Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə4/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   2   3   4   5   6   7   8   9   ...   191

 

 

14 



 

Ģəhərlərinə  getməyənləri  tapmaq,  pulsuzluq  və 

bikarçılıqdan narazılıq eləyən həmin böyük ustalara 

səhifələri  yazdırıb,  nəqĢ  etdirib,  cildlətdirib,  kitabı 

Ġstanbula yollamaqdan ibarət idi. Gənclik illərimdə 

əniĢtəmin  mənə  aĢıladığı naxıĢ və  gözəl kitab  eĢqi 

olmasaydı, bu iĢlərə heç giriĢməzdim.  

ƏniĢtəmin  bir  vaxtlar  yaĢadığı  küçənin 

çarĢıya  açılan  ucundakı  bərbər  hələ  kiçik 

hücrəsində,  eyni  güzgülər,  ülgüclər,  dəmir  qablar, 

sabun  telləri  arasındaydı.  Gözlərimiz  bir-birinə 

sataĢdı, amma məni tanıdımı, bilmirəm. Ġçinə isti su 

doldurduğu baĢ yumaq üçün qabın, tavandan asılan 

zəncirin ucunda hələ eyni qövsü cıza-cıza irəli-geri 

yelləndiyini görmək məni nəĢələndirdi. 

Gənclik  illərimdə  gəzdiyim  bəzi  məhəllələr, 

bəzi  küçələr  on  iki  ildə  yanıb,  kül  və  tüstü  olub 

uçmuĢdu, yerlərində itlərin yol kəsdiyi, sərsərilərin 

uĢaqları qorxutduğu yanğın yerləri əmələ gəlmiĢdi. 

Bəzi  yerlərdə  isə  kimisində  də  mənim  kimi 

uzaqlardan  gələnləri  heyrətləndirən  dəbdəbəli 

imarətlər 

tikilmiĢdi. 

Ġmarətlərin 

bəzilərinin 

pəncərələrinə  ən  bahalısından  rəngli  Venesiya 

pərdələri taxmıĢdılar. Uca divarların üzərində asılan 

külafirəngilərdən 

mən 

olmayan 


müddətdə 

ikimərtəbəli,  çox  dəbdəbəli  bir  ev  tikildiyini  də 

gördüm. 

downloaded from KitabYurdu.org




 

 

15 



 

Bir  çox  baĢqa  Ģəhərlərdə  olduğu  kimi, 

Ġstanbulda  da  pulun  heç  bir  dəyəri  qalmamıĢdı. 

Mənim  Doğuya  getdiyim  illərdə  bir  ağcaya  dörd 

yüz  dirhəmlik  iri  çörək  çıxaran  fırınlar  düĢürdü, 

indi  eyni  pula  bunun  yarısını  və  üstəlik  dadı-duzu 

insana  uĢaqlığını  qəti  xatırlatmayan  çörək 

verirdilər. Rəhmətlik anam on iki yumurta üçün üç 

ağca  saymaq  lazım  olduğunu  görsəydi,  deyərdi, 

toyuqlar  qudurub  baĢımıza  sıçmamıĢ  baĢqa  bir 

diyara qaçaq, amma bilirdim, bu qiymətdən düĢmüĢ 

pul  hər  yeri  bürümüĢdü.  Florensiyadan  gələn  tacir 

gəmilərinin  sandıq-sandıq  bu  qəlp  pullarla  dolu 

olduğu  söylənilirdi.  Zərbxanada  qabaqlar  yüz 

dirhəm  gümüĢdən  beĢ  yüz  ağca  kəsilirdisə,  indi 

Səfəvilərlə  bitib-tükənməyən  savaĢlar  üzündən 

səkkiz  yüz  ağca  kəsilməyə  baĢlamıĢdı.  Yeniçərilər 

aldıqları 

ağcanın 

Xalicə 


düĢəndə 

səbzə 


körpüsündən  dənizə  tökülən  quru  lobyalar  sayaq 

suda 


üzdüyünü 

görüb 


üsyan 

eləmiĢ, 


padĢahlarımızın  sarayını  düĢmən  qalası  kimi 

mühasirəyə almıĢdılar. 

Bəyazid  camesində  vəz  verən  və  Həzrəti 

Məhəmməd  soyundan  seyid  olduğunu  elan  eləyən 

Nüsrət  adlı  vaiz  də  indi  –  bütün  bu  əxlaqsızlıq, 

bahalıq,  cinayətlər,  soyğunlar  müddətində  ad 

çıxarmıĢdı. Ərzurumi adlanan həmin vaiz son on iki 

il  ərzində  Ġstanbulu  kasıblaĢdıran  bütün  fəlakətləri: 

downloaded from KitabYurdu.org



 

 

16 



 

Bağçaqapı  və  Qazançılar  məhəlləsi  yanğınlarını, 

hər  dəfə  Ģəhərə  girəndə  on  minlərlə  adam  aparan 

vəbanı,  Səfəvilərə  qarĢı  savaĢda  bu  qədər  itki 

verilməsinin 

əvəzində 

bir 

nəticə 


əldə 

olunmamasını, Batıda xristianların üsyanlar qaldırıb 

kiçik  Osmanlı  qalalarını  geri  almalarını  Həzrəti 

Məhəmmədin  yolundan  sapılması,  Qurani-Kərimin 

əmrlərindən  uzaqlaĢılması,  xristianlara  dözüm 

göstərilib, sərbəstcə Ģərab satılıb, çalğı çalınmasıyla 

izah eləyirdi. 

Mənə  ərzurumlu  vaizdən  həyəcanla  bəhs 

eləyib,  bu  xəbərləri  verən  turĢusatan  çarĢı-bazarı 

bürüyən  qəlp  pulun,  yeni  dukatların,  aslanlı  saxta 

florinlərin, gümüĢü getdikcə azalan ağcaların eynilə 

küçələri 

dolduran 

çərkəzlər, 

abazalar, 

minqreliyalılar,  bosniyalılar,  gürcülər,  ermənilər 

kimi  insanı  qəti  və  qarĢısıalınmaz  əxlaqsızlığa 

sürüklədiyini  söylədi.  Əxlaqsızlar,  üsyançılar 

qəhvəxanalarda  toplanır,  səhərə  qədər  dedi-qodu 

eləyirlərmiĢ:  kim  olduğu  bilinməyən  lüt-üryanlar, 

nəĢəxor sərsərilər, qələndəri tör-töküntüləri Allahın 

yolu  budur  deyə  meyxanalarda  səhərə  qədər 

musiqiylə  oynayıb,  oralarına-buralarına  ĢiĢ  soxub, 

hər cür ədəbsizliyi eləyəndən sonra bir-birilərini və 

kiçik oğlanları becərirlərmiĢ. 

ġirin  ud  səsi  eĢitdim,  bilmirəm  onumu 

axtarıb  arxasınca  getdim,  yoxsa  xatirələrim  və 

downloaded from KitabYurdu.org




 

 

17 



 

istəklərim, 

dediyim 

ağıl 


qarıĢıqlığı 

acıdil 


turĢusatana daha artıq dözə bilməyib mənə bir çıxıĢ 

yolumu  sezdirdi.  Bildiyim  budur  ki,  bir  Ģəhəri 

sevsəniz, orada çox gəzsəniz, illər keçəndən sonra o 

Ģəhərin  küçələrini  yalnız  ruhunuz  deyil,  bədəniniz 

də  elə  tanıyar  ki,  qarın  kədərli-kədərli  səpələndiyi 

qüssə  anında  ayaqlarınız  sizi  xüsusi  sevdiyiniz  bir 

təpəyə çıxarar. 

          Beləcə

Nalbənd 

çarĢısından 

çıxıb 

Süleymaniyyə  camesinin  düz  yanından  Xalicə 



yağan qara tamaĢa elədim. Quzeyə baxan damlarda 

qübbələrin  külək  tutan  guĢələrini  qar  indidən 

basmıĢdı. ġəhərə girən bir gəminin bərq vura-vura, 

mənə  salam  yollaya-yollaya  endirilən  yelkənləri 

Xalicin  səthiylə  eyni  qurğuĢunsayaq  duman 

rəngindəydi.  Sərv  və  çinar  ağacları,  damların 

görünüĢü, axĢamüstünün hüznü, aĢağı məhəllələrin 

iç səsləri, satıcıların qıĢqırtıları və came qabağında 

oynayan  uĢaqların  səs-küyü  beynimdə  birləĢib 

təəccüb-filan  doğurmadan  bundan  sonra  həyatımı 

Ģəhərimdən baĢqa bir  yerdə yaĢamayacağımı  mənə 

hiss  etdirdi.  Bir  anlığa  sevgilimin  illərdən  bəri 



unutduğum üzünün gözlərim önündə canlanacağını 

güman elədim. 

YoxuĢdan  aĢağı  endim.  Qələbəliyin  arasına 

qarıĢdım.  AxĢam  azanından  sonra  bir  ciyərxanada 

qarnımı  doyurdum.  BoĢ  aĢxananın  piĢik  yedirdən 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə