Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə8/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   4   5   6   7   8   9   10   11   ...   191

 

 

33 



 

artıq  heç  birini  görmək  istəmirəm.  Bir-birilərini 

görüb,  dedi-qodu  eləmədən  bir  iĢ  görə  bilməyən 

qardaĢlarımın  həyatında,  buradakı  rəzil  əyləncə 

havasında  məni  utandıran  çox  Ģey  var.  Məni 

yekəxana hesab eləyib iynələməsinlər deyə məddah 

üçün  bir-iki  rəsm  də  mən  çəkdim,  amma  bu 

rəsmlərin  dostlarımın  qısqanclığının  qabağını 

alacağına da inanmadım. 

         Amma  qısqanmaqda  çox  haqlıdırlar.  Rəng 

qarıĢdırmaqda, 

cədvəl 


hazırlamaqda, 

səhifə 


bəzəməkdə,  mövzu  seçməkdə,  üz  çəkməkdə, 

kütləvi  savaĢ  və  ov  məclislərini  yerləĢdirməkdə, 

heyvanları,  padĢahları,  gəmiləri,  atları,  savaĢçıları, 

aĢıqları  rəsm  eləməkdə,  nəqĢin  içinə  ruhun  Ģeirini 

tökməkdə, hətta  qızıl  suyuna  çəkməkdə  də  ən  usta 

mənəm  axı.  Bunu  sizə  öyünmək  üçün  yox,  məni 

baĢa  düĢməyiniz  üçün  söyləyirəm.  Qısqanclıq  – 

zaman keçdikcə usta nəqqaşın həyatında mütləq bir 

şeyə çevrilir. 

         Rahatsızlıqdan  getdikcə  uzanan  gəzintilərin 

ortasında  bəzən  sadəlövh,  bəzən  məsum  din 

qardaĢlarımdan  biriylə  göz-gözə  gəlirəm,  birdən 

içimdə  bu  qəribə  düĢüncə  baĢ  qaldırır:  indi  qatil 

olduğumu  fikirləĢsəm,  qarĢımdakı  bunu  üzümdən 

anlayacaq. 

Beləcə,  dərhal  özümü  baĢqa  Ģeylər  barədə 

düĢünməyə  məcbur  eləyirəm:  lap  ilk  gənclik 

downloaded from KitabYurdu.org




 

 

34 



 

illərimdə  namaz  qılanda  qadınlar  haqqında 

fikirləĢməmək  üçün  utanc  içində  qıvrıla-qıvrıla 

özümü  məcbur  elədiyim  kimi.  Amma  ikiləĢməyi 

ağlımdan  heç  cür  çıxara  bilmədiyim  o  gənclik 

böhranlarının əksinə olaraq, indi işlətdiyim cinayəti 



unuda bilirəm. 

Dərk 


eləyirsiniz 

ki, 


bütün 

bunları 


vəziyyətimlə bağlı olduğu üçün danıĢıram. Bir Ģeyi 

ağlımdan  belə  keçirsəm,  hər  Ģeyi  baĢa  düĢərsiniz. 

Bu  da  məni  aranızda  xəyal  kimi  gəzən  adsız, 

Ģəxsiyyətsiz  qatil  olmaqdan  çıxarır,  yaxasını  ələ 

vermiĢ,  üzü  bəlli  olan,  boynu  vurulacaq  adi 

günahkar  vəziyyətinə  salır.  Ġzin  verin  ki,  hər  Ģeyi 

düĢünməyim,  özüm  üçün  bəzi  Ģeyləri  gizlədim: 

sizin  kimi  nəcib  adamlar  da  ayaq  izlərinə  baxıb 

oğrunu  tapan  kimi,  sözlərimdən  və  rənglərimdən 

mənim kim olduğumu aĢkara çıxarmağa çalıĢsınlar. 

Bu  da  bizi  indi  çox  dəbdə  olan  üslub  məsələsinə 

gətirib  çıxarır:  nəqqaşın  şəxsi  üsulu,  özünəməxsus 



rəngi, səsi varmı, olmalıdımı? 

Ustalar  ustası,  nəqĢin  piri  Behzadın  bir 

rəsmini götürək. Cinayət rəsmi olduğu üçün özündə 

üslubu  da  ehtiva  edən  bu  möcüzəli  Ģey  mənim 

vəziyyətimə  də    uyğun  gəlirdi.  Rəhmsiz  taxt 

davasında  öldürülmüĢ  bir  Əcəm  Ģahzadəsinin 

kitabxanasından  çıxmıĢ  Herat  iĢi  olan  doxsanillik 

bir  qüsursuz  kitabın  Xosrov  və  ġirinin  hekayəsini 

downloaded from KitabYurdu.org



 

 

35 



 

səhifələrində  nəql  elədiyi  ilə  nə  vaxtsa 

rastlaĢmıĢdım. Xosrov və ġirinin sonunu bilirsiniz; 

Firdovsinin yox, Nizaminin nəql elədiyini deyirəm: 

Ġki  aĢiq  nə  macəralar  və  fırtınalardan  sonra 

evlənir,  amma  Xosrovun  əvvəlki  arvadından  olan 

oğlu  gənc  ġiruyə  Ģeytana  oxĢayır,  onları  rahat 

buraxmır.  Həmin  Ģahzadənin  atasının  taxtında  və 

gənc  arvadı  ġirində  gözü  var.  Nizaminin  «Ağzı 

Ģirlər  kimi  pis  qoxuyardı»  dediyi  ġiruyə  bir  yol 

tapır,  atasını  əsir  alıb  taxtında  oturur.  Bir  gecə 

atasının  ġirinlə  yatdığı  otağa  girir,  qaranlıqda  ora-

bura  toxuna-toxuna  onları  yataqda  tapır,  xəncərini 

atasının ciyərinə sancır. Atasının qanı səhərə qədər 

axacaq,  yanında  rahatca  uyuyan  gözəl  ġirinlə 

yatdıqları yataqda öləcək. 

Böyük  Ustad  Behzadın  rəsmi  bu  hekayə 

qədər  illərdən  bəri  içimdəki  əsl  qorxunu  da  üzə 

çıxarırdı:  gecəyarısı  qaranlıqda  oyanıb  göz  gözü 

görməyən  otaqda  taqqıltı  salan  baĢqa  adamın 

olduğunu  bilməyin  dəhĢəti!  O  baĢqa  adamın  bir 

əlində  xəncər  olduğunu,  o  biri  əliylə  sizin 

boğazınızdan  yapıĢdığını  təsəvvürünüzə  gətirin. 

Otağın  zərif  naxıĢlar  çəkilmiĢ  divarı.  Pəncərə  və 

çərçivə  naxıĢlarının,  sıxılmıĢ  xirtdəyinizdən  çıxan 

səssiz  fəryad  rəngindəki  qırmızı  xalının  ilmə  və 

düyünlərinin,  qatilinizin  sizi  öldürəndə  yalın  və 

iyrənc  ayağıyla  heyfi  gəlmədən  basdığı  tayı-

downloaded from KitabYurdu.org



 

 

36 



 

bərabəri  olmayan  yorğana  ağlagəlməz  zərifliklə, 

nəĢəylə  iĢlənmiĢ  sarı  və  bənövĢəyi  çiçəklərin 

hamısı  eyni  məqsədə  xidmət  eləyir:  bir  yandan 

baxdığınız rəsmin gözəlliyini nümayiĢ etdirir, o biri 

yandan  da  içində  öldüyünüz  otağın,  artıq  tərk 

elədiyiniz  dünyanın  nə  qədər  gözəl  yer  olduğunu 

xatırladır.  Rəsmə  baxanda  –  rəsmin  və  dünyanın 

gözəlliyinin sizin ölümünüzə etinasızlığı, yanınızda 

arvadınız  da  olsa,  öləndə  tək-tənha  olmağınız  – 

beynimizi dəng eləyən əsl mənanı tapırsan.  

«Behzadındı»,  –  iyirmi  il  qabaq  titrəyən 

əllərindəki  kitaba  mənimlə  birgə  baxan  usta 

demiĢdi.  Üz-gözü  baĢımız  üstündəki  Ģamdan  yox, 

görmə  zövqündən  iĢıqlanmıĢdı.  «O  qədər 

Behzadındı ki, imzaya ehtiyac yoxdu». 

Behzad  da  bunu  bildiyinə  görə  imzasını 

rəsmin  gizli  bir  guĢəsinə  belə  atmamıĢdı.  Ġxtiyar 

qocaya  görə,  Behzadın  bu  əməlində  abır və sıxıntı 

vardı.  Əsl  hünər  və  ustalıq  həm  bənzərsiz  möcüzə 



rəsm  eləmək,  həm  də  həmin  möcüzədə  nəqqaşın 

kimliyini ələ verən bir iz buraxmamaqdı. 

Biçarə  qurbanımı  can  hövlüylə,  bildiyim 

kimi  və  kodud  üsulla  öldürdüm.  Əsərimdən  məni 

ələ  verəcək  insani  hər  hansı  iz  qalıb-qalmadığını 

araĢdırmaq üçün gecələr bu yanğın yerinə gəldikcə 

üslub  məsələləri  beynimə  daha  çox  girməyə 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə