Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

 

29 


məsafələrə uçduqda gəndəlaşın qara meyvələrini görüb aşağı enir və bu meyvələrlə qidalanaraq 

yollarına davam edirlər. Azərbaycan florasında 2 növü bitir. MNB-da kolleksiyası vardır. 



Gənəgərçək- Südlüyənkimilər fəsiləsinə aid olan birillik bitkidir. Vətəni tropik Afrikadır. 

Bitki  latın  dilində  «Ricinus»  adlanır.  Lüğəti  mənası  ricinus-gənə,  böcək  deməkdir.  Rus  dilində 

«Klehevina»  adlanır.  Toxumların forması xallı gənəyə oxşadığına  görə bu adı almışdır.  Bəzək-

bağçılıqda  geniş  istifadə  olunur.  Toxumundan  gənəgərçək  yağı,  gövdəsindən  ip,  kisə  və  s. 

hazırlamaq üçün lif alınır. Azərbaycan florasında Adi gənəgərçək növü mədəni şəraitdə becərilir. 

MNB-da kolleksiyası vardır. 



Gəngiz-  Tərəçiçəkkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Salsola»,  rus  dilində 

«Qornaə solənka» adlanır. Heyvanlar tərəfindən yeyilir. Gəngizin tərkibi 9,48% hiqroskopik su, 

19,61% kül, 31,92% sellüloz və s.-dən ibarətdir. Gəngizin külündən soda alınır. 

Gərməşov-  Gərməşovkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Euonymus»  adlanır. 

Lüğəti mənası eu-yaxşı, onoma isə ad deməkdir. Rus dilində «Beresklet» adlanır. Gərməşovun 2, 

3-illik  çubuqlarından  qara  zurna,  ney,  yastı  balaban,  müştük  və  qəlyan  hazırlayırlar.  Cavan 

budaqlarından (pöhrələrindən) yun çırpmaq üçün yun çubuğu hazırlanır. Gərməşovun qabığında, 

gövdə və kökündə quttaperça adlı yapışqanlı maddə olur ki, ondan qotur, dəmirov xəstəliklərinin 

müalicəsində  istifadə  olunur.  Azərbaycan  florasında  5  növü  vardır.  Bunlardan  1  növü  mədəni 

şəraitdə becərilir. MNB-nın kolleksiya sahəsində becərilir.  

Gəvən  (Paxladən)-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  bir-illik  və  çoxillik  ot 

bitkisidir.  Bitki  latın  dilində  «Astragalus»,  rus  dilində  «Astraqal»  adlanır.  Bitkinin  oduncaqlı 

gövdəsindən kitrə (kamed) adlanan şirə alınır. Bu şirə müxtəlif xəstəliklərin müalicəsində istifadə 

olunur.  Mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Dekorativ  bitki  kimi  daşlıq  sahələrin  yaşıllaş-

dırılmasında  istifadə  olunur.  Azərbaycan  florasında  150  növü  bitir.  MNB-nın  kolleksiya 

sahəsində becərilir.  



Gicitkan- Gicitkankimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Urtica», 

rus dilində «Krapiva» adlanır. Gicitkanın cavan pöhrələri ilə yemlənən heyvanların südü və yağı 

artır. Yarpaqlarının tərkibində A, C və K vitaminləri, kök, gövdə və yarpaqlarında 20,8% protein, 

2,5%  yağ, 18% sellüloz, 16,6%  kalium, 50  mq%  karotinoid  vardır.  Təbabətdə  ikievli  gicitkanın 

yarpaq və çiçəklərindən dəmləmə, yaxud duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində 

istifadə  olunur.  Eyni  zamanda  hemoqlobinin  və  eritrositlərin  artmasına  kömək  edir.  Yel 

xəstəliyinin,  başda  tükün  tökülməsinin  qarşısının  alınmasında  istifadə  olunur.  Azərbaycan 

florasında 3 növü bitir. MNB-da kolleksiyada becərilir.  



Gilas- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Cerasus», rus dilində «Çereşnə» 

adlanır. Gilasın meyvələri qidada təzə və qurudulmuş halda işlədilir, o cümlədən ondan konserv, 

mürəbbə  və  kompot  da  hazırlanır.  Cəhrayı,  qırmızı,  sarı  yaxud  qara,  şirəli  meyvəsində  7-15% 

şəkər,  0,36-1,1%  alma  turşusu,  C  vitamini  olur.  Balverən  bitkidir.  Oduncağı  musiqi  alətləri 

hazırlamaq üçün işlədilir. MNB-nın kolleksiya sahəsində becərilir. 

Gilənar (Albalı, turş gilas)- Gülçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Cerasus», 

rus dilində «Vişnə» adlanır. Qiymətli meyvə bitkisidir, meyvələri qidada çiy və qurudulmuş halda 

işlədilir.  Ondan  mürəbbə,  kompot,  kisel,  şirə,  cem  və  s.  hazırlayırlar.  Toxumlarında  qlükozid 

amiqdalin  və  qatı  yağ  (25-35%)  vardır  ki,  bu  da  sabunbişirmədə  istifadə  olunur.  Kök  və 

yarpaqlarında limon turşusu və boyayıcı maddələr, köklərində 5-7% tanin, meyvələrində A və C 

vitaminləri  vardır.  Azərbaycanda  mədəni  halda  əksər  rayonlarda  becərilir.  MNB-nın  kolleksiya 

sahəsində bir neçə çeşidi (sortu) becərilir. 

Giləzəhər  (Bams)-  Dioskoridkimilər  fəsiləsinə  aid  olan  çoxillik  sarmaşan  ot    bitkisidir. 

Yeraltı  orqanı  kök  yumrusudur.  Bitki  latın  dilində  «Tamus»,  rus  dilində  də  «Tamus»  adlanır. 

Giləmeyvələri və kök yumrusu zəhərlidir. Uşaqlar yedikdə ölümlə nəticələnə bilər. Cavan zoğları 

qidada  qulançar  və  mərəçüyüd  kimi  istifadə  olunur.  Lakin  bu  ishalın  olması  ilə  də  nəticələnə 

bilər.  Xalq  təbabətində  kökündən  sidikqovucu,  ürəkbulanmaya  qarşı  və  işlətmə  dərmanı  kimi 



 

30 


işlədilir.  Sarmaşan  gövdəsi  çox  dekorativdir.  Azərbaycan  florasında  Adi  giləzəhər  növü  bitir. 

MNB-nın kolleksiya sahəsində becərilir. 



Ginkqo-  Ginkqokimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Ginkgo»,  rus  dilində 

«Qinkqo»  adlanır.  Yarpağı  tökülən,  çılpaqtoxumlu,  ikievli  deko-rativ  bitkidir.  Bir  çox  yerlərdə 

xüsusən  Çin  və  Yaponiyada  geniş  sürətdə  becərilir.  Onun  toxumları  qovrulmuş  halda  yeyilir. 

Əsasən  toxumları  ilə  çoxaldılır.  Azərbaycanda  kolleksiya  məqsədi  ilə  MNB-da  və  Mərdəkan 

Dendrarisində becərilir. 

Gizliçiçək (İtqıran)- Səhləbkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində 

«Listera», rus dilində «Taynik» adlanır. Yarpaqlarında 104 mq % C vitamini vardır. Azərbaycan 

florasında Oval gizliçiçəyi növü geniş yayılmışdır. 



Göy noxud (Yaşıl noxud)- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik bitkidir. 

Bitki latın dilində «Pisum», rus dilində «Qorox» adlanır. Azərbaycan florasında 3 növü vardır ki, 

bunlardan biri, Əkin noxudu mədəni şəraitdə geniş əkilib  becərilir.  

Göyəm-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Prunus  spinosa»,  rus  dilində 

«Tern» adlanır. Meyvələrinin tərkibində 6,65-7,07% şəkər, 0,8-1,7% alma turşusu və aşı maddəsi 

vardır.  Qidada  çiy  və  qurudulmuş  halda  işlədilir, turşuya qoyulur,  mürəbbə,  kompot,  likör,  araq 

və sirkənin hazırlanmasında istifadə olunur. Yarpaqlarında 195 mq% C vitamini vardır. MNB-nın 

kolleksiya sahəsində vardır. 

Göyərçin  noxudu-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olan  bir-illik,  ikiillik  və 

çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Cajanus»,  rus  dilində  «Kaənus»  və  ya  «Qolubinıy  qorox» 

adlanır. Göyərçin noxudu qidada üyüdülmüş halda istifadə olunur və bunlardan un halında piroq, 

şorba, sıyıq, ət yeməkləri və s. hazırlanır. 



Göyməkotu-  Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aid  olan  ikiillik  bitkidir.  Bitki 

latın  dilində  «Turritis»  adlanır.  Lüğəti  mənası  turris-qala  deməkdir.  Rus  dilində  «Vəjeçka», 

«Başenniüa» adlanır. Azərbaycan florasında Hamar göyməkotu növü bitir. 

Göyrüş  (Vən)-  Zeytunkimilər  fəsiləsinə  aid  olan  ağac  cinsidir.  Bitki  latın  dilində 

«Fraxinus»  adlanır.  Lüğəti  mənası  fraxis-bölmək,  frangere  isə  qırmaq  deməkdir.  Rus  dilində 

«Əsenğ»  adlanır.  Oduncağı  bərk,  elastik,  gecçatlayan,  gözəl  naxışlıdır.  Ondan  mebel,  xizək, 

arabalar  üçün  təkər  çənbəri  (barmağı)  hazırlanır.  Qabığında  aşı  maddələri  vardır  ki,  bu  da  göy, 

qəhvəyi və qara boyaların hazırlanmasında istifadə olunur.  Yarpaqlarında  248 mq% C vitamini, 

toxumlarında  isə  14  qamm  B

vitamini  vardır.  Azərbaycan  florasında  4  növü  bitir.  MNB-da 



kolleksiya sahəsində becərilir. 

Gözotu (Çatılotu)- Keçiqulağıkimilər fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində 

«Euphrasia»,  rus  dilində  «Oçanka»  adlanır.  Həlimi  təbabətdə  qədimdən  göz  qapağı 

xəstəliklərinin,  o  cümlədən  allergiya,  iltihab  proseslərinin  müalicəsində  istifadə  edilir. 

Azərbaycan florasında 16 növü bitir. 

Gücotu- Gülçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Agrimonia», 

rus dilində «Repeyniçek» adlanır. Yarpaqlarında 5%-ə qədər aşı maddəsi vardır. Xalq təbabətində 

müxtəlif  xəstəliklərin  müalicəsində  istifadə  olunur.  Azərbaycan  florasında  Aptek  gücotu  növü 

bitir. 


Güldəfnə- Fabakimilər (Paxlakimilər) fəsiləsinə aid olan birillik və iki-illik bitkidir. Bitki 

latın  dilində  «Trigonella»  adlanır.  Lüğəti  mənası  trigonum-üç-bucaq  deməkdir.  Rus  dilində  isə 

«Pajitnik»  adlanır.  Qiymətli  yem  bitki-sidir.  Mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Toxumlarında 

0,13% triqonellin alkaloidi, 0,014% efir yağı, aşı maddəsi və s. vardır. Azərbaycan florasında 20 

növü bitir ki, onlardan biri də ġənbələ güldəfnəsi növüdür, mədəni əkin şəraitində becərilir. 

Güləbətin-  Qaymaqçiçəkkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Pulsatilla» adlanır. Lüğəti mənası pulsare-atmaq deməkdir. Rus dilində «Prostrel», «Son-trava» 

adlanır.  Zəhərli  hesab  olunur.  Deko-rativ  bitkidir.  Yarpaqlarından  alınan  cövhər  bakterisid  və 

fungisid xüsusiy-yətinə malikdir. Azərbaycan florasında 3 növü bitir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə