Oruc Ġbadlı Aliyə Zərgərli


Bitki adları haqqında nə bilirsiniz?



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   2   3   4   5   6   7   8   9   ...   41

 



Bitki adları haqqında nə bilirsiniz? 

 

Abeliya  –  Doqquzdonkimilər  fəsiləsinə  aid  olub,  kolşəkilli  bitkidir.  Latınca  «Abelia»,  rusca 

«Abeliə»  adlanır.  Cinsin  adı  XIX  əsrdə  Çində  çalışmış  həkim  K.  Abelin  şərəfinə 

adlandırılmışdır.Dekorativ  bitkidir,  çiçəkləməsi  4-5  ay  davam  edir.  Çiçəkləri  xoş  ətirlidir. 

Qələmləri  ilə  asan  çoxalır.  AMEA-nın  Mərkəzi  Nəbatat  Bağında  (MNB)  Ġriçiçəkli  və  Çin 



abeliyası növləri becərilir.  

Acı  biyan  –  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olub,  latınca  «Goebelia»,    rusca  isə 

«Qebeliə» adlanır. Çoxillik ot bitkisidir. Güclü kök sisteminə malikdir. Əsasən pambıq sahələrində 

və kənd təsərrüfatı bitkilərinin əkin yerlərində geniş yayılmışdır. Tərkibində alkaloid təsirinə malik 

zəhərli  maddə  olduğu  üçün  bitki  mal-qara  tərəfindən  yeyilmir.  Azərbaycanda  1  növü  – 



Tülküquyruq acı biyan növü geniş yayılmışdır.  

Acıçiçək  -    Acıçiçəkkimilər  fəsiləsinə  aid  olub,  çoxillik    ot    bitkisidir.    Latınca  «Gentiana»

rusca «Qoreçavka» adlanır. Dioskorid və  Pliniyin məlumatlarına görə  Germes  İlliri kralı  Qentiyə  

bir bitki gətirmişdir. Əfsanəyə  görə  kral bu  bitkinin  yarpaq və köklərindən  vəba xəstəliyinə qarşı 

dərman    hazırlamağı    əmr    etmişdir.  Sonralar  bitki  Qentinin    şərəfinə  adlandırılmış    və  daha 

sonralar bu ad bütün cinsə aid  edilmişdir. Bitki dekorativ cəhətdən çox qiymətlidir. Alp florasının 

rəmzlərindən  hesab  olunur.  Xalq  təbabətində  acıçiçəyin    kökündən    qızdırmaya  (malyariyaya) 

qarşı,  həmçinin  acılıq  kimi,    iştahanın      artırılmasında    və    qidanın  həzm  olunmasında  istifadə 

olunur. Acıçiçəyin gövdə və yarpaqlarında C vitamini vardır.  Azərbaycan florasında 14 növü bitir.  



Acıqovuq  -  Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aiddir. Xalq arasında zəncirotu 

kimi  də  tanınan  bu  çoxillik  ot  bitkisi  latın  dilində  «Taraxacum»,  rus  dilində    isə  «Oduvançik» 

adlanır.  Dərman  əhəmiyyətli  bitki  olub,  yarpaq  və  kökündə  acı  qlükozid,  aşı  maddəsi,  inulin, 

fruktoza,  A  və  C  vitaminləri,  həmçinin  digər  maddələr  aşkar  edilmişdir.  Zəncirotunun  kökündən 

iştahın  artmasında,  orqanizmdə  qida  həzminin  yaxşılaşmasında,  ödqovucu  və  qaraciyərin  iltihabı 

xəstəliklərində  istifadə  edilir.Zəhərli  olmasına  baxmayaraq  xalq  arasında  yarpaqlarını  azacıq 

qaynar  suda  3-5  dəqiqə  pörtdükdən  sonra  ondan  dolma  hazırlanmasında  istifadə  olunur. 

Azərbaycan  florasında  13  növü  bitir.  Əsas  əhəmiyyət  kəsb  edən  dərman,  çəməncik  və  səhra 

növləridir.  

Acıquşəppəyi  –    Kələmkimilər  (Xaççiçəkkimilər)  fəsiləsinə  aiddir.  Çoxillik  ot  bitkisi  olub, 

latınca  «Rorippa»,  rusca  isə  «Jeruşnik»  adlanır.  Acı  olmasına  baxmayaraq  xalq  arasında  sucaq 

növünün cavan gövdə və yarpaqları yeyilir. Yarpağının tərkibində C vitamini  vardır. Azərbaycan 

florasında 4 növü geniş yayılmışdır.  



Acılıq  -    Acılıqkimilər  fəsiləsinə  aiddir.  Adından  məlum  olduğu  kimi  iynə  yarpaqları  çox 

acıdır. Çoxillik kol bitkisi olub, latın dilində «Ephedra», rus dilində isə «Xvoynik» adlanır. Cavan 

budaqlarında və  yarpaqlarınqda  efedrin  adlı  alkaloid vardır  ki,  bu da ürək  və  asma  xəstəliklərinin 

müalicəsində  istifadə  olunur.  Keçmiş  ittifaqda  santanin,  rozmarin  və  efedrinin  yarpaqlarının 

qarışığından  asma  xəstəliyinə  qarşı  xüsusi  «Asmaton»    adlı  siqaret  hazırlanırdı.  Bu  siqareti 

çəkdikdə asma xəstəliyinin bütün ağrılarının qarşısı alınırdı. Azərbaycan florasında 4 növü bitir.  



Acıyonca  -    Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aiddir.  Çoxillik  ot  bitkisi    olub,  latınca  

«Coronilla»    adlanır.  Lüğəti    mənası  tac  deməkdir.    Rus      dilində    «Vəzelğ»  adlanır.  Tərkibi    C  

vitamini,    provitamin   və karotin    maddələri  ilə     zəngindir.  Yaşıl    yarpaqları və    gövdəsində  aşı  

maddəsi vardır.   Zəhərli  bitkidir. Toxumlarının  tərkibində  acı zəhərli  qlükozid  maddəsi vardır  

ki, bu  da   ürək   xəstəliyinin  müalicəsində   istifadə olunur. Azərbaycan florasında 7 növü bitir. 

Onlardan ən əhəmiyyətlisi Alı  acıyonca növüdür. 

Adaçayı  və  ya  Sürvə    -    Lamiasiyakimilər  (Dodaqçiçəklilər)  fəsiləsinə  aiddir.  Bitki  latın 

dilində  «Salviya»  adlanıb  lüğəti  mənası  sağlam  olmaq  deməkdir.  Rus  dilində  «Şalfey»  adlanır. 

Adaçayının  bir  çox  növü  müalicəvi  əhəmiyyətə  malikdir.  Qədim  romalılar  və  ərəblər  dərman 

sürvəsindən  müxtəlif  xəstəliklərin  müalicəsində,  qida  və  içkilərin  ətirləndirilməsində 

(aromatikləşdirilməsində) istifadə etmişlər. Bu növ hal-hazırda müxtəlif ölkələrin farmakopeyasına 



 

daxil edilərək ağız boşluğu, yuxarı tənəffüs yolları və b. xəstəliklərin müalicəsində istifadə olunur. 



Əksər  növlərində  efir  yağı  olduğu  üçün  nəinki  təbabətdə,  eyni  zamanda  ətriyyat  sənayesində  də 

istifadə  olunur.  Açıq  şəraitdə  əkilib  becərilir.  Azərbaycanda  27-dən  artıq  növü  bitir  ki,  onun  da  2 

növü mədəni bitki kimi becərilir.  

Ağ  akasiya  –  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olub,  ağac  və  ya  kol  bitkisidir.  Latın 

dilində    «Robinia»    olub,  bu  söz  bitkini  ilk  dəfə  1620-ci  ildə  Amerikadan  Avropaya  gətirmiş 

Vespazianın  şərəfinə  adlandırılmışdır.  Bitki  rus  dilində  də  «Robiniə»  adlanır.  Dekorativ  cəhətdən 

çox əhəmiyyətlidir. Bal verən bitki olduğuna görə yerli əhali onu bal bitkisi adlandırır. Azərbaycan 

florasında 3 növü vardır. Onlardan Ağ, Bəzəkli və YapıĢqanlı akasiya geniş əkilib becərilir.  

Ağbığ  -   Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir.  Latın  dilində  «Nardus» 

adlanır.  Lüğəti  mənası  Hindistanda  bitən  bir  neçə  ətirli  bitkilərin  adı  ilə  bağlıdır.  Rus  dilində  isə 

bitki  «Belous»  adllanır.  Çikəkləməyə  qədər  cavan  zoğ  və  yarpaqları  heyvanlar  tərəfindən  yeyilir. 

Çiçəkləmədən sonra, yəni meyvə verərkən heyvanlar ondan istifadə etmir. Alaq bitkisi kimi isə çox 

vaxt quru sahələrdə bitən otlaqları tutur.  

Ağcaqayın  –  Ağcaqayınkimilər  fəsiləsinə  aiddir.  Ağac    bitkisi    olub,  latın  dilində    «Acer» 

adlanır.  Lüğəti  mənası  «sivri»    (yarpaqları  iti  dilimlidir)  deməkdir.  Rus  dilində  bitki  «Klen» 

adlanır.    Dekorativ    əhəmiyyətə  malik  olub,  bağ  və  parkların    yaşıllaşdırılmasında  geniş  istifadə 

olunur.  Oduncağı  möhkəm    olduğuna    görə  ondan    balta,  bel,  çəkic  və  b.  alətlərə    sap  (dəstək)  

düzəltmək  üçün geniş  istifadə olunur. Bütün  növləri yaxşı balverəndir.  Azərbaycan florasında 8  

növü  vardı. 



Ağəsmə    –  Qaymaqçiçəkkimilər  fəsiləsinə  aiddir.  Sarmaşan  kol  bitkisi  olub,    latınca 

«Clematis» adlanır.  Lüğəti   mənası   clema,  clematis -  bığcıq deməkdir, yəni bığcıqları vasitəsi 

ilə  «ilişən»,  «yapışan»  mənasını  verir.  Rus  dilində  «Lomonos»  adlanır.  Qərbi  Avropada  XVI 

əsrdən, Yaponiyada isə daha qədimdən becərilir. Seleksiya işləri nəticəsində xeyli sort və formaları 

yaradılmışdır.  Dekorativ  əhəmiyyətə  malik  olub,  şaquli  yaşıllaşdırmada  geniş  istifadə  olunur. 

Yarpaqlarında  A  vitamini,  çiçəklərində  isə  efir  yağı  vardır.  Cavan  budaqları  yeyilir.  Çiçəklənən 

budağın tərkibində yaşıl qətran vardır. Cavan zoğlarından zənbil, səbət toxunmasında geniş istifadə 

olunur. Azərbaycan florasında 2 növü bitir.  MNB-da kolleksiyada becərilir.   

Ağlarot  –  Ağlarotkimilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  ot  bitkisidir.  Latınca 

«Lythrum»  adlanır.  Lüğəti  mənası  isə  ludron  -  qan  deməkdir.  Güman  ki,  çiçəyinin  rəngi  tünd-

qırmızı  olduğuna  və  qana  bənzədiyinə  görə  ona  bu  ad  verilmişdir.  Rus  dilində  bitki  «Derbennik» 

adlanır.  Bal  verən  bitkidir.  Kök  və  yarpaqlarında  aşı  maddəsi  vardır.  Ev  heyvanları  tərəfindən 

yeyilmir. Azərbaycan florasında 6 növü bitir. Bunlardan 4 növü birillik, 2 növü isə çoxillikdir. 



Ağot    Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Çoxillik  ot  bitkisidir.  Latınca  adı 

«Andropoqon» olub, lüğəti mənası andros - ər, poqon - saqqal olub, «saqqallı kişi» mənasını verir. 

Rus  dilində    bitki  «Borodaç»  adlanır.  Dekorativ  bitkidir.  Kökləri  həddindən  artıq  coddur.  Qaynar 

suda  saxladıqdan  sonra  yumşalır.  Ondan  kosmetikada  fırça  kimi  istifadə  edilir.  Bir  növü 

qandayandırıcı  xüsusiyyətə  malikdir.  Azərbaycan  florasında  Qandayandırıcı  və  Qafqaz  ağotu 

növləri bitir. 

Ağtərə  Daşdələnkimilər  fəsiləsinə  aiddir.  Çoxillik  ot  bitkisi  olub,  latınca  «Parnassia»,  rus 

dilində  isə  «Belozor»  adlanır.  Cinsin  adı  Yunanıstanda  müqəddəs  yerlərdən  sayılan  Parnas 

dağlarının  adı  ilə  bağlıdır.  Qədim  miflərə  görə  Apollo  bu  dağlarda  yaşamışdır.  Bitki  bəzək-

bağçılıqda geniş istifadə olunur. Azərbaycan florasında ancaq Bataqlıq ağtərəsi növü bitir. 



Akasiya-  Fabakimilər  (Paxlakimilər)  fəsiləsilə  aiddir.  Ağac  bitkisi  olub,  latınca  «Acacia» 

adlanır. «Akaki» yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan   

«tikanlı  ağac»      adlanan    «Akasiya  torsilisin»  adından  götürülmüşdür.    Rus  dilində  «Akaüiə»  

adlanır. Azərbaycanın rayonlarında çox vaxt  bitkini  paxlalarının   kənarının   şirin   olması və  bal    

arılarını     cəlb    etdiyinə    görə    «balverən bitki» adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. 

Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı  olduğuna görə ətriyyat sənayesində 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə