ORTA ƏSRLƏRİN AVROPA FƏLSƏFƏSİ.
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm
cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin
əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil
edirdi. Orta ğsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə
monoteizmlə, təkallahlılıqla bağlıdör. Fəlsəfənin inkişafı udaizm,
xristianlıq və islam dini ilə bilavasitə bağlıdır. Qədim dövrlərin
fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan
teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında
təbiət deyil, ilkin əsas və səbəb olan Allah durur. Avropada fəlsəfi
fikir isə xristianlıq vəhyi və antik fəlsəfənin idealist ənənələri arasında
inkişaf etmişdir. Xristian dini ehkamları sistemində kreasionizm
(yaradan, quran, xəlq edən) dünyagörüşü mühüm yer tutur. Həmin
prinsipə əsasən Allah dünyanı heç nədən öz ali qüdrətinə görə
yaratmışdır. Bibliya mətnlərində və onun şəhərlərində də Allah öz
dilindən insana bildirir ki, varlıq mənəm.
Bütün filosoflarda hər bir şeyin dərk edilməsi dörd suala müncər
edilir:
1) varlıq mövcuddurmu?
2) O, nədən ibarətdir?
3) O, necədir?
4) Niyə və ya nə üçün mövcuddur?
Orta əsrlərdə fəlsəfənin ən mühüm və xarakterik cəhətləri
nominalizm və relizminrealizmin polemik mübarizəsində öz əksini
tapmışdır.
Yunan fəlsəfəsindən danışarkən biz qeyd etmişdik ki,həmin
fəlsəfə antik cəmiyyətə xas olan demokratiya zəminində
yaranmışdır.Orta əsrlər fəlsəfəsi isə feodalizm dövrünün(V-X əsrlər)
məhsulu olmuşdur.Orta əsrlər öz tarixini Qərbi Roma imperiyasının
süqutundan (476-cı il)başladığı halda ,bu dövrün fəlsəfi təlimi I-IV
əsrdən formalaşmışdı.Bu, özünü stoiklərin ,epikurçuların və
neoplatonçuların etik konsepsiyalarında göstərirdi.Əlbəttə bu dövrün
fəlsəfəsində antik fəlsəfənin görkəmli nümayəndələri olan
Sokrat,Platon,Aristotel kimi parlaq simalar olmamışdır.
Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika(sxolastika-
latınca
scholasticus
sözündən
olub,alim
deməkdir,rasional
əsaslandırılmanın birləşməsi ilə ifadə olunan dini fəlsəfə tipini
göstərir.)adlandırırlar.Orta əsrlər fəlsəfəsinin əsas cəhətlərini ifadə
edən və öz mahiyyətinə görə teosentrik olan sxolastika həmin dövrdə
filosofluq etmənin əsas üsulu kimi çıxış etmişdir.Bu fəlsəfə üçün
bütün varlığı müəyyən edən reallıq təbiət deyil ,allah olmuşdur.Orta
əsrlər sxolastikasının ikinci vacib əlaməti “Məktəblərin” təsiri ilə
müəyyənləşmişdir.Burada,avtoritetə tabeçilik və ona sədaqət mühüm
yer tutmuşdur.”Məktəbə” mənsub olmaq ,onun ideologiyasına riayət
etmək əsas şərt idi.Lakin zaman keçdikcə bu fəlsəfənin digər bir
2
cəhəti –köhnə,vaxtını keçirmiş formullara meyllə ifadə olunan
formalizm də meydana çıxmışdır.Buradan isə orta əsrlər fəlsəfəsinin
daha bir cəhəti –onun şəxssizliyi xarakteri üzə çıxmışdır.Bu halda
təfəkkür üsulunda abstrakt-ümumi qarşısında şəxsi geri çəkilir.Orta
əsrlər fəlsəfəsində məktəb hakimdir və burada mücərrəd mühakimə
əsas yeri tutur.Orta əsrlər sxolastikasında teoloji dünya anlamından
meydana çıxan iki vacib prinsip də mövcud olmuşdur.Bunlar
ontologiyanın başlıca prinsipi olan kreatsionizm(yaxud yaranma) və
qnoseologiyanın başlıca prinsipi olan vəhy prinsipləri idi.Hər iki
prinsip bir-biri ilə sıx əlaqədə olub vahid,şəxsi allaın mövcudluğunu
irəli
sürürdü.Daha
dəqiq
desək
,əgər
yunan
fəlsəfəsi
politeizmlə(çoxallahlıqla) əlaqədar idisə,orta əsrlər fəlsəfəsi də
monoteizmlə(təkallahlıqla) bağlı idi.Ona görə də müxtəlif təlimlərdən
ibarət olmasına baxmayaraq ,yunan fəlsəfəsi bütövlükdə naturalist
xarakter(hər şeyi , o cümlədən insanı da əhatə edən bütöv olan-
təbiətdir) daşımışdır.Orta əsr fəlsəfəsinə isə dini xarakter (hər şey-
allahdır)xas olmuşdur.
Orta əsrlərin Avropa fəlsəfəsi ,hər şeydən əvvəl , iki böyük
şəxsiyyətin –Avqustin və Akvinalı Fomanın adı ilə bağlıdır.İlkin
xristianlıq
fəlsəfəsi
tam
şəkildə
Avqustinin
təliminə
əsaslanmışdır.Əslində ,sonrakı dövrün sxolasikası da Avqustin
ənənələrinə sadiq qalmışdır.Akvinalı Foma isə Avqustinin təlimini
Aristotel təlimi ilə sintezləşdirmişdir.
Avqustin (354-430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriyyəçisi
,teoloq və filosof olmuşdur.Onun fəlsəfi ideyaları “Həqiqi din
haqqında” , “Azad iradə haqqında” , “Tövbə” , “Allah şəhəri
haqqında” əsərlərində öz əksini tapmışdır.”Allah şəhəri haqqında”
əsəri daha mühüm yer tutur.Orada filosof insan birliyinin bir-birinə
əks olan iki növünü təhlil etmişdir.Bunlardan birincisi, “dünyəvi
şəhər” , daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına
aparıb çıxaran dövlətçilikdir,ikincisi isə “Allah şəhəri”dir ki,burada
Allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir.Qeyd
etmək lazımdır ki,Avqustinin “Allah haqqında təlimi” sxolastikaya
həlledici təsir göstərmişdir.Allah ali varlıqdır,dünya qaydalarını
şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir.Allah zərurətə
görə deyil ,öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır.
“Allah şəhəri haqqında” əsərində Avqustin yazırdı ki,dünya
zamanda deyil ,zamanla birlikdə yaradılmışdır.Beləliklə,fəal yaradıcı
başlanğıc təbiətdən,kosmosdan alınaraq allaha verilirdi.Ona görə də
orta əsr fəlsəfəsində kosmos yunan fəlsəfəsində tutduğu mövqeyini
itirmişdir.Avqustin təlimində dünya haqqında təlim ikinci reallıq
haqqında təlim kimi verilmişdir.Onun təlimində antik dualizm (əql və
materiya) rədd edilir , əvəzində monizm əsas mövqeyə çıxır.Monizm
prinsipinə görə ,yalnız mütləq başlanğıc –allah yaratdığı dünya iki
reallıqdır.Onlar mütləq şəkildə ontoloji olaraq bir-birindən
3
ayrılırlar.Allah həqiqi varlıqdır, o əbədidir,dəyişməzdir,heç nədən asılı
deyildir,hər şeyin mənbəyidir(əslində antik filosofların varlığa aid
etdikləri atributları orata əsr fəlsəfəsində Allaha aid edilirdi).Avqustin
fəlsəfəsində tale,qismət təlimi mühüm yer tutur.Həmin təlimdə
göstərilirdi ki,subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə
baxmayaraq,o nə iş görürsə ,allah onun vasitəsilə edir.Özünün qərarı
ilə allah bəzi adamları xilas edir,digərlərini cəhənnəm əzabında
cəzalandırır.Xristian tale ,qismət təliminin mahiyyəti belədir.İlahi tale
qismət prinsipi iki bir-birinə zidd şahlıqların mənbəyidir.Bu iki şahlıq
axirət dünyası və real dünyadır.Real dünya müharibələrlə ,zorakılıq
üzərində qurulmuşdur.İlahi dünya isə kilsənin köməyi ilə formalaşır.
Avqustin özünün ilahiyyətə dair əsərlərində dəfələrlə kilsə
analyışına müraciət etmişdir.Çünki həmin analyış Avqustinin
dünyagörüşündə həlledici yer tuturdu.Sonralar sxolastiklər ,xüsusilə
Akvinalı Foma üçün həmin analyışlar fundamental mahiyyətə malik
olmuşdur.Avqustin özünün fəlsəfə təlimini teologiya haqqında təlim
kimi təqdim etmişdir.O,teologiyanı təbii elm hesab edirdi.Avqustinin
fikrincə ,Allah müdriklik simvoludur.Ona görə də müdrikliyi sevən
filisoflar Allahı da sevməlidirlər.
Avqustinin adı ilə başqa bir mühüm ənənə də bağlıdır.O,insan
ruhunun psixologiyasına diqqətli olmuşdur.Onun üçün insan ruhunun
incəlikləri Allah tərəfindən yaradılan başqa şeylər kimi sirli bir
aləmdir.Bu incəliklər ruhun xilası üçün ,onun günahlarından
təmizlənməsi üçün olduqca vacibdir.Bu səbəbdən tövbə böyük
əhəmiyyət kəsb edir.Fəlsəfədə tövbə anlayışının başlanğıcına görə
Avropa mədəniyyəti Avqustinə minnətdar olmalıdır.Jan Jak Russonun
“Tövbə”si, L.Tolstoyun “Tövbə”si Avqustinin “Tövbə”sindən
bəhrələnmişdir.
Orta əsrlərdə sxolastikanın məşğul olduğu əsas mövzu biliyin
etiqada münasibəti məsələsi olmuşdur.Bu problem etiqadın əql
üzərindəki prioriteti problemi idi.Fəlsəfi mübahisələrdə bu problem
“universalilər” ,yaxud da ümumi anlayışların təbiəti haqqında məsələ
kimi formalaşmışdı.Nəticədə iki nöqteyi-nəzər ,iki baxış yaranmışdı:
1)insanın fikri və nitqindən asılı olmayaraq “universalilərin” real
varlığının təsdiqi:
2)əks
təsdiq-insandan
asılı
olmayan
“universalilərin”
mövcudluğu reallığının inkarı.
Birinci nöqteyi-nəzər realizm adlanırdı.İkincisi isə nominalizm
idi ki,insan fikrindən asılı olmayan ümumi anlayışların mövcudluğunu
inkar edirdi.Bunun əvəzində isə o,ayrı-ayrı şeylərin “adlarının”
mövcudluğunu təsdiq edirdi(nominalizm-latınca ad sözündədir).
Göründüyü kimi,orta əsrlərdə yaranan realizm platonizmə yaxın idi.Çünki həmin
baxışa görə,ümumi anlayışlar üç halda öz mövcudluğunu göstərir:1.”Maddi cismə
qədər”.daha dəqiq desək ,ilahi zəkada mövcudolma;2.”Maddi cismin özündə”.onun
mahiyyəti və
Dostları ilə paylaş: |