Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə2/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   2   3   4   5   6   7   8   9   ...   187

MÜNDƏRİCAT 

ÖN SÖZ 


Qısaltmalar. 

GİRİŞ 


1.

 

TƏDQİQAT ÜSULU VƏ MƏNBƏLƏRİN XÜLASƏSİ 



2.

 

ORTA ƏSR AZƏRBAYCAN ŞƏHƏRLƏRİ 



3.

 

ORTA ƏSRLƏRDƏ YAŞAMIŞ AZƏRBAYCANLI ALİMLƏR  



I.

 

Arranlı alimlər 



II.

 

Bərdəli alimlər 



III.

 

Bərdicli alimlər 



IV.

 

Bərzəndli alimlər 



V.

 

Beyləqanlı alimlər 



VI.

 

Dərbəndli alimlər 



VII.

 

Düveynli alimlər 



VIII.

 

Əbhərli alimlər 



IX.

 

Əhərli alimlər 



X.

 

Ərdəbilli alimlər 



XI.

 

Gəncəli alimlər 



XII.

 

Marağalı alimlər 



XIII.

 

Mərəndli alimlər 



XIV.

 

Miyanəli alimlər 



XV.

 

Naxçıvanlı alimlər 



XVI.

 

Səlmaslı alimlər 



XVII.

 

Sərablı alimlər 



XVIII.

 

Sücaslı alimlər 



XIX.

 

Sührəvərdli alimlər 



XX.

 

Şirvanlı alimlər 



XXI.

 

Təbrizli alimlər 



XXII.

 

Tiflisli alimlər 



XXIII.

 

Urmiyəli alimlər 




XXIV.

 

Uşnuhlu alimlər 



XXV.

 

Varsanlı alimlər 



XXVI.

 

Xalxallı alimlər 



XXVII.

 

Xoylu alimlər 



XXVIII.

 

Xunəli alimlər 



XXIX.

 

Qarabağlı alimlər 



XXX.

 

Zəncanlı alimlər 



NƏTİCƏ 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR 



 

 

 


ييالله الرّحمن الرّح مسب 

ÖN SÖZ 

2009-cu  ilin  ramazan  ayına  təsadüf  edən  günləri  idi.  Şəmsəddin  Zəhəbinin  hədis 

hafizlərinin  bioqrafiyaları  haqqındakı  ‚Təzkərətü’l-Hüffaz‛  adlı  əsərinin  fihristini 

vərəqləyirdim  və  ‚Bərdəi‛  nisbəsi  ilə  rastlaşdım.  Sonra  ‚Ərdəbili‛,  ‚Miyanəci‛, 

‚Bərdici‛,  başqa  bir  ‚Bərdəi‛  nisbəsinə  rast  gəldim.  Fihristdəki  səhifə  nömrələrini  bir 

kənara qeyd edib bu şəxslərin tərcümeyi-hallarını oxuyanda marağım daha da artdı. Bu 

nisbələrin  sahiblərinin  həyat  hekayələrini  oxuduqca  üzərində  yaşadığımız  torpaqların 

necə mümtaz insanlar yetişdirdiyinin şahidi oldum. Daha əvvəl də bir sıra azərbaycanlı 

alimlərin  bioqrafiyaları,  həyat  və  elmi  fəaliyyətləri  ilə  tanış  olmuş,  bu  mövzuda 

araşdırma  aparmışdım.  Lakin  ‚siqa‛,  ‚müksir‛,  ‚səduq‛  kimi  böyük  hədis  alimləri 

üçün istifadə edilən titulların daşıyıcısı olan azərbaycanlı alimlərin həyat hekayələri ilə 

ilk  dəfə  bu  qədər  yaxından  tanış  olmuşdum.  Şəmsəddin  Zəhəbinin  əsərindən  sonra 

hədis alimlərinin həyat və fəaliyyətlərindən bəhs edən digər rical kitablarını, təbəqat və 

təzkirələri  tədqiq  etməyə  başladım.  Başa  düşdüm  ki,  nəhəng  bir  dəryanın  sahilində 

dayanmışam.  Bu  dəryanın  dərinliklərinə  dalmağın  artıq  sadəcə  bir  tədqiqatçı  kimi 

‚işim‛  deyil,  bir  müsəlman  və  azərbaycanlı  olaraq  borcum  olduğunu  dərk  etmişdim. 

Həyat  və  elmi  fəaliyyətlərini  aydınlığa  qovuşdurmaq  bu  nadir  şəxsiyyətlər  qarşısında 

mənəvi borcum idi. Sadəcə hədis alimləri deyil, orta əsrlərdə Azərbaycan torpaqlarında 

yetişmiş, bu məmləkətin övladı olan fəqih, müfəssir, mütəkəllim, qarilərin də həyat və 

elmi  fəaliyyətləri  haqqında  mənbələrin  nəql  etdikləri  məlumatları  toplamaq  qərarına 

gəldim. Beləcə bir illik gərgin və fasiləsiz əməkdən sonra ərsəyə gələn bu əsərin təməli 

qoyulmuş oldu.  

Azərbaycanlılar  ərəblərdən  sonra  İslamı,  kütləvi  surətdə,  qəbul  etmiş  ilk  millətdirlər. 

Allah  Rəsulu  Muhəmmədin  (م)  vəfatından  cəmi  7  il  sonra,  639-cu  ildə  Xoy  və  Səlmas 

şəhərlərinin əhalisinin böyük əksəriyyətinin İslamı qəbul etdiyi barədə tarixi mənbələr 

məlumat verirlər. İrəlidə, Azərbaycan şəhərləri haqqında məlumat verərkən, bu barədə 

daha ətraflı danışacağıq. Xilafətin şimala açılan qapısı olan Azərbaycan, ərəblərlə əsrlər 

boyu davam edən müharibələr aparmış Xəzər xaqanlığı ilə həmsərhəd olması səbəbiylə 




böyük strateji əhəmiyyət kəsb etmişdi. Bu səbəbdən də istər raşid xəlifələr (ٕ), istərsə də 

Əməvi və Abbasi xəlifələri İslamın bu coğrafiyada yayılmasında maraqlı olmuşdurlar. 

Xilafətin  şimal  sərhədinin  təhlükəsizliyinin  təmini  üçün  Azərbaycana  kütlələr  halında 

ərəb  qəbilələri  köçürülmüşdü.  Bu  köçürmə  siyasəti  İslamın  azərbaycanlılar  arasında 

yayılması  prosesini  sürətləndirmişdi.  Sonrakı  əsrlərdə  İslam  Azərbaycanda  sürətlə 

yayılmış və böyük əksəriyyəti atəşpərəstliyə, müəyyən bir qismi isə xristianlığa sitayiş 

edən  ölkə  əhalisinin  müştərək  dininə  çevrilmişdi.  Din  birliyinin  meydana  gəlməsi 

Azərbaycanın  siyasi  bütünlüyünün  möhkəmlənməsini  təmin  etməklə  yanaşı  elmi  və 

mədəni  tərəqqi  üçün  də  təkanverici  amil  olmuşdu.  Abbasi  xilafəti  dövründə 

Azərbaycanın  iri  şəhərləri  elmi  və  mədəni  həyatın  canlılığı  ilə  seçilirdi.  Xilafətin 

zəifləməsi  və  mərkəzdənqaçma  meyllərinin  artması  dövründə  də  bu  canlılıq 

zəifləməmişdi.  Hətta  deyərdim  ki,  əksinə  daha  da  qüvvətləndirmişdi.  Xilafətin 

zəiflədiyi  dövrdə  Bağdaddan  formal  asılılığı  olan  Rəvvadi,  Salari,  Saci,  Şəddadi  və 

Şirvanşahlar  kimi  Azərbaycan  dövlətlərini  idarə  edənlər  hakim  olduqları  şəhərlərin 

istər  iqtisadi-ticari,  istərsə  də  elmi-mədəni  inkişafında  maraqlı  idilər.  Ticari-iqtisadi 

canlanmanın və tərəqqinin müşahidə edildiyi şəhərlər bir müddət sonra ölkənin ziyalı 

potensiyalını da özünə cəlb etməyə başlayırdı. Bu da öz növbəsində həmin şəhərlərdə 

elm  və  tədris  ocaqlarının  yaranıb  inkişaf  etməsinə  səbəb  olurdu.  İrəlidə  barələrində 

bioqrafik  məlumat  verəcəyimiz  şəxslərin  yaşadığı  dövrlərlə  onların  yetişdikləri 

şəhərlərin  tarixini  müqayisə  edərkən  bunu  rahatlıqla  təsbit  etmək  mümkün  olacaqdır. 

Məsələn  klassik  ərəb  coğrafiyaşünaslarının  ‚Arranın  anası‛  adlandırdıqları  Bərdə 

şəhəri  xilafət  dövründə  Azərbaycanın  şimalında  inzibati  mərkəz  olmuşdur.  İnzibati-

siyasi  əhəmiyyət  qazanması  tezliklə  bu  şəhərin  ticari-iqtisadi  inkişafına  da  təkan 

vermişdi.  Bu  inkişaf  X  əsrin  ortalarında  rusların  Bərdəni  xarabazara  çevirmələrinə 

qədər  davam  etmişdir.  ‚Bərdəi‛  nisbəsi  daşıyan  alimlərin  də  məhz  VIII-X  əsrlərdə 

yaşaması  iqtisadi-ticari  canlanmanın  qaçılmaz  olaraq  elmi-mədəni  tərəqqiyə  təkan 

verdiyi  barədəki  fikrimizi  dəstəkləyir.  Eləcə  də  ‚Naxçıvani‛  nisbəsi  daşıyan  alimlərin 

daha  çox  XII-XIII  əsrlərdə,  yəni  Atabəylərin  hakimiyyəti  dövründə,  ‚Gəncəvi‛  nisbəsi 

daşıyan  alimlərin  isə  X-XI  əsrlərdə,  yəni  Şəddadilərin  hakimiyyəti  illərində 

yaşamalarını  da  buna  nümunə  göstərmək  olar.  Bu  iki  şəhər  adı  çəkilən  dövlətlərin 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə