Orxan Pamuk Bəyaz Qala



Yüklə 1,55 Mb.
səhifə12/13
tarix30.12.2017
ölçüsü1,55 Mb.
#18641
1   ...   5   6   7   8   9   10   11   12   13

aldandığımı zənn elədim. Xocanın da eyni şeyləri fikirləşdiyini, öz əhvalatına sevinclə inandığını

bilirdim.

Paltarlarımızı, təlaşa qapılmadan sakitcə dəyişdirdik. Ona üzüyümü və illərdir ondan gizləyə

bildiyim medalyonumu verdim. İçində nənəmin anasının şəkli və nişanlımın öz-özünə ağaran

saçı vardı, zənnimcə, onu xoşladı, boynuna taxdı. Sonra çadırdan çıxıb getdi. Sakit dumanın

içində yavaş-yavaş gözdən itməyinə baxdım. Hava işıqlanırdı, yuxum tökülürdü, onun yatağına

uzanıb rahatlıqla yatdım.65

11

Artıq kitabımın axrına çatmışam. Bəlkə də, ağıllı oxucularım, əslində, əsərimin çoxdan



qurtardığına qərar verərək onu artıq əllərindən tullayıblar da. Bir vaxtlar mən də eyni cür

düşünürdüm, illər əvvəl yazdığım bu səhifələri bir də təkrar oxumamağa qərarlı olaraq bir küncə

tullamışdım. O vaxtlar ağlıma, Padşah üçün yox, özüm üçün ləzzətlə uydurduğum digər əsərlərə,

aludə olub onların arasına qarışan bir tacirlə, heç görmədiyim ölkələrin kimsəsiz çöllərində və

buzlu meşələrində baş verən eşq əhvalatlarına aludə etmək fikrinə düşmüşdüm, bu kitabı, bu

əhvalatı unutmaq istəyirdim. Eşitdiyim o qədər söz söhbətdən, yaşadığı o qədər şeylərdən sonra,

çox da asan olmayacağını bildiyim bu işi, bəlkə də, bacaracaqdım, amma iki həftə əvvəl məni

görməyə gələn bir qonağımın sözlərinə aldanaraq kitabı yenidən ortaya çıxartdı. Bu gün ən

sevdiyim kitabımın bu kitab olduğuna artıq inanıram, onu lazım olan tərzdə, istədiyim kimi,

arzusunda olduğum kimi bitirəcəyəm.

Kitabımı yazıb qurtarmaq üçün arxasına keçdiyim köhnə masamızdan, Cənnəthisardan

durub İstanbula gedən kiçik bir yelkənli gəmini, uzaqdakı zeytunluqların içindəki

dəyirmanlardan birini, bağçanın aşağı hissəsindəki, əncir ağaclarının arasında itələşərək oynayan

uşaqları, İstanbuldan Gəbzə ərazisinə daxil olan tozlu yolu görürdüm.Yoldan qarda-qışda çox da

keçən olmur, baharda və yayda, Şərqə, Anadoluya, Bağdada, şama gedən karvanları görürəm, ən

çox ağır-ağır irəliləyən o sınıq-salxaq kağnılar (öküz arabası –F.H) keçir, bəzən də uzaqdan

palatarını dəqiq seçə bilmədiyim bir atlını görərək həyəcanlanıram, amma yaxınlaşdıqca

yolçunun mənim yanıma gəlmədiyini baş düşürəm. Son vaxtlar heç kəs gəlmir, artıq bilirəm ki,

heç gəlməyəcəklər də.

Amma şikayətçi deyiləm, tənhalıq adlı bir dərdim yoxdu. Baş münəccim olduğum illərdə

çox pul topladım, evləndim, dörd uşağım var, bəlkə də sənətimin mənə qazandırdığı

uzaqgörənliklə fəlakətləri əvvəlcədən görərək vaxtında işimdən uzaqlaşdım: Sultanın ordusu

Viyanaya getməmiş, məğlubiyyətlərin qəzəbiylə ətrafındakı təlxəklərin, məndən sonrakı baş

münəccimin boynu vurulmamış, heyvanlara həvəskar olan Padşahımız taxtdan salınmamışdan

çox əvvəl, bura–Gəbzəyə qaçdım, bu evi tikdirib, xoşladığım kitablarım, uşaqlarım və bir-iki

adamımla bura köçdüm. Baş münəccim olanda evləndiyim həyat yoldaşım məndən çox balacadı,

ev işlərindən çox yaxşı başı çıxır, bütün evi, başqa xırda-para işlərimi o idarə edir, yetmiş yaşına

nərdivan söykəyən məni də kitablarımı yazım və xəyala dalım deyə bütün günü bu otaqda tək

qoyur. Beləliklə, əsərimə və həyatıma uyğun bir sonluq tapmaq üçün onu doyunca düşünürəm.

Halbuki, əvvəlki illərdə çalışırdım ki, bunu heç etməyim. Bir-iki dəfə Padşah ondan

danışmaq istəyəndə, mənim bu mövzunu heç xoşlamayacağımı görmüşdü. Zənnimcə, o da bu

vəziyyətdən razı idi, sadəcə maraqlanırdı, amma bilmədim ki, nəyin onu nə qədər

maraqlandırdığını heç vaxt dəqiq bilmədim. Əvvəllər mənə demişdi ki, ondan təsirləndiyim və

ondan öyrəndiyim üçün gərək onu heç vaxt unutmayım. O vaxtlar ona təqdim elədiyim bütün o

kitabları, təqvimləri, qənaətləri onun yazdığını lap əvvəlcədən bilirmiş, bunu evdə bataqlığa

bataraq qalan silahımızın planları ilə əlləşəndə də ona bu sözləri deyib, onun da mənə, eynən

mənim ona hər şeyi danışdığım kimi, bunları danışdığını da bilirmiş. Bəlkə də, o vaxtlar, ikimiz

də kələfin ucunu tam itirməmişdik, amma Sultanın işini daha etibarlı tutduğunu bilirdim.

Padşahın məndən daha intellektual olduğunu, bilinməli olan hər şeyi bildiyini, məni ələ almaq

üçün oyun oynadığını o vaxt düşünürdüm. Bəlkə də, bataqlıqda rastlaşdığımız təxribatdan və

uğursuzluq haqqında deyilənlərdən qəzəblənən əskərlərin hirsindən məni xilas elədiyi üçün ona

olan minnət borcumun da buna təsiri vardı. Çünki kafirin qaçdığını öyrənəndə əsgərlərin bəziləri

mənim başımı istəmişdilər. Əvvəlki illərdə açıq şəkildə soruşsaydı, zənnimcə, Sultana hər şeyi

danışacaqdım. O vaxtlar artıq mənim mən olmadığım haqqında gəzən söz-söhbətlər də

çıxmamışdı, baş verənləri kiminləsə danışmaq istəyirdim və ondan ötrü darıxırdım.

Uzun illər birgə yaşadığımız evdə tək qalmaq əsəblərimi daha da pozdu. Ciblərim pulla

doluydu, əsir bazarına ayağım o ərəfədə öyrəşmişdi, axtardığımı tapana qədər aylarla ora gedibgəldim. Nəhayət, mənə də, ona da oxşamayan bir məzlumu pulla alıb evə gətirdim. Gecə ona,66

mənə hər şeyi öyrətməyini, ölkəsi və keçmişi haqda danışmasını, ən vacibi pis əməllərini açıbağartmasını deyəndə, onu aynanın qabağına çəkəndə məndən qorxdu. Çox pis gecəydi, məzluma

yazığım gəldi, səhəri gün azad edəcəkdim, beynimin qurdu tərpəndi, aparıb qul bazarında

qaytardım. Sonra evlənməyə qərar verərək məhəlləyə xəbər yaydım. Ən axırda məni də özlərinə

oxşadacaqlarını, küçəyə rahatlıq gələcəyini düşündükləri üçün sevinclə gəldilər. Mən də onlara

oxşamaqdan məmnun idim, nikbin idim, söz-söhbətin qurtardığını, illərdir Padşahıma əhvalatlar

uydurub rahatlıqla yaşayacağımı düşünürdüm. Həyat yoldaşımı diqqətlə seçdim, O, gecələri

mənimçün ud çalardı.

Söz-söhbətlər təzədən başlayanda, əvvəlcə zənn elədim ki, bu Padşahın oyunudur,

düşünürdüm ki, narahatlığıma göz qoymağı, məni təəccübləndirən suallar verməyi çox xoşlayır.

İlk baxışda, mənə qəfildən -“özümüzü tanıyırıqmı, insan gərək kim olduğunu yaxşı bilə” – bu

kimi sözlər deyəndə çox da narahat olmamışdım, bu əsəbləri pozan sualları, ətrafına təzədən

toplamağa başladığı o təlxəklər arasındakı yunan fəlsəfəsinə marağı olan çoxbilmişdən öyrənib

inandığını düşünürdüm. Bu haqda nəsə yazmağımı istəyəndə, ona, özləri üstündə çox da

dayanmadıqları və kim olduqlarını heç bilmədikləri üçün xoşbəxt şən ceyranlar və sərçələr

haqqında olan sonuncu kitabımı təqdim elədim. Kitabı diqqətlə yanaşaraq, ləzzətlə oxuduğunu

öyrənəndə bir qədər rahatlaşdım, amma söz-söhbətlər mənim də qulağıma gəlib çatırdı. Guya

Sultanı axmaq hesab eləyirəmmiş, çünki yerinə keçdiyim heç bir adama oxşamırmış, o daha zəif

və incəymiş, mənsə gombulammış: Onun bildiyi hər şeyi mən heç vaxt bilməyəcəyimi deyəndə

yalan dediyimi başa düşüblər, nə vaxsa müharibə vaxtı mən də uğursuzluğa onları mübtəla

edəndən sonra qaçacaq, onun elədiyi kimi döyüş sirrini düşmənə verərək məğlubiyyəti

asanlaşdıracaqdım və sair və ilaxır. Zənnimcə, Sultanın yaydığı bu söz-söhbətlərdən qorunmaq

üçün əlimi-ayağımı əyləncədən çəkdim, ortalıqda çox da görünmədim, arıqladım və o son gecə

Padşahın çadırında danışılanları diqqətlə araşdıraraq öyrəndim. Arvadım dalbadal uşaqlar

doğurdu, gəlirim də yaxşıydı, söz-söhbətləri, onu, keçmişi unudub hüzrla işimə davam eləmək

istəyirdim.

Yeddi ilə yaxın dözdüm, əsəblərim daha sağlam olsaydı və ən vacibi, Sultanın ətrafındakı

adamların bəzilərinin uzaqlaşdırılacağını sezməsəydim, bəlkə, axıra qədər də gedərdim, çünki

onu unudaraq Padşahın mənə açdığı qapılardan keçə-keçə unutmaq istədiyim o əvvəlki mənimə

bürünmüşdüm. Artıq əvvəllər məni narahat eləyən şəxsiyyət problemlərinə də daha bişmiş

cavablar verirdim. Deyirdim ki, “İnsanın kim olduğunun nə önəmi var, vacib olan etdiklərimiz

və edəcəklərimizdi”. Padşah, zənnimcə, ürəyimə bu üsulla yol tapdı! Məndən onun qaçdığı ölkə,

İtaliya haqqında danışmağımı istəyəndə, çox da məlumatımın olmadığnı deyəndə əsəbiləşdi: O

mənə hər şeyi danışmağını Sultana da deyib, həm də deyirdi ki, niyə qorxursan, onun

danışdıqlarını xatırlamağım bunun üçün kifayətdir.

Beləliklə, onun uşaqlığını və bir qismini bu kitabımda yazdığım gözəl xatirələrini, Sultana

bir-bir təzədən danışdım. Lap əvvəllər əsəblərim çox da pozulmamışdı, Sultan mənə lazım olan

şəkildə, başqasından eşitdiyi hadisəni danışan bir adama qulaq asan kimi qulaq asırdı, amma

sonrakı illərdə daha diqqətcil oldu, danışdıqlarıma artıq ona qulaq asan kimi qulaq asırdı, amma

onun bilə-biləcəyi təfərrüatları soruşandan sonra məndən xahiş elədi ki, qorxmayım ağlıma gələn

cavabı verim: Bacımın kəkələməyi hansı hadisədən sonra başlamışdı, Padua Universitetinə niyə

qəbul olunmamışdım, Venesiyada seyr elədiyi atəşfəşanlıqda böyük qardaşı hansı rəngdə paltar

geyinmişdi? Bu detalları, öz başıma gəlmiş kimi Padşaha danışarkən, ya da bir qayıq

gəzintisində, ya da qurbağalarla dolu olan su zanbaqları olan hovuzun yanında, ya da ədəbsiz

meymunların gümüş qəfəslərinin qabağında, ya da bir vaxtlar birlikdə gəzdikləri üçün ortaq

xatirələri ilə zəngin olan o bağçaların birində olurduq. O vaxt hekayələrdən və yaddaşımızın

bağçasında açan çiçəklərin oyunundan xoşu gələn Padşah, mənə lap yaxınlaşır, bizə xəyanət

edən köhnə bir dostu axtarırmış kimi ondan danışardı: O vaxtlar onun qaçmağının yaxşı bir hal

olduğunu, yoxsa onu o qədər əyləndirməsinə baxmayaraq, həyəsızlığına dözə bilməyib onu

öldürməyi çox düşündüyünü dedi. Sonra hansımız haqqında danışdığını tam müəyyənləşdirə

bilmədiyim üçün, məni qorxudan bəzi şeyləri izah elədi, amma hiddətlə yox, xoş-xoş danışırdı.

Bəzi vaxtlar özünü bilməməzliyə vurmağına dözə bilməyib onu öldürəcəyimdən qorxduğu 67

günlər olub, axırıncı gecə də az qala cəlladları çağırtdırırmış! Sonra mənə dedi: sən həyəsız

deyilsən, amma özümü dünyanın ən ağıllı, ən bacarıqlı insanı zənn edirsən, vəbanın dəhşətini öz

xeyrin üçün istifadə eləməzsən, kağıza yazılan uşaq kralların əhvalatları ilə gecələr heç kəsin

yuxusunu qaçırtmazsan: Sultanın yuxularına qulaq asandan sonra evə qaçıb onu ələ salarkən

düşünürdüm ki, onları danışmağa heç kəsin yoxdur, onu aldatmaq üçün birlikdə axmaq və

əyləncəli bir əhvalat yazmağa da heç kəsin yoxdur! Bu sözlərə qulaq asarkən, zənn edirəm ki,

yuxudakı kimi özümü və ikimizi kənardan görürəm, kələfin ucunu itirdiyimizi qorxuyla hiss

edirdim, amma axır aylarda Sultan sanki məni dəli eləmək üçün daha da danışırdı: Sən mənim

kimi deyiləsən. Mənim kimi ağlını da, onlarla-axmaqlarla bizi ayıran boş sözlərə vermisən”, ta

illər əvvəl, birgə həyata keçirdiyimiz və Padşahın səkkiz yaşında, bizləri tanımamışdan əvvəl,

qarşıdakı sahildən seyr elədiyi atəşfəşanlıqda, ona qaranlıq göldəki şeytanı zəfərə çatdıran

mənim şeytanım, indi onunla birlikdəymiş və onunla birgə rahatlıq tapacağını zənn elədiyi

ölkəyə gedib! Sonra bir-birininə oxşayan o bağça gəzintilərimizin şirin yerində Sultan diqqətlə

soruşardı: İnsanlar, dörd bir tərəfdə, həmişə bir-birlərinə oxşadığını başa düşmək üçün, görəsən,

mütləq Padşahmı olmalısan? Qorxaraq susardım: Sanki son dözümümü də qırmaq üçün bir də

soruşardı: insanların hər yerdə bir-birinin bənzəri olduğunun ən yaxşı sübutu onların birbirlərinin yerinə keçməsi deyildimi? Artıq işin zibili çıxmışdı.

Nə vaxtsa Sultanın mənimlə birlikdə onu da unutmağı bacaracağını umduğum, daha çox

pul toplamağı düşündüyüm üçün, bəlkə də, bu olanlara daha səbirlə dözəcəkdim, çünki

naməlumluğun qorxusuna öyrəşmişdim, amma Sultan sanki bir dovşanın ardınca at sürərkən

yolumuzu itirdiyimiz meşədə, rahatlıqla gəzinirdi, fikrimin qapılarını açıb bağlayırdı, üstəlik,

bunu artıq hamının yanında edirdi, yan-yörəsini yenə o təlxəklərlə doldurmuşdu, yenə də onların

vəzifədən uzaqlaşdırılacağını, hamımızın malını-mülkünü müsadirə ediləcəyini düşündüyüm bir

vaxtda, yaxınlaşan bəlaları hiss elədiyim üçün qorxdum. Mənə Venesiyadan körpüləri, uşaq

vaxtı səhər yeməyi yediyi masanın örtüyündəki bəzəkli naxışları, müsəlman olsun deyə, az qala

boynunun vurulacağı bir vaxtda xatırlatdığı üçün, evin həyətinə baxan pəncərədən gördüklərini

danışdığı gün, bütün bunları, sanki öz başıma gəlmiş hadisə kimi, bir kitabda yazmağı

buyuranda, qərar verdim ki, tez bir zamanda İstanbuldan qaçım.

Onu unutmaq üçün Gəbzədə başqa bir evə köçdük. Əvvəllər saraydan adamların gəlib

məni aparacaqlarından qorxardım, amma arayıb-axtaran olmadı, gəlirimə də ilişmədilər, məni ya

unutmuşdular, ya da Padşahın gizli nəzarəti altındaydım. Vecimə də almadım, işlərimi qaydaya

saldım, bu evi tikdirdim, arxa həyəti ürəyimdən keçən impusllara inanaraq istədiyim kimi

düzəltdim, vaxtımı kitabları oxumaqla, öz kefim üçün əyləncəli hekayələr yazmaq və uzun illərin

baş münəccim olduğumu öyrənib fikir öyrənməyə gələn qonaqlarımı, daha çox pullarına görə

yox, əylənmək üçün dinləyərək keçirirdim. Uşaqlığımdan bu günə qədər üstündə yaşadığım

ölkəmi, bəlkə də, ən çox bu ərəfələrdə tanıdım. Şikəstlərə, oğlunu qardaş-bacısını itirmiş çaş-

başlara, xəstələrə, evdə qalmış qızların atalarına, boyu heç cür uzanmayanlara, qısqanc ərlərə,

korlara, gəmiçilərə, ağlı başından çıxmış eşqə düşənlərə gələcəklərini deməmişdən əvvəl, uzunuzadı öz həyatları haqqında danışdırır, gecələri, eynən bu kitabda etdiyim kimi, sonralar

əsərlərimdə istifadə etmək üçün qulaq asdıqlarımı dəftərlərə yazardım.

Otağıma özüylə birgə dərin kədər gətirən o qocanı da həmin illərdə tanıdım. Yəqin ki,

məndən on, on beş yaş böyük idi. Adı Övlya imiş, üzündəki kədəri görən kimi dərdinin tənhalıq

olduğunu yəqinləşdirdim, amma elə demədi: bütün ömrünü gəzintilərə və bitirmək üzrə olduğu

on cildlik səyahətnaməyə sərf edib, ölməmişdən əvvəl Allaha ən yaxın olan yerə Məkkəyə və

Mədinəyə gedəcək, oralar haqqında da yazacaqmış, amma kitabında onu narahat edən bir

əskiklik varmış, çeşmələrini və körpülərinin gözəlliyini hiss elədiyi İtaliyanı da oxucularına nəql

etmək istəyirmiş, fikirləşib ki, görəsən, İstanbulda ad-sanını eşitdiyi adam, yəni mən ona bunları

danışa bilərdimmi? Deyəndə ki, İtaliyanı görməmişəm, bildirdi ki, bunu hamı kimi o da bilir,

amma bir vaxtlar ordan gəlmiş bir köləm varmış, o mənə hər şeyi danışıb: Mən də ona

danışsam, Övliya da əvəzində mənə əyləncəli şeylər danışacaqmış. Onun fikrincə, həyatın ən

gözəl hissəsi xoş əhvalatlar uydurub, xoş əhvalatlara qulaq asmaq deyildimi? Çantasından 68

çəkinə-çəkinə bir xəritə çıxarmışdı, bugünədək gördüyüm ən bərbad İtaliya xəritəsiydi, qərara

gəldim ki, bildiklərimi danışım.

Uşaq əllərini xatırladan toppuş əliylə xəritəsindəki bir şəhəri göstərir, adını höcələyərək

oxuyandan sonra, danışdığım arzularımı diqqətlə kağıza köçürürdü. Hər şəhər üçün, bir də qəribə

bir əhvalat istəyirdi. Beləliklə, quzeydən güneyə on üç gecədə, on üç şəhərdə həyatımda ilk dəfə

gördüyüm bütün bu ölkələri keçdik. Səhərimizin hamısını sərf etdiyimiz bu işdən sonra,

Siciliyadan gəmiylə İstanbula qayıtdı. Danıdıqlarımdan çox razı olduğuna görə o da məni

sevindirməyə qərar verərək Akka (Akka-İsrailin şəhərlərindən biridir. F.H) göylərində itən

kəndirbazlardan, Konyadakı fil doğan qadınla oğlundan, Nil sahilindəki mavi qanadlı

buğalardan, çəhrayı pişiklərdən, Vyanadakı saat qülləsindən, orda düzəltdirdiyi və mənə

gülümsəyərək göstərdiyi qabaq dişlərindən, Azak sahilindəki danışan mağaradan, Amerikadakı

qırmızı qarışqalardan danışdı. Hansı səbəbdənsə, məndə qəribə bir hüzn yaradırdı bu əhvalatlar,

istəyirdim ki, ağlayım: Günəşin bütün qızıllığı otağımada əks olunurdu, Övliya sən də belə

təəccübləndirci hekayələr bilirsənmi deyə soruşanda, onu, həqiqətən, təccübləndirmək istəyərək,

dedim ki, adamlarıyla birgə gecə burda qalsınlar. Bir-birinin yerinə keçən iki insan haqqında

xoşlayacağı bir əhvalatım vardı.

Gecə hamı otağına çəkiləndən, evə ikimizin də gözlədiyi o sakitlik çökəndən sonra,

təzədən otağa qayıtdıq. Bitirmək üzrə olduğumuz əhvalatı birinci dəfə onda düşündüm!

Danışdığım sanki uydurulmuş yox, yaşanmış bir əhvalat imiş kimi, sanki bütün bu sözləri mənə

başqa bir adam sakit-sakit pıçıldayırammış kimi, cümlələr bir-birinin ardınca yavaş-yavaş

düzülürdü: “ Venesiyadan Neapola gedirdik, türk gəmiləri yolumuzu kəsdi...”

Gecə yarısından çox sonra əhvalatım bitəndə, uzun müddət davam edən bir sakitlik çökdü.

Bilirdim, qonağım da, mən də onu düşünürdük, amma onun fikrində mənimkindən tamam başqa

bircə o var idi. Öz həyatını düşünürdü, bundan heç şübhəm yoxdu! Mən də öz həyatımı, onu,

əhvalatımı xoşladığımı düşünürdüm, yaşadığım və arzusunda olduğum hər şeylə qürur

duyurdum: İçində oturduğumuz otaq, ikimizin də bir vaxtlar olmaq istədiyimiz və olduğumuz

varlıqların hüzünlü xatirələri ilə doluydu, onu heç vaxt unutmayacağımı, bu halın da məni

həyatımın axırına qədər bədbəxt edəcəyini də, o vaxt açıq-aşkar başa düşdüm, artıq bilirdim ki,

heç vaxt təkcə yaşaya bilməyəcəyəm. Əsərimlə birlikdə, sanki gecənin yarısı otağın içinə,

ikimizi də maraqlandıran, diqqətçəkən bir xəyalatın kölgəsi düşmüşdü. Səhərə yaxın, qonağım

əhvalatımı çox xoşladığını deyərək məni sevindirəndən sonra, əlavə elədi ki, bəzi şeylərə də

qarşı çıxacaq. Bəlkə də, ikimizi də əsəbiləşdirici xatirəsindən xilas olaq, tez bir zamanda yeni

həyatımıza qayıdaq deyə onu maraqla dinlədim.

Əsərimdəki kimi qəribə və təəccüblü olanı axtarmalıyıqmış, bəli, dünyanın bu bezdirici

darıxdırıcılığına qarşı edə biləcəyimiz yeganə şey, bəlkə də, bu imiş, bunu həmişə eyni şeylərin

təkrarlandığı o uşaqlıq və məktəb illərindən bəri bildiyi üçün, həyatı dörd divar arasında ağlına

belə gətirməmişdi, buna görə də bütün ömrünü gəzintilərdə və sonu olmayan süjetlər axtarmaqla

keçirmişdi. Amma qəribə və təəccüblü olan şeyi dünyada axtarmalıyıqmış, öz içimizdə yox! Öz

içimizdəkini axtarmaq, öz üstümüzdə də o qədər uzun-uzadı düşünmək bizləri kədərləndirərdi.

Mənim əsərimdə insanların başına gələn də elə bu imiş: buna görə də qəhrəmanlar özləri

olduqlarına heç cür inanmır, buna görə də həmişə başqa biri olmaq istəyirlərmiş. Sonra məndən

soruşdu: “bu əsərdə olanların həqiqət olduğunu düşünəkmi, bir-birinin yerinə keçən o insanların

yeni həyatlarında xoşbəxt ola biləcəklərinə, sən inanırsanmı? Susdum. Hansı səbəbdənsə mənə

əsərimdəki bir detalı xatırlatdı: Qolu qopmuş bir ispaniyalı kölənin ümidlərinə özümüzü aludə

etməməliyikmiş! Onda, o cür əsərləri yaza-yaza, qəribəliyi öz içimizdə axtara-axtara, bizlər də

başqa biri oluruq, Allah qorusun, oxucularımız da. Onun qənəti beləydi: insanların həmişə

özlərindən, öz qəribəliklərindən danışılan, kitabların və əsərlərin də həmişə bu şeylərdən bəhs

edən o qorxunc dünyanı düşünmək belə istəmir.

Mən istəyirdim! Buna görə, bir gündə xətrini istədiyim bu qoca, Məkkəyə getmək üçün

gün doğarkən adamlarını yığıb, birgə yola düşəndə, tezcə oturub kitabımı yazdım. Bəlkə də,

gələcəyin o qorxunc dünyasının insanlarını daha yaxşı xəyalımda canlandırmaq üçün kitabıma

özümdən və özümdən ayıra bilmədiyim Ondan əlimdən gələn qədər çox bəhs etdim. Amma 69

əlimdən çox da gəlmədiyini, on altı il əvvəl bir kənara atdığım bu kitabı, bu günlərdə təzədən

oxuyarkən düşündüm. Bunun üçün insanın özündən – duyğuların aşıb-daşmasına aludə olaraq –

danışmasından xoşhal olmayan oxucularımdan üzr istəyərək bu səhifəni kitabıma əlavə edirəm:

Onu çox istəyirdim, onu yuxumda gördüyüm öz çarəsiz, əsl simamı xoşladığım kimi, bu

görünüşün utancı, hikkəsi, günahı və hüznüylə sanki boğulan tək, kədərlə ölən vəhşi bir heyvan

qarşısında utanca qapılırıq kimi, öz oğlumun arsızlığına əsəbiləşirəmmiş kimi, özümü

axmaqcasına bir diksintiylə, cəfəng bir sevinclə tanıyrımmış kimi xoşlayırdım. Bəlkə də, ən çox

belə: əlimin-qolumun böcək kimi elə-belə tərpənişinə aludə olduğum, ağlımın sərhədlərində hər

gün əks-səda verərək, sonra səngiyən düşüncələrimi bildiyimi, iri bədənimdən çıxan nəmin

bənzərsiz qoxusunu, qalın saçlarımı, çirkin ağzımı, qələmimi tutan çəhrayi əlimi tanıdığım kimi:

Bunun üçün məni aldatmadılar. Kitabımı yazıb onu unutmaq üçün bir kənara atndan sonra,

yayılan bütün o söz-söhbətlərə ad-sanımızı eşidib, bundan istifadə etmək istəyənlərin oyununa

aldanmadım! Qahirədə paşaların birinin qoruyucu qanadları altında yeni bir silahın planlarını

hazırlayırmış! Vyananın pis günlərində şəhərin içindəymiş, tez bir zamanda məğlub olmağımız

üçün düşmənə bilmədiklərini başa salırmış! Ədirnədə dilənçi cildində görüblər onu, özü

fitvaladığı tacirin dava-dalaşının birində yorğançını bıçaqlayaraq qaçıb, yox olub! Uzaq bir

Anadolu qəsəbəsinin məhəllə məscidində axundluq edirmiş, bir muvaqqitxana yaradıb, bu

sözləri təsdiq edən andlar içirdi, bir də saat qülləsi üçün pul yığmağa başlayıb! Vəba xəstəliyinə

görə getdiyi İspaniyada kitablar yazaraq varlanıb! Yazıq Padşahımızı taxtdan salan siyasi

oyunları da onun qurduğunu deyirdilər! Slavyan kəndlərində, ən axırda çata bildiyi həqiqi

etiraflara qulaq asa-asa, əfsanəvi bir keşiş kimi əl üstündə saxlana-saxlana insanı daxili böhrana

salan kitablar yazırmış! Anadoluda gəzirmiş, axmaq şahları hakimiyyətdən salacağını deyərək,

qənaətləri və şeirləri ilə təsir altına saldığı qaragüruh əhlini öz arxasınca aparır, yanına məni də

çağırırmış! Onu unutmaq gələcəkdəki o qorxunc insanların, o qorxunc dünyaları ilə baş qata

bilmək üçün, xəyallarımın dadını qaçırtmaq üçün hekayələr yazdığı on altı ildə bu sözsöhbətlərdən başqa söz-söhbət də eşitdim, amma heç birinə inanmadım. Bilmirəm, bu hal

başqalarında da olurmu? Bəzən, Xaliçin uzaq ərazilərində o dörd divarı bir-birimizə zindan

eləyərək, bəzən bir imarətdən, ya da saraydan heç cür gəlməyən çağırışı gözləyərkən, bəzən birbirimizə ləzzətlə nifrət edərkən, bəzən də qarşılıqlı şəkildə gülüşərək Padşahımız üçün risalə

yazarkən, gündəlik həyatın içində, qəfil ikimiz də, adi bir situasiyaya da diqqət edirdik: Səhər

ikimizin də gördüyü islaq bir it, iki ağac arasında asılmış paltarların düzülüşündəki rəng və

ölçülərindəki gizli geometrikliyi, həyatın simmetriyasını aşkarlayan adi şeylərdi. İndi ən çox

bunlardan darıxıram! Ölümündən illər, bəlkə də, yüz illər sonra bu işlə maraqlananların biri

bizdən çox, öz həyatını xəyalında canlandıraraq oxuyacağını zənn etdiyim, əslində, onsuz heç

kəs oxumasa da, çox da vecimə almayacağam və bunun üçün də onun adını çox da dərin olmasa

da, gizləyərək basdırdığım oxşarımın kitabına buna görə: vəbalı gecələri, Ədirnədə keçən

uşaqlığımı, Padşahın bağçalarında keçirdiyim gözəl saatları, onu o saqqalsız vəziyyətdə Paşanın

qapısında birinci dəfə görəndə ağırlığını kürəyimdə zənn elədiyim o ürpərtini bir də xəyalımda

canlandırmaq üçün qayıtdım. İtirdiyimiz illəri və xəyalları təkrar ələ keçirmək üçün, onları

yenidən xəyalımda canlandırmağın lazımlılığını hamı bilir: Mən əhvalatıma inandım!

Kitabımı onu qurtarmağa qərar verdiyim günü danışaraq bitirəcəyəm: İki həftə əvvəl, yenə

masamızda oturub başqa bir əsər haqda fikirləşməyə çalışarkən İstanbul tərəfdən gələn bir atlı

gördüm. Son vaxtlar ondan xəbər gətirmək üçün mənim yanıma heç kəs gəlmirdi, bəlkə də,


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə