Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə8/187
tarix21.06.2018
ölçüsü4,41 Mb.
#49862
1   ...   4   5   6   7   8   9   10   11   ...   187

meydanlar, kanallar və digər tikililəri haqqındakı ətraflı məlumatlarla başlanır. Sonrakı 

cildlərdə  isə  Dəməşqdə  yetişmiş,  həmçinin  buraya  köçüb  gəlmiş  və  bir  müddət 

Dəməşqdə  yaşamış  müxtəlif  elm  sahələrinə  mənsub  alimlər,  xəlifələr,  sərkərdələr, 

şəhərin qaziləri, canişinləri, hökmdarları haqqında geniş məlumat verilir.  

Elmi  dairələrdə  İbnü’l-Fuvati  kimi  tanınan  Kəmaləddin  Əbü’l-Fəzl  Əbdürrəzzaq  ibn 

Əhməd əş-Şeybaninin (1244-1323) Təlxis Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab adlı əsəri də 

orta əsrlərdə yaşamış görkəmli azərbaycanlıların həyat və elmi yaradıcılığını öyrənmək 

baxımından  əvəzedilməz  mənbələrdən  biridir.  Əsilzadə  ailəsinə  mənsub  İbnü’l-Fuvati 

14  yaşında  ikən  Bağdadın  işğalı  vaxtı  moğollara  əsir  düşmüş,  Nəsrəddin  Tusinin 

vasitəçiliyi  ilə  əsirlikdən  azad  edilmişdi.  O,  Nəsrəddin  Tusinin  istəyi  ilə  Marağa 

rəsədxanasındakı  kitabxananın  müdiri  olmuşdu.  1280-ci  ildə  Bağdada  qayıdaraq 

Müstənsiriyyə  mədrəsəsi  kitabxanasının  müdirliyinə  təyin  olunmuşdu.  Daha  sonra 

Azərbaycana  qayıtmış,  Olcaytunun  hakimiyyəti  illərində  (1304-1306)  Elxanilərin 

sarayında xidmət etmişdi. Bu və sonrakı illərdə Azərbaycanın əksər böyük şəhərlərini 

gəzmişdi.  Ərəb  filologiyası,  tarix,  astronomiya  və  fəlsəfə  sahəsində  yaşadığı  dövrün 

tanınmış  alimlərindən  olan  İbnü’l-Fuvati  ana  dili  olan  ərəbcə  qədər  farscanı  da 

mükəmməl  bilən  nadir  orta  əsr  ərəb  müəlliflərindəndir.  Hənbəli  məzhəbinə  mənsub 

olsa  da  fəlsəfəyə  məyyal  olması  səbəbiylə  İbnü’l-Fuvati  müasiri  olan  digər  hənbəli 

alimlərinin  tənqidinə  məruz  qalmışdı.  Onun  fəlsəfəyə  marağı  ehtimal  ki,  dostu  və 

hamisi Nəsrəddin Tusinin təsiri ilə meydana çıxmışdı. İbnü’l-Fuvatinin Təlxis Məcməü’l-



Adab  fi  Mu’cəmü’l-Əlqab  adlı  əsəri  nəhəng  bioqrafik  ensklopediyadır.  Alimin  50  cilddə 

tərtib etdiyi bu əsərin günümüzə sadəcə IV və V cildləri gəlib çatmışdır. Daha doğrusu 

indiyə  qədər  sadəcə  bu  iki  cild  aşkar  edilmişdir.  Zahiriyyə  kitabxanasında  tapılan  IV 

cild  Dr.  Mustafa  Cavad  tərəfindən  1962-1967-ci  illərdə  Dəməşqdə  4  cüz  halında  nəşr 

edilmişdir.  Əsərin  V  cildi  isə  Hindistandakı  əlyazma  əsər  kitabxanalarından  birində 

aşkar  edilmiş  və  Muhəmməd  Əbdülqüddus  əl-Qasımi  tərəfindən  1937-1947-ci  illərdə 

Lahorda  ‚Oriental  College  Magazine‛də  nəşr  edilmişdir.  Mərhum  akademik  Ziya 

Bünyadov  bu  cildlərdə  görkəmli  azərbaycanlılar  haqqında  verilmiş  məlumatları 

tərcümə və nəşr etmişdir. Bu haqda aşağıda ətraflı məlumat veriləcəkdir. Biz bu əsərin 

sadəcə Dr. Mustafa Cavad tərəfindən nəşr edilmiş IV cildinin 2-ci və 3-cü cüzlərini əldə 




edərək  tədqiq  edə  bilmişik.  V  cilddəki  məlumatları  isə  Ziya  Bünyadovun 

tərcüməsindən faydalanaraq oxucuya çatdırmağa çalışdıq.      

Buraya qədər sadaladığımız müəlliflərin əsərlərində VIII-XIII əsrlərdə yaşamış alim və 

mütəfəkkirlərin bioqrafiyaları üstünlük təşkil etmişdir. Misirli tarixçi Şəmsəddin Əbü’l-

Xeyr  əs-Səxavinin  (1427-1497)  Zəvu’l-Lami’  fi  Üləmai’l-Qərnü’t-Tasi’  adlı  8  cildlik 

əsərində  XV  əsrdə  yaşamış  bir  sıra  məşhur  azərbaycanlı  alimin  tərcümeyi-halına  rast 

gəlmək  mümkündür.  əs-Səxavini  digər  bioqraf  tarixçilərdən  fərqləndirən  ən  əsas 

xüsusiyyəti onun tənqidçiliyidir. Onun əsərlərini bioqrafya və tarixi baxımdan qiymətli 

qılan  digər  bir  amil  də  Məkkə  və  Mədinədə  təhsil  alması,  daha  sonra  bir  müddət 

burada tədrislə məşğul olması və 1466-1473-cü illərdə hər il həcc ziyarətində olmasıdır. 

Məkkə  və  Mədinədə  uzun  müddət  yaşaması  ona  İslam  dünyasının  ən  müxtəlif 

yerlərindən  həcc  ziyarəti  üçün  Hicaza

4

  gələn  XV  əsr  alim,  mütəfəkkir  və  dövlət 



xadimləri ilə şəxsən görüşüb tanış olma fürsəti vermişdi. Burada əs-Səxavinin ünsiyətli 

xarakterə sahib olması da mühüm rol oynamışdır.  

XIV-XV  əsrlərdə  yaşamış  azərbaycanlı  alimlərin  bioqrafiyalarına  geniş  yer  verilmiş 

digər  bir  əsər  misirli  mühəddis,  fəqih  və  tarixçi  İbn  Həcər  əl-Əsqəlaninin  (1361-1449) 



Dürərü’l-Kaminə  fi  Əyanü’l-miəti’s-Saminə,  Lisanü’l-Mizan,  İbnai’l-Ğumr  bi  Əbnai’l-Umr 

kimi çoxcildli əsərləridir. 

XV əsrin birinci yarısı, xüsusilə də XVI əsrin əvvəllərindən etibarən Misirin də Osmanlı 

dövlətinə  birləşdirilməsindən  sonra  başda  İstanbul  olmaqla  Anadolunun  böyük 

şəhərləri  alimlər,  mədəniyyət  və  incəsənət  xadimləri  üçün  cazibə  mərkəzinə 

çevrilmişdi.  Türk  alimi  İsaməddin  Taşköprüzadənin  (1495-1561)  əsərləri  Osmanlı 

dövlətindəki alimlər, elmi fəaliyyətlər, elm tarixi, tədris müəssisələri və ictimai-mədəni 

həyat  haqqında  həqiqətən  əvəzedilməz  mənbələrdir.  Onun  Şəqaiqü’n-Nu’maniyyə  fi 



Üləmai-Dövləti’l-Osmaniyyə  adlı  əsəri  Osmanlı  dövlətində  yaşamış  alimlərin 

bioqrafiyalarını ehtiva edir. Əsərdə Osmanlı dövlətinin quruluşundan (1299) 1555-ci ilə 

qədərki  dövrdə  Osmanlı  dövlətində  yaşamış  müxtəlif  elm  sahələrinə  aid  alimlərin  və 

din  xadimlərinin  tərcümeyi-halları  on  təbəqəyə  ayrılaraq  təfsilatı  ilə  yazılmışdır. 

Ümumilikdə  bu  əsərdə  371  alimin  və  150  din  xadiminin  bioqrafiyası  mövcuddur. 

                                                 

4

 Hicaz-Ərəb yarımadasının Qırmızı dəniz sahilindəki, Məkkə və Mədinə şəhərlərinin də daxil olduğu hissəsi. 




Taşköprüzadənin  Mövzuatü’l-Ülum  adı  ilə  məşhur  olmuş  ‚Miftahü’s-Səadə  və 

Misbahü’s-Siyadə‛  adlı  əsəri  İslam  dünyasının  elm  tarixi  sahəsində  ən  dəyərli 

əsərlərdən  biridir.  Burada  müəllif  300-ə  qədər  elm  sahəsindən,  bu  sahələrin 

mövzularından və qələmə alınmış əsərlərdən təfərrüatlı şəkildə bəhs edir.  

Elm  tarixi  sahəsində  Anadoluda  yetişmiş  nadir  zəkalardan  biri  də  heç  şübhəsiz  Hacı 

Xəlifə  adı  ilə  tanınan  Katib  Çələbi  Mustafa  ibn  Abdullahdır  (1609-1657).  48  illik 

ömründə 25-dən çox əsər qələmə almış Katib Çələbinin müasir tədqiqatçılar tərəfindən 

ən  çox  müraciət  olunan  əsəri  Kəşfü’z-Zünun ən  Əsami’l-Kütb  və’l-Fünundur.  Əsər  İslam 

dünyasında elmlər, yazılan və tərcümə edilən əsərlər haqqında qələmə alınmış ən geniş 

miqyaslı və zəngin bir neçə mənbədən biridir. Katib Çələbi bu əsərində on mindən çox 

müəllifə  aid  ərəb,  fars  və  türk  dillərində  qələmə  alınmış  15  mindən  çox  əsərin  adını 

maddələrə  ayıraraq,  gözəl  bir  üslub  və  tərtibatla  sadalamış,  haqqında  məlumat 

vermişdir.  

Azərbaycanın  elm  tarixi,  daha  dəqiq  desək  keçmiş  dövrlərdə  yaşamış  azərbaycanlı 

alimlərin  həyat  və  elmi  fəaliyyətləri  ən  az  tədqiq  olunmuş  mövzulardan  biridir.  Bu 

mövzuda  əsərinə  müraciət  etdiyimiz  əcnəbi  tədqiqatçılardan  biri  Şərif  Əbdülhəyy 

Hüseynidir  (ö.  1923).  Məlum  olduğu  kimi  Hindistanda  qurulmuş  müsəlman-türk 

dövlətləri bu ölkənin  bir sıra şəhərini elm və mədəniyyət mərkəzinə çevirmişdilər. Bu 

şəhərlər dünyanın müxtəlif yerlərindən elm, mədəniyyət və incəsənt xadimlərini özünə 

cəlb  edirdi.  Nüzhətü’l-Xəvatir  və  Behcətü’l-Məsami’  və’n-Nəvazir    adlı  əsərində  Şərif 

Əbdülhəyy Hüseyni hindli və Hindistana gəlib burada yaşamış müsəlman elm, dövlət 

və mədəniyyət xadimlərinin həyatına dair çox dəyərli məlumatlar vermişdir. Bunların 

arasında onlarla azərbaycanlı da var. 

Sırf  orta  əsrlərdə  yaşamış  azərbaycanlı  alim  və  mütəfəkkirlərin  həyatına  dair  müasir 

tədqiqatçılar tərəfindən qələmə alınmış ən tanınmış əsər 1986-cı ildə nəşr edilmiş Zakir 

Məmmədovun  Orta  Əsr  Azərbaycan  Filosof  və  Mütəfəkkirləri  adlı  kiçik  həcmli  əsəridir. 

Əsərdə orta əsrlərdə yaşamış bir sıra azərbaycanlı alim və mütəfəkkirin həyatı və elmi 

yaradıcılığı işıqlandırılmışdır.  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə