Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə176/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   172   173   174   175   176   177   178   179   ...   190

 

 

730 



 

çəngə  ağ  saçı,  ən  yaxĢı  qələmlərim  və  fırçalarım 

bir-bir çıxdı.  

         «Güman  elədiyiniz  kimi,  qatil  olsaydım»,  – 

sadəlövhcəsinə 

və 


qürurla 

dedim. 


«Gizli 

xəzinəmdən bunlar yox, o axırıncı rəsm çıxardı».  

         «Niyə bunlar çıxdı?» – Leylək soruĢdu. 

         «BostançıbaĢının  adamları  evimi  axtaranda  – 



eynilə sənin evini axtardıqları kimi – bütün ömrüm 

boyu  yığdığım  bu  qızılların  ikisini  arsızcasına 

ciblərinə  soxmuĢdular.  Bu  alçaq  qatil  üzündən 

bizim  yenə  də  axtarılacağımızı  fikirləĢdim,  elə 

haqlıymıĢam  da.  O  axırıncı  rəsm  məndə  olsaydı, 

burada olardı». 

         Bu  son  cümləni  deməyim  səhv  idi,  amma 

yenə  də  rahatlandıqlarını,  təkkənin  qaranlıq 

guĢəsində 

onları 


xirtdəkləyəcəyimdən 

artıq 


qorxmayacaqlarını  sezirdim.    Mənə  siz  də 

inandınızmı?  

         Amma bu dəfə qəlbimi narahatlıq bürümüĢdü: 

məni  bu  qədər  qurdlandıran  lap  uĢaqlıq  illərindən 

bəri tanıdığım nəqqaĢ yoldaĢlarımın uzun müddətdi 

pintiliklə  pul  yığdığımı,  qızıl  alıb  gizlətdiyimi, 

üstəlik  ədəbsiz  rəsmlərimin  yerini  öyrənib 

görmələri deyildi. Bütün bunları nəqqaĢ dostlarıma 

təlaĢ  məqamında  göstərdiyimə  görə  əsl  peĢmanlıq 

duyurdum.  Ancaq  çox  necə  gəldi  yaşayan  adamın 



sirri bu qədər asan ortaya tökülür. 


 

 

731 



 

         «Yenə  də»,  –  Qara  xeyli  sonra  dilləndi. 

«Ustad  Osman  heç  bir  Ģey  demədən,  heç  birimizə 

iĢarə  eləmədən  bizi  bostançıbaĢıya  etinasızlıqla 

təslim  eləyərsə,  iĢgəncə  vaxtı  nə  deyəcəyimizi 

qətiləĢdirək».  

         Üzərimizdə düĢüncəsizlik, bezginlik olduğunu 

hiss eləyirdim. Leylək və Kəpənək lampanın solğun 

iĢığında  dəftərimdəki  ədəbsiz  rəsmlərə  baxırdılar. 

Heç  bir  Ģeyə  fikir  verəcək  halları  yox  idi:  hətta 

dəhĢətli  tərzdə  xoĢbəxt  idilər.  Hansı  olduğunu  çox 

yaxĢı  təxmin  elədiyim  səhifəyə  baxmaq  üçün 

Ģiddətli  istək  duyub  yerimdən  qalxdım,  onların 

arxasında  dayanıb  özüm  rəsm  elədiyim  ədəbsiz 

rəsmə  çox  uzaqlarda  qalmıĢ  xoĢbəxt  xatirəni 

xatırlayan kimi həyəcanla, dinməzcə baxdım. Qara 

da  bizə  qoĢulmuĢdu.  O  rəsmə  dördümüzün  birgə 

baxmağımız 

nədənsə 

qəlbimi 


əməlli-baĢlı 

rahatladırdı.  



«Kor  və  görən  heç  bir  olarmı?»–  Leylək  xeyli 

müddətdən sonra dilləndi.  

        Gördüyümüz ədəbsizlik belə olsa, Allahın bizə 

verdiyi  görmə  zövqünün  uca  olduğunamı  eyham 

vururdu?  Amma  belə  Ģeyləri  heç  baĢa  düĢməzdi, 

Qurani-  Kərimi  qəti  oxumazdı.  Qurani-Kərimin  bu 

ayəsinin  heratlı  qədim  ustadlar  tərəfindən  tez-tez 

xatırlandığını  bilirdim.  Böyük  ustadlar  bu  sözü 

rəsm  eləməyin  dinimizə  görə  qadağan  olduğu, 



 

 

732 



 

rəssamların 

qiyamət 

günü 


cəhənnəmə 

yollanacaqlarıyla  bağlı,  naxıĢ  düĢmənlərinin 

təhdidinə  cavab  kimi  istifadə  olunurdu.  Amma  o 

sehrli  ana  qədər  Kəpənəyin  ağzından  sanki  öz-

özünə tökülən bu sözü qəti istəməmiĢdim. 

        «Mən  kor  və  görənin  bir  olmadığını  göstərən 

rəsm çəkmək istərdim!» 

        «Kor və görən kimdi?» – Qara sadəlövhcəsinə 

dilləndi. 

        «Kor və görən bir olmaz.«Və ma yestevil, əmə 



vəl  basiru»nun  Ģərhidi»,  –  deyə  Kəpənək  dillənib 

davam elədi.  

 

«Qaranlıqla aydınlıq da bir olmaz, 

                                        Kölgəylə isti yer də bir 

olmaz. 

                                        Və dirilərlə ölülər də bir 

olmaz». 

 

         Bir  anlığa  Zərif  əfəndinin,  ƏniĢtənin  və  bu 



axĢam  qətlə  yetirilən  məddah  qardaĢlarımızın 

aqibətindən  titrədim.  O  birilər  də  mənim  kimi 

qorxmuĢdularmı?  Heç  kəs  bir  müddət  yerindən 

tərpənmədi.  Leylək  əlində  mənim  dəftərimi  hələ 

açıq  tuturdu,  amma  çəkdiyim  ədəbsizliyə  hələ 

baxsaq da, sanki onu görmürdü!  




 

 

733 



 

         «Mən  də  qiyamət  gününü  rəsm  eləmək 

istərdim»,  –  Leylək  dedi.  «Ölülərin  dirilməsini, 

günahkarla  günahsızın  bir-birindən  ayrılmasını. 

Amma 

Qurani-Kərimimizi 



niyə  rəsm  eləyə 

bilmirik?»  

         Gənclik  illərimizdə  nəqqaĢxananın  eyni 

otağında  iĢləyəndə  eynilə  ahıl  ustaların  gözlərini 

dincəltmək  üçün  elədiyi  kimi  bəzən  baĢımızı  iĢ 

taxtalarından,  rəhlələrdən  qaldırar,  ağlımıza  gələn 

tamamilə baĢqa bir mövzudan elə-belə söz açardıq. 

Eynilə indi qabağımızda açıq duran dəftərə baxanda 

olduğu  kimi,  o  vaxtlar  da  könlümüzdə  əsən 

Ģeylərdən danıĢanda bir-birimizə baxmazdıq. Çünki 

dincəltmək üçün gözlərimizi açıq pəncərədən eĢiyə 

zilləyirdik. 

XoĢbəxt 

Ģəyirdlik 

illərinin 

bu 


gözəlliyini  xatırlamağın  həyəcanından,  Qurani-

Kərimin  uzun  müddətdi  açıb  oxumadığıma  görə 

həmin 

məqamda 


səmimiyyətlə 

duyduğum 

peĢmanlıq  üzündənmi,  yoxsa  qəhvəxanada  axĢam 

gördüyüm cinayətin dəhĢətindənmi, bilmirəm, artıq 

növbə mənə çatanda fikrim qarıĢdı. Ürəyim təhlükə 

qarĢısında olan kimi sürətlə döyündü, ağlıma baĢqa 

bir Ģey gəlməyəndə belə dedim: 

         «Təxminən  «Bəqərə»  surəsinin  axırında  bu 

mənanı verən ayələr var ki, mən ən çox onları rəsm 

eləmək  istərdim:  Yarəb,  bizi  unutduqlarımıza  və 



xətalarımıza görə sorğu-suala çəkmə. Allahım, bizə 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə