10
2. MƏNİM ADIM QARADIR
Ġstanbula, doğulub-böyüdüyüm Ģəhərə yuxu
gəzərgisi kimi gəldim. Ölümü yaxınlaĢan kəslər
üçün «torpaq çəkdi» deyərlər, məni də ölüm
çəkmiĢdi. ġəhərə girəndə, hər Ģeydən əvvəl, təkcə
ölümün olduğunu güman eləmiĢdim, sonra eĢqlə
qarĢılaĢdım. Amma eĢq həmin məqamda, Ġstanbula
ilk dəfə girəndə Ģəhərdəki xatirələrim qədər uzaq və
unudulmuĢ bir Ģey idi. On il qabaq Ġstanbulda
xalamın uĢaq yaĢındakı qızına aĢiq olmuĢdum.
Ġstanbuldan çıxıb gedəndən yalnız dörd il
sonra, Əcəm
1
ölkəsinin bitib-tükənməz bozqırında,
qarlı dağlarında və kədərli Ģəhərlərində gəzib,
məktub daĢıyıb, vergi toplayanda Ġstanbulda qalan
körpə sevgilimin üzünü yavaĢ-yavaĢ unutduğumu
baĢa düĢdüm. Xəyala qapılıb həmin üzü
xatırlamağa çox cəhd elədim, amma nə qədər çox
sevir-sevsin,
insanın
heç
görmədiyi
üzü
unudacağını da dərk elədim. Doğuda katiblik və
səfər eləməklə paĢaların xidmətində keçirdiyim
illərin altıncısında artıq xəyalımda canlandırdığım
üzün Ġstanbuldakı sevgilimin üzü olmadığını
bilirdim. Altıncı ildə səhv xatırladığım üzü daha
1
Səfəvi məmləkəti
downloaded from KitabYurdu.org
11
sonra, səkkizinci ildə bir daha unudub, yenə tamam
baĢqa bir Ģey kimi xatırladığımı da anlayırdım. On
iki il sonra, otuz altı yaşımda şəhərimə geri
qayıdanda sevgilimin üzünü belə-belə çoxdan
unutduğumu acı-acı başa düşdüm.
Dostlarımın, qohumlarımın, məhəlləmizdəki
tanıĢlarımın çoxu bu on iki ildə ölmüĢdülər. Xalicə
baxan qəbiristanlığa getdim, anam və mən burada
olmayanda ölən əmilərim üçün dua elədim. Palçıqlı
torpağın qoxusu xatirələrimə qarıĢdı: bir nəfər
anamın qəbrinin böyründə kuzə sındırmıĢdı,
nədənsə kiçik parçalara baxanda ağlamağa
baĢladım. Ölülərəmi gözyaĢı tökürdüm, ya neçə
illərdən sonra qəribə tərzdə hələ sağ-salamat
olmağım, yoxsa tamamliə əksini sezdiyim,
səfərimin baĢa çatdığını hiss elədiyim üçünmü
ağlayırdım, bilmirəm. Açıq-aĢkar qar yağmağa
baĢlamıĢdı. Gözlərimi ora-bura sovrulan tək-tük
dənələrə zilləyib fikrə getmiĢ, öz həyatımın
gizlinləri içində yolumu itirmiĢdim ki, gördüm
qəbiristanlığın qaranlıq guĢəsindən qara bir it mənə
baxır.
Göz yaĢlarım dondu. Burnumu sildim. Qara
itin mənə dostcasına quyruğunu buladığını görüb
qəbiristanlıqdan
çıxdım.
Daha
sonra
ata
qohumlarımdan birinin çoxdan yaĢadığı evlərdən
birini kirayələyib məhəllədə məskən saldım. Ev
downloaded from KitabYurdu.org
12
sahibəsi olan qadın məni savaĢda Səfəvi
əsgərlərinin öldürdüyü oğluna oxĢatdı. Otağımı
yığıĢdıracaq, yeməyimi hazırlayacaqdı.
Elə bil Ġstanbulda yox, dünyanın o baĢındakı
ərəb Ģəhərlərindən birində müvəqqəti olaraq
yerləĢmiĢdim, Ģəhər necə yer olduğuyla maraqlanan
adam kimi küçələrə çıxdım, uzun-uzadı, doyunca
gəzdim. Küçələrmi daralmıĢdı, yoxsa mənəmi elə
gəlirdi? Bəzi yerlərdə bir-birinə doğru uzanmıĢ
evlərin arasına sığınmıĢ küçələrdə belləri yüklü
atlara dəyməmək üçün divarlara, qapılara qısıla-
qısıla yerimək məcburiyyətində qaldım. Varlılar da
artmıĢdı, yoxsa mənmi belə düĢünürdüm?
Heyrətamiz bir araba gördüm, beləsi nə
Ərəbistanda, nə də Əcəm ölkəsində vardı; məğrur
atların çəkdiyi qalaya oxĢayırdı. ÇəmbərlidaĢın
Toyuqbazarından gələn pis qoxusunun içində bir-
birinə qarıĢmıĢ, cır-cındır içində arsız dilənçilər
gördüm. Biri kor idi, yağan qara baxıb
gülümsəyirdi.
Desəydilər, əvvəllər Ġstanbul daha yoxsul,
daha kiçik, daha xoĢbəxt idi, bəlkə inanmazdım,
amma qəlbim belə deyirdi. Çünki geridə qalan
sevgilimin evi yerli-yerində, cökə və Ģabalıd
ağaclarının arasındaydı, amma qapıdan soruĢdum,
downloaded from KitabYurdu.org
13
artıq orada bir baĢqası yaĢayırdı. Sevgilimin anası –
xalam ölüb, əniĢtəmlə
1
qızı köçüb (belə
vəziyyətlərdə ürəyinizi və xəyallarınızı necə də
rəhmsizcəsinə qırdıqlarını qətiyyən baĢa düĢməyən
qapıdakı adamların söylədikləri kimi), baĢlarına
bəzi fəlakətlər gəlmiĢdi. Sizə indi bunlardan söhbət
açmayım, köhnə həyətdəki cökə ağacının
budaqlarından kiçik barmağım böyüklüyündə buz
parçaları sallandığından, isti, yamyaĢıl və günəĢli
yaz günlərini xatırladığım həyətin kədərdən, qardan
və baxımsızlıqdan insanın ağlına ölümü saldığından
deyim.
Qohumlarımın baĢlarına gələnlərin bir
qismini, əslində, əniĢtəmin mənə, Təbrizə yolladığı
məktubdan bilirdim. Həmin məktubda əniĢtəm
məni Ġstanbula çağırmıĢ, PadĢahımız üçün gizli bir
kitab hazırladığını, mənim ona kömək eləməyimi
istədiyini yazmıĢdı. Mənim bir vaxtlar Təbrizdə
Osmanlı paĢaları, valilər, Ġstanbuldakı sifariĢçilər
üçün kitablar hazırlatdığımı əniĢtəm eĢitmiĢdi.
Təbrizdə gördüyüm iĢ – kitab sifariĢ eləyən
ricaçılardan beh pul alıb, savaĢlardan və Osmanlı
əsgərindən Ģikayətçi nəqqaĢlardan, xəttatlardan hələ
Ģəhəri tərk eləyib Qəzvinə və digər Əcəm
1
Yeznə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |