Orxan pamuk məNİm adim qirmizi



Yüklə 4,6 Mb.

səhifə1/191
tarix26.08.2018
ölçüsü4,6 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   191




ORXAN PAMUK 

MƏNİM ADIM QIRMIZI 

downloaded from KitabYurdu.org




 

 



 

 

NəqqaĢın öz üslubu, rəngi, səsi olmalıdırmı? 



PadĢahın  əmriylə  gizli  kitab  hazırlayan 

nəqqaĢlardan  biri  öldürüləndə  qatili  üslubuna  görə 

tapmaq olarmı? 

MəĢhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə 

Nobel  mükafatı  laureatı  Orxan  Pamukun  «Mənim 

adım Qırmızı» romanı 1591-ci ilin doqquz qıĢ günü 

ərzində  Ġstanbulda  baĢ  verən  sənət,  eĢq,  qətl 

hadisələrini təsvir edir.  

Roman  bir  çox  məziyyətləriylə  yanaĢı, 

Nizaminin  əsərlərinə  çəkilmiĢ  miniatürlər,  böyük 

rəssam  Kəmaləddin  Behzadın  misilsiz  əsərləri, 

ümumiyyətlə,  nəqĢ  sənəti  haqqında  bənzərsiz 

hekayətdir.     

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




 

 



 

1. MƏN ÖLÜYƏM 

 

Ġndi  mən  ölüyəm,  bir  quyunun  dibində 



meyitəm. Son nəfəsim çoxdan çıxıb, ürəyim çoxdan 

dayanıb,  amma  alçaq  qatilimdən  baĢqa  kimsə 

baĢıma  gələnləri  bilmir.  O  iyrənc  rəzilsə  məni 

öldürdüyünə  yaxĢıca  əmin  olmaq  üçün  nəfəsimi 

dinlədi,  nəbzimə  baxdı,  sonra  böyrümə  bir  təpik 

iliĢdirdi,  məni  quyunun  yanına  sürüdü,  qaldırıb 

aĢağı  atdı.  DaĢla  əvvəlcədən  sındırdığı  kəlləm 

quyuya  düĢəndə  parça-parça  oldu,  üzüm,  alnım, 

yanaqlarım  əzildi,  yox  oldu;  sümüklərim  qırıldı, 

ağzım qanla doldu.  

Dörd gündür ki, evə qayıtmamıĢam: arvadım, 

uĢaqlarım  məni  axtarırdılar.  Qızım  ağlaya-ağlaya 

əzab  çəkir,  həyət  qapısına  baxır;  hamısının  gözü 

yolda, qapıdadı. 

           Doğrudan,  qapıdadırmı,  onu  da  bilmirəm. 

Bəlkə  də  alıĢıblar,  çox  təəssüf!  Çünki  burada 

olanda  insana  elə  gəlir  ki,  geridə  qoyduğu  həyatın 

əvvəllər 

olduğu 

kimi 


keçib-gedir. 

Mən 


doğulmamıĢdan  qabaq  arxamda  hüdudsuz  zaman 

vardı.  Mən  öləndən  sonra  da  həmin  zaman  bitib-

tükənməyəcək!  YaĢayanda  bunlar  barədə  heç 

düĢünməzdim;  eləcə  iĢıqlar  içində,  iki  qaranlıq 

zaman arasında yaĢayardım. 

downloaded from KitabYurdu.org




 

 



 

Xoşbəxt  idim,  xoşbəxt  imişəm:  indi 

anlayıram. PadĢahımızın nəqqaĢxanasında ən yaxĢı 

rəsmləri mən çəkərdim, ustalıqda mənə çata biləcək 

bir  rəssam  da  yox  idi.  Qıraqda  gördüyüm  iĢlərlə 

əlimə doqquz yüz axça keçərdi. Bunlar da, təbii ki, 

ölümümü daha qarĢısıalınmaz eləyirdi. 

Yalnız  naxıĢ  və  rəsm  çəkərdim:  səhifə 

kənarlarını  bəzəyər,  çərçivə  içinə  rənglər,  rəngli 

yarpaqlar, butalar, güllər, çiçəklər, quĢlar, Çin üsulu 

ilə  iĢlənmiĢ  qıvrım-qıvrım  buludlar,  bir-birinin 

içinə keçən yarpaqlar, rəng meĢələri və o meĢələrin 

içində  gizlənmiĢ  ceyranlar,  cüyürlər,  padĢahlar, 

ağaclar, saraylar, atlar, ovçular cızardım... Əvvəllər 

bəzən  tabaq  içinə,  bəzən  güzgünün  arxasına, 

qaĢığın  içinə,  bəzən  Boğaziçində  sahil  evinin, 

qonaq  otağının  tavanına,  bəzən  sandığın  üzərinə 

naxıĢ vurardım... Son illərdəsə təkcə kitab səhifələri 

üzərində  çalıĢırdım,  çünki  PadĢahımız  naxıĢlı 

kitablara  çox  pul  verirdi.  Demək  istəmirəm  ki, 

ölümlə  qarĢılaĢanda  pulun  həyatda  heç  vacib 

olmadığını  anladım.  Ġnsan  həyatda  olmayanda  da 

pulun  əhəmiyyətini  bilir.  Ġndi  bu  vəziyyətimdə 

mənim  səsimi  eĢidəcəyinizi,  bu  möcüzəyə  baxıb 

belə  düĢünəcəyinizi  bilirəm:  indi  yaĢayanda  nə 

qədər  pul  qazandığının  baĢını  burax.  Bizə  orada 

gördüklərini  danıĢ.  Ölümdən  sonra  nə  var,  ruhun 

haradadı,  cənnət  və  cəhənnəm  necədi,  orada  nələr 

downloaded from KitabYurdu.org




 

 



 

görürsən?  Ölüm  necə  Ģeydi,  sənə  əzab  verirmi? 

Haqlısınız.  YaĢayanda  insanın  o  biri  tərəfdə  nələr 

baĢ verdiyi ilə çox maraqlandığını bilirəm. Məhz bu 

marağı  üzündən  qanlı  müharibə  meydanlarında, 

cəsədlər  arasında  gəziĢən  adamın  hekayətini 

danıĢmıĢdılar.  Can  verməkdə  olan  cəngavərlər 

arasında ölüb-dirilən bir kimsəylə rastlaĢmaq, o biri 

dünyanın sirlərini almaq məqsədilə ölüb-dirilən bir 

insan  axtaran  həmin  adamı  Teymurun  əsgərləri 

düĢmən sayıb bir qılınc zərbəsiylə iki yerə ayırıblar, 

o  da  o  biri  dünyada  insanın  ikiyə  bölündüyünü 

güman eləyib.  

Belə  bir  Ģey  yoxdu.  Hətta  dünyada  ikiyə 

bölünən  ruhların  burada  birləĢdiyini  belə  söyləyə 

bilərəm.  Amma  dinsiz  kafirlərin,  zındıqların  və 

Ģeytana  uyan  küfrbazların  iddialarının  əksinə 

olaraq,  Ģükür,  o  biri  dünya  da  var.  Oradan  sizə 

qıĢqırmağım  bunun  sübutudu.  Öldüm,  amma, 

gördüyünüz kimi, yox olmadım. O biri tərəfdən də, 

Qurani-Kərimdə  söhbət  açılan  və  altından  çaylar 

axan  qızıl-gümüĢdən  düzəldilən  cənnət  köĢklərinə, 

meyvəli, iri yarpaqlı ağaclara, bakirə gözəllərə rast 

gəlmədiyimi  söyləməyə  məcburam.  Ona  görə  də 



«Vaqiə»  surəsində  danıĢılan  cənnətdəki  o  irigözlü 

huriləri dəfələrlə necə keflənib rəsm elədiyimi indi 

çox yaxĢı xatırlayıram. Qurani-Kərim bir yana, Ġbn 

Ərəbi  kimi  geniĢxəyallıların  Ģirin-Ģirin  söhbət 

downloaded from KitabYurdu.org





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə