əgər vəzi çoxqatlı epitelin törəməsidirsə 

(ektodermal mənşəlidirsə) onun axacağı da, bir qayda olaraq, çoxqatlı quruluşa malik olur, yəni epitel 

hüceyrələri axacağın divarında bir neçə qat əmələ gətirir. Hüceyrələrin formasına gəlincə divarı birqatlı 

olan axacaqlarda onlar silindrik, kubabənzər və ya yastı olur.  

Axacaq hissə sadə və mürəkkəb vəzilərdə eyni quruluşlu deyildir. Sadə vəzilərdə onlar şaxələnmir 

və  bəzi vəzilərdə (məs.: mədə  çıxacağı  vəzilərində) onlara çoxlu sekretor şöbələr açılır, digər qrup 

vəzilərdə isə (məs.: tər vəziləri) bu axacaqlar yalnız bir sekretor şöbə ilə rabitədə olur. Bunlardan birinci 

vəzilər şaxələnmiş, ikincilər isə şaxələnməmiş vəzilər adlanır. Mürəkkəb vəzilərin axacaqları ağac kimi 

şaxələnir və hər bir şaxəyə bir neçə müxtəlif formalı sekretor şöbə açıla bilər. Ağız suyu vəziləri bu tip 

vəzilərdəndir. Mürəkkəb vəzilər həmişə paycıqlı quruluşa malik olur. Hər bir paycıq axacağın şaxələrinə 

açılan bir qrup sekretor şöbəni əhatə edir. Qeyd etmək lazımdır ki, mürəkkəb şaxələnmiş vəzilərdə axacaq 

sistemi yaxşı inkişaf edir, belə vəzilərdə paycıqdaxili və paycıqarası axacaqlar olur. Ektodermal mənşəli 

mürəkkəb şaxələnmiş vəzilərdə onların divarı uyğun olaraq paycıqdaxili axacaqlarda birqatlı, paycıqarası 

axacaqlarda isə əvvəl ikiqatlı, sonra getdikcə coxqatlı epitrllə örtülü olur.  

 

BİRLƏŞDİRİCİ TOXUMA (TEXTUS CONJUNCTIVUS

ÜMUMİ ANLAYIŞ 

 

Orqanizmdə ən geniş yayılmış toxuma olub, onun daxili mühitinin əsasını təşkil edir. Buna görə də 

bəzi müəlliflər birləşdirici toxumaları daxili mühit toxumaları adlandırırlar. Bu toxuma xarici mühitlə 

bilavasitə rabitədə deyil və bununla da o epitel toxumasından fərqlənir. Birləşdirici toxumanın belə 

xüsusiyyəti onun quruluşunda bilavasitə  əks olunmuşdur. Bu toxuma və onun hüceyrə elementləri 

polyarlıq xüsusiyyətinə malik deyildir. Hüceyrələrin bütün səthi daxili mühit içərisindədir, ona görə də bu 

hüceyrələrin hər yerində mübadilə prosesi eyni xarakter daşıyır. Daxili mühit toxuması adı bir də onunla 

bağlıdır ki, bu toxuma orqanların həm daxilində, həm də aralarında yerləşərək onları yeganə sistemdə 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə