Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   2   3   4   5   6   7   8   9   ...   42

17 
Bad sectoring 
Z
ədəli sektorların  yazılması  –  zədəli  sektorları  bilərəkdən diskə 
yazmaqla sur
ətçıxarmadan qorunma üsulu. 
 
Banner grabbing   
Bayraq  toplanması  –  məsafədəki  kompüterdə  işləyən  servislər 
haqqında məlumat toplamaq üçün istifadə edilən fəaliyyət. 
 
Baseline security 
Baza 
t
əhlükəsizlik  səviyyəsi  –  informasiya sisteminin 
konfidensiallıq, tamlıq və əlyetərlik üçün müəyyən edilmiş tələbləri 
əsasında tələb edilən minimal təhlükəsizlik mexanizmləri. 
 
Bastion host 
İstehkam-host  –  xüsusi təşkil  edilmiş  və  hücuma  dayanıqlıq  üçün 
möhk
əmləndirilmiş  əməliyyat sisteminin əsasında  reallaşdırılan 
şəbəkələrarası ekran. 
 
Bell-LaPadula model 
Bell-LaPadula modeli 
−  təhlükəsizlik siyasətinin formal avtomat 
modelidir
, girişin idarə edilməsi qaydaları çoxluğunu təsvir edir. Bu 
modeld
ə  sistemin komponentləri  təhlükəsizlik  obyektlərinə  və 
subyektl
ərinə  bölünür. Təhlükəsiz vəziyyət  anlayışı  daxil  edilir  və 
isbat edilir ki, 
əgər hər bir keçid təhlükəsiz vəziyyəti  saxlayırsa 
(y
əni sistemi bir təhlükəsiz vəziyyətdən digər təhlükəsiz vəziyyətə 
keçirirs
ə), onda induksiya prinsipinə görə sistem təhlükəsizdir. 
 
Between-the-lines entry 
X
əttə  qoşulma  –  kommunikasiya  kanalına  qoşulmuş  qanuni 
istifad
əçinin  ani qeyri-aktiv  olan  terminalının  icazəsiz  istifadəçi 
t
ərəfindən aktiv dinlənilməsi. 
 
Biometrics 
Biometriya – 
şəxsin həqiqiliyini avtomatik yoxlamaq üçün barmaq 
izi, gözün 
qüzehli qişası, səs və s. kimi fərdi xarakteristikaları əks 


18 
etdir
ən  spesifik  atributların  istifadəsi ilə  bağlı  olan  identifikasiya 
texnologiyaları. 
 
Biometric template 
Biometrik 
şablon  –  biometrik  informasiyanın  xüsusiyyətləri 
(m
əsələn, barmaq izində xırda nöqtələr).    
 
Birthday attack 
Ad günü hücumu  – 
heş-funksiyaların kriptoqrafik analizi metodu. 
Hücum  öz  adını  "ad  günü  paradoksu"ndan  almışdır;  müəyyən 
qrupda iki v
ə ya daha çox insanın ad gününün eyni günə düşməsi 
ehtimalını hesablamaqdan ibarətdir. Heş-funksiyanın üst-üstə düşən 
qiym
ətlərinin hesablanması üçün istifadə edilir. 
 
BISO (Business Information Security Officer)  
İnformasiya  təhlükəsizliyi xidmətinin mütəxəssisi/meneceri  –  
informasiya t
əhlükəsizliyi siyasətinin bölmə, məsələn, iqtisadiyyat 
şöbəsi və  ya marketinq xidməti səviyyəsində  praktiki həyata 
keçirilm
əsi ilə məşğul olur.  
 
Black Hat Briefings 
Qara 
Şlyapa  Brifinqləri  –  rəqəmsal  özünümüdafiə  ilə  əlaqəli 
mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və 
akademiya  ekspertl
əri Qara şlyapa brifinqləri konfransı üçün hər il 
Las Veqasda, Avropada v
ə  Asiyada  toplaşırlar.  Konfransın 
t
əşkilatçısı  və  prezidenti  Jeff  Mossdur  (The Dark Tanget  kimi də 
tanınır). Daha ətraflı  məlumatı  http:/www.blackhat.com  saytında 
tapmaq olar.  
 
Black Hats 
Qara 
Şlyapalar – haker cəmiyyətinin zərərli və ya kriminal təbəqəsi. 
Qara şlyapaların arsenalına dağıdıcı kompüter eksploytları daxildir, 
onlar krakerl
ərin  qisas,  sabotaj,  şantaj  və  ya tamahkarlıq 
motivasiyala
rı  səbəbindən  baş  verir.  Kiber-təbiətli olmayan 
cinay
ətlərdə  olduğu  kimi,  Qara  şlyapaların  eksploytları  da 


19 
mülkiyy
ətə və ya adamlara zərər vurmaqla nəticələnə bilər. Yeraltı 
kompüter 
dünyasında Qara şlyapaların müxtəlif tipləri mövcuddur
“krekerlər” daha geniş yayılıblar. 
 
Blackout of 2003 
2003-cü il 
elektrik  kəsintisi – Şimali Amerika tarixində ən böyük 
elektrik k
əsilməsi  14 avqust 2003-cü ildə  ABŞ-ın  şimal-şərq  və 
Böyük Göl 
ərazilərində,  Kanadanın  Ontario  əyalətində  baş 
vermişdi.  2003-cü  il  elektrik  kəsintisi  baş  ofisi  Ohayo  ştatının 
Akron  şəhərində  olan  FirstEnergy  korporasiyasının  işlətdiyi 
qurğularda başlamışdı. 
 
Blended attack  
Qarışıq  hücum  –  yayılmaq  üçün  bir  çox  metoddan  istifadə  edən 
zərərli proqram kodu. Məşhur Nimda soxulcanı qarışıq hücumun bir 
nümunəsidir. 
 
Blinding 
Kölgələmə – agentin real girişi və ya real çıxışı bilmədən müştəriyə 
xidməti  (məsələn,  funksiyanın  qiymətinin  hesablanması) 
kodlaşdırılmış formada təmin etməsi metodu  
 
Block cipher  
Blok 
şifri  –  kriptoqrafik  açardan istifadə  etməklə  bir  dəfəyə 
informasiya blokunu çevir
ən simmetrik açarlı kriptoqrafik alqoritm. 
Blok  şifrində  giriş  blokunun  uzunluğu  çıxış  blokunun  uzunluğuna 
b
ərabərdir. 
 
Bluejackers 
Mavi yel
əklər – Bluetooth texnologiyasından istifadə edərək əlaqə 
saxlayan 
şəxslərə verilən addır. “Bluejacking” o zaman baş verir ki, 
bədniyyətli Bluetooth simsiz şəbəkəsindən istifadə edərək başqa bir 
şəxsin mobil telefonuna anonim mesaj göndərir.  Haker 
c
əmiyyətində çoxları onları “şən zarafatcıllar” kimi qəbul edirlər – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə