Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə9/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   5   6   7   8   9   10   11   12   ...   190

 

 

37 



 

baĢladı.  Üslub deyib  yapışdıqları  şey  yalnız  xüsusi 



bir iz buraxmamağımıza şərait yaradan xətadır. 

Yağan  qarın  aydınlığı  olmasaydı  da,  buranı 

tapardım.  Bura  iyirmibeĢillik  dostumu  qətlə 

yetirdiyim  yanğın  yeridir.  Qar  mənim  imzam  kimi 

görünə  biləcək  bütün  izləri  örtüb,  yox  eləyib.  Bu, 

Allahın  da  üslub-imza  məsələsində  mənimlə  və 

Behzadla  eyni  fikirdə  olduğunu  üzə  çıxarır.  Dörd 

gecə  əvvəl,  o  ağılsızın  iddia  elədiyi  kimi, 

bağıĢlanmaz  bir  günahı  düĢünmədən  belə  kitabı 

nəqĢ  eləyəndə  iĢləmiĢ  olsaydıq,  Allah  biz 

nəqqaĢlara bu sevgini göstərməzdi.  

O  axĢam  Zərif  əfəndiylə  bu  yanğın  yerinə 

girəndə  hələ  qar  yağmırdı.  Uzaqlardan  yanğılı-

yanğılı gələn it ulartılarını eĢidirdik. 

«Niyə  bura  gəldik?»  –  o  bədbəxt  soruĢurdu. 

«Bu vaxt burada mənə nə göstərəcəksən?»  

«Ġrəlidə  quyu,  ondan  da  on  iki  addım  o 

tərəfdə  neçə  illərdir  basdırıb  gizlətdiyim  pulum 

var»,  –  dedim.  «Bu  danıĢdıqlarımı  bir  kimsəyə 

söyləməsən,  ƏniĢtə  əfəndi  də,  mən  də  səni 

sevindirərik». 

«Deməli,  qəbul  eləyirsən  ki,  baĢdan  bəri 

neylədiyini bilirdin...» – həvəslə dilləndi. 

«Qəbul  eləyirəm»,  –  çarəsizliklə  yalan 

söylədim. 



 

 

38 



 

«Çəkdiyiniz  rəsm  çox  böyük  günahdır, 

bilirsənmi?» – sadəlövhlüklə dedi. «Kimsənin cürət 

eləmədiyi  küfrdür,  kafirlikdir.  Cəhənnəmin  lap 

dibində  yanacaqsınız.  Əzabınız,  əziyyətləriniz  heç 

bitməyəcək. Məni də Ģərik elədiniz». 

Bu  sözləri  eĢidəndə  dəhĢətlə  anlayırdım  ki, 

bir  çox  adam  ona  inanacaqdı.  Niyə?  Çünki  bu 

sözlərin elə gücü, elə cazibəsi vardı ki, istər-istəməz 

insan  maraq  duyur,  dediklərinin  baĢqa  alçaqlar 

haqqında  gerçək  çıxmasını  istəyir.  Əslində, 

hazırlatdığı  kitabın  gizliliyi  və  verdiyi  pullar 

üzündən  ƏniĢtə  əfəndi  haqqında  bu  cür  dedi-

qodular  çox  çıxırdı.  Üstəlik  baĢ  nəqqaĢ  Ustad 

Osman  da  ona  nifrət  eləyirdi.  Müzəhhib

1

 



həmkarımın  bilə-bilə  öz  iftirasını  hiyləgərcəsinə 

həmin  həqiqətlərin  üzərində  qurduğunu  da 

düĢünmüĢdüm. Nə qədər səmimiydi? 

Bizi  bir-birimizə  qarĢı  qoyan  iddialarını  ona 

təkrarlatdım.  Sözü  çək-çevir  eləyib  gəvələmədi. 

Sanki  birlikdə  keçirdiyimiz  Ģəyirdlik  illərimizdə 

özümüzü Ustad Osmanın Ģilləsindən qorumaq üçün 

məni  bir  qəbahətin  üstünü  örtməyə  çağırırdı. 

Səmimiliyinə  o  vaxtlar  inanırdım.  ġəyirdlik 

vaxtında  da  gözlərini  belə  geniĢ  açardı,  amma 

                                    

1

Bəzəkçi, qızıl suyu ilə naxıĢ salan



 


 

 

39 



 

həmin  vaxt  hələ  o  gözlər  təzhibdən

1

  kiçilməmiĢdi. 



Ancaq ona heç sevgi duymaq istəmədim, çünki hər 

Ģeyi baĢqalarına söyləməyə hazır idi. 

«Bax»,  –  məcburi  ustalıqla  dedim.  «Xətt 

salırıq,  səhifə  qıraqlarının  naxıĢını  tapırıq,  cədvəl 

çəkir,  səhifələri  rəngli  qızılla  al-əlvan  naxıĢlayırıq. 

Ən  gözəl  rəsmləri  biz  çəkir,  dolabları,  qutuları 

Ģənləndiririk.  Neçə  illərdir  bunları  eləyirik.  Bu, 

bizim iĢimizdir. Bizə rəsm sifariĢ eləyirlər, deyirlər, 

bu çərçivənin içinə gəmi, ceyran, padĢah yerləĢdir, 

bu  cür  quĢlar,  bunlara  oxĢayan  adamlar  olsun, 

hekayənin  bu  məclisini  çək,  filankəs  belə  dursun, 

biz  də  çəkirik».  «Bax  bu  dəfə  istədiyin  bir  at  çək 

bura»,  –  ƏniĢtə  əfəndi  dedi.  Üç  gün  istədiyim  at 

rəsminin  nə  olduğunu  dərk  eləmək  üçün  qədim 

böyük ustadlar kimi yüz dəfələrlə at cızdım». Əlimi 

alıĢdırmaq  üçün  kobud  səmərqəndi  kağızda 

cızdığım  bir  yığın  atı  çıxarıb  ona  göstərdim. 

Təsirlənib kağızı aldı, solğun Ay iĢığında gözlərini 

yaxınlaĢdırıb  qara-ağ  atlara  tamaĢa  eləməyə 

baĢladı. «ġirazlı, heratlı qədim ustadlar, – dedim, – 

Allahın  istədiyi  və  gördüyü  əsl  at  rəsmi  çəkmək 

üçün nəqqaĢın əlli il durub-dayanmadan at cızmalı 

olduğunu  deyir,  həm  də  ən  yaxĢı  at  rəsmini 

                                    

1

Qızıl suyu, yaxud yağlı boya ilə əlyazma kitablara naxıĢ salma



 


 

 

40 



 

qaranlıqda 

çəkməyin 

mümkün 


olduğunu 

təsdiqləyirdilər.  Çünki  əlli  ildə  əsl  nəqqaş  çalışa-



çalışa kor olur, əli də çəkdiyi atı əzbərləyir». 

Üzündəki  ta  uĢaqlıq  illərimizdə  onda 

gördüyüm  məsum  ifadəylə  gözlərini  mənim 

atlarıma zilləyib fikrə getmiĢdi. 

«Bizə  sifariĢ  eləyirlər,  biz  də  ən  gizli, 

əlçatmaz  atı  qədim  ustadların  çızdıqları  kimi 

çəkməyə çalıĢırıq, vəssalam. Sonra sifariĢ elədikləri 

Ģeydən ötrü bizi günahlandırmaları haqsızlıqdır». 

«Bilmirəm,  bu,  doğrudurmu?»  –  dedi. 

«Bizim  də  cavabdehliyimiz,  iradəmiz  var.  Mən 

Allahdan  baĢqa  kimsədən  qorxmuram.  O  da  bizə 

yaxĢıyla pisi ayırd eləmək üçün ağıl verib». 

Yerində verilən cavab idi. 

«Allah hər Ģeyi görür, bilir», – ərəbcə dedim. 

«Sənin, 

mənim, 


bizim 

bu 


iĢi 

bilmədən 

gördüyümüzü  də  baĢa  düĢəcək.  ƏniĢtə  əfəndini 

kimə  satacaqsan?  Bu  iĢin  arxasında  PadĢahımız 

həzrətlərinin olduğuna inanmırsanmı?» 

Susdu. 


DüĢündüm:  doğrudan,  bu  qədər  quĢbeyin 

idimi, 


yoxsa 

səmimi 


Allah 

qorxusundan 

soyuqqanlığını itirib sarsaqlayırdımı? 

Quyunun  yanında  dayandıq.  Elə  bil 

qaranlıqda  bir  anlığa  gözlərini  görüb  qorxduğunu 

baĢa  düĢdüm.  Ona  yazığım  gəldi.  Ox  yaydan 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə