Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə42/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   38   39   40   41   42   43   44   45   ...   190

 

 

180 



 

Qarla  örtülü  boĢ  küçələrdən,  hər  tərəfi 

çürümüĢ, sökülmüĢ, zorla dik duran yoxsul evlərin 

arasından,  yanğın  yerlərindən  keçdim.  Qıraq 

məhəllələrdən,  bostanlar,  tarlalar  arasından  araba 

dəstləri,  təkərlər  satan,  dəmir  iĢləri  görən 

dükanların, 

sərracxanaların, 

yəhərxanaların, 

qoĢquxanaların, 

nalbəndxanaların 

qabağından 

hasarlara  doğru  ehtiyatlı,  qocafəndi  addımlarımla 

buzda  sürüĢüb  yıxılmamağa  çalıĢa-çalıĢa  uzun-

uzadı getdim. 

Cənazəni  düz  Ədirnəqapıdakı  Mehrimah 

camesindən  niyə  götürdüklərini  bilmirəm.  Camedə 

mərhumun  qəzəbli,  dikbaĢ  görünən  yekəbaĢ  və 

çaĢqın  qardaĢlarını  qucaqladım.  NəqqaĢlarla, 

xəttatlarla bir-birimizi qucaqlayıb ağlaĢdıq. Birdən-

birə  çökən,  aĢağı  yatıb  hər  yeri  basan  qurğuĢuna 

oxĢar  dumanın  içində  cənazə  namazını  qılanda 

gözüm  musalla

1

  daĢının  üzərindəki  tabuta  dikildi, 



bu  iĢi  eləyən  alçağa  elə  qəzəb  duydum  ki, 

«Allahümmə Barik» duası belə beynimdə bir-birinə 

qarıĢdı. 

Namazdan  sonra  camaat  tabutu  çiyinlərinə 

götürəndə 

hələ 


nəqqaĢların 

və 


xəttatların 

arasındaydım.  Leyləklə  kitabım  üçün  birgə  solğun 

                                    

1

Üzərinə tabut qoyulan masa böyüklüyündə daĢ



 


 

 

181 



 

lampanın  iĢığında  səhərlərə  qədər  oturduğumuz 

bəzi  gecələrdə  məni  Zərif  əfəndinin  təzhiblərinin 

ucuzluğuna,  rəngdən  istifadə  eləməsində  –  zəngin 

görünsün  deyə  hər  yerə  açıq-mavi  rəng  sürtür 

deyərək  –  təcrübəsiz  olduğuna  inandırmağa 

çalıĢdığını  və  mənim  də,  əslində,  ona  haqq  verib, 

«amma  adam  yoxdu»  deməyimi  də  unutduq, 

qarĢılıqlı,  bir  də  ağlaĢma  səsləri  çıxara-çıxara 

uzaqlaĢdıq.  Zeytunun  mənə  dostcasına,  bir  cür 

hörmətlə 

baxması, 

sonra 

qucaqlaması 



– 

qucaqlamasını  bilən  adam  yaxşı  adamdı  –  elə 

xoĢuma gəldi ki, bütün nəqqaĢlar, xəttatlar arasında 

kitabıma ən çox onun inandığını bir də beynimdən 

keçirdim. 

Həyət  qapısındakı  pilləkənlərdə  baĢ  nəqqaĢ 

Ustad  Osmanla  yan-yana  düĢdük,  bir-birimizə  nə 

deyəcəyimizi də biləmmədik. Bu, qəribə gərgin an 

idi;  mərhumun  qardaĢlarından  biri  hıçqıra-hıçqıra 

ağlamağa  baĢlamıĢ,  özünü  göstərməyi  sevənlərdən 

biri də təkbir gətirmiĢdi. 

«Hansı  qəbiristanlığa?»  –  məndən  elə-belə 

söhbət xətrinə soruĢdu.  

«Bilmirəm»  deməyin  nədənsə  xoĢagəlməz 

vəziyyət  yaradacağı  üçün  təlaĢa  düĢdüm,  heç 

düĢünmədən  pilləkəndə  yanımda  duran  adamdan 

mən  də:  «Hansı  qəbiristanlığa?»  –  soruĢdum. 

«Ədirnəqapıyamı?»  



 

 

182 



 

«Eyyuba»,  –  gənctəhər  saqqallı,  qəzəbli  bir 

səfeh dedi. 

«Eyyuba»,  –  dönüb  ustada  söylədim,  amma 

o,  əslində,  saqqallı  və  qəzəbli  səfehin  dediyini 

eĢitmiĢdi. Beləcə, mənə «baĢa düĢdüm» mənasında 

elə  bir  nəzər  saldı  ki,  rastlaĢmağımızın  bundan  da 

artıq  uzanmasını  istəmədiyini  vaxtında  baĢa 

düĢdüm. 

          «Gizli»  dediyim  kitabın  yazılması,  nəqĢ 

edilməsi,  rəsm  çəkilməsi  iĢini  PadĢahımızın  mənə 

etibar  eləməsini,  əlbəttə,  Ustad  Osman  ürəyinə 

salıb.  Bundan  baĢqa,  PadĢahımızın  mənim 

təkidimlə  naxışda  firəng  üsullarına  maraq 



göstərməsi  də  var.  Bir  kərə  padĢah  böyük  Ustad 

Osmanı məcbur eləmiĢdi ki, bir italyana çəkdirdiyi 

portretinə  oxĢar  rəsm  çəksin.  Ustad  Osmanın 

iyrənə-iyrənə  çəkdiyi  o  qəribə  rəsmdən,  «iĢgəncə» 

dediyi  italyan  rəssamı  yamsılamaqdan  yana  məni 

günahkar saydığını bilirəm. Haqlıydı. 

Pillələrin  yarısında  dayanıb  bir  müddət  göy 

üzünə baxdım. Xeyli arxada qaldığıma əmin olanda 

buzlu  pilləkəndən  enməyə  baĢladım.  Ağır-ağır  iki 

pillə  enib-enməmiĢdim  ki,  bir  nəfər  qoluma  girib 

məni qucaqladı: Qaraydı. 

«Çox soyuqdu, – dedi, – üĢüyürsünüzmü?»  

ġəkurənin  ağlını  alanın  bu  olduğuna  heç  bir 

Ģübhəm  yox  idi.  Qoluma  girməsində  özünə  inam 




 

 

183 



 

bunu  sübut  eləyir.  Hərəkətlərində  «on  iki  ildə 

çalıĢdım, adam oldum» mənasını verən bir Ģey var. 

Pillələr  qurtardı.  Mənə  nəqqaĢxanada  nələr 

öyrəndiyimi sonra danıĢsın. 

«Sən  irəlidə  get,  bala»,  –  dedim.  «Get, 

camaata çat». 

ÇaĢdı,  amma  rəngi  allanmadı.  Təmkinlə 

qolumdan  çıxıb  getməsi  hətta  xoĢuma  gəldi. 

Şəkurəni buna versəm, bizimlə bir evdə qalarmı? 

Ədirnəqapıdan Ģəhərin kənarına çıxmıĢdıq ki, 

lap aĢağılarda, seyrək dumanın içində az qala artıq 

gözdən  itən  tabutu,  onu  çiyinlərində  apara-apara 

yoxuĢdan  Xalicə  doğru  sürətlə  enən  nəqqaĢlar, 

xəttatlar,  Ģəyirdlər  tünlüyünü  gördüm.  O  qədər 

sürətlə yerimiĢdilər ki, qarla örtülü vadidən Eyyuba 

enən  palçıqlı  yolun  indidən  yarısını  aĢmıĢdılar. 

Sükutun,  dumanın  içində  solda  Xanım  Sultan 

Vəqfinin  mumxanasının  bacası  keflə  tüstüləyirdi. 

Divarların  altında  Eyyubdakı  rum  qəssablar  üçün 

ara  vermədən  iĢləyən  kəsim  evi  və  dəriçilər  vardı. 

Buralardan  gələn  leĢ  qoxusu  irəlidə  açıq-aĢkar 

sezilən 


Eyyub 

camesinin 

qübbələrinə 

və 


qəbiristanlığın sərv ağaclarına qədər uzanan vadiyə 

yayılmıĢdı.  Bir  az  gedəndən  sonra  aĢağıdan, 

Balatdakı  yeni  yəhudi  məhəlləsindən  çıxıb  oyun 

oynayan uĢaqların səs-küyünü eĢitdim. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə