Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   2   3   4   5   6   7   8   9   ...   41

 

bitki  olub  40-45  gün  çiçəkləyir.  Azərbaycan  florasında  iki  növü  geniş  yayılmışdır:  Birillik 



ağacvari asfodelina, Çoxillik Ģovis asfodelinası

Asırqal  –  Melenta  fəsiləsinə  aiddir.  Çoxillik  ot  bitkisi  olub,  latınca  «Veratrum»,  rusca 

«Çemeriüa»  adlanır.  K.  Linney  «Hellelorus»un  qədim  adını  bu  cinsə  vermişdir.  Kökümsovunun 

tərkibində  alkaloidlərdən  nervin  və  veratroidin  vardır.  Xalq  təbabətində  kökümsovu  ağrıkəsici 

kimi,  əsəb  xəstəlikləri  müalicəsində  və  parazitlərlə  mübarizədə  istifadə  olunur.  Yarpaq  və 

gövdəsindən  alınan  toz  burunun  selikli  qişasına,  gözə,  tənəffüs  yollarına  təsir  edir  və  asqırmaya 

səbəb  olur.  Heyvanlar  bu  bitkini  yemir  və  təsadüfən  yedikdə  isə  onlarda  zəhərlənmə  halları  baş 

verir. Azərbaycan florasında Lobel asırqal növü geniş yayılmışdır.  

Astra  (Kəpənəkçiçək,  Aconitum)    Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçək-kimilər)  fəsiləsinə 

aiddir.    Kəpənəkçiçək  çoxillik  ot  bitkisi  olub,  latın  dilində  «Aconitum»,  rus  dilində  isə  «Akonit», 

«Boreü»  adlanır.  Yunanca  «akoniton»  sözünün  latınlaşmış  formasıdır.  Bitkiyə  bu  ad  canavar  və 

digər yırtıcı heyvanları zəhərləmək üçün istifadə olunduğundan verilmişdir. Heyvanlar üçün zəhərli 

bitki sayılır. Zəhərləyici xüsusiyyətləri hələ qədimdən məlum olmuşdur. Yunanlar və çinlilər ondan 

ox üçün zəhər hazırlayırdılar. Bəzi mənbələrə görə Teymurləngi bu bitki ilə zəhərləmişlər. Bitkinin 

zəhərli  olması  onun  tərkibində  akonitin  alkaloidinin  olması  ilə  əlaqədardır.  Maraqlı  orasıdır  ki, 

bitkinin zəhərli olub-olmaması, yaşından, coğrafi yerləşməsindən çox asılıdır. Cənub qurşaqlarında 

o daha zəhərlidir.  Norveçdə isə ondan heyvanlar üçün yem kimi istifadə edirlər. Tibet təbabətində 

«tibbin  padşahı»  sayılaraq  sibir  yarası,  ağciyər  xəstəliklərinin  müalicəsində  istifadə  olunur. 

Dekorativ  əhəmiyyətlidir.  Padzəhr  (zəhər  əleyhinə)  kəpənəkçiçəyinin  acı  kökümsovundan 

təbabətdə  zəhərlənməyə,  bağırsaq  qurduna,  soyuqdəymə  və  ya  titrətməyə  qarşı  istifadə  olunur. 

Hündür kəpənəkçiçəyinin tərkibində olan akonitin alkaloidi heyvanların iflic olmasına səbəb olur. 

Azərbaycan florasında 3 növü bitir. 



At  boyanası    Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aiddir.  Çoxillik  bitki  olub,  latın 

dilində «Hippomarathrum» adlanır.  Lüğəti mənası hippos - at, marathron- razyana deməkdir. Rus 

dilində  isə  bu  bitki  «Konskiy  fenxelğ»  adlanır.  Yemək  məqsədilə  yarpağının  yoğun  saplağından 

istifadə olunur. Azərbaycan florasında 3 növü bitir. 



Atıl-batıl  –  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aiddir.  Çoxillik  bitki  olub,  latın 

dilində  «Zosimia»,  rus  dilində  isə  «Zosimiə»  adlanır.  Dekorativ  və  dərman  bitkisi  kimi 

əhəmiyyətlidir. Eyni zamanda ofsun bitkisi olub, üzərlik kimi bəd–nəzərə qarşı, pis əhval-ruhiyyəni 

yox etmək üçün xalq arasında istifadə olunur. Azərbaycan florasında 1 növü bitir. 



At  lərgəsi  –  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aid  olub,  birillik  bitkidir.  Latın  dilində 

«Vicia  faba»  adlanır.  «Vicia  sativa»  nın  adı  qədim  Roma  alimi  Varronanın  adı  ilə  bağlıdır.  Rus 

dilində isə bu bitki  «Konskie bobı» adlanır. Azərbaycanda 40-42 növü vardır ki, bunlardan  yalnız 

biri mədəni şəraitdə becərilir. 

Atpıtrağı-  Kəpənəkçiçəkkimilər  (Mürəkkəbçiçəkkimilər)  fəsiləsinə  aiddir.  İkiillik  bitki  olub, 

latın dilində «Arctium», rus dilində «Lopuşnik» adlanır. Atpıtrağının köklərində 19% inulin və 69% 

karbohidrat vardır. Atpıtrağının cavan kökləri çiy və qaynadılmış halda istifadə olunur. Xırda-xırda 

doğranılmış  kökünün  qaynadılması  zamanı  qatıq,  turşəng  və  sirkə  qatılarkən  atpıtrağının 

tərkibindəki  inulin  şəkərə  çevrilir.  Cavan  yarpaqlarından  salat  hazırlanır  və  çox  vaxt  «borş» 

xörəyinə  də  qatılır.  Qurudulmuş  və  xırda  üyüdülmüş  köklərindən  nişasta  unu  hazırlanır.  Çörəyin 

hazırlanmasında  adi  una  30%  atpıtrağı  unu  əlavə  oluna  bilər.  Atpıtrağının  bütün  növləri  yaxşı 

balverən  bitkidir. Toxumlarında  17%-ə  qədər  qatı  yağ vardır.  Azərbaycan  florasında  4 növü  bitir. 

Onlardan ən çox istifadə olunanı Ġri atpıtrağıdır.  

Atşabalıdı – Atşabalıdıkimilər fəsiləsinə aiddir. Ağac bitkisi olub, latınca «Aesculus» adlanır. 

Lüğəti  mənası  aescare  və  ya  escare-yeməli  deməkdir.  Adından  məlum  olduğu  kimi  heyvanlar, 

xüsusən  də  atlar  üçün  yeməli  meyvədir.  Rus  dilində  bitki  «Konskiy  kaştan»  adlanır.  Atşabalıdı 

yaşıllaşdırmada  geniş  istifadə  olunur.  Balverən  bitkidir.  Toxumlarında  yüksək  keyfiyyətli  nişasta, 

yağ,  spirt  və  saponinli  maddələr,  meyvəsinin  qabığında  isə  aşılayıcı  və  boyaq  maddələri  vardır. 

Azərbaycan florasında Adi atĢabalıdı növü bitir. MNB-da kolleksiyada becərilir. 




 

10 


Ayıdöşəyi  –  Ayıdöşəyikimilər  fəsiləsinə  aiddir.  Çoxillik  ot  bitkisi  olub,  latınca  «Dryopteris» 

adlanır.  Lüğəti  mənası  dryus-palıd,  pteris-  ayıdöşəyi  deməkdir.  Yəni  palıd  meşələrində  bitən 

ayıdöşəyi.  Rus  dilində  bu  bitki  «Hitovnik»  adlanır.  Təbabətdə  lentşəkilli  bağırsaq  qurduna, 

zəhərlənməyə  qarşı  geniş  istifadə  olunur.  Tərkibində  efir  yağı,  qətran  və  c.  maddələr  vardır. 

Azərbaycan  florasında  8  növü  bitir.  Onlardan  ən  əhəmiyyətli  və  geniş  istifadə  olunanı  Erkək 

ayıdöĢəyidir. MNB-da kolleksiyada becərilir. 

Aylant  –  Aylantkimilər  fəsiləsinə  aiddir.  Ağac  bitkisi  olub,  quraqlığa  və  şaxtaya  davamlıdır. 

Bəzən buna  şeytan,  rus  və  ya  çin ağacı  da  deyirlər.  Latınca  «Ailanthus»,  rus  dilində  isə  «Aylant» 

adlanır.  Bir  çox  ölkələrdə  onun  yarpaqları  ilə  vəhşi  ipəkqurdunu  qidalandırırlar.  Qabığından  və 

yarpaqlarından  qurdqovucu  və  ishal  xəstəliklərinə  qarşı  istifadə  olunur.  Azərbaycan  florasında 



Nəhəng aylant növü mədəni şəraitdə bitir. MNB-da geniş yayılmışdır. 

AyrıqQırtıckimilər (Taxıllar) fəsiləsinə aiddir. Çoxillik ot bitkisi olub, latınca «Agropyrum», 

rus dilində isə «Pırey» adlanır. Yaşıllaşdırmada qayçılamanı yaxşı götürdüyünə görə ən çox çəmən 

(qazon) bitkisi kimi istifadə olunur. Bütün heyvanlar tərəfindən yeyilən qidalı yem bitkisidir. Xalq 

təbabətində  kökündən  hazırlanmış  dəmləmə  və  cövhərindən  halsızlığa,  zəifliyə  qarşı, 

kökümsovlarından  alınmış  cövhərdən  isə  dərman  həblərinin  dadını  yaxşılaşdırmasında  istifadə 

olunur. Azərbaycan florasında 15 növü bitir. Onlardan ən əhəmiyyətlisi sürünən ayrıqdır



  Azat (Nil)  Qarağackimilər fəsiləsinə aiddir. Ağac bitkisi olub, latınca «Zelkova», rus dilində 

isə  «Dzelğkva»  adlanır.  Lənkəran  bölgəsində  bitkiyə  Nil  də  deyilir.  Oduncağı  çox  qiymətlidir. 

Ondan  tikintidə,  gəmiqayırmada,  körpü  tikintilərində,  su  dəyirmanı  və  b.  yerlərdə  geniş  istifadə 

olunur,  rəndələndikdə  çox  yaraşıqlı  görünür.  Belə  qiymətli  oduncağına  görə  kökü  kəsilmək 

təhlükəsi  altında  olduğundan  Azərbaycanın  «Qırmızı  kitab»ına  daxil  edilmişdir.  Azərbaycan 

florasında 1 növü-Vələsyarpaq azat yayılmışdır. MNB-da kolleksiyada becərilir.  



Badam  –Gülçiçəkkimilər  fəsiləsinə  aid  olub,  ağac  və  kol  bitkisidir.  Latınca  «Amygdalus» 

adlanır. Lüğəti mənası amygdale və amygdalea, yəni badam ağacı olub, Teofrastın, Dioskoridin və 

Plineyin  əsərlərində  göstərilmişdir.  Rus  dilində  i«Mindalğ»  adlanır.  Qiymətli  meyvə  ağacıdır. 

Adətən  şirinləpəli  növləri  becərilir  ki,  onlardan  qidada  və  əsasən  də  qənnadı  sənayesində  geniş 

istifadə  olunur.  Acı  badamın  meyvəsinin ləpəsində 50%-ə  qədər  yağ  vardır  ki,  bundan  acı  badam 

yağının alınmasında istifadə olunur. Badam yağı təbabətdə, ətriyyatda istifadə olunur. Azərbaycan 

florasında  3  növü  bitir,  1  növü  isə  mədəni  şəraitdə  becərilir.  Onlardan  ən  əhəmiyyətlisi  mədəni 

şəraitdə  becərilən  Adi  badamdır.  MNB-da  və  Şamaxı  dayaq  məntəqəsində  20-yə  qədər  sortu 

becərilir. 

Badımcan-  Badımcançiçəklilər  fəsiləsinə  aiddir.  Azərbaycanda  birillik  bitki  kimi,  tropik 

ölkələrdə isə çoxillik bitki kimi becərilir. Vətəni Hindistan olub, Mədrəs vilayətində yabanı halda 

bitir.  Əbu  Baytara  görə  Afrikada  hələ  orta  əsrlərdən  əvvəl  yayılmışdır.  Latınca  «Solanum»,  rus 

dilində  isə  «Baklajan»  adlanır.  Badımcan  xeyirli  tərəvəz  bitkisi  kimi  çox  qiymətli  olub,  ondan 

badımcan qızartması, dolması, kürüsü və tutması hazırlanır. Dərman bitkisi kimi qanda xolestirinin 

miqdarını tənzimləyir. 



Badyan-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aiddir.  İkiillik  ot  bitkisi  olub,  latınca 

«Conium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  conos  olub,  «cır  zoğ»  deməkdir.  Meyvəsindən 

qidada  istifadə  etdikdə başgicəllənməyə  səbəb  olur. Rus dilində bitki  «Boliqolov»  və  ya  «Omeq» 

adlanır.  Bitkinin  bütün  hissələri,  xüsusən  də  meyvələri  zəhərlidir.  Meyvələrinin  tərkibində  1%-ə 

qədər  müxtəlif  alkaloidlər  vardır.  Bitki  qurudulduqda  tərkibində  olan  alkaloidlərin  parçalanması 

nəticəsində  zəhərliliyi  itir.  Koniim  təbabətdə  ağrıkəsici  dərman  kimi  istifadə  olunur.  Azərbaycan 

florasında  Ləkəli badyan növü bitir. 



Bağamburc  (Həmişəcavan)  Bağamburckimilər  fəsiləsinə  aid  olub,  latınca  «Viscum»,  rus 

dilində isə «Omela» adlanır. Bağamburc parazit olaraq meyvə ağaclarına (armud, alma və b.) zərər 

vurur  və  bəzən  onların  məhvinə  də  gətirib  çıxarır.  Bağamburc  ev  heyvanları  üçün  qışda  yaxşı 

yemdir.  Onun  yarpaqlarından  alınan  dərmanlar  hipertoniya  xəstəliyində  istifadə  olunur. 

Azərbaycan florasında Ağ bağamburc növü bitir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə