Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə5/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   2   3   4   5   6   7   8   9   ...   187

trz. ----------------------tarixsiz 

TTK--------------------Türk Tarih Kurumu 

VGMK-----------------Vakıflar Genel Müdürlüğü Kütüphanesi 

v. -----------------------Vərəq 

və.s---------------------və sair 



GİRİŞ 

TƏDQİQAT ÜSULU VƏ MƏNBƏLƏRİN XÜLASƏSİ 

Elmi  tədqiqatlarda  əsasən  deduktiv  metoda  üstünlük  verilir.  Tədqiqatlarda,  həmçinin 

təhqiqatlarda,  deduktiv  metodun,  yəni  faktlar  və  dəlillərin  göstərdiyi  istiqamətdə 

irəliləyərək problemin həllinə nail olmağın sözsüz ki, böyük əhəmiyyəti var. Buradakı 

araşdırmada da bu metoda üstünlük verilmişdir. Çünki məlumat sahibi olmadan fikir, 

qənaət  sahibi  olmaq  zərərli  olmaqla  yanaşı,  həm  də  təhlükəlidir.  Hər  şeydən  əvvəl 

tədqiqatın  əhatə  etdiyi  tarixi  zaman  dilimini  müəyyənləşdirmək  lazım  gəlir  və  biz 

burada orta əsrlərdə yaşamış azərbaycanlı alimlər haqqında söhbət açacağıq. Həyat və 

fəaliyyətlərini  araşdıracağımız  şəxslərin  böyük  əksəriyyəti  dini  elmlər  sahəsində 

tanınmış  azərbaycanlılardır.  Bunların  əksəriyyəti  fiqh,  yəni  İslam  hüququ  sahəsində, 

eləcə  də  hədis,  təfsir,  qiraət,  kəlam  sahələrində  ixtisaslaşmış  alimlərdir.  Onlardan 

bəziləri həm də öz dövrünün tanınmış filoloq və ədəbiyyatşünaslarıdır. Bununla yanaşı 

tibb,  riyaziyyat,  astronomiya  kimi  dəqiq  elm  sahələrinə  aid  alimlərin,  həmçinin  orta 

əsrlərdə  yaşamış  bəzi  azərbaycanlı  dövlət  xadimlərinin  bioqrafiyalarına  da  yer 

verilmişdir.  Burada  bioqrafiyalarını  qələmə  aldığımız  dini  elmlər  sahəsində  fəaliyyət 

göstərmiş  azərbaycanlı  alimlər  sələfi,  əş’ari  və  maturidi  etiqadi  cərəyanlara  mənsub 

şəxslərdir.  Aralarında  mö’təzilə  və  xəvaric  kimi  cərəyanlara  mənsub,  öz  dövrünün 

tanınmış  bir  neçə  aliminin  bioqrafiyalarına  da  rast  gələcəksiniz.  Fütuvvət  və  təsəvvüf 

əhlinə  mənsub  təriqət  şeyxlərinin  bioqrafiyaları  araşdırılarkən  müəyyən  kriteriyalar 

əsas  götürülmüşdür.  Məlum  olduğu  kimi  sufi  təriqətlərinə  mənsub  bəzi  tanınmış 

simalar  istər  yaşadıqları  dövrdə,  istərsə  də  sonrakı  dövrlərdə  ciddi  tənqidə  məruz 

qalmışdırlar. Burada həyat və faəliyyətlərinə yer verdiyimiz azərbaycanlı sufilərin söz, 

hal, hərəkət və əsərlərinin Qur’an və səhih hədislərlə zidd olmamasına, yaxud onların 

hədis,  hədis  üsulu,  fiqh,  fiqh  üsulu,  təfsir,  təsfir  üsulu,  qiraət,  kəlam  kimi  dini  elmlər 

sahəsində  əsər  qələmə  almış  olmalarına  diqqət  yetirilmişdir.  Haqqında  bioqrafik 

məlumat verilən şəxslərin adları əslən mənsub olduqları Azərbaycan şəhərlərinə görə, 

şəhər adları isə əlifba sırasına görə sıralanmışdır. Haqqında məlumat verilən şəxsin adı 

titul,  ləqəb,  künyə,  ad,  ata  adı,  əcdad  və  nisbə  formasında  düzülmüşdür.  Məsələn: 

‚Əllamə Tacəddin Əbü’l-Həsən Əli ibn Abdullah ibn Əbu Bəkr Ərdəbili‛də titul-əllamə



ləqəb-Tacəddinkünyə-Əbü’l-Həsənad-Əliata adı-Abdullahbaba adı-Əbu Bəkrnisbə-

Ərdəbili  formasında  düzülmüşdür.  Sonu  ‚əd-din‛lə  bitən  ləqəblərin  daşınması  orta 

əsrlərdə  İslam  coğrafiyasında  xeyli  yayılmışdı.  Künyə,  yəni  şəxsin  öz  oğlunun  adı  ilə 

tanınması və nisbə, yəni şəxsin hansı ölkə, şəhər, millət, etnik qrup və tayfaya mənsub 

olduğunu  bildirməsi  isə  qədim  ərəb  ənənəsinin  İslamı  qəbul  etmiş  digər  millətlərə  də 

keçməsindən  irəli  gəlir.  Ərəb  cəmiyyətində  hələ  İslamdan  əvvəl  ‚ənsab‛  elmi,  yəni 

nəsəbin bilinməsi və oğul atası olmaq mühüm əhəmiyyət kəsb edirdi. 

İrəlidə  ayrı-ayrı  şəxslərin  bioqrafiyasını  oxuyarkən  müxtəlif  dini,  elmi  və  fəlsəfi 

cərəyanlar,  ictimai  hərəkatlar,  elm  sahələri,  mədəni  və  iqtisadi  münasibətlərin 

mahiyyətinin  daha  asan  və  dərindən  dərk  edilə  bilinməsi  üçün  sözü  gedən  dövrdə 

İslam dünyasında mövcud olmuş dini və fəlsəfi cərəyanlar haqqında əvvəlcədən ətraflı 

məlumat  veriləcəkdir.  Haqqında  söhbət  açılacaq  şəxslər  İslam  coğrafiyasının  müxtəlif 

yerlərində  yaşadıqları  və  bu  coğrafiyada  mövcud  olan  sivilizasiyanın  mənsubu 

olduqları üçün sivilizasiya, mədəniyyət məfhumları, İslam sivilizasiyasının yaranma və 

inkişafı  proseslərinə  nəzər  salınacaqdır.  Bundan  başqa  Azərbaycanın  tarixi  coğrafiyası 

mövzusuna  da  geniş  yer  veriləcək,  bu  haqda  ortaya  atılan  bəzi  əsassız  və  məsnədsiz 

iddiaların çürüdülməsinə də çalışılacaqdır.  

Monoqrafiyanın  əsas  hissəsinin  bioqrafiyalardan  ibarət  olduğunu  nəzərə  alaraq  hər 

şeydən  əvvəl  orta  əsr  İslam  coğrafiyasında  tarixçiliyin,  ələlxüsus  bioqrafik  tarixçiliyin 

yüksək  inkişaf  səviyyəsinə  çatdığını  və  bu  sahədə  çox  dəyərli  əsərlərin  qələmə 

alındığını  qeyd  etmək  yerinə  düşəcəkdir.  İslam  dünyasında  siyasi  hadisələrin  gedişatı 

tarix elminin və tarixçiliyin inkişafına da əsaslı şəkildə təsir etmişdir. VIII-IX əsrlərdən 

etibarən  siyasi  tarix  sahəsində  ən  dəyərli  əsərlərin  müəllifləri  saray  katibləri, 

bürokratlar  olmuşdurlar.  Çünki  tarixçilik  artıq  ayrı-ayrı  sülalələrin  tarixini  yazmaq 

ənənəsinə çevrilmişdi. Bu səbəbdən siyasi tarix qələmə almaqdan mümkün qədər uzaq 

qalmağa  çalışan  din  alimləri  bioqrafiya,  tərcüməyi-hal  kitabları  yazmağa  üstünlük 

vermişdirlər.  Orta  əsrlərdə  yaşamış  bir  çox  müsəlman  tarixçi  alimləri  peyğəmbərlərin 

varisləri  hesab  etdikləri  üçün  onların  həyatlarına  dair  qələmə  alınmış  tarixi  əsərlərin 

İslam  ümmətinin  həqiqi  tarixi  olduğunu  düşünmüşdürlər.  Buna  görə  də  mühəddis, 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə