Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə5/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   2   3   4   5   6   7   8   9   ...   190

 

 

18 



 

kimi,  Ģəfqətlə  loğmalarıma  göz  qoya-qoya  mənə 

qulluq  eləyən  sahibinin  danıĢdıqlarını  diqqətlə 

dinlədim.  Ondan  aldığım  ilham  və  elədiyi  təsvirlə 

küçələr  əməlli-baĢlı    qaralandan  sonra  Əsir 

bazarının  arxa  tərəfindəki  dar  küçələrdən  birinə 

burulub burada qəhvəxananı tapdım. 

         Ġçərisi  tünlük  və  bürküydü.  Təbrizdə,  Əcəm 

Ģəhərlərində  lap  çox  oxĢarlarını  gördüyüm, 

qəhvəxanada  məddah  yox,  pərdədar  adlanan 

hekayəçi  arxada,  ocağın  yanındakı  hündür  yerdə 

oturmuĢdu.  Qabağında  bircə  rəsm,  qaba  kağızda 

tələsik,  amma  bacarıqla  çəkilmiĢ  bir  it  rəsmi  asıb, 

arabir  rəsmdəki  itə  iĢarə  eləyə-eləyə  hekayəsini 

həmin itin dilindən söyləyirdi.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

19 



 

 

 



 

 

 




 

 

20 



 

3. MƏN İTƏM 

 

Gördüyünüz kimi, azı diĢlərim o qədər iti və 



uzundu ki, ağzıma zorla sığır. Bunun mənə dəhĢətli 

görkəm verdiyini bilirəm, amma xoĢuma gəlir.  Bir 

kərə  bir  qəssab  azı  diĢlərimin  böyüklüyünə  baxıb: 

«ƏĢi, bu, it deyil, donuzdu», – demiĢdi. 

Onu baldırlarından elə qapdım ki, diĢlərimin 

ucunda,  yağlı  ətinin  qurtardığı  yerdə  omba 

sümüyünün  sərtliyini  hiss  elədim.  Ġt  üçün  heç  bir 

Ģey  diĢlərini  içdən  gələn  qəzəb  və  hirslə  iyrənc 

düĢməninin ətinə batırmaq qədər ləzzətli olammaz. 

Belə  bir  fürsət  düĢəndə,  qapmağa  haqqım  olan 

qurbanım  sallana-sallana  qabağımdan  keçəndə 

ləzzətdən gözlərim qaralır, diĢlərim sanki sızıldaya-

sızıldaya  qamaĢır,  özüm  də  bilmədən  boğazımdan 

sizi qorxudan mırıltılar çıxarmağa baĢlayıram. 

          Mən itəm, siz də mənim qədər mağıl varlıqlar 

olmadığınıza  görə:  «Heç  it  də    danıĢarmı?»  – 

deyirsiniz.  Amma  o  biri  yandan  özünüzü  ölülərin 

danıĢdığı,  qəhrəmanların  onlara  naməlum  sözləri 

söylədikləri  barədə  hekayəyə  inandırırsınız.  Ġtlər 

danıĢır, amma dinləməyi bacarana.  

Əvvəl zaman içində, xəlbir saman içində, bir 

vaxtlar bir paytaxtın ən böyük camelərindən birinə, 

tutaq  ki,  adı  Bəyazid  camesidi,  bir  əyalət 

Ģəhərindən  naĢı  vaiz  gəlibmiĢ.  Adını  bəlkə 




 

 

21 



 

gizlətmək,  ona,  məsələn,  Nüsrət  Xoca  demək 

lazımdı,  amma  baĢqa  yalan  söyləmək  də  olar, 

həmin adam kütbeyin bir vaizmiĢ. Amma beynində 

nə  qədər  az  ağıl-kamal  varmıĢsa,  dilində  də, 

maĢallah, o qədər qüdrət varmıĢ. Hər cümə camaatı 

elə  coĢdurur,  elə  ağladırmıĢ  ki,  gözləri  quruyub 

bayılanlar, halı pisləĢənlər olurmuĢ. Amandı, heç də 

səhv  baĢa  düĢülməsin;  o  heç  əvvəlki  dilli-dilavər 

vaizlər  kimi  ağlamazmıĢ;  tamam  əksinə,  hamı 

ağlayanda  onun  kirpiyi  belə  tərpənməz,  camaatı 

töhmətləyirmiĢ  kimi  danıĢmağa  daha  da  güc 

verərmiĢ.  Danlanmağı  sevdiklərindən,  deyəsən, 

bütün  mühafizəçilər,  əsilzadələr,  halvaçılar,  aĢağı 

təbəqənin  adamları  və  özü  kimi  bir  çox  vaizlər 

həmin adama qul, kölə olublar. Eh, o da it deyilmiĢ 

ki,  çiy  süd  əmmiĢ  insan  oğluymuĢ;  həmin  heyran 

tünlüyü  qarĢısından  keçir  və  görür  ki,  camaatı 

ağlatmaq  qədər  qorxutmağın  da  bir  ləzzəti  var. 

Üstəlik bu iĢdə daha çox çörək ola bilər. Buna görə 

də ipin ucunu əməlli-baĢlı itirib baĢlayırmıĢ ki: 

«Bahalığın,  vəbanın,  məğlubiyyətin  yeganə 

səbəbi  Həzrəti  Peyğəmbər  zamanındakı  Ġslamı 

unudub,  müsəlmanıq  deyə  baĢqa  kitablara  və 

yalanlara  uyub  inanmamızdı.  Həzrəti  Peyğəmbər 

zamanında  mövlud  oxutmaqmı  vardı?  Ölüyə  qırx 

mərasimi  düzəltmək,  ruhu  üçün  halva  və  yemək 

biĢirməkmi  vardı?  Həzrəti  Məhəmməd  zamanında 




 

 

22 



 

Qurani-Kərimi  nəğmə  kimi  avazla  oxumaqmı 

vardı?  Minarəyə  çıxaraq  «səsim  nə  qədər  gözəldi, 

ərəbcə  lap  ərəb  kimi  danıĢıram»  deyib,  lovğalana-

lovğalana,  qadınsayaq  əzilib  büzülə-büzülə  avazla 

azan  oxumaqmı  vardı?  Qəbirlərin  üstünə  gedib 

yalvarırlar,  ölülərdən  mədəd  umurlar,  türbələrə 

gedib  bütpərəstlər  kimi  daĢa  səcdə  eləyirlər,  çit 

bağlayırlar,  nəzir  deyirlər.  Bu  ağılı  verən 

təriqətçilərmi 

vardı 

Həzrəti 


Məhəmməd 

zamanında?  Təriqətçilərin  baĢbiləni  Ġbn  Ərəbi 

Fironun  imanla  öldüyünə  and  içməklə  günahkar 

olub. 


Təriqətçilər, 

mövləvilər, 

xəlvətilər, 

qələndərilər  çalğı  çala-çala  Qurani-Kərim  oxuyub, 

uĢaq-  oğlan  hamısı  birgə  «dua  eləyirik»  deyə  rəqs 

eləyib,  oynayanlar  –  bunlar  kafirdilər.  Təkkələr 

yıxılmalı,  təməlləri  yeddi  arĢın  qazılmalı,  çıxan 

torpaq dənizə tökülməlidir ki, ancaq oralarda namaz 

qılmaq mümkün olsun.  

Həmin Nüsrət Xoca daha da qızıĢıb ağzından 

qığılcım  saça-saça:  «Ey  möminlər,  qəhvə  içmək 

haramdı»,  –  deyirmiĢ.  Həzrəti  Peyğəmbərimiz 

bunun zehni uyuĢdurduğunu, mədəni deĢdiyini, bel 

boĢluğu  və  qısırlıq  yaratdığını  bildiyinə,  qəhvənin 

Ģeytan  oyunu  olduğunu  dərk  elədiyinə  görə 

içməmiĢdi.  Bundan  baĢqa,  indi  qəhvəxanalar  kef 

əhlinin,  zövq  düĢkünü  olan  varlıların  diz-dizə 

oturub,  hər  cür  ədəbsizlik  elədikləri  yerlərdi,  hətta 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə