Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix26.03.2018
ölçüsü0,8 Mb.
#34399
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

 

18

birləşdirir və mübadilə prosesinin getməsi üçün ümumi şərait yaradır. Həmin toxumanın orqanizmdə belə 



vəziyyəti onun bütün quruluş strukturlarının bir-birilə arasıkəsilməz sıx qarşılıqlı rabitədə olmasını təmin 

etmişdir. Bu da daxili mühit toxumalarının  əsas quruluş xüsusiyyətlərindən biridir. Birləşdirici toxuma 

hüceyrə elementlərindən və hüceyrəarası maddədən təşkil olunmuşdur. Bu toxuma hüceyrəarası 

maddədənin güclü inkişafı ilə digər toxuma növlərindən fərqlənir. Ara maddə miqdarca hüceyrəli 

elementlərdən çoxdur. Hüceyrəarası maddə müxtəlif növlü birləşdirici toxumalarda eyni konsistensiyada 

olmur. O, maye halından başlayaraq, sümük kimi sərt hala qədər çatır. Birləşdirici toxumanın ayrı-ayrı 

növlərində ara maddənin fiziki və kimyəvi xassələri həmin toxumaların funksional xüsusiyyətlərini 

müəyyənləşdirir. Ara maddəsi maye halında olan qan və limfa başlıca olaraq trofik və mühafizə (bioloji 

mühafizə) funksiyası daşıyır. Belə ki, mühit mübadilə proseslərinin getməsi və qida maddələrinin 

daşınması üçün əlverişli  şərait yaradır. Ara maddəsi yarımmaye halında olan digər növ birləşdirici 

toxumada (kövşək birləşdirici toxuma) bu funksiyalar əsas yer tutur. Ara maddə  sıxlaşdıqca (sıx 

birləşdirici toxumada) trofik və bioloji mühafizə funksiyaları  zəifləyir və  əksinə, yeni funksiya – 

mexaniki istinad funksiyası meydana çıxır. Birləşdirici toxumanın bəzi növlərində (məs.: qığırdaq 

toxumasında) ara maddə daha da sıxlaşır, sümük toxumasında isə o kirəcləşərək tamamilə sərtləşir. Belə 

toxumalarda, mexaniki funksiyalar (istinad funksiyası) xeyli güclənir və eyni zamanda mexaniki 

mühafizə funksiyası meydana çıxır. Trofik funksiya əksinə, xeyli zəifləyir. Toxumada ara maddənin fiziki 

və kimyəvi xassələri dəyişdikcə onun hüceyrə elementlərinin həyat şəraiti də dəyişir. Belə ki, ara maddə 

sıxlaşma artdıqca hüceyrələrin mütəhərrikliyi azalır və  nəhayət (qığırdaq və sümük toxumalarında) 

tamamilə itir. Birləşdirici toxumanın müxtəlif növlərində qeyd olunan funksional xüsusiyyətləri nəzərə 

alaraq, bəzən bunlara istinad - trofik toxumalar da deyilir. Lakin bu toxumaların ən çox işlədilən adı 

"birləşdirici toxumadır". Bu toxuma doğrudan da orqanizmdə bütün digər toxumaları, tam orqanlarda və 

sistemlərdə bir-biri ilə birləşdirir. Beləliklə, bütün orqanlarda müxtəlif toxumalar bir-biri ilə yalnız 

birləşdirici toxuma vasitəsi ilə rabitəyə girir, deməli müəyyən mənada bir toxuma digərindən birləşdirici 

toxuma qatı vasitəsi ilə ayrılır.Birləşdirici toxuma növlərinin funksional əhəmiyyətindən danışarkən, 

onların orqanizmdə qanyaradıcı vəzifə də (retikulyar toxuma) daşıdığını qeyd etmək lazımdır. Birləşdirici 

toxumanın hüceyrə elementləri də olduqca müxtəlifdir, ara maddəsi maye və yarımmaye halında olan 

toxuma növləri üçün bu xüsusiyyət daha xarakterikdir. Bütün bunlarla yanaşı birləşdirici toxumanın hər 

növündə əsasən iki tip hüceyrə vardır: inkişafda olan cavan hüceyrələr və son inkişaf dərəcəsinə çatmış 

hüceyrə formaları. Bunlardan birincilər yüksək metabolizm xüsusiyyətinə malik olub, blast hüceyrələri 

(yunanca  blastos – “maya”) adlanır (məs.: eritroblast, fibroblast, osteoblast və s.). İkinci qrup 

hüceyrələrin isə metabolizm fəallığı  zəifləmiş olur (məs.: eritrosit, fibrosit, osteosit və s.). Bu iki qrup 

hüceyrələrin bir-birinə olan miqdari nisbəti həmin toxumanın funksional halını  əks etdirir. Birləşdirici 

toxumanın hüceyrə formaları içərisində sütun hüceyrələri xüsusi yer tutur. Onlar cavan olub, az 

diferensiasiya etmələrinə baxmayaraq zəif metabolik və mitoz fəallığına malik olur. Quruluş cəhətdən bu 

hüceyrələr kiçik və orta limfositlərə  bənzəyir; funksional cəhətdən isə bunlar gələcəkdə yüksək 

diferensasiya etmiş müxtəlif formalı hüceyrələr üçün ehtiyat kambial hüceyrə rolunu oynayır. Birləşdirici 

toxumanın bütün növlərini xarakterizə edən xüsusiyyətlərindən biri də onların yüksək plastikliyi və 

regenerasiya fəallığıdır. Buna görə də birləşdirici toxuma dəyişilmiş ətraf mühitə tezliklə uyğunlaşır və 

deməli, yüksək adaptasiya qabiliyyətinə malikdir. Birləşdirici toxumanın bütün növləri rüşeymi inkişafın 

lap erkən dövründə meydana çıxan mezenximdən, daha doğrusu rüşeymi birləşdirici toxumadan inkişaf 

edir. Beləliklə, rüşeymdə mezenxim bütün toxumalardan əvvəl  əmələ  gəlir. Onurğalı heyvanlarda 

mezenximin ilk mayasını, başlıca olaraq mezoderma təşkil edir. Mezenxim mezodermanın həm dorzal 

seqmentlərindən (sklerotomdan və dermatomdan), həm də onun ventral şöbəsindən, yəni splanxnotomdan 

inkişaf edir. Splanxnotomdan da dorzal mezodermada olduğu kimi mezenximin iki mayası meydana çıxır. 

Bunların biri splanxnotomun parietal lövhəsindən, ikincisi isə visseral lövhəsindən  əmələ  gəlir. Sonra 

bütün bu dörd mayanın mezenximi birləşərək ümumi kütlə  şəklində rüşeymin digər mayaları arasında 

yerləşir. 

MEZENXİMİN QURULUŞU 

 

Mezenxim quruluşca mezenxim hüceyrələrindən və onların arasındakı sahəni tutan hüceyrəarası 

maddədən (maye və ya yarımmaye həlim şəklində) ibarətdir. Mezenxim hüceyrələri çıxıntıları vasitəsi ilə 

bir-biri ilə birləşərək torabənzər  şəkil alır.  Əvvələr bu sinsiti adlanırdı (yunanca syn - birgə  və  cytus – 




 

19

“hüceyrə”). Sinsiti adı altında hüceyrələrin xüsusi sitoplazmatik çıxıntılar vasitəsi ilə bir-biri ilə  sıx 



qarşılıqlı rabitəyə girərərək tor quruluş  kəsb etməsi düşünülürdü; çünki işıq mikroskopunda bir 

hüceyrənin sitoplazmatik çıxıntısının hüdudsuz olaraq digər hüceyrənin müvafiq çıxıntısına keçdiyini 

görünürdü. Lakin elektron mikroskopu ilə aşkar olunmuşdur ki, sitoplazmatik çıxıntılar arasında hüdud 

vardır, belə ki, bu çıxıntıların müstəqil plazmatik zarı (sitolemması) vardır və onlar bir-birinə yalnız sıx 

təmas edir və beləliklə,  əsil sinsiti əmələ  gəlmir. Mezenxim hüceyrələri, mezenximositlər 

(mezenchymocyti) iy ya ulduz şəklində olur. Onların çoxu tor quruluşun meydana çıxmasında iştirak edir. 

Lakin bunlardan əlavə, mezenximdə  həmişə  sərbəst, mütəhərrik mezenxim hüceyrələri də vardır. 

Mezenxim hüceyrələrində endoplazmatik tor yaxşı nəzərə çarpır və onlarda çoxlu mitoxondrilər olur. 

Mezenxim yarandığı vaxtdan başlayaraq toxuma kimi fəaliyyət göstərir. Bununla o, rüşeymin digər 

mayalarından fərqlənir. Mezenxim başlıca olaraq trofik funksiya daşıyır; onun içərisi ilə orqanizmin 

sürətlə inkişafını təmin edən qida maddələri hər yerə daşınır. Bu vəzifə ilə əlaqədar olaraq mezenxim çox 

tez diferensasiyaya uğrayaraq hər  şeydən  əvvəl qanı  və qan damarlarını  əmələ  gətirir. Daha sonra o, 

müxtəlif istiqamətdə diferensiasiya edir və birləşdirici toxumanın ayrı-ayrı növlərini, habelə saya əzələ 

toxumasını yaradır. Ümumiyyətlə, mezenximdən aşağıdakı toxuma növləri diferensiasiya edir: qan və 

limfa, əsil birləşdirici toxuma, qığırdaq və sümük toxumaları və saya əzələ toxuması. Buna görə də həmin 

toxumalar mənşəcə  mezenxim toxumaları adlanır. Qeyd olunan toxumalar içərisində saya əzələ 

toxuması xüsusi yer tutur və adətən mezenxim toxumaları ilə deyil, əzələ toxumaları ilə birlikdə  təsvir 

edilir. Mənşə cəhətdən mezenximlə bilavasitə rabitədə olmasına baxmayaraq, saya əzələ toxuması morfo-

funksional cəhətdən eninəzolaqlı  əzələ toxumasına çox yaxındır və bunlar birlikdə  əzələ toxumaları 

bəhsində qeyd olunur. Beləliklə, tədris kitablarında mezenxim toxumaları adı altında geniş  mənada 

birləşdirici toxumanın bütün növləri təsvir edilir. Bu baxımdan birləşdirici toxumalar aşağıdakı qruplara 

bölünür: 

1. Qan və limfa 

2. Əsil birləşdirici toxuma 

3. Qığırdaq toxuması 

4. Sümük toxuması 

5. Spesifik xassəli birləşdirici toxumalar 

Birləşdirici toxumanın bütün növləri qeyd olunan ardıcıllıqla aşağıda təsvir edilir. 



 

QANIN ÜMUMİ SƏCİYYƏSİ. FUNKSİYALARI 

 

Qan hüceyrə elementlərindən və hüceyrəarası maddədən - plazmadan təşkil olunmuşdur. 

Hüceyrəarası maddənin maye şəklində olması hüceyrələrin qan damarları ilə hərəkətini təmin edir. 

Hüceyrəarası kontaktlar olmadığı üçün qan hüceyrələri izolizə olunmuş şəkildə sərbəst yerləşirlər. Qanın 

sütun – kambial, inkişaf etməkdə olan hüceyrələri ilə yetkin hüceyrələri bir-birindən təcrid olunmuş 

şəkildə yerləşirlər, belə ki, hemopoez, yəni yeni qan hüceyrələrinin yaranması, qanyaradıcı orqanlarda baş 

verir, yetkin hüceyrələr isə qan dövranında sirkulyasiya edir, həm də birləşdirici toxumaya miqrasiya edə 

bilirlər. 

Qanyaradıcı orqanlarda qan hüceyrə populyasiyası daim tamamlanır, beləliklə, qan dövranında olan 

hüceyrə populyasiyası tərkibi daim sabit saxlanılır. 

Qan həyat üçün vacib olan nəqliyyat, trofık, tənəffüs, homeostatik və müdafiə funksiyaları yerinə 

yetirir. Orqanizmə qida ilə daxil olan mübadilə  məhsulları  və başqa kimyəvi maddələr qan vasitəsi ilə 

daşınır (nəqliyyat və trofik funksiya). Ağciyərlərdən toxumalara O

2

  və  əksinə, toxumalardan CO



2

 qan 


vasitəsilə daşınır (tənəffüs funksiyası). Su-duz mübadiləsi və elektrolit mübadiləsinin sabitliyi qan 

vasitəsi ilə saxlanılır (homeostatik funksiya). Qanın müdafiə funksiyası hüceyrə və humoral immunitetin 

həyata keçirilməsi ilə  əlaqədardır. Qan endokrin və sinir sistemləri ilə birlikdə orqanizmin daxili 

mühitinin sabitliyinin, həmçinin immun homeostazın təmin olunmasında iştirak edir. Qan vasitəsilə 

hormonlar və bioloji aktiv maddələr daşınır. 

Qan hüceyrəarası maddədən – plazmadan və formalı elementlərdən - eritrosit, leykosit və 

trombositlərdən təşkil olunmuşdur. Qanın ümumi həcminin 55-60%-ni plazma, 40-45%-ni formalı 

elementlər təşkil edir. Orqanizmin ümumi çəkisinin 5-9%-ni qan təşkil edir. 70 kq çəkidə olan insan 

orqanizmində 5,0-5,5 l qan olur. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə