60
Axırda atın alçaqdan kiĢnədiyini eĢitdik,
sonra bir də eĢitdik. Bu, babamın atı yox, Qaranın
atıydı. Kefimiz açıldı, elə bil yarmarka günü, ya da
bayram səhəri baĢlayırdı. Anam sanki bizim də
gülümsəməyimizi istəyə-istəyə gülümsədi. Ġki
addım atıb axurun bu yana baxan qapısını açdı.
«Drrssss», – deyə içəriyə sarı səsləndi.
Qayıtdı, bizi Xeyriyyənin yağ qoxusu verən
siçanlı mətbəxinə salıb oturtdu. «Bax qonaq gedənə
qədər buradan çıxmağı ağlınıza gətirməyin.
Aranızda dava da eləməyin ki, kimsə sizin hər Ģeyə
burnunu soxan tərbiyəsiz uĢaqlar olduğunuzu
fikirləĢməsin».
Qapını örtməmiĢdən qabaq: «Ana, – dedim, –
ana, bir Ģey deyəcəyəm. Babamın yazıq
müzəhhibini öldürüblər».
61
7. MƏNİM ADIM QARADI
UĢağını ilk dəfə görəndə illərdən bəri
ġəkurənin üzünün cizgilərini səhv xatırladığımı
dərhal baĢa düĢdüm. Orxanın üzü kimi ġəkurəninki
də incəydi, çənəsi isə xatırladığımdan daha uzun
idi. Buna görə də sevgilimin ağzı, təbii ki, illər
boyu fikirləĢdiyimdən daha kiçik və dar olmalıydı.
On iki il ərzində o Ģəhər sənin, bu Ģəhər mənim
gəzəndə xəyalımda ġəkurənin ağzını istəklə
geniĢlətmiĢ, dodaqlarını daha ətli-qanlı, amma iri
və parlaq viĢnə kimi daha ətli, daha dözülməz
təsəvvür eləmiĢdim.
Yanımda
ġəkurənin
üzünün
italyan
ustadlarının üsullarıyla çəkilmiĢ bir rəsmi olsaydı,
deməli, on iki il çəkən səfərimin təxminən
ortalarında geridə qoyduğum sevgilimin üzünü artıq
qəti xatırlamadığımdan özümü heç yersiz-yurdsuz
hiss eləməyəcəkdim. Çünki əgər içinizdə qəlbinizə
nəqĢ elədiyiniz bir sevgilinin üzü yaĢayırsa, dünya
hələ sizin evinizdi.
ġəkurənin oğlunu görmək, onunla danıĢmaq,
üzünə yaxından baxıb öpmək dərhal qəlbimdə
uğursuzlara, qatillərə və günahkarlara məxsus
narahatlıq yaratdı. Ġçimdən bir səs mənə: «Di indi
get, ġəkurəni gör», – deyirdi.
62
Bir ara: «ƏniĢtəmin yanından heç bir Ģey
demədən çıxım, dəhlizə açılan qapıların – gözucu
saymıĢdım, pilləkəninkiylə birgə beĢ qaranlıq qapı
– hamısını ġəkurəni tapana qədər bir-bir açım», –
fikirləĢdim. Amma mən ürəyimdən keçənləri
vaxtsız-vədəsiz, götür-qoy eləmədən açdığıma görə
sevgilimdən on iki il uzaq qalmıĢdım. Dinməzcə və
səbirlə gözlədim, ġəkurənin, kim bilir, nə qədər tez-
tez oturduğu döĢəkcələrə, toxunduğu əĢyalara baxıb
ƏniĢtəni dinlədim.
Mənə sultanın bu kitabı Hicrətin birinci
ildönümünə
çatdırmaq
istədiyini
danıĢdı.
Cahanpənah padĢahımız təqvimin birinci ilində
özünün və dövlətinin firənglərin üsullarından da
onlar qədər istifadə eləyə biləcəyini göstərmək
istəyirdi. PadĢah üstəlik bir surnamə də
hazırlatdığından çox məĢğul olduqlarını bildiyi usta
nəqqaĢların
evlərindən
çıxmamalarını,
nəqqaĢxananın
tünlüyündə
yox,
evlərində
çalıĢmalarını buyurmuĢdu. Təbii ki, onların gizlicə
ƏniĢtənin yanına gəldiklərindən də xəbərdar idi.
«BaĢ nəqqaĢ Ustad Osmanı görərsən», –
əniĢtəm dedi. «Kor olub deyirlər, kar olub deyirlər:
məncə, həm kor, həm də kardı».
Usta nəqqaĢ olmasa da, əslində, bu sənətin
ona heç bir dəxli olmadığına baxmayaraq,
əniĢtəmin padĢahın izni və təĢviqiylə bir kitab
63
hazırladıb dəyərləndirməsi, əlbəttə, qoca ustad baĢ
nəqqaĢ Osmanla aralarını pozacaqdı.
UĢaqlığımı xatırlayıb diqqətimi evin içindəki
əĢyalara verdim. Yerdəki mavi Kula kilimini, mis
sürahini, qəhvə sinisini və qəhvədanı, ta Çindən,
Portəgizdən keçib gəldiyini rəhmətlik xalamın neçə
kərə iftixarla söylədiyi qəhvə fincanlarını on iki il
əvvəldən də xatırlayırdım. Bu əĢyalar eynilə
qıraqdakı sədəf naxıĢlı rəhlə, divardakı rəflər,
yumĢaqlığını xatırlayıb, toxunduğum məxmər
yastıq kimi ġəkurəylə uĢaqlığımızı keçirdiyimiz
Ağsaraydakı evdən qalmaydı, o evdəki xoĢbəxtlik
və rəsm günlərinin iĢıltısından hələ bəzi Ģeylər
saxlayırdılar.
Xoşbəxtlik və rəsm. Ġstəyirəm ki, hekayəmə və
kədərimə diqqət göstərəcək sevgili oxucularım
bunları mənim aləmimin başlanğıc nöqtəsi kimi
həmiĢə yadında saxlasın. Bir vaxtlar burada
kitablar,
qələmlər,
rəsmlər
arasında
çox
xoĢbəxtiydim. Sonra aĢiq oldum və bu cənnətdən
qovuldum. Gəncliyimdə həyatı, dünyanı tamam-
kamal mənimsəmədiyimdən eĢq sürgünlüyü
keçirdiyim illərdə ġəkurəyə və ona olan eĢqimə çox
Ģey borclu olduğum barədə xeyli fikirləĢmiĢəm.
UĢaq sadəlövhlüyü ilə onu alacağıma Ģübhəm
olmadığıma görə həddən artıq arxayınıydım,
dünyanı da arxayınlıqla qəbul eləyib gözəl bir yer
Dostları ilə paylaş: |