Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə7/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   2   3   4   5   6   7   8   9   10   ...   187

coğrafiyasında  yaşayan  müsəlmanların  böyük  əksəriyyəti  bu  fiqhi  məzhəbin 

mənsubları  olmuşdurlar.  Şafi’i  təbəqatlarından  Cəmaləddin  Əbdürrəhim  Əsənvinin 



Təbəqatu’s-Şafi’iyyə, Əbu Bəkr ibn Qazi Şuhbənin Təbəqatu’s-Şafi’iyyə, Təqiyəddin ibnü’s-

Səlah  Şəhrəzurinin  Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə,  Tacəddin  Əbdülvəhhab  Sübkinin 



Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, İbn Kəsir əl-Ənsarinin Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə adlı 

əsərləri  tez-tez  müraciət  etdiyimiz  bioqrafik  mənbələrdir.  Ümumiyyətlə  fiqhi 

məzhəblərə, yəni hüquq məktəblərinə aid təbəqat kitabları İslam dünyasının elm tarixi 

ilə  maraqlanan  tədqiqatçılar  üçün  əvəzedilməz  mənbələrdir.  Fiqhi  məzhəblərlə  yanaşı 

hər  bir  elm  sahəsinə  aid  alimlərin  həyat  və  fəaliyyətlərindən  bəhs  edən  təbəqat 

kitablarını bu kateqoriyaya daxil etmək olar. Əbdürrəhman Hənbəlinin Zeyl Təbəqatu’l-



Hənabilə,  Muhyəddin  ibn  Əbü’l-Vəfanın  Cəvahirü’l-Muziyyə  fi  Təbəqatü’l-Hənəfiyyə

Zeynəddin  ibn  Qutlubuğanın  Tacü’t-Tərcim  fi  Təbəqatü’l-Hənəfiyyə,  Əlaəddin  Əli 

Xınalızadənin  Təbəqatü’l-Hənəfiyyəsi  burada  istifadə  olunmuş  hənəfi  və  hənbəli 

fəqihlərinin  tərcümeyi-hallarından  bəhs  edən  əsərlərdir.  Bundan  başqa  təfsir,  hədis, 

qiraət  və  tibb  sahəsində  öz  dövrünün  tanınmış  elm  adamlarının  bioqafiyalarının 

yazıldığı  təbəqat  kitablarına  da  müraciət  edilmişdir.  Bunlardan  ən  əhəmiyyətliləri 

sırasında  Şəmsəddin  Davudinin  Təbəqatü’l-Müfəssirin  adlı  İslam  dünyasında  yetişmiş 

təfsir  alimlərinin  bioqrafiyalarına  dair  əsərin  adını  çəkmək  olar.  İbn  Əbdülhadi  əd-

Diməşqinin Təbəqatu-Üləmai’l-Hədis adlı dörd cildlik əsərində məşhur hədis alimlərinin 

həyat  və  fəaliyyətindən  bəhs  edilmişdir.  Burada  əsərin  1997-ci  il  Beyrut  çapından 

istifadə  edilmişdir.  Əsərlərinə  ən  çox  müraciət  etdiyimiz  müəlliflərdən  biri  də  türk 

mənşəli alim Şəmsəddin Zəhəbidir. 1273-cü  ildə Dəməşqdə dünyaya gələn alimin ata-

babaları  Anadoludan  köçüb  Şam  diyarında  məskunlaşmışdırlar.  Şəmsəddin  Zəhəbi 

təfsir,  hədis,  hüquq  və  tarix  sahəsində  dərin  biliyi  ilə  fərqlənmişdi.  Gənclik  illərində 

İslam  coğrafiyasının  başlıca  elm  və  mədəniyyət  mərkəzlərini  gəzərək  şeyxülislam 

Təqiyəddin  ibn  Teymiyyə,  şeyx  Yusif  əl-Mizzi,  şeyx  Elməddin  Qasım  əl-Birzali,  İbn 

Dəqiq  əl-İd  kimi  öz  dövrünün  tanınmış  alimləri  ilə  görüşüb  onların  elmi  bilik  və 

fikirlərindən  faydalanmışdı.  Şəmsəddin  Zəhəbi  ümumilikdə  müxtəlif  elm  sahələrinə 

dair  235  əsərin  müəllifidir.  Bunlardan  148-i  tarixə  aiddir.  Şəmsəddin  Zəhəbi  istifadə 

etdiyi tarixi mənbələr haqqında təfsilatlı məlumat verməsi və xronoloji ardıcıllığa dəqiq 




riayət etməsiylə seçilir.  Onun Kitab Təzkərətü’l-Hüffaz  adlı əsəri  ilk dövr hədis hafizləri 

və 


mühəddislərin 

tərcümeyi-halının 

öyrənilməsi 

baxımından 

əvəzedilməz 

mənbələrdən biridir. Müəllifin Mizanü'l-E'tidal fi Nəqdi’r-RicalMüştəbih fi Əsmai’r-Rical 

adlı  əsərləri  də  yenə  hədis  alimləri  və  hədis  raviləri  haqqında  qiymətli  məluatların 

toplandığı  əsərlərdir.  Şəmsəddin  Zəhəbinin  Siyəru  Ə’lamü’n-Nübəla  adlı  əsəri  isə  24 

cildlik  bioqrafik  ensklopediyadır.  Bu  əsər  İslamın  ilk  günlərindən  müəllifin  vəfat 

tarixinə  (1347)  qədərki  təqribən  altı  əsrlik  dövrdə  yaşamış,  müxtəlif  elm  sahələrində 

şöhrət  tapmış  alimlər,  dövlət  və  mədəniyyət  xadimləri  haqqında  çox  dəyərli 

məlumatları ehtiva etməkdədir.  

XII  əsrdə  Azərbaycanda  yaşamış  hədis  alimləri  haqqında  hafiz  Əbu  Tahir  Əhməd  əs-

Süləfi  İsfəhaninin  (1083-1181)  verdiyi  məlumatlar  son  dərəcə  əhəmiyyətlidir.  Belə  ki, 

məşhur  azərbaycanlı  filoloq,  Xətib  Təbrizi  adı  ilə  şöhrət  tapmış  Əbu  Zəkəriyyə  Yəhya 

Təbrizinin  tələbələrindən  biri  olub  ondan  ərəb  qrammatikası  dərsləri  alan  hafiz  Əbu 

Tahir  əs-Süləfi  1107-ci  ildən  etibarən  təhsil  almaq  məqsədiylə  səyahətə  çıxmış,  İslam 

coğrafiyasının  başlıca  elm  və  mədəniyyət  mərkəzlərini  gəzmişdi.  O  cümlədən 

Azərbaycanın  Marağa,  Miyanə,  Təbriz,  Ərdəbil,  Xoy,  Düveyn,  Şirvan,  Tiflis,  Dərbənd 

kimi  şəhər  və  vilayətlərini  gəzərək  buradakı  hədis  alimləri  ilə  görüşmüş  və  onlardan 

dərs  almışdı.  Əbu  Tahir  əs-Süləfi  bu  elmi  səyahətlərində  görüşdüyü  alimlərin 

bioqrafiyası  və  onlardan  aldığı  dərslərin  xülasəsini  özünün  Mu’cəmü’s-Səfər   



Ərbəinü’l-Büldaniyyə adlı əsərlərində qeyd etmişdir.  

XII  əsrdə  Azərbaycanın  şəhərlərini  gəzərək  buradakı  alimlərdən  hədis  dərsləri  almış 

digər  bir  alim  də  1105-ci  ildə  Dəməşqdə  dünyaya  gəlmiş  Əli  ibn  Əsakirdir  (öl.  1175). 

1134-cü  ildə  Suriyadan  yola  çıxan  İbn  Əsakir  Azərbaycan,  İran,  Xorasan  və 

Mavəraünnəhrin  böyük  şəhərlərinə  səyahətlər  etmiş,  buraların  qabaqcıl  alimlərinin 

dərslərini dinləmək fürsəti tapmışdı. İbn Əsakir öz dövrünün tanınmış mühəddis, fəqih 

və  tarixçilərindən  biridir.  Onun  tarix  sahəsində  qələmə  aldığı  ən  məşhur  əsəri  Tarixu-

Mədinəti-Diməşqdir.  Əsər  1995-2000-ci  illərdə  Mühibbəddin  əl-Əmrəvi  tərəfindən 

Beyrutda 80 cild halında nəşr edilmişdir. Bu əsər Dəməşq şəhərinin müfəssəl tarixidir. 

Əsər  Dəməşqin  yerləşdiyi  coğrafiyanın  üstün  cəhətləri,  topoqrafiyası,  saraylar, 

imarətlər,  məscidlər,  məktəblər,  mədrəsələr,  kilsələr,  karvansaraylar,  hamamlar, 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə