Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   2   3   4   5   6   7   8   9   ...   41

 

geniş  istifadə  olunur.  Yaşıllaşdırma  və  bəzək-bağçılıqda  böyük  əhəmiyyət  kəsb  edir.  MNB-da 



kolleksiyada becərilir.  

Aqava – Aqavakimilər fəsiləsinə aiddir.  Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi 

vardır.  Latınca  «Agave»,  rusca  isə  «Aqava»  adlanır.  Ən  çox  Amerika  və  Meksikada  geniş 

yayılmışdır. Öz vətənində bitki çox iridir (3m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də 

monokarp bitki 

adlanırlar. Ömrünün 6-10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, 

inkişaf edərək 10-12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur. Meksikalılar 

çiçək  oxunu  dibdən  kəsib  oradan  çıxan  şirəni  toplayırlar.  Bu  şirəyə  «Akvamil»,  yəni  «bal  suyu» 

deyilir. Gündə hər bitki 5 litrə yaxın şirə verir. Şirəvermə müddəti 8-9 ay davam edir. Bitki məhv 

olana  qədər  1  ton  şirə  verə  bilir.  Bu  şirədən  Meksikalılar  «Tekilla»  adlı  araq  hazırlayırlar.  Çiçək 

açdıqdan  sonra  məhv  olan  ana  bitkinin  yanlarında  bir  neçə  bala  bitkilər  əmələ  gəlir  ki,    onlar  da 

əslində həmin bitkinin ömrünü davam etdirir. Xalq təbabətində onun yarpaqlarından bel ağrılarının,  

radikulit,  lümbaqa  və  s.  xəstəliklərin  müalicəsində  istifadə  olunur.  Dünyada  bu  cinsin  300  növü 

vardır. MNB-da açıq və örtülü şəraitdə bir çox növləri becərilir. 

Alaqanqal  –  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aiddir.  İkillik  ot  bitkisi 

olub,  latın  dilində  «Silybum»,  rus  dilində  isə  «Rastoropşa»  adlanır.  Yazda  alaqanqalın  cavan 

yarpaqları  və  saplaqları  yağ  və  sirkə  ilə  qarışdırılaraq  salat  kimi  istifadə  olunur.  Toxumlarında 

30%-ə qədər  yağlılıq olduğundan Azərbaycan mətbəxində geniş istifadə olunur. Toxumları buğda 

ilə  birlikdə  qovrulub  Novruz  bayramında  qovurğa  və  qovud  (əzilib  toz  halına  salınmış)  kimi 

istifadə  olunur.  Cavan  halda  bitki  mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Azərbaycan  florasında  Adi 



alaqanqal növü geniş yayılmışdır. 

Albalı  (Gilənar,  turş  gilas)  –  İtburnukimilər  fəsiləsinə  aid  olub,  kol  bitkisidir.  Latınca 

«Cerasus»,  rus  dilində  isə  «Vişnə»  adlanır.  Qiymətli  meyvə  növü  olub,  yeyintidə  təzə  və 

qurudulmuş    halda  istifadə  olunur.  Bitkinin  meyvəsindən  mürəbbə,  kompot  və  şirələr    hazırlanır.  

Albalının      toxumlarının      tərkibində      amiqdalin  qlükozidi,  yarpağında  isə  limon  turşusu  vardır. 

Albalı  meyvələri  A  və  C  vitamini  ilə  zəngindir.  Yaxşı  balverən  bitkidir.  Azərbaycan  florasında  7 

növü vardı ki, bunlardan yalnız iki növü mədəni şəraitdə becərilir.  

Alça  –  İtburnukimilər  fəsiləsinə  aiddir.    Latınca  adı  «Prunus»,  rus  dilində  isə  «Alıça» 

deməkdir.  Onun  beş  ləçəkli  çiçəyi  müvəffəqiyyətin,  xoşbəxtliyin,  uzunömürlülüyün,  sevinc  və 

sülhün rəmzi kimi qiymətləndirilir. Alçanın meyvələri yeyintidə təzə və qurudulmuş halda, eləcə də 

mürəbbə, cem (povidla) və konservlərin hazırlanmasında istifadə olunur. Meyvəsinin tərkibi 5-7% 

şəkər, 4-7% limon turşusu və C vitamini ilə zəngindir. Azərbaycanda alçanın meyvələrindən alça 

turşusunun hazırlanmasında istifadə olunur. Alça turşusu-lavaşası yeyintidə ədviyyat, təbabətdə isə. 

skorbut  xəstəliyinin  müalicəsində  dərman  kimi  istifadə  olunur.  Azərbaycan  florasında  3  növü  - 

Adi, Xəzər və Ġran alçası növləri geniş yayılmışdır. 

Alışan  –  Sədokimilər  fəsiləsinə  aid  olub  çoxillik  ot  bitkisidir.  Latınca  «Dictamnus»  adlanır. 

Lüğəti  mənası  Dikte-  Krit  dağlarının  birinin  adı,  Thamnos  isə  «kol»  deməkdir.  Rus  dilində  

«Əseneü» adlanır. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz- özünə 

alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında  «alışdım-yandım» 

da 

deyirlər.  «Alışdım-yandım»  quraqlığadavamlı  olmaqdan  ötrü  öz  ətrafında  efir  yağı  ilə  zəngin 



atmosfer  yaradır.  Kibriti  yandırıb  bu  bitkiyə  yaxın  tutduqda  o  ani  olaraq  alovlanır.  Bu  bitkinin 

tərkibində  diktamin  alkalloidi,  saponin  və  0,5%-ə  qədər  efir  yağı  vardır.  Çində  sarılıq,  öd  kisəsi 

iltihabı  xəstəliklərinin  müalicəsində,  qaşların  tökülməsində  və  keçəlləşmənin  qarşısının 

alınmasında istifadə edilir. Azərbaycan florasında 1 növü - Qafqaz alıĢan növü geniş yayılmışdır. 

Nəsli kəsilməkdə olan bitki kimi qorunması və «Qırmızı Kitab»a düşməsi məsləhətdir. 

Alma  –  İtburnukimilər  fəsiləsinə  aiddir.  Latınca  «Malus»,  rusca  «Əblonə»,  yunanca  isə 

«malon»  və  ya  «melon»  adlanır.  Ağac  və  ya  kol  bitkisidir.  Almanın meyvələri  təzə,  qurudulmuş 

qax  və  ya  pörtülmüş  halda,  eləcə  də  konserv,  mürəbbə,  povidla  və  cemlərin  hazırlanmasında 



 

istifadə olunur. Alma meyvəsinin şirəsində qlükoza, fruktoza, saxaroza, alma turşusu və c. vardır. 



Qədimdən  qiymətli  bitki  kimi  geniş  istifadə  edilmişdir.  Alma  meyvələrinin  qidanın  həzm 

olunmasına  və  xroniki  ishala  qarşı  təsiri  çox  böyükdür.  Azərbaycan  florasında  yabanı  halda  1, 

mədəni şəraitdə isə 2 növünə rast gəlinir. MNB-da kolleksiyada becərilir. 

Amorfa – Fabakimilər (Paxlakimilər) fəsiləsinə aiddir. Quraqlığadavamlı kol bitkisi olub, latın 

dilində  «Amorpha»,  rus  dilində  «Amorfa  »  adlanır.  Dekorativ  məqsədlə  yaşıllaşdırmada  geniş 

istifadə olunur. Cavan zoğlarından  göy boya hazırlanır. Efir  yağlı bitkidir. Meyvələrində  efir  yağı 

daha çoxdur  (1%-dən  çox). Yarpaqlarında 0,05-0,08%-ə  qədər  yağ  vardır.  Azərbaycanda Kolvarı 



amorfa növü mədəni halda becərilir. 

Andız- Kəpənəkçiçəkkimilər (Mürəkkəbçiçəkkimilər) fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. 

Latın dilində «Inula»  adlanır.  Lüğəti mənası inaein- təmizləmək deməkdir. Rus dilində  «Devəsil» 

adlanır.  Köklərində  44%  inulin  vardır.  Bəlğəmgətirici  və  sidikqovucu  dərmanların 

hazırlanmasında,  yaraların  sağalmasının  tezləşdirilməsində  istifadə  olunur.  Xalq  təbabətində 

təmizləyici  xüsusiyyətinə  görə  şəkər  xəstəliyinin  müalicəsində  istifadə  olunur.  Azərbaycan 

florasında 13 növü geniş yayılmışdır. 



Ardıc  –  Sərvkimilər  fəsiləsinə  aiddir.  Kol  və  ya  ağac  bitkisi  olub,  latınca  «Juniperus»,  rus 

dilində  isə  «Mojjevelğnik»  adlanır.  Meyvələrində  efir  yağı  vardır.  Təbabətdə  yağından  dəri 

xəstəliklərinin  müalicəsində  istifadə  olunur.  Meyvələri  güclü  sidikqovucu  xüsusiyyətə  malikdir. 

İynəyarpaqlarında 32,3% C vitamini  vardır. Dekorativ və quraqlığadavamlı kol və ya ağaclar olub, 

bağ  və  parklarda  geniş  yayılmışdır.  Oduncağı  yandırıldıqda  közü  24  saat  qala  bilir.  Yaxşı 

qayçılanma  qabiliyyətinə  görə  ona  hər  forma  vermək  mümkün  olduğundan  bu  bitkidən 

yaşıllaşdırılmada  canlı çəpər kimi istifadə olunur. Azərbaycanda 6 növü  geniş  yayılmışdır. MNB-

da kolleksiyada becərilir.  



Armud  –  İtburnukimilər  fəsiləsinə  aid  olub,  ağac  və  ya  kol  bitkisidir.  Latın  dilində  «Pyrus», 

rus dilində isə «Qruşa» adlanır. Armudun meyvəsi qida kimi təzə və qurudulmuş halda (qax kimi) 

yeyilir. Qurudulmuş, toz halına salınmış armud ununun buğda unu ilə qarışığından çörək və qoğal 

hazırlanır.  Cır  armudun  meyvələri  qidada  pörtülmüş  və  qızardılmış  halda,  kompot  və  armud 

cövhərinin  hazırlanmasında  istifadə  olunur.  Ondan  həmçinin  spirt  də  hazırlanır.Armudun 

meyvələrinintərkibində  12-21,6  mq  %-ə  qədər  C  vitamini  vardır.  Azərbaycanda  18  növü  bitir  ki, 

bunlardan ikisi mədəni şəraitdə becərilir. MNB-da kolleksiyada becərilir.  

Arpa  –  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  ot  bitkisidir.  Latın  dilində  «Hordeum» 

adlanıb,  arpanın  qədim  Roma  adıdır.  Rus  dilində  «Əçmenğ»  adlanır.  Heyvanlar  üçün  qidalı  yem, 

xüsusən də «arpa bəlimi» kimi çox istifadə olunur. Arpanın dəni iri və xırda buynuzlu heyvanlar, 

atlar üçün qiymətli yem hesab olunur. Pivə istehsalında əsas komponent kimi geniş istifadə olunur. 

Bəzək bitkisi kimi sünbülləri çox yaraşıqlıdır. Azərbaycan florasında 8 növü bitir. 

Artişok    Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aiddir.  Ənginar  və  ya 

Artişok  çoxillik  ot  bitkisidir.  Latın  dilində  «Cynara»  adlanır.  Sözün  lüğəti  mənası  yunan  dilində 

«it» deməkdir. Bu söz onun tikanlı olması və əl-ayağa batması ilə əlaqədardır. Həm yem, həm də 

tərəvəz  bitkisi  kimi  istifadə  olunur.  Rus  dilində  «Artişok»  adlanır.  Qidada  ətli  çiçək  yatağı,  ətli 

pulcuq  qını,  cavan  zoğ  və  saplaq  yarpaqları  ala-çiy  və  qaynadılmış  halında  işlədilir.  Artişokun 

açılmamış səbətinin tərkibində 9,5 qram vitamin B1, yarpaqlarında isə 24,7-38,6 mq % C vitamini  

vardır.  Artişokun  toxumlarının  tərkibində  30%-ə  qədər  qatı  yağ  vardır.  Bu  yağdan  sabun 

istehsalında  istifadə  olunur.  Artişokun  köklərində  inulin,  yarpaqlarında  isə    qlükozid  sinarin  kimi 

dərman  maddələri  vardır.  Artişok  həmçinin  balverən  bitkidir.  Azərbaycanda  2  növü  vardır  ki, 

bunlar da mədəni şəraitdə becərilir. MNB-da kolleksiyası vardır.  



Asfodelina  –  Asfodelinakimilər  fəsiləsinə  aid  olub,  birillik  və  çoxillik  ot  bitkisidir.  Latınca 

«Asphodeline»,  rusca  isə  «Asfodelina»  adlanır.  Xarici  görünüşünə  görə  «Asphodelus»  cinsinə 

məxsus  növlərə  oxşadığından  ona  bu  ad  verilmişdir.  Kökümsovları  və  toxumları  ilə  asanlıqla 

çoxalır. Mərkəzi Nəbatat Bağında toxumdan təbii bərpa olunaraq geniş yayılır. Bəzək əhəmiyyətli 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə