Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə7/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   2   3   4   5   6   7   8   9   10   ...   191

 

 

27 



 

Bizim  Ġstanbul  küçələrində  sürülərlə,  dəstələrlə 

sərbəstcə  gəzən  itlər  olmağımız,  ağa  –  sahib 

tanımadan  lazım  gələndə  yol  kəsməyimiz,  kefimiz 

istəyən  isti  guĢədə  qıvrılıb,  kölgəyə  uzanıb  mıĢıl-

mıĢıl 


yatmağımız, 

istədiyimiz 

yerə 

sıçıb, 


istədiyimizi  qapmağımız  gavurların  ağıllarına 

sığıĢan  Ģeylər  deyil.  Görəsən,  bu  səbəbdənmi 

ərzurumlu  heyranlarının  Ġstanbul  küçələrində 

sədəqə  üçün  dua  oxuna-oxuna  itlərə  ət  atılmasına, 

bunun  üçün  vəqflər  qurulmasına  qarĢı  olduqları 

barədə  düĢünmədim.  Əgər  bunların  niyyəti  itlərə 

düĢmənçilikdən baĢqa xüsusi gavurluq eləməkdisə, 

it  millətinə  düĢmənçiliyin  elə  gavurluğun  özü 

olduğunu  xatırladım.  Həmin  rəzillərin,  ümidvaram 

ki,  uzaq  olmayan  edamları  vaxtı  cəllad  dostlar  – 

bəzən  ibrət  olsun  deyə  elədikləri  kimi  –  bizi  də 

parçalayıb yeməyə çağırarlar.   

Axırda da deyək ki, bundan əvvəlki sahibim 

çox  ədalətli  adam  idi.  Gecə  soyuğuna  çıxanda  iĢi 

bölüĢürdük.  Mən  hürməyə  baĢlayan  kimi  o, 

qurbanını  boğazlayar,  beləcə,  hərifin  fəryadı 

eĢidilməzdi. 

Əvəzində 

də 

cəzalandırdığı 



günahkarları  doğrayır,  qaynadır,  mənə  verirdi, 

yeyirdim.  Mən  çiy  ət  sevmirəm.  Ərzurumlu  vaizin 

cəlladı, yəqin, inĢallah, artıq bu barədə də düĢünər, 

o yaramazın ətini çiy-çiy yeyib mədəmi pozmaram.  

 

downloaded from KitabYurdu.org




 

 

28 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

downloaded from KitabYurdu.org




 

 

29 



 

 

 



downloaded from KitabYurdu.org


 

 

30 



 

4. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

 

Mənə o ağlıkəmi öldürməzdən bir azca qabaq 



belə  kiminsə  canını  alacağımı  desəydilər, 

inanmazdım. Buna görə tutduğum iĢ bəzən üfüqdə 

gözdən  itən  yad  gəmi  kimi  məndən  getdikcə 

uzaqlaĢır. Bəzən özümü heç bir cinayət iĢlətməmiĢ 

təki  də  hiss  eləyirəm.  Yazıq  Zərif  qardaĢımı  heç 

istəmədən gəbərtdiyimin  üstündən  dörd gün  keçib, 

vəziyyətə də indi-indi bir az alıĢmıĢam.  

QarĢılaĢdığım 

iyrənc 

məsələni 



adam 

öldürmədən həll eləməyi çox istərdim, amma dərhal 

da  başqa  bir  yol  olmadığını  baĢa  düĢdüm.  ĠĢi  elə 

oradaca  bitirdim;  bütün  məsuliyyəti  üstümə 

götürdüm.  Bir  ağılsızın  iftirası  üzündən  bütün 

nəqqaĢlar  cəmiyyətinin  təhlükəyə  atılmasına  izin 

vermədim. 

Bununla belə, qatilliyə alıĢmaq çətindi. Evdə 

durammıram, küçəyə çıxıram, küçədə durammıram, 

o  birinə  gedirəm,  sonra  o  küçədən  sonrakına 

gedirəm,  insanların  üzlərinə  baxdıqca  görürəm  ki, 

əllərinə 

hələ 

cinayət 


iĢlətmək 

fürsəti 


keçirmədiklərinə  görə  adamların  çoxu  özünü 

günahsız  hesab  eləyir.  Bu  kiçik  tale  və  qədər 

məsələsi üzündən adamların çoxunun məndən daha 

əxlaqlı, daha yaxĢı olduğuna inanmaq çətindi. Olsa-

olsa,  hələ  cinayət  iĢlətmədikləri  üçün  bir  az  hələ 

downloaded from KitabYurdu.org




 

 

31 



 

sadəlövh  görkəmli  olur,  bütün  səfehlər  kimi  yaxĢı 

niyyətli  görünürlər.  Gözündə  zəka  iĢıltısı,  üzündə 

ruhundan boy verən kölgə gördüyüm hər kəsin gizli 

qatil  olduğunu  baĢa  düĢmək  üçün  o  yazığı 

öldürəndən  sonra  Ġstanbul  küçələrində  dörd  gün 

gəzməyim  mənə  bəs  elədi.  Təkcə  səfehlər 

günahsızdılar. 

Bu  axĢam,  məsələn,  Əsir  bazarının 

arxasındakı  qəhvəxanada  isti  qəhvəmlə  qızınır, 

arxadakı  it  rəsminə  baxıb,  itin  danıĢdıqlarına 

hamıyla  birgə  özümü  unudub  güləndə  yanımda 

oturan  bir  hərifin  də  mənimtək  qatil  olduğu  hissi 

içimi  bürüdü.  O  da  mənim  kimi  məddaha  gülə 

bilərdi,  amma  qolunun  mənim  qolumun  böyründə 

məhrəm-məhrəm  durmasındanmı,  fincanı  tutan 

titrək  barmaqlarının  rahatsızlığındanmı,  nədənsə 

bilmirəm,  onun  da  mənim  soyumdan  olduğu 

qərarına  gəldim  və  birdən  dönüb  üzünə  dik-dik 

baxdım.  Dərhal  qorxdu,  sifəti  qıpqırmızı  qızardı. 

Qəhvə dağılanda bir tanıĢı onun qoluna girdi: 

«Artıq  Nüsrət  Xocanın  tərəfdarları  bura 

basqın eləyir», – dedi. 

Həmin  adamı  qaĢ-göz  iĢarəsiylə  susdurdu. 

Onların  qorxusu  mənə  də  sirayət  elədi.  Kimsə 

kimsəyə 


etibar 

eləmir, 


hamı 

hər 


an 

qarĢısındakından alçaqlıq gözləyir. 

downloaded from KitabYurdu.org



 

 

32 



 

Hava  daha  da  soyumuĢ,  küçələrin  künc-

bucağında,  divar  diblərində  əməlli-baĢlı  qalın  qar 

qalmıĢdı.  Zil  qaranlıqda  bədənim  dar  küçələri  hiss 

eləyə-eləyə  yolunu  tapır.  Bəzən  də  pərdələri  kip 

çəkili,  pəncərələri  qapqara  taxtayla  örtülü  evlərin 

bir yerindən içəridə hələ yanan qəndilin solğun iĢığı 

eĢiyə  sızıb,  qarda  bərq  vurur,  çox  vaxtsa  heç  bir 

iĢıq,  heç  bir  Ģey  görə  bilmirəm.  Gözətçilərin 

dəyənəklərini  daĢlara  vurmasına,  qəzəbli  it 

sürülərinin  ulamasına,  evlərin  içindən  gələn 

iniltilərə  qulaq  verib  yolumu  tapıram.  Bəzən 

gecəyarısı  Ģəhərin  dar  və  qorxulu  küçələri  qarın 

sanki  öz  içindən  sızan  möcüzəli  iĢıqla  iĢıqlanır, 

mənə  elə  gəlir  ki,  qaranlıqda,  xarabalıqlar  və 

ağaclar  arasında  yüz  illərdir  Ġstanbulu  bənzərsiz 

eləyən  qarabasmaları  görürəm.  Bəzən  də  evlərin 

içindən  bədbəxtlərin  uğultusu  gəlir;  ya  xırhaxırla 

öskürür,  ya  burunlarını  çəkir,  ya  yuxularında 

ağlayır,  qıĢqırıb-bağırırlar,  ya  da  böyürlərindəki 

uĢaqlar 

ağlayanda 

ər-arvadlar 

bir-birilərini 

boğazlamağa giriĢirlər. 

Qatil  olmamıĢdan  qabaqkı  xoĢbəxt  həyatımı 

xatırlamaq,  nəĢələnmək  üçün  bir-iki  axĢam  bu 

qəhvəxanada  məddahı  dinləməyə  gəldim.  Bütün 

ömrümü  birgə  keçirdiyim  nəqqaĢ  qardaĢlarımın 

çoxu  hər  axĢam  bura  gəlirlər.  Ta  uĢaqlıqdan  bəri 

birgə  nəqĢ  elədiyimiz  bir  ağlıkəmə  qıyandan  bəri 

downloaded from KitabYurdu.org




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə