Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə190/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   182   183   184   185   186   187   188   189   190

 

 

786 



 

Allahın  rəssam  olması?  –  əməlli-baĢlı  dərk 

elədiyimi  deyə  bilmərəm.  Amma,  yəqin  ki,  eşq 



özünü  qorumaq  üçün  daim  beynini  işlədən  mənim 

kimi  bir  adamın  məntiqiylə  yox,  məntiqsizliyiylə 

başa düşüləcək bir şeydi. 

          Onda sizə bir sirr açım: orada, ölüm qoxuyan 

o  otaqda  ağzımdakı  Ģey  məni  həyəcanlandırmırdı. 

Məni  həyəcanlandıran  orada  eləcə  dayanıb,  bütün 

aləmin ağzımın içində zoqquldadığını hiss eləyəndə 

həyətdə  bir-biriylə  söyüĢüb-itələĢən  oğullarımın 

nəĢəli civiltilərini eĢitməkdi. 

          Həmin məqamda ağzım bu qədər məĢğul ola-

ola,  gözlərim  Qaranın  üzümə  tamamilə  baĢqa 

nəzərlə  baxdığını  görə  bildi.  Bir  daha  üzümü, 

ağzımı heç unutmayacağını dedi. Dərisi atamın bəzi 

köhnə  kitabları  kimi  kiflənmiĢ  kağız  iyi  verirdi; 

saçlarına  xəzinə  otağının  bütün  tozu  və  qumaĢ 

qoxusu  çökmüĢdü.  Özümü  unudub  yaralarına, 

ĢiĢlərinə, kəsiklərinə toxunduqca uĢaq təki inildəyir, 

getdikcə  ölümdən  uzaqlaĢır,  bu  zaman  ona  daha 

çox  bağlanacağımı  dərk  eləyirdim.  Yelkənləri 

küləklə  ağır-ağır  ĢiĢən  qayıq  kimi  yavaĢ-yavaĢ 

sürətlənən  seviĢməmiz  o  ağır  yelkənli  qayıq  sayaq 

naməlum dənizlərə doğru cəsarətlə yol aldı. 

         Qaranın  o  sularda,  kim  bilir,  hansı  ədəbsiz 

arvadlarla  daha  əvvəllər  çox  gəziĢdiyini  ölüm 

döĢəyində  belə  hərəkətə  nəzarət  eləməsindən  baĢa 



 

 

787 



 

düĢürdüm.  Mən  öpdüyümün  öz  qolummu,  onun 

qolumu,  ağzıma  soxduğumun  öz  barmağımmı, 

bütün  həyatımmı  olduğunu  qarıĢdıranda  o, 

yaralardan  və  ləzzətdən  yarıməst  olmuĢ  halda 

dünyanın  hara  getdiyinə  yarıaçıq  bir  gözüylə  göz 

qoyur, aradabir əllərinin arasında incə tərzdə tutub 

rəsmə  tamaĢa  eləyən  kimi,  heyranlıqla  baxdığı 

üzümə  dərhal  sonra  minqreliyalı  bir  fahiĢənin  üzü 

təki baxa bilirdi. 

         Ləzzət  anında  Ġran  və  Turan  ordularının  bir-

biriylə  toqquĢmasını  göstərən  əfsanəvi  rəsmlərin 

qılıncla  iki  Ģaqqalanan  əfsanəvi  qəhrəmanları  kimi 

fəryad  eləməsi,  elədiyi  fəryadın  bütün  məhəllədən 

eĢidilməsi  məni  qorxutdu.  Amma  qamıĢı  tutan 

əlinin Allahın, həqiqətən, əmriylə hərəkət elədiyi ən 

yüksək ilham anında belə bütün səhifənin ölçüsünü 

və tərtibini hesablamağı bacaran ustad nəqqaĢ kimi, 

Qara  da  həyəcanlı  maĢına  baxmayaraq  elə  hey 

ağlının bir guĢəsiylə aləmdəki yerimizi yoxlayırdı.  

          «Deyərsən,  atanızın  yaralarına 

məlhəm 


sürtürdüm, deyərsən», – təngnəfəs halda dilləndi. 

 

 



*** 

 

         Bu  söz  həyatla  ölüm,  qadağayla  cənnət, 



çarəsizliklə  həya  arasındakı  dar  boğazda  yerləĢən 


 

 

788 



 

eĢqimizin  yalnız  rəngini  yaradırdı:  səbəbi  də  oldu. 

Ondan sonrakı iyirmi altı il, yəni bir səhər quyunun 

yanında  yıxılıb  ürəktutmasından  ölməsinə  qədər 

sevimli  ərim  Qarayla  daim  günorta  vaxtı,  pəncərə 

taylarının arasından otağa gün iĢığı düĢəndə və ilk 

illərdə  ġövkətlə  Orxanın  civiltilərini  dinləyəndə 

seviĢdik,  bunu  da  həmiĢə  «yaraya  məlhəm 

sürtmək»  adlandırdıq.  Beləcə,  kobud,  kədərli  bir 

atanın  tələbləri  və  qısqanclığıyla  çətin  vəziyyətə 

düĢmələrini  istəmədiyim  qısqanc  oğullarım  illərlə 

gecələr  mənimlə  eyni  yataqda  yatmağa  davam 

elədilər.  Uşaqları  qucaqlayıb  yatmağın  həyatın 

əzab  verdiyi  əzik  əri  qucaqlayıb  yatmaqdan  daha 

gözəl  olduğunu  ağlı  başında  olan  bütün  qadınlar 

bilir

         Biz:  mən  və  uĢaqlarım  xoĢbəxt  olduq,  amma 

Qara xoĢbəxt ola bilmədi. Bunun gözlə görünən ilk 

səbəbi  çiynindəki  və  boynundakı  yaranın  axıracan 

tam sağalmaması, sevimli ərimin – baĢqaları barədə 

də 


belə 

dediklərini 

eĢitmiĢdim 

«şikəst» 

qalmasıydı. Bu, Ģikəstlik görünüĢünə xələl gətirirdi, 

həyatını  çətinləĢdirmirdi.  Hətta  eĢitmiĢəm  ki, 

uzaqdan  görən  qadınlar  ərimin  yaraĢıqlı  olduğunu 

deyiblər.  Amma  Qaranın  sağ  çiyni  eləcə  düĢük, 

boynu da qəribə Ģəkildə əyri qaldı. Bəzən qulağıma 

mənim  kimi  qadının  ancaq  özündən  aĢağı  hesab 

elədiyi ər qazanacağını, Qaranın Ģikəstliyinin onun 



 

 

789 



 

bədbəxtliyinin  səbəbi  olduğu  qədər,  bizim 

xoĢbəxtliyimizin 

gizli 


səbəbi 

olduğunu 

söyləyənlərin dedi-qoduları da çatıb. 

         Hər dedi-qoduda olduğu kimi, bəlkə bunda da 

həqiqət  payı  var.  Amma  Esterin  elə  mənə 

yaraĢdırdığı  sayaq,  çox  gözəl  bir  atın  belində 

dimdik  oturub  ətrafında  qullar,  cariyələr  və 

uĢaqlarla  Ġstanbul  küçələrindən  beləcə  keçə 

bilməmək  necə  çatıĢmazlıq  və  yoxsulluq  duyğusu 

verdisə, baĢını dimdik tutub zəfərlə baxan Ģir kimi 

bir ərin də həsrətini hərdənbir çəkdim. 

         Səbəbi  nə  olur-olsun,  Qara  həmiĢə  kədərli 

qaldı.  Çox  zaman  kədərinin  çiyniylə  heç  əlaqəsi 

olmadığını gördüyümdən ruhunun bir guĢəsində, ən 

xoĢbəxt  seviĢmə  anlarında  belə  onu  düĢündürən 

kədər cini olduğuna inandım. O cini sakitləĢdirmək 

üçün bəzən Ģərab içər, bəzən kitablardakı naxıĢlara 

baxıb  naxıĢla  məĢğul  olar,  bəzən  də  nəqqaĢlarla 

oturub-durar, onlarla birgə gözəl oğlanların dalınca 

qaçardı.  NəqqaĢlar,  xəttatlar  və  Ģairlər  cinaslı 

sözlər,  qoĢa  mənalı  kəlmələr,  kinayələr,  məcazlar, 

gözəl oğlanlar və yaltaq oyunlarıyla əylənib baĢını 

qatdığı dövrləri olduğu kimi, xidmətinə girə bildiyi 

Əyri  Süleyman  paĢanın  katiblik  iĢləriylə,  Divan 

katibliyi  ilə  hər  Ģeyi  unutduğu  dövrləri  də  oldu. 

Qaranın  naxıĢ  və  rəsm  həvəsi  PadĢahımız  dörd  il 

sonra öləndə taxta keçən Sultan Mehmetin bu iĢlərə 



 

 

790 



 

arxa  çevirməsiylə  birgə  nümayiĢkaranə  alınan 

zövqdən  bağlı  qapılar  arxasında  təkbaĢına  yaĢanan 

sirrə  çevrildi.  Bəzən  rəhmətlik  atamdan  qalan 

kitablardan  birini  açar,  düz  Teymurun  oğlu 

zamanında Heratda çəkilmiĢ rəsmə, əlbəttə, ġirinin, 

rəsmindən  Xosrova  aĢiq  olmasına  –  indi  saray 

ətrafında hələ yaĢanan xoĢbəxt hünər oyununun bir 

parçası təki yox, xatirələrdə qalmıĢ ləzzətli bir sirri 

qucaqlayan  kimi  günah  duyğuları  və  kədərlə 

baxardı. 

        Taxta  çıxmasının  üçüncü  ilində  ingilis  kralı 

PadĢahımıza  içində  körüklü  musiqi  aləti  olan 

möcüzəvi  bir  saat  yolladı.  Bu  yepyekə  saat  və 

yanındakı heyətə görə Ġngiltərədən gəlmiĢ gəmidən 

çıxarılan  parçalar,  çarxlar,  təsvirlər,  heykəllər  Xas 

Bağçanın Xalicə baxan yamacına həftələrlə daĢınıb 

yığıldı. TamaĢa üçün Xalicin yamaclarında yığıĢan 

və  qayıqlarla  gələn  kütlə  nəhəng  saatın  gurultulu, 

dəhĢətli  musiqi  səsləndirə-səsləndirə  iĢləməsiylə 

adam  böyüklüyündəki  heykəllərin,  təsvirlərin  bir-

birilərinin  ətrafında  mənalı  tərzdə  fırlandıqlarını, 

sanki  bəndə  iĢi  yox,  Allah  iĢi  olan  kimi  avaza 

uyğun  tərzdə,  öz-özlərinə  zəriflik  və  mənayla 

hərəkət 

elədiklərini, 

saatın 

da 


ürəksayaq 

döyüntüləriylə bütün Ġstanbula vaxtı xəbər verdiyini 

heyrət və heyranlıqla gördü. 



 

 

791 



 

         Ġstanbul  əhalisinin  kütbeyin  dəstəsi  və 

axmaqlar kütləsiylə birgə laqeyd heyranlıq duyduğu 

saatın PadĢahımız və dindar qaragüruh dəstəsi üçün 

kafirin  gücünü  göstərən  haqlı  narahatlıq  qaynağı 

olduğunu Qara və Ester mənə ayrı-ayrı çatdırdılar. 

Bu  cür  dedi-qoduların  artdığı  dövrdə  sonrakı 

padĢah  Sultan  Əhmədin  bir  gecəyarısı  Allahın 

təsiriylə  yuxusundan  oyanıb,  gürzünü  qapıb, 

hərəmdən  Xas  Bağçaya  enib,  saatı  və  heykəllərini 

darmadağın  elədiyini  eĢitdik.  Xəbəri  və  Ģayiələri 

çatdıranlar 

PadĢahımızın 

yuxusunda 

Peyğəmbərimiz  həzrətlərinin  mübarək  üzünü  nur 

içində gördüyünü, Rəsulullahın ona rəsmlərə – hələ 

insana  oxĢayıb,  Allahın  yaratdığıyla  yarıĢanına  – 

xalqının  heyran  olmasına  izin  versə,  Allahın 

buyruğundan  çıxacağını  söyləyib  xəbərdarlıq 

elədiyini,  PadĢahımızın  da  gürzünü  hələ  yuxunu 

görəndə qapdığını  əlavə  eləyirdilər.  PadĢahımız  da 

hadisəni  sadiq  tarixçisinə  təxminən  belə  yazdırdı. 

Bu kitabı  –«Zibdət-üt-Təvarix»i  xəttatlara  kisələrlə 

qızıl  verib  hazırlatdı,  amma  nəqqaĢlarına  rəsm 

etdirmədi. 

Əcəm  ölkəsindən  təsirlənməklə  İstanbulda  yüz  il 

açan naxış və rəsm həyəcanının qırmızı gülü də bax 

belə  soldu.  NəqqaĢların  aralarında  davalara,  bitib-

tükənməz ziddiyyətlərə Ģərait yaradan heratlı qədim 

ustalarla  firəng  ustadlarının  üsulları  arasındakı 



 

 

792 



 

çarpıĢma heç bir nəticə vermədi. Çünki rəsm baĢlı-

baĢına qaldı: nə doğulular kimi çəkildi, nə batılılar 

kimi;  nəqqaĢlar  hiddətlənib  üsyan  eləmədilər; 

xəstəliyə  boyun  əyən  qocalar  sayaq,  yavaĢ-yavaĢ, 

canfəĢanlıq  göstərmədən  təvəkkül  və  hüznlə 

vəziyyəti  qəbul  elədilər.  Bir  zamanlar  heyranlıqla 

izlədikləri  heratlı,  təbrizli  böyük  ustadların  və 

qısqanclıqla  nifrət  arasında  tərəddüd  eləyib,  yeni 

üsullarına  üstünlük  verdikləri  firəng  ustadlarının 

nələr elədikləriylə nə maraqlandılar, nə də təsəvvür 

elədilər.  Sanki  gecələr  evlərin  qapılarının  örtülüb, 

Ģəhərin qaranlığa verilməsi kimi, rəsm də kimsəsiz 

qaldı.  Aləmin  bir  zamanlar  tamamilə  baĢqa  cür 

görüldüyü rəhmsizcəsinə unuduldu. 

          Atamın  kitabı,  təəssüf  ki,  baĢa  çatdırılmadı. 

HazırlanmıĢ səhifələr Hasanın onları saldığı yerdən 

xəzinəyə keçdi, burada da iĢgüzar və vasvası hafiz-

ül-kütub  tərəfindən  nəqqaĢxanaya  aid  baĢqa  bəzi 

əlaqəsiz  rəsmlərlə  birgə  cildlətdirilib,  cürbəcür 

nümunə  cildlərinə  dağıldılar.  Hasan  Ġstanbuldan 

qaçıb  itdi,  bir  daha  ondan  xəbər  çıxmadı.  Amma 

ġövkətlə Orxan atamın qatilini öldürənin Qara yox, 

həmin əmiləri olduğunu heç unutmadılar.  

         Kor  olandan  iki  il  sonra  ölən  Ustad  Osmanın 

yerinə Leylək baĢ nəqqaĢ keçdi. Rəhmətlik atamın 

da  qabiliyyətinə  çox  heyran  olduğu  Kəpənək 

həyatının  geri  qalan  hissəsini  xalı,  qumaĢ  və  çadır 




 

 

793 



 

üçün  naxıĢ  çəkməyə  həsr  elədi.  NəqqaĢxananın 

gənc  kalfaları  da  eyni  yolla  getdilər.  Kimsə  rəsmi 

atmağın  böyük  bir  itki  olduğunu  hiss  etdirmədi. 

Bəlkə  kimsə  öz  üzünün  rəsmini  haqqıyla 

görmədiyinə görə. 

         Mən 

bütün  ömrüm  boyu  iki  rəsmin 

çəkilməsini gizlincə  çox  arzuladım,  bunu  heç  kəsə 

aça bilmədim: 



         1.  Öz  rəsmimin  çəkilməsini  istərdim.  Amma 

nə 


qədər 

cəhd 


göstərsələr 

də, 


bunu 

bacarmayacaqlarını 

bilirdim. 

Çünki 


mənim 

gözəlliyimi olduğu kimi görə bilsələr belə, padĢahın 

nəqqaĢlarının  heç  biri  gözlərini  və  dodaqlarını 

çinlilər  sayaq  çəkmədikcə  qadının  üzünün  gözəl 

olduğuna,  təəssüf  ki,  inanmazdılar.  Heratlı  qədim 

ustadlar kimi məni çinli gözəl təki rəsm eləsəydilər, 

bəlkə  görüb  tanıyanlar  həmin    çinli  gözəlin 

arxasında  yatan  üzümü  ayırd  eləyə  bilərdilər. 

Amma  bizlərdən  sonrakılar  gözlərimin,  əslində, 

qıyıq  olmadığını  baĢa  düĢsələr  belə,  üzümün  nəyə 

oxĢadığını  heç  baĢa  düĢməzdilər.  Bu  gün 

oğullarımın  təsəllisiylə  keçirdiyim  ahıllıq  çağımda 

üzümün gənc vaxtı çəkildiyi bir rəsmi olsaydı, çox 

xoĢbəxt olardım!  

          2.  Ranlı  Ģair  Sarı  Nazimin  bir  məsnəvisində 

maraqlandığı 

Ģeyin 

xoşbəxtliyin 



rəsminin 

çəkilməsini  istərdim.  Bunun  necə  çəkiləcəyini  çox 


 

 

794 



 

yaxĢı  bilirəm.  Ġstərdim,  bir  ana  rəsmin  çəkilsin, 

onun  iki  uĢağı  olsun;  gülər  üzlə  qucağında  tutub 

əmizdirdiyi  körpəsi  ananın  iri  döĢünün  ucunu 

xoĢbəxtcəsinə 

gülümsəyə-gülümsəyə 

əməndə 

azacıq  qısqanan  böyük  qardaĢla  ananın  nəzərləri 



bir-birinə  iliĢsin.  Ġstərdim,  həmin  rəsmdəki  mən 

olum,  həm  də  o  rəsm  quĢu  həm  uçan  vəziyyətdə, 

həm  də  göydə  xoĢbəxtliklə  sonsuzluğa  qədər  asılı 

qalan  təki  göstərib,  zamanı  dayandıran  heratlı 

qədim  ustadların  üsuluyla  çəkilsin.  Bilirəm,  asan 

deyil. 


         Hər  Ģeyə  ağıl  çatdırmağa  çalıĢacaq  qədər 

ağılsız  oğlum  Orxan  zamanı  dayandıracaq  heratlı 

ustadların 

heç 


vaxt 

məni 


mən 

kimi 


çəkməyəcəklərini  xatırladıb,  oğlunu  qucaqlayan 

gözəl  ana  rəsmlərini  daim  çəkən  firəng 

ustadlarınınsa  zamanı  heç  vaxt  dayandıra 

bilməyəcəklərini  baĢa  salıb,  xoşbəxtlik  rəsminin, 



əslində,  heç  vaxt  çəkilməyəcəyini  mənə  illərlə 

söyləyib. 

        Bəlkə  də  haqlıdı.  İnsan,  əslində,  xoşbəxtlik 

rəsmində gülümsəməyi yox, həyatdakı xoşbəxtlikləri 

axtarır.  NəqqaĢlar  bunu  bilirlər,  amma  rəsm  eləyə 

bilmədikləri  də  budu.  Buna  görə  də  həyatdakı 



xoşbəxtliyin 

yerinə 

görmənin 

xoşbəxtliyini 

qoyurlar. 


 

 

795 



 

        Rəsm  eləmək  mümkün  olmayan  bu  hekayəni 

oğlum  Orxana  ona  görə    danıĢdım  ki,  yazacağına 

ümid  eləyirəm.  Hasanın  və  Qaranın  mənə 

yolladıqları  məktubları,  bədbəxt  Zərif  əfəndinin 

üstündən  çıxan  mürəkkəbi  dağılmıĢ  at  rəsmlərini 

çəkinmədən ona verdim. HəmiĢə əsəbi, bədxasiyyət 

və  bədbəxtdi,  sevmədiklərinə  haqsızlıq  eləməkdən 

heç  qorxmur.  Buna  görə  də  Qaranı  olduğundan 

çaĢqın, həyatlarımızı olduğundan çətin, ġövkəti pis, 

məni olduğumdan gözəl və ədəbsiz təsvir eləyibsə, 

Orxana  qəti  inanmayın.  Çünki  hekayəsinin  gözəl 

olmasına  inanmağımıza  görə uydurmayacağı  yalan 

yoxdu.  

 

 



 

 

 



 

 

 



 

 

 



MÜNDƏRİCAT 

 

1. MƏN ÖLÜYƏM 


 

 

796 



 

2. MƏNİM ADIM QARADI 

3. MƏN İTƏM 

4. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

5. MƏN ƏNİŞTƏNİZƏM 

6. MƏN ORXANAM 

7. MƏNİM ADIM QARADI 

8. MƏNİM ADIM ESTERDİ 

9. MƏN ŞƏKURƏYƏM 

10. MƏN AĞACAM 

11. MƏNİM ADIM QARADI 

12. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR 

13. MƏNƏ LEYLƏK DEYİRLƏR 

14. MƏNƏ ZEYTUN DEYİRLƏR 

15. MƏNİM ADIM ESTERDİ 

16. MƏN ŞƏKURƏYƏM 

17. MƏN ƏNİŞTƏNİZƏM 

18. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

19. MƏN PULAM 

20. MƏNİM ADIM QARADI 

21. MƏN ƏNİŞTƏNİZƏM 

22. MƏNİM ADIM QARADI 

23. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

24. MƏNİM ADIM ÖLÜMDÜ 

25. MƏNİM ADIM ESTERDİ 

26. MƏN ŞƏKURƏYƏM 

27. MƏNİM ADIM QARADI 

28. MƏNƏ QATİL DEYƏCƏKLƏR 


 

 

797 



 

29. MƏN ƏNİŞTƏNİZƏM 

30. MƏN ŞƏKURƏYƏM 

31. MƏNİM ADIM QIRMIZIDI 

32. MƏN ŞƏKURƏYƏM 

33. MƏNİM ADIM QARADI 

34. MƏN ŞƏKURƏYƏM 

35. MƏN ATAM 

36. MƏNİM ADIM QARADI 

37. MƏN ƏNİŞTƏNİZƏM 

38. MƏN USTAD OSMANAM 

39. MƏNİM ADIM ESTERDİ 

40. MƏNİM ADIM QARADI 

41. MƏN USTAD OSMANAM 

42. MƏNİM ADIM QARADI 

 

43. MƏNƏ ZEYTUN DEYİRLƏR 



44. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR 

45. MƏNƏ LEYLƏK DEYƏRLƏR 

46. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

47. MƏN ŞEYTANAM 

48. MƏN ŞƏKURƏYƏM 

49. MƏNİM ADIM QARADI 

50. BİZ İKİ DƏRVİŞİK 

51. MƏN USTAD OSMANAM 

52. MƏNİM ADIM QARADI 

53. MƏNİM ADIM ESTERDİ 

54. MƏN QADINAM 


 

 

798 



 

55. MƏNƏ KƏPƏNƏK DEYİRLƏR 

56. MƏNƏ LEYLƏK DEYİRLƏR 

57. MƏNƏ ZEYTUN DEYƏRLƏR 

58. MƏNƏ QATİL DEYƏCƏKLƏR 

59. MƏN ŞƏKURƏYƏM 

 

 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə