234
«Qılınclamı?»
«Qılıncla».
«Ruhları gəzirmi?»
«Bilmirəm. Kitablara görə, gəzməlidi».
«Hasan əminin bir qızıl qılıncı var,
toxunduğunu kəsir. Bir də yaqutlu xəncəri var.
Atamı sənmi öldürdün?»
BaĢımla nə «hə», nə «yox» kimi baĢa
düĢüləcək hərəkət elədim. «Atanın öldüyünü sən nə
bilirsən?»
«Anam dünən elə dedi. Artıq qayıtmayacaq.
Yuxusunda görüb».
Miskin şəxsi mənfəətlərimiz, alovlanıb yanan
şəhvət duyğularımız və bizi sınıq qəlbli adama
çevirən eşqimiz üçün görməyə hazırlaşdığımız
yaramaz işləri fürsət düşsə, daha uca məqsəd üçün
görmək istəyirik, mən də bu yetimlərin atası olmağa
elə o anda yenə də qərar verdim, evə qayıdanda
yazısını və rəsmlərini tamamlamalı olduğum kitab
barədə danıĢan babasını buna görə də daha diqqətlə
dinlədim.
ƏniĢtəmin mənə göstərdiyi rəsmlərdən
baĢlayaq, məsələn, atdan: bu rəsmdə insan
olmamasına və atın ətrafının boĢaldılmasına
baxmayaraq, deyə bilmirdim ki, bu yalnız at
rəsmidi. At oradaydı, amma tamamilə aydın idi ki,
minicisi də qırağa getmiĢdi, ya da, kim bilir, arxa
downloaded from KitabYurdu.org
235
tərəflərdə Qəzvin üsuluyla çəkilmiĢ kolluğun
içindən çıxacaqdı. Bunu da istər-istəməz atın
belindəki yəhərdən və üzərinə iĢlənmiĢ bəylik
naxıĢlarından baĢa düĢürdüm. Bəlkə də atın lap
yanında qılınclı adamlar peyda olmaq üzrəydi.
Məlumdu ki, ƏniĢtə nəqqaĢxanadan gizlincə
çağırdığı usta nəqqaĢdan at rəsmi çəkməsini
istəmiĢdi. Gecə gələn nəqqaĢ yaddaĢındakı eynilə
qəlib kimi qalan at rəsmini ancaq bir hekayənin
parçası kimi əzbərdən çəkməyə baĢlayıb, kağıza
köçürə bildiyinə görə rəsmi eləcə də iĢləyib.
NəqqaĢın bir çox oxĢarını min dəfələrlə gördüyü,
savaĢ vəziyyətlərindən, eĢq məclislərindən çıxma at
rəsminin bir yerində əniĢtəm firəng ustadlarının
üsullarından təsirlənib nəqqaĢa təlqin eləyirdi:
məsələn, «Süvarini çəkmə», – deyirdi. «Ora da
ağac çək. Amma arxada, həm də kiçik olsun».
Gecə gəlmiĢ nəqqaĢ kitabxananın arxasında
əniĢtəmlə birgə oturur, alıĢdığı, əzbərlədiyi
məclislərin heç birinə oxĢamayan bu qəribə
qaydadankənar rəsmi əniĢtəm hər birinə görə ona
yaxĢı pul verdiyi və açığı, bu qəribə naxıĢ cəlbedici
olduğundan Ģam iĢığında həvəslə çəkirdi. Amma
eynilə əniĢtəm kimi, bu nəqqaĢ da at rəsminin hansı
hekayəni bəzəyib rəsmlədiyini müəyyən nöqtədən
sonra dərk eləyə bilmirdi. ƏniĢtəmin məndən
gözlədiyi Ģey bu yarı Venesiya, yarı Əcəm tərzində
downloaded from KitabYurdu.org
236
rəsmlərə baxıb, onlara uyğun hekayəni qarĢısındakı
səhifəyə yazmaq idi. ġəkurəni əldə eləmək üçün
həmin hekayələri mütləq yazmalıydım, amma
ağlıma məddahın qəhvəxanada danıĢdıqlarından
baĢqa heç bir Ģey gəlmirdi.
23. MƏNƏ QATİL DEYƏCƏKLƏR
Çıq-çıq çıqqıldayan çarxlı saatım axĢam
vaxtını göstərirdi, hələ azan verilməmiĢdi, amma
rəhləmin böyründəki Ģamı çoxdan söndürmüĢdüm.
Qara HasanpaĢa mürəkkəbinə batırıb yaxĢı
aharlanmıĢ, gözəl cilalanmıĢ kağız üzərində sürətlə
gəzdirdiyim qələmimlə nəĢəxor rəsmini əzbərdən
downloaded from KitabYurdu.org
237
tez-tələsik çəkib bitirmiĢdim ki, içimdə hər axĢam
məni küçələrə çağıran o səsi eĢitdim. Amma özümü
saxladım. AxĢam küçəyə çıxmayıb, evdə iĢləməkdə
o qədər qərarlıydım ki, bir ara qapını içəridən
bağlamağı belə sınaqdan keçirmiĢdim.
Tələm-tələsik çəkdiyim bu kitabı səhər hələ
heç kəs oyanmamıĢ düz Qalatadan gəlib qapını
döyən bir erməni sifariĢ elədi. Pəltək olduğu halda
tərcüməçilik, bələdçilik eləyən həmin adam firəng-
italyan səyyahları qiyafətnamə istəyən kimi dərhal
məni tapır, həm də əməlli-baĢlı alverə giriĢir. Səhər
iyirmi rəsmlik ortabab qiyafətnamə üçün yüz iyirmi
ağcaya razılaĢdığımıza görə axĢam azanı vaxtı bir
oturumda Ġstanbuldakı bir düjün adamı qiyafələrinə
etina
və
diqqət
göstərə-göstərə
çəkdim:
ġeyxülislam, qapıçıbaĢı, imam, yeniçəri, dərviĢ,
sipahi, qazı, ciyərçi, cəllad – cəlladın iĢgəncə verən
vaxt çəkilməsi çox məqbuldu – dilənçi, hamama
gedən qarı, nəĢəxor. Üç-beĢ ağca artıq qazanmaq
üçün belə kitablardan o qədər çox çəkmiĢəm ki, bu
rəsmləri çəkəndə darıxmamaq üçün öz-özümə
«yox, qazını fırçamın ucunu kağızdan heç
qaldırmadan cızacağam, yox, dilənçini gözüyumulu
çəkəcəyəm» kimi oyunlar oynayıram.
Bütün quldurlar, Ģairlər, kədərli adamlar
axĢam azanı oxunanda içlərindəki cinlərin və
Ģeytanların hamısı birgə təpinib, qazan qaldırıb hey
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |