161
kimi hamıya söylədiyim nəqarəti əzbərdən dedim.
Üzümə elə baxırdı ki, ona yazığım gəldi. Mənə
verdiyi
məktubu
«tələm-tələsik»
ġəkurəyə
aparmağımı tapĢırdı. Bütün səfehlər eĢqlərində
sanki çox məxsusi tələskənlik tələb eləyən
vəziyyətin olduğunu fikirləĢib, sevgisinin Ģiddətini
üzə çıxarıb aĢiqlərinin əlinə silah verir: onlar da
ağıllıdılarsa, cavabı gecikdirirlər. Nəticə: eşqdə
tələskənlik işləri gecikdirir.
Buna görə Qara əfəndi «tələs, tələs» deyə
verdiyi məktubu əvvəlcə baĢqa bir yerə apardığımı
bilsəydi, mənə Ģükür eləyərdi. ÇarĢı yerində onu
uzun-uzadı
gözləyəndə donmuĢdum. Dedim,
isinmək üçün əvvəlcə yolumun üstündəki
övladlarımın birinin yanına gedərəm. Mən
məktubunu daĢıyıb, öz əlimlə evləndirdiyim
qızlarıma «övladım» deyirəm. Bu yassar qız mənə
elə minnətdardı ki, hər dəfə gələndə pərvanə kimi
baĢıma dolanmaqdan baĢqa, əlimə bir neçə ağca da
dürtür. HamiləymiĢ, sevincliydi. Cökə qaynatdı,
ləzzət ala-ala içdim. Tək qalanda Qara əfəndinin
verdiyi pulları da saydım. Ġyirmi ağcaydı.
Yenə yola düzəldim. Ara küçələrdən, palçığı
donub keçilməz hala düĢmüĢ miskin keçidlərdən
keçdim. Evin qapısını döyəndə zarafatcıllığım
tutdu, qıĢqırdım.
downloaded from KitabYurdu.org
162
«Boğçaçı gəldi, boğçaçı», – dedim. «PadĢaha layiq,
ən əlasından rəqsbəndim var, KəĢmirdən gətirilmiĢ
möcüzə Ģallarım, Bursa məxmərindən qurĢaqlığım,
ən yaxĢısından, qırağı ipəkli Misir çitindən
köynəkliyim, naxıĢ-naxıĢ tülbənddən örtüklərim,
döĢək və yataq mələfələrim, rəngarəng yaylıqlarım
var, boğçaçı!»
Qapı açıldı, içəri girdim. HəmiĢəki kimi ev
yataq, yuxu, qızarmıĢ yağ və nəm qoxuyurdu.
Qocalmağa doğru gedən subay kiĢilərin o dəhĢətli
qoxusunu.
«BoĢboğaz», – dedi. «Niyə bağırırsan?»
Heç bir Ģey demədən çıxarıb məktubu
verdim. Yarıqaranlıq otaqda kölgə kimi yaxınlaĢıb
bir anda onu əlimdən qapdı. Yan otağa keçdi, orada
yanan bir lampa varıydı. Qapının ağzında
dayandım.
«Atan əfəndi yoxdumu?» – dedim.
Cavab vermədi, özünü unudub məktubu
oxuyurdu. Ġmkan verdim ki, oxusun. Lampa
arxasında olduğu üçün üzünü heç görə bilmirdim.
Məktubu baĢa vuran kimi bir də oxumağa baĢladı.
«Hə, – dedim, – nə yazıb?»
Hasan oxudu:
«Sevgilim Şəkurə xanım. Mən də illər boyu
bircə adamın xəyalıyla yaşadığıma görə ərini
gözləməyini, ondan başqa heç kəsin barəsində
downloaded from KitabYurdu.org
163
düşünməməyini təqdir eləyir, anlayıram. Sənin kimi
bir qadından dürüstlük və iffətdən başqa nə
gözləmək olar ki (Hasan qəhqəhə çəkdi). Amma
naxış üçün atanı görməyə gəlməyim sənə təcavüz
eləmək deyil. Bu heç ağlımdan da keçmir. Səndən
işarə, üstəlik cəsarət aldığımı heç qabardan da
deyiləm. Üzün pəncərədə nur kimi görünəndə
bunun Allahın mənə lütfü olduğundan başqa bir şey
düşünmədim. Çünki sənin üzünü görmək xoşbəxtliyi
mənə bəs elər («Burasını Nizamidən çırpıĢdırıb»,
orada qəzəblə qeyd elədi). Amma bir halda ki, mənə
yaxınlaşma deyirsən, de görüm, mələksənmi ki,
sənə yaxınlaşmaq qorxulu olsun? Dinlə məni, bunu
dinlə: gecəyarıları ümidsiz xan nökəriylə edamdan
qaçan quldurlardan başqa kimsələrin qonaq
qalmadığı,
lənətli
karvansarayların
pəncərələrindən çılpaq dağlara düşən Ay işığına
tamaşa eləyə-eləyə, məndən də bəxtsiz olan
yalquzaqların ulartılarını dinləyə-dinləyə yatmağa
çalışanda düşünürdüm ki, bir gün qəfildən mənə elə
o pəncərədə göründüyün kimi görünəcəksən. Dinlə:
indi kitab üçün babanın yanına geri qayıdanda
uşaq vaxtı çəkdiyim rəsmi mənə geri qaytarırsan.
Bilirəm, bu, məndən ötrü səni tapdığımın əlamətidi.
Ölümün əlaməti deyil. Oğullarından birini, Orxanı
gördüm. Yazıq yetim. Onun atası olacağam!»
downloaded from KitabYurdu.org
164
«MaĢallah, yaxĢı yazıb, – dedim, – bu, Ģair
olub».
«Mələksənmi ki, sənə yaxınlaşmaq qorxulu
olsun», – dedi. «Həmin sözü Ġbn Zərkanidən
çırpıĢdırıb. Mən daha yaxĢı yazaram». Cibindən öz
məktubunu da çıxartdı. «Al, bunu ġəkurəyə apar».
Məktublarla birgə verdiyi pul ilk dəfə məni
narahat elədi. Bu adamın cavab ala bilmədiyi
eĢqinə çılğınlıqla bağlanmasında diksindirici bir Ģey
hiss elədim. Hasan sanki sezdiklərimi təsdiqləmək
istəyirmiĢ kimi, uzun müddətdən bəri ilk dəfə
əfəndiliyi bir yana qoyub kobudluqla belə dedi:
«Ona de, istəsək, onu qazı zoruna evə
gətirərik».
«Doğrudan deyimmi?»
Sükut çökdü. «Demə», – dedi. Otaqdakı
lampanın iĢığı üzünə düĢdü, günahını bilən uĢaq
təki gözlərini aĢağı dikdiyini gördüm. Belə
vəziyyətindən xəbərdar olduğuma görə eĢqinə
hörmət duyur, məktublarını aparıram. Güman
edildiyi kimi, pul üçün yox.
Evdən
çıxırdım, Hasan məni qapıda
dayandırdı.
«ġəkurəyə onu nə qədər çox sevdiyimi
deyərsənmi?» – həyəcanla, səfehliklə soruĢdu.
«Sən bunu məktubunda yazmırsanmı?»
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |