Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

47 
Defence in depth (deep 
və ya elastic defence kimi də işlədilir)   
Dərin müdafiə (
dərin  yaxud elastik müdafiə kimi də işlədilir) – 
hücumun 
yayılmasının  qarşısını  almaqdansa,  daha  çox  onu 
gecikdirm
əyə, məsafə buraxmaqla vaxt qazanmağa çalışan və əlavə 
itkilərə səbəb olan hərbi strategiyadır.  
 
DMZ (Demilitarized zone) 
Demilitarizasiya 
zonası  −  hərbçilərdən  alınmış  termindir,  döyüş 
əməliyyatlarının  hazırlanması  və  aparılması  qadağan  edilmiş 
əraziləri bildirmək üçün istifadə edilir. İnformasiya texnologiyaları 
sah
əsində DMZ termini əsasən şəbəkə ekranının xarici seqmenti ilə 
xarici  marşrutizatorun  daxili  interfeysi  arasında  qalan  şəbəkə 
seqmentini  bildirir.  DMZ-nin t
əyinatı  müxtəlif servislər təqdim 
etm
ək  imkanı  saxlamaqla,  konfidensial informasiya olan daxili 
şəbəkəni bütün digər  şəbəkələrdən təcrid etməkdir.  DMZ zonada, 
bir qayda olaraq, 
İnternetdən  müraciət olunan    informasiya 
resursları yerləşdirilir.  
 
Denial of service 
Xidm
ətin  imtinası  −  sistemin  öz  funksiyalarını  yerinə  yetirməyi 
dayandırmağına  səbəb olan istənilən hissəsinin  sıradan  çıxmasına 
g
ətirən istənilən hərəkət və ya hərəkətlər ardıcıllığı. Səbəb icazəsiz 
giriş, xidmətdə gecikmə və s. ola bilər. 
 
Deutsches Advisory Format (DAF)  
T
əhlükəsizlik  bülleteni  formatı  –  CSIRT-lər tərəfindən  
t
əhlükəsizlik bülletenlərinin  yaradılması  və  müxtəlif komandalar 
arasında mübadiləsi üçün standart. CERT-Verbund tərəfindən təklif 
edilib (Almaniya). 
 
Dialer   
Nömrə  yığan  –  telefon  nömrələrinəavtomatik  zəng  etmək  üçün 
nəzərdə tutulmuş proqram.Avtomatlaşdırılmış nömrə yığanlar adları 
və  telefon  nömrələrini  yadda  saxlayırlar,insanlara  telefon 
nömrələrini əzbərləmədənasan əlaqə qurmağa imkan yaradırlar. 


48 
Differensial cryptanalysis 
Diferensial kriptoanaliz  –  iterar
iv  blok  şifrləri üçün tətbiq edilə 
bil
ən kriptoanaliz metodudur. İlk dəfə 1990-cı ildə Merfi tərəfindən 
FEAL-
4  şifrinə  hücum üçün istifadə  edilmişdir.  1991-ci ildə 
E.Biham v
ə  A.Şamir  tərəfindən  DES  şifrinə  hücum üçün 
t
əkmilləşdirilmişdir.  Diferensial  kriptoanaliz  seçilmiş  açıq  mətnlə 
kriptoanaliz metoduna 
əsaslanır  və  eyni  açarla  şifrlənmiş  iki  açıq 
m
ətn  arasındakı  fərqi analiz edir. Mümkün açarlardan hər birinə 
onun "düzgünlüyü" ehtimalı təyin edilir və nəticədə istifadə edilən 
açar hesablanır. 
 
Differential Power Analysis (DPA) 
Enerjinin  diferensial analizi 
−  kriptoqrafik alqoritmlərdə  istifadə 
edil
ən kriptoqrafik açarlarla hər  hansı  bir  əlaqəsi  olan 
informasiyanın  çıxarılması  üçün  qabaqcıl  statistik  metodlardan  və 
ya başqa üsullardan istifadə etməklə kriptoqrafik modulun elektrik 
enerjisi istehlakının dəyişmələrinin analizi. 
 
Diffie-Hellman (DH) algorithm 
Diffi-Helman alqoritmi  –  1976–
cı  ildə  "Kriptoqrafiyada yeni 
istiqam
ətlər"  adlı  məqalədə  nəşr  edilib.  Kriptoqrafik  açarların 
mühafiz
ə olunmayan rabitə kanalları ilə göndərilməsi üçün istifadə 
edilir. Diffi-
Helman  sxeminin  nöqsanı  –  istifadəçilərin  açıq 
açarlarının  autentifikasiya  edilməməsidir, yəni  açarların  həqiqi 
istifad
əçilər tərəfindən yaradılmasının yoxlanmamasıdır. 
 
Digital envelope 
R
əqəmsal  zərf  –  məlumata  əlavə  olunan və  məlumatı  alan  şəxsə 
m
əlumatın kontentinin tamlığını yoxlamağa imkan verən verilənlər. 
 
Digital signature 
R
əqəmsal imza – sənədə əlavə olunan və sənədi alan şəxsə sənədi 
imzalayanın  həqiqiliyini və  imzalandıqdan  sonra  sənəddə 
d
əyişikliyin edilmədiyini yoxlamağa imkan verən verilənlər. 
 


49 
Disaster Recovery Plan (DRP) 
Qəzadan sonra bərpa planı − ciddi aparat və ya proqram təminatı 
vasit
ələrində  səhvlər  və  ya  bu  vasitələrin  sıradan  çıxması  (məhvi) 
halında kritik tətbiqi proqramların emalı üçün yazılmış plan. 
 
Disclosure  
A
çıqlama – verilənlərin səlahiyyətsiz obyektlər tərəfindən istifadəsi 
mümkün edilm
əsi yolu ilə kompüter təhlükəsizliyinin pozulması. 
 
Discretionary access control (DAC) 
G
irişin  diskresion  idarə  edilməsi  −  sistemin  subyektlərinin 
obyektl
ərinə  girişini  istifadəçinin, prosesin və/və  ya onun mənsub 
olduğu  qrupun  identifikasiyasına  və  tanınmasına  əsaslanan 
idar
əetmə metodu. 
 
DNS Amplification  
DNS  gücl
əndirmə  −  bədniyyətli  boşluq  olan  DNS-serverə  sorğu 
gönd
ərir  (adətən  qısa),  server isə  sorğuya  uzunluğu  xeyli  böyük 
olan paketl
ə  cavab  verir.  Əgər ilkin IP-ünvan kimi hədəf 
kompüterin  ünvanı  göstərilsə  (IP-spoofing),  DNS-server hədəf-
kompüter
ə  onun  işini  tamamilə  iflic edənədək böyük miqdarda 
lazımsız paketlər göndərəcək.   
 
DNS cache poisoning  
DNS  keşinin  zəhərlənməsi  –  verilənlərin  nüfuzlu  DNS-dən 
(Domain Name System  –  Domen  ad
ları  sistemi) qaynaqlanmayan 
keş  ad  serverinə  ötürüldüyü  qəsdən  yaradılmış  və  ya  istənməyən 
situasiya.  
 
DNSSEC (Domain Name System Security Extensions)  
DNS t
əhlükəsizlik  genişlənməsi  (“di-en-es-sek”  kimi oxunur)  – 
DNS protokolunun t
əkmilləşdirilməsidir,  domen  adlarının 

əyyənləşdirilməsi  zamanı  DNS-ünvanların  saxtalaşdırılması  ilə 
əlaqəli hücumları  minimallaşdırmağa  imkan  yaratmaq  üçün 
işlənmişdir. DNS-kliyentlərə (ing. resolver) DNS-sorğulara autentik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə