Основные термины информационной безопасности



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/42
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8893
1   2   3   4   5   6   7   8   9   ...   42

20 
onları  Ağ  şlyapaların  və  Qara  şlyapaların  arasındakı  boz zonada 
yerləşdirirlər.  
 
Blue team  
Mavi 
komanda 
– 
Çin  Xalq  Respublikasının  ABŞ-ın 
t
əhlükəsizliyinə  qarşı  ciddi  təhlükə  olması  fikri  əsasında  birləşən 
ABŞ siyasətçiləri və jurnalistləri qrupuna verilən qeyri-rəsmi addır.  
 
Boot sector virus 
Yükl
əmə sektoru virusu – özünü sistemin yükləmə sektoruna yazan 
v
ə əsas yükləmə yazısını yoluxduran virus. 
 
Bootkit (ing. boot – yükl
əmə və kit – alətlər dəsti)  
Butkit  –  öz kodunu t
ərpənməz diskdə  əsas yükləmə  yazısına 
(Master Boot Record) yazan z
ərərli proqramdır. Nəticədə diskə ilk 
müraci
ət  zamanı  idarəetmə  butkitə  verilir,  butkit  yaddaşa  yüklənir 
v
ə o, tərpənməz diskə müraciətləri ələ keçirərək və onları dəyişərək 
öz iştirakını maskalayır. 
 
Bot  
Bot 
−  istifadəçinin kompüterində  onun  xəbəri olmadan  gizli 
quraşdırılan  və  bədniyyətliyə  yoluxmuş  kompüterin  resurslarından 
istifad
ə  etməklə  müəyyən  əməlləri yerinə  yetirməyə, o cümlədən 
kompüteri m
əsafədən idarə etməyə imkan verən zərərli proqramdır.  
 
Botnet (robot v
ə network sözlərindən yaranmışdır) 
Botnet 
−  botlarla  yoluxmuş  kompüterlərdən ibarət  şəbəkədir. 
Botnetl
ər adətən,  spam göndərilməsi,  konfidensial  informasiyanın 
toplanması, xidmətdən imtina hücumları, fişinq üçün istifadə edilir. 
 
Breach 
Z
ədə  –  kompüter  təhlükəsizliyinin bəzi elementlərinin  yararsızlığı 
v
ə  ya  yararsız  vəziyyətə  gəlməsidir  ki,  aşkarlandıqda  və  ya 
aşkarlanmadan  verilənlərin  emalı  sisteminə  soxulma ilə  nəticələnə 
bil
ər. 


21 
BREACH  (Browser Reconnaissance and Exfiltration via Adaptive 
Compression of Hypertext)  
Hipermətnin  adaptiv  sıxılması  vasitəsilə  brauzerin  izlənməsi  və 
verilənlərin  köçürülməsi  –  HTTP  kompressiya  (sıxılma)  istifadə 
edilən zaman HTTPS-ə qarşı təhlükəsizlik eksploytu. 
 
Brute force password attack 
Kobud gücl
ə parol hücumu – ədədi və ya simvol-rəqəm parolların 
çoxsaylı kombinasiyalarını sınamaqla giriş əldə etmək metodu. 
 
Buffer overflow 
Buferin 
daşması  –  buferə  və  ya  verilənləri saxlama sahəsinə 
ayrılmış həcmdən çox informasiya yerləşdirilməsi. Hücum edənlər 
sistemi 
dayandırmağa və ya sistemin idarə edilməsini ələ keçirməyə 
imkan verən xüsusi hazırlanmış kodu buferə yerləşdirmək üçün bu 
üsuldan 
faydalanırlar.  
 
Bug 
Baq  – 
proqram  təminatında  səhv;  ehtimala görə  bu termin ilk 
kompüter sisteml
ərində  əməliyyatların  pozulmasına  səbəb  olmuş 
taxtabiti il
ə bağlı real hadisə ilə əlaqədardır. 
 
BUGTRAQ 
BUGTRAQ  – 
boşluqlar,  onların  istismar  metodları  və  boşluqların 
aradan  qaldırılması  daxil olmaqla kompüter  təhlükəsizliyi 
probleml
ərinə  həsr  edilmiş  e-poçt  göndərişi  siyahısı.  1993-cü il 
noyabr
ın 5-də Skott Çasin tərəfindən yaradılmışdır, poçt göndərişi 
hazırda  Symantec  Response  tərəfindən  idarə  edilir  və 
http://www.securityfocus.com/archive/1  veb-
saytında arxivləşdirilir. 
 
Business Continuity Plan (BCP) 
F
əaliyyətin  fasiləsizliyi  planı  –  əhəmiyyətli  pozuntu  zamanı  və 
ondan sonra təşkilatın biznes funksiyalarının necə təmin ediləcəyini 
təsvir edən təlimatların və ya proseduraların qabaqcadan müəyyən 
edil
miş toplusu. 


22 
Business Impact Analysis (BIA) 
F
əaliyyətə  təsirin  analizi  –  informasiya  texnologiyaları  sisteminin 
t
ələblərinin, proseslərin və  qarşılıqlı  asılılıqların analizi; 
əhəmiyyətli pozuntu halında  prioritetləri və  sistemin  gözlənilməz 
t
ələblərini müəyyənləşdirmək üçün istifadə edilir. 
 
Business Recovery-Resumption Plan (BRP) 
Fəaliyyətin  bərpası  planı  –  əhəmiyyətli pozuntu  baş  verdikdən 
sonra biznes-prosesl
ərin necə  bərpa ediləcəyini təsvir  edən 
t
əlimatların  və  ya  proseduraların  qabaqcadan müəyyən  edilmiş 
toplusu. 
 


23 

 
Cache cramming  
Keş tıxacı – kompüteri normal halda işlədilməyən Java kodunu işə 
salmağa məcbur edən metod.  
 
Cache poisoning  
Keşin  zəhərlənməsi  (DNS-in  zəhərlənməsi  və  ya  DNS  keşinin 
zəhərlənməsi  də  adlanır)  –  İnternet  ünvanını  başqa  saxta  ünvanla 
dəyişməklə  İnternet serverinin domen adları  sisteminin  bazasını 
korlayır. 
 
Call-back 
Geri  çağırış  –  elə  bir prosedurdur ki, verilənlərin  emalı  sistemi 
çağırış  terminalını  identifikasiya  edir,  çağırışı  ayırır  və  çağırış 
terminalını autentifikasiya etmək üçün çağırış terminalına zəng edir. 
 
CAN-SPAM Act of 2003  
2003-cü il CAN-SPAM  Qanunu  –  25 noyabr 2003-cü ild
ə  ABŞ 
Senatı  tərəfindən qəbul edilib  (Controlling the Assault of Non-
Solicited Pornography and Marketing Act)  v
ə  İnternet  ilə 
soruşulmayan  e-poçtu  (spam)  göndərən  şəxslərə  cəzalar  nəzərdə 
tutmaqla  dövl
ət  daxilində  ticarəti tənzimləyir.  Qanun  1  yanvar 
2004-cü ild
ən qüvvəyə minmişdir. Cəzalara 1 milyon dollara kimi 
yüks
ək cərimələr və beş ildən çox olmamaqla həbs cəzası daxildir. 
 
Canister  
Kanister  – 
ştamplanan  və  ya  çap  olunan  lent  formasında  açar 
materialını  saxlamaq  və  paylamaq  üçün  istifadə  edilən  qoruyucu 
paket növü. 
 
Capability 
Mandat  –  identifikatorun  bir növüdür, obyekt
ə  giriş  yolunu  və 
obyekt üz
ərində icazə verilən əməliyyatları müəyyən edir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə