Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə6/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   2   3   4   5   6   7   8   9   ...   191

 

 

23 



 

təkkələrdən  əvvəl  qəhvəxanalar  bağlanmalıdı. 

Kasıbın qəhvə içməyə pulumu var? Qəhvəxanalara 

gedir,  qəhvəylə  beyinlərini  dumanlandırır,  ipin 

ucunu  elə  itirirlər  ki,  orada  itin,  köpəyin 

danıĢdıqlarını doğru zənn eləyib dinləyirlər; həmin 

Nüsrət:  «Ġtdi,  indi  də  mənə  və  dinimizə  küfr 

eləyir», – deyirmiĢ». 

Ġcazənizlə o vaiz əfəndinin son sözünə cavab 

vermək  istəyirəm.  Hacı-xoca-vaiz-imam  dəstəsinin 

biz  itləri  heç  sevməməsi,  əlbəttə,  məlumunuzdu. 

Mənə  qalsa,  məsələ  –  Həzrəti  Məhəmmədin 

üstündə  yatmıĢ  bir  piĢiyi  oyatmamaq  üçün  ətəyini 

kəsməsiylə  bağlıdı.  PiĢiyə  göstərilən  bu  nəzakətin 

bizə göstərilmədiyi  xatırlanıb, nankor olduğunu  ən 

səfeh  adam  oğlunun  belə  bildiyi  həmin  məxluqla 

əzəli  davamız  üzündən  «Rəsulullahın  itlərlə 

düĢmənçiliyi  vardı»  demək  tələb  olunur.  «Abdəsti 

pozar»  deyə  camelərə  buraxılmamağımız,  yüz 

illərdir  came  həyətlərində  təəssübkeĢlərin  sırıqlı 

süpürgələrindən  yediyimiz  zərbələr  pis  niyyətlərlə 

yaradılmıĢ bu yanlıĢ təfsirin nəticəsidir. 

Sizə  Qurani-Kərimin  ən  gözəl  surələrindən 

olan  «Kəhf»  surəsini  xatırlatmaq  istəyirəm:  bu 

gözəl  qəhvəxanada,  aramızda  Qurani-Kərim 

oxumayan  kitabsızlar  olduğuna  görə  yox,  belə 

hafizələri 

təzələmək 

üçün. 

Həmin 


surədə 

bütpərəstlər  arasında  yaĢamaqdan  bezmiĢ  yeddi 

downloaded from KitabYurdu.org



 

 

24 



 

cavandan  söhbət  açılır.  Onlar  bir  mağarada 

daldalanıb  yatırlar.  Allah  bir-bir  cavanların 

qulaqlarına möhür vurub onları düz üç yüz doqquz 

il  yatırdır.  Oyananda  aradan  bu  qədər  vaxt 

keçdiyini  həmin  yeddi  cavandan  biri  adamlar 

arasına qarıĢanda əlindəki yaramayan sikkədən baĢa 

düĢür:  cavanlar  çox  heyrətlənirlər.  Ġnsan  oğlunun 

Allaha  bağlılığından,  onun  möcüzələrindən, 

zamanın  ötəriliyindən,  dərin  yuxunun  Ģirinliyindən 

söhbət 

açan 


surənin 

istər-istəməz 

sizə 

xatırladacağım on səkkizinci ayəsində həmin yeddi 



cavanın  yatdığı  Əshabi-Kəhf  adlı  mağaranın 

giriĢində  yatan  itdən  bəhs  edilir.  Təbii  ki,  hər  kəs 

Qurani-Kərimdə  öz  adının  olmasıyla  fəxr  eləyə 

bilər. Bir it kimi həmin surəylə öyünür, deyirəm ki, 

düĢmənlərinə yava it deyən ərzurumilərin ağıllarını, 

inĢallah, baĢlarına gətirər. 

Onda  itlərə qarĢı  bu düĢmənçiliyin  əsli-əsası 

nədir? Niyə «it murdardır»  deyirsiniz, niyə evinizə 

it 

girəndə 


hər 

yeri 


baĢdan-ayağa 

silib-


süpürürsünüz?  Bizə  toxunanın  abdəsti  pozulurmu? 

Koftanızın  ucu  bir  itin  nəm  tüklərinə  azacıq 

toxunsa,  niyə  koftanı  baĢdanxarab  əsəbi  qarılar 

kimi  yeddi  kərə  yumağı  Ģərt  qoyursunuz?  Ġtin 

qazanı  yalamağına  görə  qazanın  ya  atılmalı,  ya 

qalaylanmalı olduğundan ancaq qalayçılar, bəlkə də 

piĢiklər baĢ aça bilər. 

downloaded from KitabYurdu.org




 

 

25 



 

Nə 


vaxt 

ki 


adamlar 

obalardan, 

düzəngahlardan,  köçəbəlikdən  əl  çəkib  Ģəhərə 

köçdülər,  çoban  itləri  obada  qaldı,  onda  biz  itlər 

murdar olduq. Ġslamiyyətdən əvvəl iki aydan biri it 

ayı idi. Ġndisə it oldu uğursuz. Bu axĢam bir az ibrət 

dərsi  almaq  istəyən  siz  dostlarımı  kədərləndirmək 

istəmirəm,  mən  vaiz  əfəndinin  qəhvəxanalarımızı 

söyüb-yamanlamasına hirslənirəm. 

Bu  ərzurumlu  Nüsrətin  atasının  naməlum 

olduğunu  söyləsəm,  nə  deyərlər?  Mənə  də 

demiĢdilər ki,  sən  nə  cür  itsən, ustan  qəhvəxanada 

rəsm  asıb,  hekayə  danıĢan  məddah  olduğuna  görə 

sən  onu  qorumaq  üçün,  budur  ha,  vaiz  əfəndiyə 

böhtan  atırsan.  Nə  danıĢırsınız,  böhtan  atmıram. 

Mən  qəhvəxanalarımızı  çox  sevirəm.  Bilirsinizmi 

ki,  rəsmim  belə  ucuz  kağız  üzərində  nəqĢ 

olunduğuna, ya da it olduğuma görə kədərlənmirəm 

də,  mən  sizlərlə  birgə  adam  kimi  oturub  qəhvə 

içmədiyimə  heyifsilənirəm.  Biz  qəhvəmiz  və 

qəhvəxanalarımız  üçün  ölürük...  Amma  bu  nədir 

belə... Ustam bax mənə cəzbedici qəhvə verir. «Heç 

rəsm  də  qəhvə  içərmi?»  deməyin;  baxın.  Baxın, 

köpək laqqalaqla qəhvə içir. 

Ooh, gözəl, çox yaxĢı təsir elədi, içimi isitdi, 

gözlərimi itiləĢdirdi, beynimi açdı və görün ağlıma 

downloaded from KitabYurdu.org



 

 

26 



 

nə  gəldi.  Venesiya  doçu

1

  PadĢahımızın  qızı 



Nurhəyat sultana hədiyyə kimi Çin ipəyindən, top-

top  qumaĢlardan,  üstü  mavi  çiçəkli  Çin 

köynəklərindən  baĢqa  nə  yollayıb,  bilirsinizmi? 

Tükləri  ipəkdən,  qunduz  tükündən  yumĢaq  olan 

iĢvəli  bir  firəng iti. Həmin  it  yaman  nazlıymıĢ,  bir 

də  qırmızı  ipəkdən  əlbəsəsi  varmıĢ.  Bizim 

tanıĢlardan  biri  onu  rahatlayıb,  ondan  bilirəm. 

Həmin  firəng  ölkəsində  az  qala  köpəklərin  hamısı 

bu cür əlbəsə geyərmiĢ. Orada guya kübarlar kübarı 

bir  firəng  qarısı  çılpaq  itmi  görüb,  yoxsa 

köpəyinkinimi görüb, daha onu bilmirəm, deyirlər, 

«ayy, heyvan çılpaqdı!» qıĢqıraraq yıxılıb özündən 

gedib.  

Firəng gavurlarının ölkəsində az qala hər itin 

bir sahibi varmıĢ. Zavallı itlər boyunlarında zəncir, 

ən  səfil  kölələr kimi  zəncirlənmiĢ  halda,  hərdənbir 

sürütlənə-sürütlənə 

küçələrdə 

gəzdirilirlərmiĢ. 

Həmin adamlar sonra o zavallı itləri zorla evlərinə 

soxar, hətta onları yataqlarına da salarlarmıĢ. Bir it 

o  biriylə  imsiləĢib-seviĢmək  nədi,  yanaĢı  belə 

gəzməzmiĢ.  ZəncirlənmiĢ  halda  belə  miskin 

vəziyyətləriylə  küçədə  qarĢılaĢsaydılar,  hüznlü 

gözləriylə  bir-birilərini  uzaqdan  xeyli  süzərlərmiĢ. 

                                    

1

Knyaz, hakim, hökmdar



 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə