Örtülü Şəraitdə Bəzi Dekorativ Lian Bitkilərinin Bioekoloji Xüsusiyyətləri Və Becərilməsi



Yüklə 88,82 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü88,82 Kb.
#34861


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №1, səh. 69-73 (2017)

 

69 



Örtülü Şəraitdə Bəzi Dekorativ Lian Bitkilərinin Bioekoloji   

Xüsusiyyətləri Və Becərilməsi 

 

A.D. Mehralıyev, Z.B. İslamova* 

 

AMEA Mərkəzi Nəbabtat Bağı, Badamdar yolu, 40,  Bakı AZ1004, Azərbaycan; E-mail: z.islamova@mail.ru 

 

Məqalədə  örtülü  şəraitdə  becərilən  bəzi  dekorativ  lianların  (Hoya  cornosa  (L.f.)  R.Br.,  Tetrastigma 



voinierianum (Baltet) Pierre ex Gagnep, Jasminum  sambac (L.) Ait.) bioekoloji xüsusiyyətləri, böyümə 

və inkişaf  dinamikası,  aqrotexnikası  öyrənişmişdir.  Aparılmış tədqiqatlar  nəticəsində  daxili interyer-

lərin  şaquli  yaşıllaşdırılmasında  istifadə  edilmək  üçün  ən  perspektivli  lian  bitki  növləri  müəyyən 

edilmişdir.  

 

Açar sözlər: Örtülü şərait, lian bitkiləri, bioekologiya, vegetativ çoxaldılma, aqrotexnika 

 

 



GİRİŞ 

 

Bitkilərin,  o  cümlədən  lianların  bioekoloji  xü-



susiyyətlərinin,  böyümə  və  inkişafının  hər  tərəfli 

öyrənilməsinin nəzəri və praktiki əhəmiyyəti vardır. 

Lianlar, bitkilər aləmində xüsusi bioloji xüsusiyyətə 

malik olan bitki qrupudur. Bu qrupa daxil olan bitki 

növlərinin  gövdəsi  sərbəst  şəkildə  dik  dayana  bil-

mir. Buna görə də onlar müxtəlif vegetativ orqanla-

rın  –  bığcıqların,  hava  köklərin,  yarpaq  saplaqları-

nın  və  s.  vasitəsilə  hər  hansı  bir  dayağa  istinad 

edərək böyüyür və inkişaf edirlər. 

Lian qrupuna daxil olan bitkilərin bir çox növ-

ləri  tropik  və  subtropik  mənşəli  olduğundan,  onlar 

əsasən  örtülü  şəraitdə  becərilir.  İntroduksiya  şə-

raitində  bu  bitkilərin  bioloji  və  ekoloji  xüsusiyyət-

lərinin  hərtərəfli  öyrənilməsi,  lianlardan  daxili  in-

teryerlərin  şaquli  yaşıllaşdırılmasında  istifadə  edil-

məsi  üçün  ən  perspektivli  və  davamlı  növlərin  se-

çilməsinə imkan yaradır. 

 

MATERİAL VƏ METODLAR 



 

Tədqiqat işləri Abşeronda örtülü şəraitdə (oran-

jereya  və  istixana)  yerinə  yetirilmişdir.  Tədqiqat 

obyekti kimi aşağıdakı növlər seçilmişdir: ətli hoya 

– Hoya cor-nosa (L.f.) R.Br., Vuane  tetrastiqması 

– Tetrastigma voinierianum (Baltet) Pierre ex Gag-

nep., sanbak jasmini – Jasminum  sambac (L.) Ait. 

Bitkilərin  vegetativ  çoxaldılması  T.V.Xromo-

vanın  (Хромова,  1980),  fenoloji  müşahidə  Rusiya 

Baş  Botanika  Bağının  əməkdaşları  tərəfindən  ha-

zırlanmış metodikaya (Методика фенологических 

наблюдений в Ботанических садах СССР, 1979), 

əsas  zoğların  böyümə  dinamikası  isə  A.A.Molça-

nov  və  B.N.Smirnovun  metodikasına  (Молчанов, 

Смирнов, 1967) əsasən öyrənilmişdir. 

 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Ətli hoya (Hoya carnosa (L.f.) R.Br.) – Apo-

cynaceae Juss. fəsiləsinin Asclepiadoideae R.Br. ex 

Burnett  yarımfəsiləsinin  Hoya  R.Br.  cinsinə  aid 

olub, 3-6 m-ə qədər uzana bilən odunlaşmış gövdə-

yə malik, həmişəyaşıl sukkulent tipli sarmaşan lian 

bitkisidir.  Zoğları  yarımoduncaqlaşmış,  yaşılımtıl-

boz rənglidir, yarpaqları qalın-ətli, tünd-yaşıl rəngli 

olub  zoğ  üzərində  qarşı-qarşıya  düzülmüşdür.  Xoş 

ətirli çiçəkləri zoğ üzərində adətən sallaq şəkilli çə-

tirdə toplanmışdır (şəkil 1). Yaz, yay və payız ayla-

rında çiçəkləyir. Çiçək tacının diametri 1,5 sm-ə qə-

dər olub beşüzvlü, ağ, mumşəkillidir, tacın mərkəzi 

çəhrayı rənglidir. Çiçəkləmə dövründə bitki olduq-

ca gözəl və dekorativ görünür. Hoyanın çiçəklərin-

dən  ifraz  olunan  nektar  şirin  maye  damcısı  forma-

sında  onun  səthində  toplanaraq  bitkiyə  xüsusi  de-

korativ görünüş verir. 

Hoya  cinsinin  adı  ingilis  botaniki  T.Hoyanın 

şərəfinə  adlandırılmışdır.  Cinsin  təxminən  200  nö-

vü məlumdur. Kulturada yarpağının forma və rəngi-

nə görə fərqlənən çoxlu bağ formaları vardır. 

Təbiətdə  ətli  hoyaya  Şərqi  Hindistanda,  Çinin 

cənubunda,  Tayvanda,  Vetnamda,  Malayziyada, 

Avstraliyada  və  Sakit  okean  adalarında  rast  gəlinir 

(Сааков,  1983).  Əsasən  rütubətli  subtropik  meşə-

lərdə  bitir.  1802-ci  ildən  kultura  şəraitində  deko-

rativ otaq bitkisi kimi becərilir. 

Ətli  hoya  əsasən dekorativ  bitki  kimi  yaşayış, 

ictimai və istehsalat binalarının daxili interyerlərini 

yaşıllaşdırılmasında  uğurla  istifadə  edilə  bilər.  İsti 

və  işıqsevən  bitki  olduğundan  onu  yaz,  payız,  qış 

ayları  cənub-şərq  və  cənub-qərb,  yay  ayları  isə  şi-

mal-qərb tərəfdə olan pəncərə və eyvanlarda yerləş-

dirmək  daha  məqsədəuyğundur.  Aparılmış  fenoloji 

müşahidələrin nəticəsi göstərmişdir ki, ətli hoyanın 

becərildiyi  otağın,  oranjereya  və  istixanaların  tem-

peraturu qış aylarında +10°-dən aşağı düşdükdə və 

yay  ayla-rında  uzun  müddət  birbaşa  düşən  günəş 



Mehralıyev və İslamova 

70 


şüalarının  təsirindən  yarpaqları  saralır  və  bitkinin 

dekorativliyi, inkişafı zəifləyir və çiçəkləmə prosesi 

dayanır. Əgər bitki qış dövründə 14-16°C tempera-

turda saxlanılarsa il ərzində bir neçə dəfə bol çiçək-

ləyər.  İsti  və  işıqsevən  bitki  olan  ətli  hoya  havanın 

rütubətinin  30-40%,  əkildiyi  substratın  rütubəti  isə 

orta dərəcədə (50-60%) olduqda normal böyüyür və 

inkişaf edir.  

 

 

 



Şəkil 1. Hoya carnosa R.Br.- çətir çiçək qrupu. 

 

Ətli  hoya  vegetativ  üsulla  (qələmlə)  çoxaldıl-



mışdır.  Bu  məqsədlə  ana  bitkinin  2  və  ya  3  illik 

zoğlarından 2-3 buğumdan ibarət (12-15 sm uzun-

luqda) olan yaşıl qələmlər kəsilmişdir. Kəsilmiş hər 

qələmin  üzərində  bir  və  ya  iki  yarpaq  saxlanılmaq 

şərti  ilə  qalan  yarpaqlar  kəsilərək  təmizlənmişdir. 

Hazırlanmış  qələmlər  torf  və  qum  qarışığında  (1:2 

nisbətdə)  ibarət  olan  substrata  basdırılmışdır.  Əkin 

zamanı  qələmlərin  2/3  hissəsi  substrata  basdırılır, 

yarpaqlı  olan  bir  hissəsi  isə  çöldə  saxlanılmalıdır. 

Bu  cür  əkilmiş  qələmlər  az  sulanmaq  şərti  ilə  on-

lara tez-tez su çilənir.  

Ətli  hoyadan  interyerlərin  şaquli  yaşıllaşdır-

ılmasında  perspektivli  sarmaşan  dibçək  və  ampel 

bitkisi kimi geniş istifadə etmək mümkündür. 



Vuane  tetrastiqması  (Tetrastigma  voinieri-

anum (Baltet) Pierre ex Gagnep.) Vitaceae Juss. 

fəsiləsinin  Tetrastigma  (Miq.)  Planch.cinsinə  aid 

olub, həmişəyaşıl, gövdəsi oduncaqlıdırmaşan lian-

dır  (şəkil  2).  İri  yarpaqlarının  uzunluğu  25  sm-ə 

qədər  olub,  beşdilimlidir.  Yarpağın  üst  hissəsi  ha-

mar,  tünd  yaşıl,  alt  hissəsi  qırmızımtıl-boz  rəngli, 

tükcüklüdür (Сааков, 1983). 

Çiçəkləri xırda, gümüşü ağ rəngli olub, yarpaq 

qoltuğunda  yerləşən  çoxçiçəkli  qalxanşəkilli  çiçək 

qrupunda toplanmışdır. Meyvəsi yumru, şirəli, gilə-

meyvəşəkillidir.  Vətəni  Avstraliya,  Hindistan,  Cə-

nubi və Cənubi-şərqi Asiyanın rütubətli tropik me-

şələri hesab olunur. 

 

 



 

Şəkil 2. Tetrastigma voinierianum (Baltet) Pierroex 

Gagnep –ümumi görünüşü.  

 

Abşeronda örtülü şəraitdə çiçəkləsə də, meyvə 



əmələ  gətirməsi  müşahidə  olunmamışdır.  Qidalı 

torpaqlarda  becərildikdə  və  aqrotexniki  qulluq  şə-

raitində (zoğların dayaq üzərinə vaxtında yönəldil-

məsi, yan zoğların vaxtındabudanması, optimal su-

varılma  və  qida  gübrələrinin  verilməsi  və  s.),  bir 

vegetasiya dövründə 10 m-ə qədər uzana bilir. Ona 

görə  də  əsasən  orajereyalarda,  qış  bağlarında  və 

geniş işıqlı aynabəndlərdə becərilməsi məsləhətdir. 

Belə  geniş  becərilmə  şəraitində  yan  budaqları  3-4 

istiqamətdə  xüsusi  dayaqlar  üzərinə  istiqamətlən-

dirməklə, bu bitkidən daxili interyerlərin dekorativ 

tərtibatında  ekzotik  element  kimi  uğurla  istifadə 

etmək  mümkündür.  

Vuane  tetrastiqmasının  əsas  zoğunun  inkişaf 

dinamikası müxtəlif qida tərkibli torpaq mühitində 

öyrənilmişdir (cədvəl 1). 

 

Cədvəl 1. T. voinierianum növünün Abşeronda örtülü şəraitdə vegetativ zoğunun illik inkişaf dinamikası  

(2014-2015-cü illər). 



Ölçmələrin aparıldığı 

tarix 

Qidalı torpaqda 

Adi (zəif qidalı) torpaqda 

Artım, sm 

Ümumi, sm 

Artım, sm 

Ümumi, sm 

30.01 


5,0±1,0 

5,0±1,0 


– 

– 

28.02 



7,0±1,0 

12,0±1,0 

5,0±1,0 

5,0±1,0 


30.03 

10,0±2,0 

22,0±2,0 

8,0±1,0 


13,0±1,0 

30.04 


18,0±2,0 

40,0±2,0 

15,0±2,0 

28,0±2,0 

30.05 

225,0±3,0 



265,0±3,0 

70,0±3,0 

98,0±2,0 

30.06 


275,0±3,0 

540,0±3,0 

80,0±2,0 

178,0±2,0 

30.07 

200,0±3,0 



740,0±3,0 

60,0±2,0 

238,0±2,0 

30.08 


150,0±4,0 

890,0±4,0 

20,0±1,0 

258,0±1,0 

30.09 

70,0±3,0 



960,0±3,0 

10,0±1,0 

268,0±1,0 

30.10 


15,0±2,0 

975,0±2,0 

5,0±1,0 

273,0±1,0 

30.11 

5,0±0,1 


985,0±2,0 

3,0±1,0 


276,0±1,0 

30.12 


– 

985,0±2,0 

– 

276,0±1,0 




Örtülü Şəraitdə Bəzi Dekorativ Lian Bitkilərinin 

71 


Cədvəl  1-dən  göründüyü  kimi  bu  növ  qida 

maddələrinə çox tələbkardır. Belə ki, əsas zoğun il-

lik boy artımı qidalı torpaqlarda 985 sm olduğu hal-

da, adi (zəif qidalı) torpaqlarda 276 sm olmuşdur.  



Sambak  jasmini  (Jasminum  sambac  Ait.)  -

Oleaceae  Lindl.  fəsiləsinin  Jasmineae tribinin  Jas-

minum  L.  cinsinə  aid  olub,  həmişəyaşıl,  çoxillik 

sarmaşan bitkidir. O, hər hansı dayağa dolanaraq və 

ya dırmanaraq 4-6 m-ə qədər uzana bilir. Dayaq tət-

biq etmədən, uzanan zoğları mütəmadi kəsərək, bit-

kiyə dibçəkdə sallanan kol forması da vermək olur. 

Zoğları zərif-yumşaq tükcüklüdür. Dayağa dolanan 

zaman  tükcüklər  köməkverici  vasitə  rolunu  oyna-

yır.  Yarpaqlar  açıq-yaşıl  rəngli,  qısasaplaqlı,  yu-

murtavarı,  2,5-10,0  sm  uzunluqda  olub,  səthi  de-

mək olar ki, hamar və parlaqdır. Çiçəkləri xırda ağ 

rəngli,  5-7  ləçəkli,  3-6  ədədi  bir  yerdə  olmaqla  çə-

tir-şəkilli  formada  olub,  olduqca  ətirlidir  (şəkil  3). 

Yəni,  becərildiyi  binada  onun  ətri  dərhal  hiss  olu-

nur.  Bir  çiçək  20  günə  qədər  yaşayır.  Lakin  bu 

müddətdə  yeni  çiçəklər  formalaşdığından,  bitkinin 

üzəri mart ayından dekabr ayına qədər çiçəklə örtü-

lü olur. Bitki təbii halda Asiyanın tropik və subtro-

pik  zonalarında  yayılmışdır  (Головкин,  Чеканова, 

Шахова и др., 1989).  

  

 



 

Şəkil 3. Jasminum sambac Ait.-ın çiçəyi. 

Sambaк  jasmini  əsasən  interyerin  floristik  di-

zaynında dekorativ və ətirli bitki kimi becərilir. Ey-

ni  zamanda  çiçəklərinin  təmiz  halda  və  qara  çayla 

birlikdə  dəmlənməsi  ətirli  içki  kimi  çox  əhəmiy-

yətlidir. Bu məqsədlə həm təzə, həm də qurudulmuş 

çiçəklərdən istifadə edilə bilir. 

Sarmaşan  bitki  olduğundan  sambak  jasmini 

üçün  mütləq  dayaq  sistemi  qurulmalıdır.  Dayaq 

sistemi  istifadə  məqsədindən  asılı  olaraq  müxtəlif 

quruluşda – kvadrat, rombşəkilli, ikiqollu və s. ola 

bilər. 


Sambak  jasmini işıqsevən bitkidir.  Becərildiyi 

yerdə  azacıq  kölgəli  şərait  olduqda  zoğun  böyümə 

zonası saralaraq inkişafdan qalır. Bununla belə, yay 

aylarında,  xüsusilə  günorta  saatlarında  birbaşa  bit-

kinin üzərinə düşən günəş şüası da onun inkişafına 

mənfi təsir edir. 

Mülayim-isti  (25-30°C)  temperatur  şəraitində 

daha  intensiv  inkişaf  edib  böyüyür.  Müşahidələri-

miz  göstərir  ki,  becərildiyi  şəraitdə  temperatur 

35°C-dən  yuxarı  qalxdıqda  bitkinin  inkişafı  zəif-

ləyir. Qış aylarında becərildiyi binanın temperaturu 

15-16°C saxlanılmalıdır, əks halda, yəni temperatur 

yüksək olduqda bitkinin inkişafı dayanır. Belə olan 

halda, yaz-yay aylarında onun çiçəkləməsi zəifləyir.  

Rütubətə tələbkardır. Apardığımız müşahidələr 

göstərir ki, becərildiyi mühitdə havanın nisbi rütu-

bəti  yüksək  –65-75%  arasında  olduqda  bitki  inten-

siv çiçəkləyir. Rütubət aşağı düşdükdə isə çiçəklə-

mə intensivliyi azalır, əmələ gəlmiş çiçəklər isə tez 

tökülür.  Havanın  rütubət  rejimini  saxlamaq  üçün 

yaz-yay  aylarında  bitkinin üzərinə tez-tez  su  çilən-

məlidir. Eyni zamanda becərildiyi torpağın da rütu-

bəti normal olmalıdır. Qış aylarında isə suvarmalar 

azaldılmaqla,  bitkilər  mülayim  temperaturlu  otaq-

larda saxlanılmalıdır. 

 

 



 

Cədvəl 2. Jasminum sambac növünün örtülü şəraitdə qələmlərlə çoxaldılması. 

M

a

te

ria



Qələmlərin xüsusiyyətləri 

q

əl

əml

ər

in

 ə

k

in

 

va

xtı

 

q

əl

əml

ər

in

 sa



 

o

y

a

n

m

a

 

k

all

ü



n

 

fo

rm

al

aşm

ası

 

k

ök



rin

 ə

m

əl

ə 

g

əlm

əsi

 

b

itm

iş 

q

əl

əml

ər

in

 

sa



 

%

-l

ə 

ya

şı

 

u

zu

n

lu

ğu

 (sm



d

ia

m

etr



(m

m



tu

m

u

rc

u

q

la

rın

 

sa

yı 



d

əd)

 

tu

m

u

rc

u

qa

ra

sı 

m

əsa



 (sm



O

d

u

n

ca

q

la

ş-

m

ış

 q

əl

əm

 

12-14 



8-10 

3-4 


4-5 

10.IV 


10 

05.V 


10.V 

25.V 


60 


12-15 


8-10 

3-4 


4-5 

20.VIII 


10 

10.IX 


20.IX 

05.X 


50 


Y

aşıl

 

q

əl

əm

 

12-15 



4-5 

3-4 


4-5 

20.VIII 


10 

05.IX 


– 

10.IX 


80 



Mehralıyev və İslamova 

72 


Sambak  jasmini  qida  maddələrinə  də  tələb-

kardır. Bitki torf qarışdırılmış qidalı torpaqlarda be-

cərilməklə  bərabər,  yaz  və  yay  mövsümündə  ayda 

iki dəfə olmaqla kompleks gübrələrlə (N, P, K,) və 

mikroelementlərlə  (dəmir,  mis,  sink  və  s.)  gübrə-

lənməlidir.  Bitki  bu  cür  gübrələndiyi  halda  onun 

daha yaxşı inkişaf etdiyi və bol çiçəklədiyi müşahi-

də olunur. 

Sambak  jasmini  əsasən  vegetativ  yolla  –  zoğ-

ların  əyilərək  basdırılması  və  qələmlə  çoxaldılır 

(cədvəl 2).  

Zoğların əyilərək basdırılması üsulu ilə çoxal-

dılmada  yan  zoğlardan  bir  ədədi  seçilir  və  zoğun 

torpağa  basdırılacaq  hissəsi  yarpaqlardan  təmizlə-

nir. Eyni vaxtda qidalı torpaq və qum (1:1 nisbətin-

də) doldurulmuş dibçək ana bitki becərilən dibçəyin 

yanında yerləşdirilir və yarpaqdan təmizlənmiş zoğ 

əyilərək həmin dibçəyə basdırılır. Yeni əkilmiş bit-

ki tez-tez suvarılmaqla, 25-30 gündən sonra ana bit-

kidən ayrılaraq müstəqil bitki kimi becərilir. 

Qeyd  etmək  lazımdır  ki,  bu  cür  çoxaldılmada 

istixananın  temperaturu  20-25°C  arasında  olduqda 

daha  effektli  nəticə  əldə  olunur.  Qələmlərlə  çoxal-

dılma zamanı yazda oduncaqlaşmış, yayda isə həm 

oduncaqlaşmış,  həm  də  yaşıl  zoğlardan  istifadə 

olunmuşdur.  Qələmlər  3-4  buğumdan  ibarət  olan 

12-15  sm  uzunluğunda  kəsilərək  hazırlanmışdır. 

Hazırlanmış  qələmlər  çay  qumu  qarışdırılmış  yar-

paq çürüntülü (1:1) substrata  əkilir. Qələmlər əkil-

miş  yeşiyin  üzəri  şüşə  ilə  örtülüb  temperaturu  18-

20°C  olan  istixanalarda  saxlanılır  və  mütəmadi  su 

çilə-nərək suvarılır. Bu şəraitdə qələmlər 40-45 gün 

müddətində kök əmələ gətirirlər.  

2  saylı  cədvəldən  göründüyü  kimi,  ən  yüksək 

nəticə  avqust  ayında  yaşıl  qələmlərlə  çoxaldılma 

zamanı  əldə  olunmuşdur.  Kök  vermiş  birillik  qə-

ləmləri daimi yerlərinə köçürmək olar. Daimi yerin-

də  sambak  jasmininə  qulluq,  bitki  üçün  dayaq  sis-

teminin qurulmasından, mütəmadi suvarılmasından, 

gübrələnməsindən, bitkinin interyerə uyğun forma-

ya salınmasından ibarətdir.  

Öyrənilən  bitkilərdə  xəstəlik  müşahidə  olun-

mamışdır.  Lakin,  bir  sıra  zərərverici  həşəratlar 

(qanlı  mənənə,  unlu  yastıca  və  ağqanad)  müşahidə 

olunmuşdur. 

Ziyanvericilərə  qarşı  mübarizə  məqsədilə  qoz 

yarpağının, acı bibər meyvəsinin və dəlibəngin yar-

paq  və  ya  meyvəsinin  suda  qaynadılmış  sabunlu 

məhlulundan istifadə edilmişdir.  

Bu məqsədlə qoz və ya dəlibəng bitkisinin 1 kq 

yarpağı və yaxud acı bibərin 200 q meyvəsi 10 litr 

suda  30  dəqiqə  qaynadılmış  və  üzərinə  200  q  xam 

sabun  əlavə  olunur.  Hazırlanmış  məhlul  soyuduq-

dan  sonra  süzülmüş  və  bu məhlulun  1  litri   10 litr 

suya qarışdırılaraq bitkilərin üzərinə çilənmişdir. 

 

 



ƏDƏBİYYAT 

 

Головкин,  Чеканова,  Шахова  и  др.  (1989) 

Комнатные  растения:  Справочник.  М.:  Лесн. 

пром-сть, 431 с.  

Методика фенологических наблюдений в Бо-

танических  садах  СССР  (1979)  М.:  ГБС  АН 

СССР, вып. 113, с. 3-8. 



Молчанов А.В., Смирнов Б.В. (1967) Методи-

ки изучения прироста древесных растений. М.: 

Наука, 99 с. 

Сааков С.Г. (1983) Оранжерейные и комнатные 

растения и уход за ними. Л.: Наука, 621 с. 



Хромова Т.В. (1980) Методические указания по 

размножению интродицированных дре-весных 

растений  черенками.  М.:  ВАСХНИЛ,  45  с.

 

 



 

Биоэкологические Особенности Некоторых 

Декоративных Вьющихся Растений, Выращенных в Закрытых Условиях 

 

А.Д. Мехралыев, З.Б. Исламова 



 

Центральный Ботанический Сад НАНА 

 

Статья посвящена изучению в закрытых условиях биоэкологических особенностей, динамики роста и 



развития,  агротехники  выращивания  некоторых  декоративных  лиан  (Hoya  cornosa  (L.f.)  R.Br., 

Tetrastigma voinierianum (Baltet) Pierre ex Gagnep, Jasminum sambac (L.) Ait.).  В результате проводи-

мых исследований были выявлены наиболее перспективные виды лиановых растений для использо-

вания в вертикальном озеленении внутренних интерьеров. 

 

Ключевые слова: Закрытый грунт, лиановые растения, биоэкология, вегетативное размножение, 



агротехника 

 

 


Örtülü Şəraitdə Bəzi Dekorativ Lian Bitkilərinin 

73 


Growing And Bioecological Features Of 

Some Ornamental Lian Plants Under Closed Conditions 

 

A.D. Mehraliyev, Z.B. Islamova 

 

Central Botanical Garden, Azerbaijan National Academy of Sciences 

 

Bioecological features, dynamics of growth and development, agrotechnics of some decorative lianas (Hoya 



cornosa (L.f.) R.Br., Tetrastigma voinierianum (Baltet) Pierre ex Gagnep, Jasminum sambac (L.) Ait.) have 

been  studied  under  closed  conditions.  As  a  result  of  the  research  the  most  promising  types  of  liana  plants 

were identified, for use in the vertical gardening of interiors. 

 

Keywords: Closed ground, lians, bioecology, vegetative propagation, agrotechnics 

 

 

 

 



Yüklə 88,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə