Oruc Ġbadlı Aliyə Zərgərli



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix21.10.2017
ölçüsü1,13 Mb.
#6278
1   2   3   4   5   6   7   8   9   10   ...   41

 

15 


cem, konserv, şirə, o cümlədən limonad içkisi üçün cövhərlər hazırlayırlar. Meyvə və yarpaqlarında 

C  vitamini  vardır.  Gövdə  və  yarpaqları  aşı  maddəsi  ilə  zəngindir.  Qurudulmuş  meyvələri  xalq 

təbabəti və tibbidə istifadə olunur. Böyürtkanın cavan  yarpaqları çay surroqatı məqsədilə istifadə 

edilir. Azərbaycan florasında 15 növü bitir. MNB-da kolleksiyası vardır. 



Buğda- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan bu bitki latınca «Triticum», rusca «Pşeniüa» 

adlanır. Buğdadan un, yarma, nişasta, spirt və s. alınır. Unundan çörək, lavaş (yuxa), fətir, əriştə və 

s.  bişirilir.  Müxtəlif  xörəklərin  (xingəl,  düşbərə,  umac,  qındı  və  s.)  və  şirniyyatların  (paxlava, 

şəkərbura,  şorqoğalı,  yağlı  fətir  və  s.)  hazırlanmasında  istifadə  edilir.  Buğda  çörəyinin  quru 

maddəsində  16-17%  zülal,  77-78%  karbohidrat,  1,2-1,5%  yağ  olur.  Ən  əziz  bayramımız  olan 

Novruz bayramında buğdadan qovurğa qovrulur və səməni göyərdirlər. Qovrulmuş buğdadan qovut 

(əzilib  toz  halına  salınmış  hissə),  səmənidən  müxtəlif  halvalar  hazırlanır.  Bunlar  bayram 

şənliklərinin  ən  ləziz  yeməkləridir.  Azərbaycan  florasında  2  növü  bitir,  digər  növləri  isə  mədəni 

şəraitdə becərilir. 

Bulaqotu  (Dəstərək)-  Keçiqulağıkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Latınca 

«Veronica»,  rus  dilində  «Veronika»  adlanır.  Bir  çoxları  onu  müqəddəs  Veronikanın  şərəfinə, 

digərləri  isə  latın  sözü  olan  veraunica-  əsl  dərman  adı  ilə  əlaqəli  olduğunu  göstərir.Bir-  iki  və 

çoxillik bitki olub, dekorativdir. Çox da hündür gövdəsi olmayan bu bitkilər ilk yazdan başlayaraq 

may, iyun aylarına qədər çiçəkləyirlər. Azərbaycan florasında 40 növü bitir.  



 Bunçətiri-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aiddir.  Çoxillik  bitki  olub,  latınca 

«Bunium»  adlanır.  Lüğəti  mənası  yunan  dilində  bunion  adlanır.  Rus  dilində  «Bunium»  adlanır. 

Bitkinin  kök  yumruları  çiy  halda  Əfqanıstanda  qidada  istifadə  olunur.  Azərbaycan  florasında  5 

növü bitir.  

Burğuçiçəyi- Səhləbkimilər fəsiləsindən olan çoxillik bitkidir.  

Latınca «Spiranthes» adlanır. Lüğəti mənası yunan dilində speyra- spiral və antos- çiçək deməkdir. 

Rus dilində «Skruçennik» adlanır. Yeraltı orqanı kökyumruludur. Bəzək və dərman bitkisidir. Xalq 

təbabətində  kök  yumrularını  qurudub  dəmləyir  və  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində 

istifadə edirlər. Azərbaycan florasında Payız burğuçiçəyi növü bitir. 

    Buynuzbaş-  Buynuzbaşkimilər  (Qaymaqçiçəkkimilər)  fəsiləsindən  olan  bu  bitki  birillik  olub, 

latınca  «Ceratocephalus»  adlanır.  Yunan  dilində  lüğəti  mənası  keras-  buynuz,  kefale-  baş  olub 

buynuzbaş  deməkdir.  Rus  dilində  «Roqoqlavnik»  adlanır.  Zəhərli  bitkidir.  Heyvanlar  tərəfindən 

yeyilmir. Azərbaycan florasında 2 növü bitir. 



Bülbülotu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  bu  bitki  kökümsovludur.  Latınca 

«Phalaris» adlanır. Bitkinin adı Dioskorid və Pliniyanın dənli bitkilərə verdikləri adla bağlıdır. Rus 

dilində «Kanareeçnik» adlanır. Toxumları bül-büllər üçün yem kimi geniş istifadə olunur. Təzə tər 

halında yaxşı yem bitkisi hesab olunur. Azərbaycan florasında 4 növü bitir. 

    Canavargiləsi  –  Canavargiləsikimilər  fəsiləsinə  aid  olub,  kol  bitkisidir.  Latınca  «Daphne»  

adlanır.  Lüğəti  mənası  yunan  dilində  daphne-  dəfnə  ağacı  deməkdir.  Bu  cinsin  bir çox növlərinin 

meyvə  və  yarpaqları  dəfnə  ağacına  bənzədiyinə  görə  belə  adlandırılır.  Rus  dilində  «Volçnik», 

«Volçeəqodnik» adlanır. Qiymətli bəzək bitkisidir. Xalq təbabətində geniş istifadə olunur. Yarpaq, 

çiçək və budağından alınan məlhəm və cövhər əsəb və yel xəstəliklərinə qarşı geniş istifadə olunur. 

Azərbaycan florasında 6 növü bitir. 

Cacıq-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aiddir.  Birillik,  ikiillik  və  çoxillik  ot 

bitkisi olub, latınca «Chaerophyllum» adlanır. Yunan dilində lüğəti mənası chaero- parlaq, phyllon- 

yarpaq deməkdir. Bu ad ona yarpaq ayasının üzərinin parlaq olmasına görə verilmişdir. Rus dilində 

«Butenğ»  adlanır.  Cavan  gövdəsinin  qabığını  soymaqla  təzə  halda  yeyilir.  Xalq  təbabətində 

köklərindən qaynadılmış və yaxud yağda qızardılmış halda istifadə olunur. Azərbaycan florasında 7 

növü bitir. Onlardan ən əhəmiyyətlisi Qafqaz cacıqıdır



Cəfəri-  Kərəvüzkimilər  (Çətirçiçəkkimilər)  fəsiləsinə  aid  olub,  ikiillik  ot  bitkisidir. 

Latınca «Petroselinum», rus dilində «Petruşka» adlanır. Cəfərinin yarpaqlarının tərkibində 75-400 

mq%,  köklərində  isə  37  mq%  C  vitamini  vardır.  Təzə  tər  yarpaqlarında  3,2  qamma  karotin  və 



 

16 


meyvələrində  2-7%-ə  qədər  efir  yağı vardır.  Cəfəri  qiymətli  tərəvəz  bitkisi  olub, xalq təbabətində 

qurudulmuş  yarpaqlarından  damarların  kirəcləşməsinin  və  yüksək  qan  təzyiqinin  qarşısının 

alınmasında  istifadə  olunur.  Toxumları  sidikqovucu  xüsusiyyətə  malikdir.  Azərbaycan  florasında 

Qıvrım cəfəri növü bitir. 

Cəfərotu

Daşdələnkimilər 

fəsiləsinə  aid  olub,  çoxillik  bitkidir. 

Latınca 


«Chrysosplenium»    adlanır.  Yunan  dilində  lüğəti  mənası  chrysos-  qızıl.  splen-  dalaq  deməkdir. 

Rus dilində «Selezenoçnik» adlanır. Azərbaycan florasında Adi cəfərotu növü bitir. 



Cığ- Cığkimilər fəsiləsinə aid olub, birillik və çoxillik bitkidir. Latınca «Juncus» adlanır. 

Lüğəti  mənası  yunqere-  sarımaq,  birləşdirmək,  hörmək  deməkdir.  Rus  dilində  «Sitnik»  adlanır. 

Bitkinin  otlu  hissələri  mal-qara,  toxumları  isə  quşlar  tərəfindən  həvəslə  yeyilir.  Abşeronda  cığ 

əncir,  üzüm  və  digər  meyvələri  sərib  qurutmaq  üçün  döşəmə  kimi  istifadə  olunur.  Azərbaycan 

florasında 15 növü bitir. 

Cil- Cilçiçəkkimilər fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Latınca «Carex», rus dilində 

«Osoka»  adlanır.  Bütün  heyvanlar  tərəfindən  yeyilir.  Yarpaqları  səbət,  həsir,  çanta  və  s.  kimi 

məmulatların hazırlanmasında, sahil cilinin yarpaqlarından isə ip, kəndir və kobud materialların 

hazırlanmasında istifadə olunur. Azərbaycan florasında 63 növü bitir.  



Cillicə-  Cilçiçəkkimilər  fəsiləsinə  aiddir.  Birillik,  ikiillik  və  çoxillik  bitki  olub,  latınca 

«Pycreus»,  rus  dilində  «Sitovnik»  adlanır.  Yarpaqları  mal-qara,  toxumları  isə  quşlar  tərəfindən 

yeyilir.  Tam  yetişmiş  yarpaqlarından  həsir,  çanta,  səbət  hazırlanır.  Eyni  zamanda  rayon 

yerlərində  təzə  çiy  kərpicdən  tikilmiş  evlərin  damını  su  buraxmasın  deyə  cillicə  ilə  örtürlər. 

Azərbaycan florasında 3 növü bitir. 



Cincilə-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aiddir.  Birillik,  ikiillik  və  çoxillik  bitki  olub, 

latınca  «Spergularia»  adlanır.  Lüğəti  mənası  sparqere-səpələmək  deməkdir.  Rus  dilində 

«Toriçnik» adlanır. Azərbaycan florasında 4 növü bitir. 

Cincilim(Quşotu)- Qərənfilçiçəklilər fəsiləsindən olan birillik, ikiillik və çoxillik otlardır. 

Latınca  «Stellaria»,  rus  dilində  «Zvezdçatka»  adlanır.  Çiçəkləri  ulduza  oxşadığına  görə  ona 

ulduzcuq  da  deyilir.  Qiymətli  tərəvəz  və  yem  bitkisi  olub,  xalq  arasında  ondan  kətə,  buğlama, 

kükü  (yumurta  ilə)  və  s.  hazırlanır.  Çiy  halda  duzla  ovub  yeyirlər.    Ev  quşları  üçün  qiymətli 

yemdir. Abşeron və Bakı əhalisi onu quĢotu kimi tanıyırlar. 

Cinotu-  Qərənfilçiçəkkimilər  fəsiləsinə  aiddir.  Birillik  və  çoxillik  bitki  olub,  latınca 

«Minuartia», rus dilində «Minuartiə» adlanır. Azərbaycan florasında 17 növü bitir. 

Cirə-  Kərəvüzkimilər  (Çətirçiçəkkimiər)  fəsiləsindən  olan  birillik  ot  bitkisidir.  Latınca 

«Cuminum»,    rus  dilində  «Kumin»  adlanır.  Toxumunda  2-4%  efir  yağı,  16%  kitrə,  xlorofil  və 

bəzi turşular vardır. Azərbaycanda qədim zamanlardan becərilən cirənin toxumlarından şirniyyat 

(şorqoğalı,  kökə,  fəsəli)  hazırlanmasında,  çay  dəmlənməsində  və  s.  işlədilir.  Xalq  təbabətində 

cirənin  toxumundan  astmanın  qarşısını  alan,  xroniki  mədə-bağırsaq  xəstəliklərində, 

soyuqdəymədə bəlğəmgətirən, köpyatıran və iştahanı artıran dərman kimi istifadə olunur. 

Cökə- Cökəkimilər fəsiləsinə aid olub, latınca «Tilia» adlanır. Lüğəti mənası ptilon-qanad 

deməkdir.  Rus  dilində  «Lipa»  adlanır.  Toxumları  qanada  oxşayır  və  külək  vasitəsilə  bir  yerdən 

başqa yerə uçaraq yayılır. Bəzən ona «daban ağacı» da deyilir (Dəvəçi də), lifindən həsir, zənbil 

və  s.  toxunur,  oduncağı  yumşaqdır  və  dülgərlikdə  geniş  istifadə  olunur.  Qafqaz  cökəsi  xalq 

təbabətində geniş istifadə olunur. Geniş yayılması ilə əlaqədar olaraq Azərbaycanın meşələrində 

arıçılıq təsərrüfatı üçün  əhəmiyyətlidir. Yaxşı bal verir. Çiçəklərində olan efir  yağları  ətriyyatda 

istifadə  olunur.  Tər  yarpaqları  salat  və  dolma  hazırlanmasında  istifadə  olunur.  1qr  qurudulmuş 

yarpaqlarında 500 qamma A vitamini və 244,4mq% C vitamini vardır. Azərbaycan florasında 4 

növü bitir. MNB-da bir neçə növün kolleksiyası becərilir. 

Cuzğun-  Qırxbuğumkimilər  fəsiləsinə  aid  olub,  kol  bitkisidir.  Latınca  «Calligonum» 

adlanır.  Lüğəti  mənası  kallos-qəşəng,  qonos-isə  dirsək  deməkdir.  Rus  dilində  «Juzqun»  adlanır. 

Bəzi  növlərindən  sürüşmə  zonalarının  bərkidilməsi  üçün  istifadə  edilir.  Yaşıl  cavan  zoğlarını 

heyvanlar yeyir. Azərbaycan florasında 4 növü bitir. 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə