Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə3/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   2   3   4   5   6   7   8   9   ...   190

 

 

10 



 

2. MƏNİM ADIM QARADIR 

 

Ġstanbula,  doğulub-böyüdüyüm  Ģəhərə  yuxu 



gəzərgisi  kimi  gəldim.  Ölümü  yaxınlaĢan  kəslər 

üçün  «torpaq  çəkdi»  deyərlər,  məni  də  ölüm 

çəkmiĢdi.  ġəhərə  girəndə,  hər  Ģeydən  əvvəl,  təkcə 

ölümün  olduğunu  güman  eləmiĢdim,  sonra  eĢqlə 

qarĢılaĢdım. Amma eĢq həmin məqamda, Ġstanbula 

ilk dəfə girəndə Ģəhərdəki xatirələrim qədər uzaq və 

unudulmuĢ  bir  Ģey  idi.  On  il  qabaq  Ġstanbulda 

xalamın uĢaq yaĢındakı qızına aĢiq olmuĢdum. 

Ġstanbuldan  çıxıb  gedəndən  yalnız  dörd  il 

sonra,  Əcəm

1

  ölkəsinin  bitib-tükənməz  bozqırında, 



qarlı  dağlarında  və  kədərli  Ģəhərlərində  gəzib, 

məktub  daĢıyıb,  vergi  toplayanda  Ġstanbulda  qalan 

körpə  sevgilimin  üzünü  yavaĢ-yavaĢ  unutduğumu 

baĢa  düĢdüm.  Xəyala  qapılıb  həmin  üzü 

xatırlamağa  çox  cəhd  elədim,  amma  nə  qədər  çox 

sevir-sevsin, 

insanın 

heç 


görmədiyi 

üzü 


unudacağını  da  dərk  elədim.  Doğuda  katiblik  və 

səfər  eləməklə  paĢaların  xidmətində  keçirdiyim 

illərin  altıncısında  artıq  xəyalımda  canlandırdığım 

üzün  Ġstanbuldakı  sevgilimin  üzü  olmadığını 

bilirdim.  Altıncı  ildə  səhv  xatırladığım  üzü  daha 

                                    

1

Səfəvi məmləkəti 




 

 

11 



 

sonra, səkkizinci ildə bir daha unudub, yenə tamam 

baĢqa bir Ģey kimi xatırladığımı da anlayırdım.  On 

iki  il  sonra,  otuz  altı  yaşımda  şəhərimə  geri 

qayıdanda  sevgilimin  üzünü  belə-belə  çoxdan 

unutduğumu acı-acı başa düşdüm.  

Dostlarımın,  qohumlarımın,  məhəlləmizdəki 

tanıĢlarımın çoxu bu on iki ildə ölmüĢdülər. Xalicə 

baxan  qəbiristanlığa  getdim,  anam  və  mən  burada 

olmayanda ölən əmilərim üçün dua elədim. Palçıqlı 

torpağın  qoxusu  xatirələrimə  qarıĢdı:  bir  nəfər 

anamın  qəbrinin  böyründə  kuzə  sındırmıĢdı, 

nədənsə  kiçik  parçalara  baxanda  ağlamağa 

baĢladım.  Ölülərəmi  gözyaĢı  tökürdüm,  ya  neçə 

illərdən  sonra  qəribə  tərzdə  hələ  sağ-salamat 

olmağım,  yoxsa  tamamliə  əksini  sezdiyim, 

səfərimin  baĢa  çatdığını  hiss  elədiyim  üçünmü 

ağlayırdım,  bilmirəm.  Açıq-aĢkar  qar  yağmağa 

baĢlamıĢdı.  Gözlərimi  ora-bura  sovrulan  tək-tük 

dənələrə  zilləyib  fikrə  getmiĢ,  öz  həyatımın 

gizlinləri  içində  yolumu  itirmiĢdim  ki,  gördüm 

qəbiristanlığın qaranlıq guĢəsindən qara bir it mənə 

baxır. 


Göz  yaĢlarım  dondu.  Burnumu  sildim.  Qara 

itin  mənə  dostcasına  quyruğunu  buladığını  görüb 

qəbiristanlıqdan 

çıxdım. 


Daha 

sonra 


ata 

qohumlarımdan  birinin  çoxdan  yaĢadığı  evlərdən 

birini  kirayələyib  məhəllədə  məskən  saldım.  Ev 



 

 

12 



 

sahibəsi  olan  qadın  məni  savaĢda  Səfəvi 

əsgərlərinin  öldürdüyü  oğluna  oxĢatdı.  Otağımı 

yığıĢdıracaq, yeməyimi hazırlayacaqdı.  

Elə bil Ġstanbulda yox, dünyanın o baĢındakı 

ərəb  Ģəhərlərindən  birində  müvəqqəti  olaraq 

yerləĢmiĢdim, Ģəhər necə yer olduğuyla maraqlanan 

adam  kimi  küçələrə  çıxdım,  uzun-uzadı,  doyunca 

gəzdim.  Küçələrmi  daralmıĢdı,  yoxsa  mənəmi  elə 

gəlirdi?  Bəzi  yerlərdə  bir-birinə  doğru  uzanmıĢ 

evlərin  arasına  sığınmıĢ  küçələrdə  belləri  yüklü 

atlara  dəyməmək  üçün  divarlara,  qapılara  qısıla-

qısıla yerimək məcburiyyətində qaldım. Varlılar da 

artmıĢdı,  yoxsa  mənmi  belə  düĢünürdüm? 

Heyrətamiz  bir  araba  gördüm,  beləsi  nə 

Ərəbistanda,  nə  də  Əcəm  ölkəsində  vardı;  məğrur 

atların  çəkdiyi  qalaya  oxĢayırdı.  ÇəmbərlidaĢın 

Toyuqbazarından  gələn  pis  qoxusunun  içində  bir-

birinə  qarıĢmıĢ,  cır-cındır  içində  arsız  dilənçilər 

gördüm.  Biri  kor  idi,  yağan  qara  baxıb 

gülümsəyirdi. 

Desəydilər,  əvvəllər  Ġstanbul  daha  yoxsul, 

daha  kiçik,  daha  xoĢbəxt  idi,  bəlkə  inanmazdım, 

amma  qəlbim  belə  deyirdi.  Çünki  geridə  qalan 

sevgilimin  evi  yerli-yerində,  cökə  və  Ģabalıd 

ağaclarının  arasındaydı,  amma  qapıdan  soruĢdum, 




 

 

13 



 

artıq orada bir baĢqası yaĢayırdı. Sevgilimin anası – 

xalam  ölüb,  əniĢtəmlə

1

 



qızı  köçüb  (belə 

vəziyyətlərdə  ürəyinizi  və  xəyallarınızı  necə  də 

rəhmsizcəsinə qırdıqlarını qətiyyən baĢa düĢməyən 

qapıdakı  adamların  söylədikləri  kimi),  baĢlarına 

bəzi fəlakətlər gəlmiĢdi. Sizə indi bunlardan söhbət 

açmayım,  köhnə  həyətdəki  cökə  ağacının 

budaqlarından  kiçik  barmağım  böyüklüyündə  buz 

parçaları  sallandığından,  isti,  yamyaĢıl  və  günəĢli 

yaz günlərini xatırladığım həyətin kədərdən, qardan 

və baxımsızlıqdan insanın ağlına ölümü saldığından 

deyim. 

Qohumlarımın  baĢlarına  gələnlərin  bir 



qismini, əslində, əniĢtəmin mənə, Təbrizə yolladığı 

məktubdan  bilirdim.  Həmin  məktubda  əniĢtəm 

məni Ġstanbula çağırmıĢ, PadĢahımız üçün gizli bir 

kitab  hazırladığını,  mənim  ona  kömək  eləməyimi 

istədiyini  yazmıĢdı.  Mənim  bir  vaxtlar  Təbrizdə 

Osmanlı  paĢaları,  valilər,  Ġstanbuldakı  sifariĢçilər 

üçün  kitablar  hazırlatdığımı  əniĢtəm  eĢitmiĢdi. 

Təbrizdə  gördüyüm  iĢ  –  kitab  sifariĢ  eləyən 

ricaçılardan  beh  pul  alıb,  savaĢlardan  və  Osmanlı 

əsgərindən Ģikayətçi nəqqaĢlardan, xəttatlardan hələ 

Ģəhəri  tərk  eləyib  Qəzvinə  və  digər  Əcəm 

                                    

1

Yeznə


 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə