Orxan pamuk məNİm adim qirmizi



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə32/191
tarix26.08.2018
ölçüsü3,5 Mb.
#64707
1   ...   28   29   30   31   32   33   34   35   ...   191

 

 

136 



 

piĢtaxtalarla  kərəvizlərin  durduğu  yerdən  tamaĢa 

eləyib  çəkərdilər.  Bu  gün  firəng  ustadlarının 

məğrurcasına  öyündüyü  perspektiv  üsulundan  da 

xəbərsiz olduqlarına görə bu, onların aləmini itin və 

kərəvizin  görə  biləcəyi  qədər  məhdud  və  dar 

eləyirdi.  Sonra  bir  Ģey  baĢ  verdi,  bütün  nəqĢ 

aləmimiz  dəyiĢdi.  Sizə  oradan  baĢlayıb  məlumat 

verim. 

 

ÜÇ NAXIġ VƏ ZAMAN HEKAYƏSĠ 



 

ƏLĠF 


 

Bundan  üç  yüz  əlli  il  qabaq  Bağdad 

monqolların  əlinə  düĢüb  rəhmsizcəsinə  talandığı 

soyuq  fevral  günü  Ġbn  ġakir  yalnız  bütün  ərəb 

aləminin deyil, bütün Ġslamın ən adlı-sanlı, ən usta 

xəttatıydı.  Cavan  olmasına  baxmayaraq,  Bağdadın 

dünyada  məĢhur  kitabxanalarında  onun  yazdığı, 

əksəriyyəti  Qurani-Kərim  olan  çoxlu  kitab  vardı. 

Həmin  kitabların  qiyamətə  qədər  qalacağına 

inandığına  görə  Ġbn  ġakir  dərin  və  sonsuz  zaman 

fikriylə  yaĢayırdı.  Bir  neçə  gün  ərzində  monqol 

xaqanı  Hülakünün  əsgərləri  tərəfindən  hamısı 

vərəq-vərəq  cırılıb,  parçalanıb,  yandırılıb  Dəclənin 

sularına  atılan,  bu  gün  məlum  olmayan  həmin 

əfsanəvi  kitablardan  sonuncusu  üçün  bütün  gecəni 

downloaded from KitabYurdu.org




 

 

137 



 

Ģamların titrək iĢığında qəhrəmancasına çalıĢmıĢdı. 

GünəĢin  doğmasına  arxasını  çevirib  günbatana, 

üfüqə baxmağın ənənəyə və kitabların ölümsüzlüyü 

fikrinə sadiq ustad ərəb xəttatlarının beĢ əsrdən bəri 

korluğa  qarĢı  gözü  dincəltmək  üçün  müraciət 

elədikləri  yol  olduğuna  görə  Ġbn  ġakir  səhərin 

sərinliyində Xəlifə camesinin minarəsinə çıxdı, beĢ 

yüz ildən bəri mövcud olan bütöv bir yazı ənənəsini 

axıra  çatdıracaq  hər  Ģeyi  əvvəlcə  Ģərəfədən  gördü. 

Qabaqca  Hülakünün  qəddar  əsgərlərinin  Bağdada 

girməsini  görüb  minarənin  baĢında  qaldı.  Bütün 

Ģəhərin talanıb yandırılmasını, yüz minlərlə adamın 

qılıncdan  keçirilməsini,  beĢ  yüz  ildən  bəri 

Bağdadda  hökm  sürən  Ġslam  xəlifələrinin 

sonuncusunun  öldürüldüyünü,  qadının  namusuna 

toxunulduğunu,  kitabxanaların  yandırılmasını,  on 

minlərlə  cild  kitabın  Dəcləyə  atılmasını  gördü.  Ġki 

gün  sonra  cəsəd  qoxuları  və  ölüm  fəryadları 

içərisində  atılan  kitablardan  çıxan  mürəkkəbin 

rəngiylə  qırmızıya  çalan  Dəclənin  sularına  tamaĢa 

eləyəndə  gözəl  yazıyla  yazdığı, indi  yox olmuĢ  bu 

qədər  cildin  bu  dəhĢətli  qətliam  və  təxribatın 

qarĢısının  alınmasına  heç  yaramadığı  barədə 

düĢünüb  bir  daha  yazı  yazmamağa  and  içdi. 

Sonrasa ürəyindən o günə qədər Allaha etiraz hesab 

eləyib  saya  almadığı  rəsm  sənətiylə  dərdini  və 

gördüyü  fəlakəti  ifadə  eləmək  keçdi,  həmiĢə 

downloaded from KitabYurdu.org



 

 

138 



 

yanında gəzdirdiyi kağızda minarədən gördüklərini 

çəkdi. Monqol istilasından sonra İslam rəsminin üç 

yüz  il  sürən  gücünü,  onu  bütpərəstlərin  və 

xristianların rəsmindən fərqləndirən şeyi  Allahın 

gördüyü  yerdən,  yuxarıdan  üfüq  cizgisiylə  cızılıb, 

səmimi  kədərlə  rəsm  edilməsini  həmin  xoşbəxt 

möcüzəyə  bağlamaq  olar.  Bir  də  Ġbn  ġakirin 

qətliamdan  sonra  əlindəki  rəsmlər  və  ürəyindəki 

nəqĢ  əzmiylə  quzeyə,  monqol  ordularının  gəldiyi 

tərəfə  gedib  çinli  ustaların  rəsmini  öyrənməsinə... 

Beləcə,  beĢ  yüz  ildən  bəri  ərəb  xəttatlarının 

könlündə  yatan  sonsuz  zaman  fikrinin  yazıda  yox, 

rəsmdə  gerçəkləşəcəyi  məlum  oldu.  Bunun  isbatı 

kitabların,  cildlərin  parçalanıb  yox  olması,  amma 

içindəki  rəsmli  səhifələrin,  baĢqa  kitabların,  baĢqa 

cildlərin  içində  sonsuzluğa  qədər  yaĢayıb,  Allahın 

aləmini göstərməyə davam eləməsidi. 

 

BE 



 

         Hər Ģeyin hər Ģeyi təkrar elədiyi, buna görə də 

qocalıb  ölmək  olmasa,  insanın  zaman  deyilən  bir 

Ģeyin  mövcudluğunu  qətiyyən  sezə  bilmədiyi, 

aləmin  də  zaman  heç  yoxmuĢ  kimi  eyni  hekayələr 

və rəsmlərlə rəsm edildiyi həm qədim, həm yeni bir 

zamanda Fahir Ģahın kiçik ordusu Səlahəddin xanın 

əsgərlərini,  səmərqəndli  Səlimin  qısa  tarixində  də 

downloaded from KitabYurdu.org



 

 

139 



 

söz açdığı kimi, «pəriĢan» elədi. Müzəffər Fahir Ģah 

əsir  aldığı  Səlahəddin  xanı  iĢgəncəylə  öldürəndən 

sonra, ənənəyə görə, əvvəlcə öz möhürünü vurmaq 

üçün  rəhmətliyin  kitabxanasına  və  hərəmxanasına 

baĢ  çəkdi.  Kitabxanada  təcrübəli  cildçisi  ölmüĢ 

Ģahın  kitablarını  parçalayıb,  səhifələrini  qarıĢdırıb, 

yeni  cildlər  düzəltməyə  baĢladılar.  Eyni  zamanda 

xəttatları  xütbələrdəki  «hər  zaman  qalib» 

Səlahəddin  xanın  adını  «müzəffər»  Fahir  Ģahın 

adıyla dəyiĢdirməyə, nəqqaĢları kitabların ən gözəl 

rəsmlərinə  ustalıqla  iĢlənmiĢ  rəhmətlik  Səlahəddin 

xanın  indidən  unudulmağa  baĢlamıĢ  üzünü  silib, 

yerinə  Fahir  Ģahın  daha  cavan  sifətini  çəkməyə 

giriĢdilər. Hərəmxanaya girəndə Fahir Ģah ən gözəl 

qadını  dərhal  tapmaqda  heç  bir  çətinlik  çəkmədi, 

amma  ona  zorla  sahib  olmaq  əvəzinə,  kitabdan  və 

nəqĢdən  baĢ  çıxaran  incə  bir  adam  olduğuna  görə 

könlünə  girməyə  qərar  verib  onunla  söhbət  elədi. 

Beləcə, rəhmətlik Səlahəddin xanın gözəllər gözəli 

və gözüyaĢlı arvadı Nəriman sultan yeni əri olacaq 

Fahir  Ģahdan  bircə  Ģey  istədi.  Ġstəyi  Leyliylə 

Məcnunun  eĢqindən  bəhs  eləyən  bir  kitabda  Leyli 

kimi çəkilmiĢ Nəriman sultanın qarĢısında Məcnun 

sifətində  təsvir  edilmiĢ  Səlahəddin  xanın  üzünün 

pozulub  silinməməsiydi.  Ərinin  illərdən  bəri 

hazırlatdığı  kitablar  vasitəsilə  əldə  eləməyə 

çalıĢdığı  əbədiyyət  haqqı  heç  olmasa  bir  səhifədə 

downloaded from KitabYurdu.org



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə